Güney Az ərbaycanda 2013-cü ilin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/20
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32533
1   ...   12   13   14   15   16   17   18   19   20

81 
 
dünyanın kurallarına uyğun düşüncə sahibi olaraq qadın haqları ilə bağlı 
bir çox h
əmcinslərindən fərqli, daha rasional düşüncələr dilə 
g
ətirdi: “Mən 40-50 il milli demokratik haqlar üzərində çalışmışam. Dil 
azadlığı mənim məqsədlərimdən biri olub. Senzura ilə mübarizələrə 
qoşulmuşam. Yoxsul ailədən gəldiyimə görə siniflər məsələsi həmişə 
m
ənim fikrimi məşğul edib və mən 40-45 il əvvəldən indiyə kimi 
qadınların kişilərlə bərabər haqlara sahib olmalarını müdafiə etmişəm 
(30).” 
Əslində, elə bu haqların qısıtlanması feminizmə qol-qanad 
vermişdir!.. 
Kiyan Xiyav
ın “Ancaq qadın...", Ramin Cahangizadənin “Qadın 
yağışı”, İsmayıl Cəmilinin “Qadın, Xanım, Xatın, Ana” şeirlərində 
mövzuya 
əks cinsin içdən, həssas və obyektiv yanaşması, münasibəti 
görünür. H
ər üç şair qadın haqq və hüquqları, qadını adi yaratıq, yarım 
adam, ikinci dərəcəli şəxs, yaxud müənnəs-dişi varlıq, xəmir yoğuran, 
uşaq doğuran, arvad, başının bəlası kimi deyil, İnsan, həyatın özü, yaşam 
qaynağı, kişinin başının tacı, könlünün sultanı kimi yanaşma, dəyərini 
bilm
ə tendensiyası üstünlük qazanır, bu yön qabarıqlaşır. Kiyan Xiyavın 
81 
 


82 
 
haqsızlığa uğrayan və öz haqqını savunan qadınların dili ilə söylədiyi 
“Barmaqlarını feminist soxma gözümə!” nidasının da yer aldığı “Ancaq 
qadın..." şeirində oxucu bütün dünyanın, həyatın məhz qadının zərif 
çiyinl
ərində durduğu həqiqətinə inanır. Şair bu durumda olan həyat 
arkadaşına anlatmaq istəyir ki, “Mən ürək adamıyam, bir görüşdə 
tanıyıram sənin necə köklü-kökənli olduğunu... Nə özünü yaranışın ikinci 
cinsin
ə, nə də məni niçənin qamçısına düyünləmə.” Dünya yalnız sizin 
haqqınızı tanımayan kişilərdən ibarət deyil, yaşamın dadını sizdə bulanlar 
adınıza dizələr həsr ediblər, sizsiz yaşamaq mümkünsüz, mənimkimilərin 
işi birbaşa sevməkdir Özünü iydə ağacı kimi üstün tut! nə gözəl, nə də 
özgür bir tanrıçasan, sənin yalnız bir adın var: Qadın! Və sənin dəyərini 
bilir
əm: Anam bir qadın idı, bacım bir qadın, Nazlıca qızım da bir qadın 
olacaq v
ə sən, sevgilim, qadınımsan, Insanlıqdan könül alma ustası!... 
M
ən bir insan sevirəm, Bir qadın deyil, Bir insan!.. (31) İsmayıl 
Cəmilinin “Qadın, Xanım, Xatın, Ana” şeirində də eyni motiv yer alır, 
amma qadının insan həyatındakı mövqeyinə, əvəzsiz roluna bir qədər də 
d
ərindən nəzər salınır:   
82 
 


83 
 
Canından can payı verən insana, Yaşam bağışlayan 
cahana 
Qadın Sevgi ocağı, Sevda sarayının çiçəkdən tacı 
Qadın Rəhmətinin nemətilə, Dərdlərimiz tapan dərman 
Qarşılıq gözləmədən, istəmədən, Ömrün-günün edən 
ehsan 
Qadın Qaranlıq yasaların Kif qapsayan dosyaların 
Hörümçəkli inamların caynağında Olan qurban 
Dondan-
dona girən Nankorların duzağında 
Səssiz alovlanan, içində alışan yanan,  
Günəş kimi öz-özlüyü danılan 
Qadın Daş başların qorqusunda daşlanan,  
Qul tək alınan-satılan 
Çarəsizlik çəmbərində yanılan-Yandırılan 
Uydurmalar qamç
ısıyla danılan, Yarım adam sanılan 
Qadın, yenə də Qadın 
Qadınlığı yaşamın yeniliyin yaz nəfəsi 
83 
 


84 
 
Sevginin 
sevdanın, gözəlliyin səsi 
Qadın incəliyin inci bulağı 
Qadın şirin laylalar qucağı 
Qadın həyatın ana ocağı (32) 
Mahatma Qandı də məhz Nazim Hikmət sayaq duyğular 
yaşadığından “bütün insanlar qardaşdır” düşüncəsi ilə yazırdı ki, 

ölkəmin qadınlarının haqlarını bərqərar etmək, onlara “siz də insansız!” 
fikrimi isbat edə bilmək üçün özümü fikrən və ruhən qadın etdim (1)” 
Bunun üçün vətəndaş məmur özünü bir çox nemətlərdən məhrum edir, 
hətta Hind inancında mövcud olan “Brahmaçarya” andlaşmasına əsasən 
öz 
xanımı ilə də bütün cinsi ilişkilərini kəsir, Hindistanın qurtuluşu və 
modernləşməsi üçün savaşır, dünyanın demokratik və inkişaf edən 
ölkələrindən biri olan modern Hindistanı qurur. 
Çağdaş dövrümüzdə Güneyin uşaq şeiri yazarları Pifaqorun 
”Yurdunun böyüklü-
yünü anlamaq üçün onun haradan başladığını ansan 
yaxşıdır: Yurdun sənin Ata Ocağından başlayır. Ağgünlü yaşamağın elmi 
yolu bu günü g
ərəyincə yaşamağı bacarmaqdır” və Fyodor 
84 
 


85 
 
Dostoyevskinin “El
ə bir zamanda susdun ki, sonra illərlə danışsan da 
m
ənasız görünəcək...” kəlamlarında yansıyan həqiqətləri dərindən dərk 
ed
ərək əməli işləri ilə cavab verirlər. 
 
 Güney Az
ərbaycan nəsri-2013 
 
Güney Azərbaycan, bütövlükdə Azərbaycan xalqının tarixən çətin, 
qanlı-qadalı, keşməkeşli həyat yaşamasına rəğmən, Güney yazarları son 
dərəcə humanist, həyata sıx surətdə bağlı, gələcəyə böyük ümidlərlə 
baxan optimist düşüncəyə malik nikbin insanlardır. Bu daxili aləmə 
malik qələm sahiblərini yaratdığı nəsr də böyük bir inkişaf yolu 
keçmişdir və bu nəsrin yaradılmasında müxtəlif ədəbi məktəblərin 
təmsilçiləri, çeşidli estetik siyasi  nəzəriyyə-lərin  daşıyıcıları olan, 
müxtəlif janrlarda yazıb-yaradan yazarlar fəal iştirak edirlər. Beləliklə də 
Cənubi Azərbaycan nəsri formulunu yaradır və dünya ədəbiyyatında 
özünəməxsus yer tuturlar. Qeyd edək ki, Güney yazarlarının qələmə 
aldığı şeir və nəsr əsərlərinin ucdantutma hamısının yüksək bədii 
85 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə