Hacı Nərimanoğlu turan aşiqləri



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə20/47
tarix28.06.2018
ölçüsü1,14 Mb.
#52119
1   ...   16   17   18   19   20   21   22   23   ...   47

haqqında yazırdı. Onun adı əbədiləşdirilərək ayrıca “Ziya Göyalp İnstitutu” 
yaradıldı. 
 Ziya Göyalp son dərəcə təvazökar olub.  Haqqında tərif 
söylənilməsini sevməzmiş. Hətta tərifə layiq olduğunu bilsə də, yenə imkan 
verməzmiş ki, onu öysünlər. Ömrü boyu maddi sıxıntıalar içində yaşamış, 
ancaq hər zaman nikbin ovqatını saxlamışdır,  “Ümid mənim ruhumun zəruri 
ehtiyacıdır”-deyərmiş, zamanının bədbin ruhlu şairlərinə də şeirlərində xalqa 
nikbin əhvali-ruhiyyə bağışlamağı israrla məsləhət görərmiş. Yusif Ziya 
Ortac: “Ziya pulu tanımadan yaşadı, tanımadan öldü”- yazıb.  
 Üstündən əsr ötsə də bu gün də Türkiyənin üzdə olan siyasiləri 
özlərinin  Ziya Göyalpdan öyrəndiklərini etiraf edirlər. “Ziya Göyalp bəy 
Diyarbəkirin hədiyyəsidir. Bitməyəcək millət sevgisini bizlər Ziya bəydən 
öyrəndik.”-MHP başqanı Dövlət Baxçalı. Son 3 dönəm genel çeçimlərdə 
qələbə çalan AK Partinin qurucu lideri Rəcəb Tayyib Ərdoğanın həbsinə bir 
mitinqdə Ziya Göyalpın məşhur “Asker Duası” şeirinə düzəliş edib söyləməsi 
nədən olmuşdu: 
 
Z.Göyalp belə yazmış: 
Elimde tüfenk, gönlümde iman,  
Dileğim iki: Din ile vatan...  
Ocağım ordu, büyüğüm Sultan,  
Sultan'a imdâd eyle Yârabbi!  
Ömrünü müzdâd eyle Yârabbi!  
 
R.T.Ərdoğan belə söyləmiş: 
Minareler sungu, kubbeler miğfer 
Camiler kışlamız, mu'minler asker 
Bu ilahi ordu dinimi bekler 
Allahu Ekber, Allahu Ekber! 
 
 
 
 
 
 
 
 
Ziya Göyalp və Atatürk 
 
Bir çox İttihadçılardan fərqli olaraq, Ziya Göyalp nə Malta 
sürgünündən qayıdandan sonra, nə də əvvəl həbs və ölümdən qorxub 


xaricə qaçmır, əksinə sürgündən daha mətin dönür, yenə də öz millətçilik 
ideyalarını yayır, Vətəninin azadlığı uğrunda ölüm-dirim mübarizəsinə-
Qurtluluş Savaşına qalxmış Mustafa Kamal və onun tərəfdarlarını cani-dildən 
müdafiə edirdi. Həm özü inanırdı, həm də ətrafındakıları inandırırdı ki, yaxın 
zamanlarda Mustafa Kamal Türkiyəni işğalçılardan təmizləyəcək. O, bütün 
günü camaatın qarşısında çıxışlar edir, onları qələbəyə ruhlardırır, müəllimlər 
məktəbində, hətta gecə məktəblərində ədəbiyyat, tarix, sosiologiya dərsləri 
keçir. 1923-cü ilin martında Ziya Göyalp şəxsən Mustafa Kamalın dəvəti ilə 
Diyarbəkirdən Ankaraya gəlir. Mustafa Kamal onu əsərlərindən tanıyırdı, 
əsərlərini oxumuşdu, fəaliyyəti ilə tanış idi, onun çox güclü qələmi, son 
dərəcə böyük istedadı olduğunu bilirdi. Atatürklə görüşlərindən sonra Ziya 
Göyalp "Doğru yol" adı altında bir kitabça çap etdirdi. Əslində bu kitabça 
Atatürkün yaratmaq istədiyi "Xalq Partiyası"nın 9 prinsipinin təsnifinə, təhlil 
və izahına həsr edilmişdi. 
Ziya Göyalp Ankaraya gələn kimi Milli Təhsil Nazirliyində Təltif və 
Tərcümə Komissiyasının sədri təyin olunur. Milli Məclisə Diyarbəkirdən 
deputat seçilir. Çox gərgin həm təşkilatçılıq işi aparırdı, həm də yazırdı, elə 
bil bütöv bir institutun işin görürdü. Özünün və Atatürkün ideyalarına uyğun 
olaraq tədrisin, təhsilin yenidən qurulmasına, tamamən milliləşməsinə 
çalışırdı. Həm də qəzetlərə məqalələr yazırdı. Dərin fikirləri ilə Türkiyənin 
yeni Anayasasının, "Mədəni Qanun"un və digər qanunların hazırlanmasına 
sanballı töhfələr verirdi, öz dərin məzmunlu, ağıllı təklifləri ilə bu qanunların 
ətə-qana dolmasına səylər göstərirdi. 1923-cü ildə Ziya Göyalpın 
"Türkçülüyün əsasları", "Altun işıq", "Türk törəsi" kitabları işıq üzü görür, 
xeyli digər yazıları mətbuat səhifələrinə çıxır. Atatürk milli azadlıq 
hərəkatının qəti qələbəsindən sonra hansı dövlət quruluşunun yaradılması 
məsələsi ilə bağlı tez-tez görüşlər keçirir, müxtəlif tanınmış adamların məruzə 
və çıxışlarını dinləyirdi. Belə yığıncaqlardan biri 1923-cü ilin avqustunda 
"Türkiyənin rejimi, doktrinası və inqilabları" mövzusunda olur. Toplantıda 
Ziya Göyalp demokratik respublika haqqında danışır. Atatürk bu çıxışdan özü 
üçün çoxlu qeydlər götürür, əksər fikirlərini qəbul edir, Göyalpla eyni 
düşüncədə olduğun bildirir. Hər ikisinin dünyagörüşündə Türkiyədə millətin 
hegemonluğuna, milli hakimiyyətə əsaslanan bir cümhuriyyətin qurulmasının 
vacibliyini öndə idi. Onun çıxışlarında millətin və qurulan yeni dövlətin hansı 
təməllərə söykənə biləcəyini elmi baxımdan əsaslandırılırdı. 
Müasirləri, Atatürkün silahdaşları dəfələrlə yazmışlar ki, Atatürk 
daim Ziya Göyalpın fikirlərindən bəhrələnmiş və bunu məşhur sözlərində 
böyüklüklə, həm də dahi insanlara məxsus təvazökarlıqla ifadə edərək Ziya 
Göyalpın şəxsiyyətinə ən böyük qiyməti vermişdir:  Ətimin və sümüyümün 
atası Əli Rza əfəndidirsə, fikrimin atası Ziya Göyalpdır. 
 


 
 Məmməd Əmin Rəsulzadə Ziya Göyalp haqqında 
 
1914-cü il dekabrın 11-də M. Ə. Rəsulzadə “İqbal” qəzetində dərc 
etdirdiyi məqalədə yazırdı: “Mavi rəng türklüyün, yaşıl rəng islamlığın, 
qırmızı rəng də çağdaşlığın əlamətiydi. Vaxtilə ”Füyuzat" məcmuəsinin fazil 
mühərriri “Türk qanlı, islam imanlı və firəng fikirli olalım” demişdi; sonra 
türkçülüyün böyük filosofu Ziya Gökalp bu üç ümdəni daha elmi bir üslubla 
qullanmış və eyni şüar sonra “Açıq söz” qəzetinin başlığı altında 
bulunmuşdur...mərhum Ziya bəyin sonralar “türk millətindənəm, islam 
ümmətindənəm və Qərb mədəniyyətindənəm” şüarı ilə ifadə etdiyi mənanı, 
Hüseynzadə Əli bəy “türk qanlı, islam imanlı və firəng qiyafəli olalım” 
formulu ilə bəyan etmişdi". 
 “Ziya Gökalpın “Türk yurdun”nda dərc olunan “Türkləşmək, 
islamlaşmaq və müasirləşmək” məqalələri məni adətən vəcdə gətirdi. Bakıya 
geri döndüm. Mətbuat dil məsələsi ilə məşğul idi. Bu məsələdə Ziya 
nəzəriyyəsinin müdafiəçisi oldum. Türkçülüyə rəvac vermək üçün dünya 
müharibəsi əsasında təsis etdiyimiz “Açıq söz” qəzetinin başına Ziyanın 
müqəddəs düsturunu bir “şüar” olaraq qoyduq. Daha sonra Ziyanın son 
zamanlarda “Türk millətindənəm, islam ümmətindən, Qərb 
mədəniyyətindənəm” şəklinə salmış olduğu bu şüar türkçülük, xalqçılıq 
ümdələri (dayaqları) üzərində təşəkkül edən milliyyətpərvər “Müsavat” 
firqəsinin proqram müqəddəməsində yer tutdu. Rus istibdadı pəncəsindən 
dağılmış xanlıqlar şəklində deyil, müttəhid və milli bir kütlə surətində nicat 
arayan Azərbaycan türklüyü bu istiqlalını tərtəmiz edəcək bayrağa əsri 
məfkurəsi ilə mütənasib bir məna vermək istəyirdi. Bu mənanı da 
“türkləşmək, islanmlaşmaq və müasirləşmək” məfhumlarında tapdı: bayrağı 
mavi, yaşıl və al (mavi, al və yaşıl) rəngli qumaşlardan düzəldildi.”  
Bu düşüncə, ideologiya 1918-1920-ci illərdə və 1991-ci ildən bəri 
yalnız Azərbaycan bayrağının rənglərində əksini tapıb.  
1880-ci illərdə Ismayıl bəy Qaspiralının “İşdə, fikirdə, dildə birlik" 
şüarını  Əli bəy Hüseynzadə  “Türkləşmək, islamlaşmaq, müasirləşmək” kimi 
formula etmişdir. Yusuf Akçura “Türkləşmək, islamlaşmaq, müasirləşmək 
formulu Hüseynzadə Əli bəyə aiddir”-deyir,  Ziya Göyalp isə “Əli bəy 
Hüseynzadənin üçlü düsturu bütün türk dünyasında yeni üfüqlər açdı”, 
“Turanın bir eli var və yalnız bir dili var” – yazmışdır.  
Qlobalaşan dünyada vahid dil, vahid əlifba və hətta, vahid himnə 
əsaslanan bir Türk birliyi yaradılmasının zəruriliyini elmi-nəzəri  əsaslarla 
işləyib ortaya qoyan və bunun reallaşması yolunda əməli işlər görənlərin 
başında Türk dünyasının böyük aydınları İsmayıl bəy Qaspıralı, Əli bəy 
Hüseynzadə, Ziya Göyalp, Əhməd bəy Ağaoğlu və digərləri dururdu. Bu 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə