HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   ...   21   22   23   24   25   26   27   28   ...   82

51 
 
qarşıdurmanın  qarşısını  almağı  tələb  etmişdir.  Bu  iclas  keçirilmişdir,  ancaq 
S.Şaumyan  vəd versə də, gözlənildiyi kimi vədinə naxələf  çıxmışdır (131, s.144-
154). 
K.Hüseynova N.N
ərimanovla  bağlı  xatirələrində  yazır:  “1918-ci  il  martın 
14-ü, ya 15-d
ə  N.Nərimanovu aparmaq məqsədi ilə  silahlı  ermənilər onun evinə 
g
əlirlər. O özü bu zaman evdə  deyildi.  Onların  bəd məqsədlərini anlayaraq 
N.N
ərimanovun qardaşı oğlu Rizvan özünü Nəriman kimi qələmə verir. Ermənilər 
t
ərəfindən  şəhərin kənarında  yüzə  yaxın  başqa  müsəlmanlarla birlikdə  gülləyə 
tutulan Rizvan t
əsadüfən  xoşbəxtlikdən  sağ  qalır.  Rizvan  Tiflisdə  yaşayarkən 
erm
əni dilini öyrənmişdi. O, qaranlıqda ayılanda özünü meyitlərin arasında görür, 
erm
əni dilini yaxşı bildiyinə görə keşikçi postlarından keçə bilir” (430). 
H
ələ  martın  19-da  Bakıda  atışmalar  eşidiləndə  N.Nərimanovun təşəbbüsü 
il
ə  bolşeviklərlə  müsavatçılar  arasında  danışıqlar  aparılmışdır.  Bolşeviklərin 
şərtləri çox sərt  olsa  da,  müsavatçılar  bütün  şərtləri qəbul  etmişlər (131, s.447). 
Amma bu güz
əştlər də qarşıdurmanın qarşısını ala bilməmişdir. N.Nərimanov öz 
evind
ə  M.Rəsulzadə  ilə  S.Şaumyanın  görüşünü  təşkil  etmişdir.  Burada 
qarşıdurmanın qarşısının alınması barədə qərar qəbul olunsa da, atəşkəsə nail ola 
bilm
ədilər (131, s.149). Belə olduqda N.Nərimanov “Hümmət” qəzetində  məqalə 
il
ə  çıxış  etmişdir.  Bu  məqalədə  N.Nərimanovun  S.Şaumyana  məktubla  müraciət 
etdiyi bar
ədə ictimaiyyət məlumatlandırılmışdır (131, s. 150). 
S.Şaumyanın  qəddarlığı  və  erməniçilik xəstəliyinə  tutulduğu  ondan 
görünürdü ki, o, “ancaq sovet hakimiyy
ətini qəbul edən müsəlmanların 
t
əhlükəsizliyini təmin edə biləcəyini” bəyan edirdi. Caparidzenin dedikləri də çox 
s
əciyyəvi idi. O söyləyirdi ki, “əgər müsəlmanların  mənə  inandığına  əmin 
olsaydım onlara yardım edərdim” (131, s.151). Bu mövqe, əslində daşnak-bolşevik 
cütlüyünü d
əstəkləyən müsəlmanların axtarışı idi. Belələri isə yox idi. Bolşeviklər 
yaxşı anlayırdılar ki, istər Rusiyanın inkişafı, istərsə də rus inqilabının taleyi Bakı 
nefti olmadan acınacaqlı nəticələnə bilər. Bu, əslində bolşevik  və  erməni cütlüyü 
t
ərəfindən hakimiyyətə  gəlmək, Azərbaycanın  ərazisinə  və  neftinə  yiyələnmək, 
az
ərbaycanlıların Azərbaycanda kökünü kəsmək məqsədi güdürdü. 
Bel
əliklə, 1918-ci ilin mart-aprel hadisələrindən N.Nərimanov da nəticə 
çıxarmışdı. Nəticənin mahiyyəti ondan ibarət idi ki, bolşeviklər istənilən vasitə ilə 
Bakını  və  onun neftini ələ  keçirəcəklər, hakimiyyətə  gəlmək üçün hər  hansı  bir 
vasit
əyə əl atacaqlar, azərbaycanlılara qarşı  milli qırğına da gedəcəklər, hər hansı 
erm
əni və  xüsusən də  daşnaklar  bolşeviklərin müttəfiqi olacaqlar, ermənilərə  və 
ruslara xüsusi imtiyazlar ver
əcəklər və  i.a. Bunlardan başqa  nəticə  o idi ki, 
bolşeviklərin Azərbaycanda hakimiyyətə gəlmək cəhdinin qarşısını alan bir qüvvə 
yox idi. 
1918-ci il mart-aprel hadis
ələrinin ola biləcəyini Azərbaycan milli 
qüvv
ələri, xüsusən də  müsavatçılar  bilirdilər,  əhali ilə  milli-azadlıq  qüvvələri 
arasında  həmrəylik də  var idi və  milli qüvvələr müəyyən dərəcədə  təşəkkül 


52 
 
tapmışdılar. Amma bunların hamısı bir müsbət nəticə vermədi. Nəticələrdən biri də 
o idi ki, Bakıda sovet hakimiyyətinin yıxılmasını yalnız yerli siyasətçilərin, yaxud 
yerli  silahlı  qüvvələrin təkbaşına  fəaliyyətinin nəticəsi kimi qiymətləndirmək 
düzgün deyildir. N.N
ərimanov bütün bu hadisələrdən nəticə  çıxararaq  rus 
bolşeviklərinin səmimiyyətinə inanmasa da, sosialist ideyalarına səmimi inanırdı. 
O  tam  inanırdı  ki, istər  öz  xalqı,  istərsə  də  bütün  Şərq  yaranmış  acınacaqlı 
v
əziyyətdən məhz  o  zamanlar  dünyanı  bürümüş  sosialist ideyalarının  reallaşması 
vasit
əsi ilə çıxa bilər. 
1918-ci il mart hadis
ələrinin müsəlman  əhalisini  bolşeviklərdən 
uzaqlaşdırdığını  hətta A.Mikoyan  da  etiraf  etmişdir.  Amma  buna  baxmayaraq, 
əhali 1920-ci ilin aprelində  Bakıda  qurulan  hakimiyyəti müəyyən qədər  barışıqla 
qarşıladı.  Bunun  səbəblərinin biri də  AXC hakimiyyəti tərəfindən verilən bəzi 
v
ədlərin yerinə yetirilməməsi, daxili və xarici siyasətdə müəyyən problemlərin həll 
edilm
əməsi ilə  bağlı  idi.  Bəzi tədqiqatçılar  bunun  səbəbini  onların  hakimiyyətdə 
olduqları vaxtın məhdud olması ilə də izah edirlər (128, s.118). 
Bu hadis
ələrin nəticəsində  N.Nərimanovun vəziyyəti  haqqında  “Hümmət” 
q
əzeti 1918-ci il 10 iyun tarixli nömrəsində  yazırdı:  “Mart  ayının  facieyi-
əliməsindən qabaq müxtəlif məclislərdə  və  yığıncaqlarda  müsəlman füqarayi-
kasib
əsinin  halına  qalıb,  onları  həmişə  ayıq  olmağa  dəvət edən və  məzkur 
hadis
ələrdən sonra da küçələrdə, künclərdə  və  bucaqlarda  boyunları  çiyinlərində 
qalıb,  orda-burda  acından  ölənlərin  qabağını  almaq  üçün  yorulmaqsızın  iş 
görm
əkdə  olan möhtərəm  yoldaşımız  N.Nərimanov neçə  gündür  ki,  azarlayıbdır. 
H
əkimlərin məsləhətinə  bina  əvvəlcə  evindən xəstəxanaya  aparıldı.  İndi də 
H
əştərxana göndərilərək müalicə  etdirməyi məsləhət görüldüyünə  cəhət yenə  də 
evin
ə  gətirilibdir.  Eşitdiyimizə  görə  Həştərxana göndəriləcəkdir. Belə  ciddi fəal 
insanın  tezcə  şəfayıb  olub  yenə  də  səlamat övdət etməsini rica edirik” (361, 10 
iyun 1918, 
№ 86). 
1920-ci ilin aprelind
ə  1918-ci  ilin  qanlı-qadalı  hadisələri, milli və  sinfi 
qarşıdurma təkrar oluna bilərdi. Azərbaycan xalqı yenə də təklənmişdi  və heç bir 
yerd
ən  ümidi  yox  idi.  Əgər 1918-ci ildə  Rusiyanın  təcavüzünün  qarşısını  almaq 
üçün Az
ərbaycanın  köməyinə  əvvəl Türkiyə, sonra isə  Avropa dövlətləri 
g
əlmişdilərsə, 1920-ci ildə bu amillər artıq əvvəlki əhəmiyyəti kəsb etmirdi. Bunu 
hakimiyy
ətdə olan hökumət də, xalq da, N.Nərimanov da bilirdi. Rus bolşevikləri 
il
ə ermənilər də belə düşünməkdə davam  edirdilər. Bakıda bolşevikləşmə prosesi 
qansız keçsə də, Gəncədə üsyanın nə dərəcədə qəddarlıqla boğulduğu yaxşı məlum 
idi. N.N
ərimanovun hakimiyyətə  gəlməsini  tarixi  şərait zəruri  etmişdir.  Onun 
Az
ərbaycan hökumətinə  başçı  vəzifəsinə  gəlmək qərarı  mürəkkəb, ziddiyyətli, 
çıxılmaz, qan qoxusu gələn tarixi şəraitdə qəbul olunmuşdur. 
1918-ci il iyunun 10-da N.N
ərimanov xəstələnərək Həştərxana köçmüş  və 
siyasi f
əaliyyətini orada davam etdirmişdir. Burada o, siyasi qurumların tərkibinə 
seçilmiş, quberniya maarif şöbəsinin müdiri təyin edilmişdir. 1919-cu il mayın 27-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə