HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   ...   29   30   31   32   33   34   35   36   ...   82

67 
 
Xalq Cümhuriyy
ətinin  yıxılmasında  və  dağılmasında  fəaliyyət göstərməmişdir. 
Az
ərbaycanın bolşevikləşməsini qəti surətdə N.Nərimanovun fəaliyyətinin nəticəsi 
kimi qiym
ətləndirmək olmaz. 1920-ci ilin fevral-mart aylarından xalqın həmrəylik 
duyğuları millətçi partiyalardan sosialist partiyalara doğru yönəlmişdi (117, s.103). 
Onun 
“silahdaşları” 
hətta N.Nərimanovu Azərbaycanın 
bolşevikləşdirilməsində  maneə  hesab edirdilər. Bu nöqteyi-nəzərdən Azərbaycan 
Kommunist  Partiyasının  1921-ci il iyulun 27-də  keçirilən  büro  iclasını  misal 
g
ətirmək olar. Mərkəzi Komitənin bürosunda qəflətən Kaminskinin öz 
v
əzifəsindən  azad  olunması  barədə  məsələ  qaldırılır.  Müzakirədən  aydın  olur  ki, 
onun 
yararsızlığı  N.Nərimanovla  fikir  yaxınlığından  və  sağçılarla,  yəni milli-
t
əmayüllü kommunistlərlə  mübarizə  aparmamasından  ibarətdir. N.Nərimanov 
büt
ün  bunlara  aydınlıq  gətirərək  demişdir  ki,  “danışanlar  vəziyyəti  olduğu  kimi 
dem
ək istəmirlər, bunun günahı Kaminskidə deyil, məndədir”. Stenoqramdan bəzi 
çıxışlara diqqət yetirilməsi məsələnin mahiyyətini tamamilə açır: 
“N
ərimanov: Vəziyyəti gərginləşdirən Kaminski deyil, Hüseynovdur, o, 
“bir  şey  deyir,  başqa  şey  görür”.  Moskvaya  donosdan  (Hüseynov  xüsusi  olaraq 
Moskvaya gedib v
ə  N.Nərimanovun milli təmayülçü siyasəti  haqqında  şikayət 
ed
ərək  əşyayi-dəlillər  aparmışdır)  sonra  o,  iki  dəfə  mənim  yanıma  gəlmiş  və 
demişdir: “Doktor, mən sizinəm, siz nə əmr etsəniz, mən onu edəcəyəm. Mən isə 
ona dedim ki, rica edir
əm, elə işləyin, Azərbaycana xeyri olsun, mənə isə şəxsən 
sizd
ən heç bir şey lazım deyil. Olub, ya olmayıb?” 
Hüseynov: M
ən sözlərimi geri götürürəm və buna cavabdehəm. 
N
ərimanov: İşə Kaminski deyil, Hüseynov mane olur. Sadəcə onda cəsarət 
çatmır, desin ki, onlara Nərimanov mane olur. 
C
əbiyev:  Kaminskinin  mövcudluğu  işə  mane olur. O, dedi-qodu  yaradır. 
Kaminski olmasa N
ərimanovla daha tez razılığa gəlmək olar. 
N
ərimanov: Birləşmək mümkün deyildir.”  
Bununla da s
əs çoxluğu ilə Kaminski vəzifəsindən kənarlaşdırılmış və onun 
yerin
ə S.M.Kirov seçilmişdir. N.Nərimanov da onun seçilməsinin tərəfdarlarından 
olmuşdur  (226,  v.102-102a). N.Nərimanov ictimai, siyasi, dövlətçilik 
f
əaliyyətində,  tutduğu  vəzifələrdə  əxlaqi  normaları  daim  nəzərə  almışdır. 
N.N
ərimanovun fikrincə,  insanın  üç  ünsiyyət xətti  vardır:  özünün  özü  qarşısında 
m
əsuliyyəti, insanın Allahla ünsiyyəti və insanın başqa insanlarla ünsiyyəti (295, 
t.1, s.141). Ona gör
ə də bu ünsiyyətlər sistemi bir-biri ilə tarazlaşmalı  və əlaqədə 
olmalıdır. İnsan ilk əvvəl gərək öz şəxsiyyətindəki ziddiyyətləri aradan qaldırsın. 
Onda onun başqa ünsiyyət xətləri də səmimi olar. 
N.N
ərimanovun  “Oğlum  Nəcəfə  məktub”u 1925-ci  il  yanvarın  25-də 
yazılmışdır (277, s.445-448). Bu məktub, güman ki, daha geniş olmalı imiş, amma 
N.N
ərimanovun ölümü nəticəsində bu məktub yarımçıq qalmışdır. N.Nərimanovun 
hakimiyy
ətin fəlsəfəsinə dair baxışları bu məktubda daha aydın görünür. Məktubun 
əsl dəyəri də bundadır. Məktubdakı fikirlərə nəzər salmaqla bir çox siyasi hadisə 


68 
 
v
ə  məqamlara  aydınlıq  gətirmək olar. Konkret olaraq Stalini və  onun  yaxın 
silahdaşlarını nəzərdə tutaraq N.Nərimanov belə fikirlər söyləyirdi: “Hakimiyyətdə 
lovğalanmaq olmaz”, “Hakimin başı boş-boş işlərə, dedi-qoduya qarışmamalıdır”, 
Stalini v
ə  tərəfdarlarını  düşünərək, “nəhəng dövlətin taleyini əllərinə  alaraq və 
hesabat verm
ədən diktatorluq etmək qərarına gəldilər”, “Nöqsanlarımız barədə bir-
biri il
ə  danışa  bilmirlər...” (315, s.446). N.Nərimanov  bu  düşüncələrini 
yekunlaşdıraraq  bolşevizmin  süqutu  haqqında  açıq-aydın fikirlər söyləmişdir: 
“B
əlkə də sən bu sətirləri oxuyarkən bolşevizm heç olmayacaq”, “Belə rəhbərlik 
bolşevizmin  süqutunu  yaxınlaşdırmaq  deməkdir”,  “Bunları  sən mənim Mərkəzi 
Komit
ədəki geniş məruzəmdən öyrənəcəksən, həmin məruzə sənə bütün bunlardan 
baş çıxarmağa imkan yaradacaq və elə bu məruzədən də öyrənəcəksən ki, çoxları 
öz v
əzifə mənsəblərini itirə biləcəkləri qorxusundan dinmədikləri halda, sənin atan 
bu bar
ədə cəsarətlə danışdı” (315, s.446-447). Axırıncı cümlə bir neçə məqamdan 
x
əbər verir. Bu sözlərin siyasi mənasından  başqa  sırf  tarixi  mahiyyəti də  vardır. 
Ola bil
ər ki, burada onun Stalinə  yazdığı  məlum məktubundan söhbət gedir. 
N.N
ərimanov vəzifənin  əxlaqi  normaları  haqqında  düşüncələrini də  oğluna 
açıqlamışdır.  Onun  bu  fikirləri rəsmi vəzifə  haqqında  ümumi  dünyagörüşünü 
aydınlaşdırmaqdan  başqa  özünün  Azərbaycan  sovet  respublikasının  hökumət 
başçısı  vəzifəsinə  gəlməyinin səbəbini də anladır.  Həmin vəzifəyə  gələrkən onun 
v
əzifə  haqqında  dünyagörüşünün  necə  olduğunu  məktubdakı  bu  cümlələrdən 
görm
ək  olar:  “Əgər  bir  adamı  yaxşı  tanımaq,  onun  bütün  daxili  aləminə  bələd 
olmaq ist
əyirsənsə, onu bir müddətə  vəzifə  başına  qoy.  Tezliklə  həmin  adamın 
müsb
ət və  mənfi cəhətləri üzə  çıxacaq.  Bu  baxımdan  əgər sən kütlələri hiyləsiz-
yalansız  öz  arxanca  aparmağa  hazır  deyilsənsə,  yaxşısı  budur,  ondan  imtina  et. 
Əgər kütlə səni dəyərləndirərsə, hakimiyyətdə iştirakını zəruri hesab edərsə, sənə 
etibar ed
ərsə və sən bu etibara əsasən ümumi işə müəyyən fayda verəcəyinə əmin 
olarsansa, onda imtina etm
ə” (315, s.447). N.Nərimanovun  yazısında  onun 
Az
ərbaycana hökumət  başçısı  gəlməsinin fəlsəfəsi də  üzə  çıxır.  N.Nərimanov bu 
v
əzifədən ona görə “imtina etmədi” ki, gələrkən müəyyən fayda verəcəyinə əmin 
idi. Hakimiyy
ətə  gələndən  sonra  onun  şəxsiyyətində  yeni müsbət cəhətlər  üzə 
çıxdı,  o,  xalqı  hiyləsiz-yalansız  öz  dalınca  apardı,  kütlə  onu dəyərləndirdi, 
hakimiyy
ətdə iştirakını zəruri bildi və ona etibar etdi. 
Bel
əliklə, N.Nərimanovun milli təmayülçü kommunist baxışlarının kökləri 
h
əyatı, yaradıcılığı, xalqın həyatını və problemlərini dərindən bilməsi, fəaliyyətinin 
m
əqsədi isə Azorbaycana qarşı hazırlanan məkrli planlara qarşı durması olmuşdur. 
O, milli t
əəssübkeş bir siyasətçi kimi özünü təsdiq etmiş, vəzifədə işləyən hər bir 
k
əsin Azərbaycan  xalqının  əxlaqi dəyərlərinə  riayət etməsini zəruri  saymışdır. 
N.N
ərimanovun ictimai-siyasi fəaliyyətinin  başlıca  qayəsi Azərbaycan  xalqına 
xidm
ət etmək olmuşdur. O, müəllim, publisist, həkim və siyasətçi olaraq xalqının 
h
əyatında müstəsna rol oynamışdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə