63
qarşı üsyan qaldırmamışdır. Ümumiyyətlə, AXC-yə qarşı üsyan baş verməmişdir.
N.N
ərimanov hakimiyyətə gəlsəydi də, gəlməsəydi də sovet ordusu Azərbaycana
g
əlməli idi. AXC rəhbərliyinə belə məlumat verilmişdi ki, XI Qırmızı ordu guya
Anadoluya doğru getməlidir. Hətta XI Qırmızı ordunun
tərkibində türk zabitləri də
çalışırdı. Tarixi gerçəklik isə ondan ibarət idi ki, bu ordu Anadoluya getmək
fikrind
ə deyildi. Xalqı yalnız belə sözlərlə sakitləşdirməklə əsas
məqsəddən diqqəti
yayındırmaq olardı. Bu, əsl mənada təcavüzkar ordu idi. Bolşeviklər tərəfindən
h
ədəf düz seçilmişdi. Rusiya hökuməti yaxşı başa düşürdü ki, Türkiyəyə yardım
adı altında Azərbaycana maneəsiz daxil olmaq mümkündür. M.Qasımov yazır ki,
“ingilisl
ərin bolşevizmi beşiyində boğmaq, türk torpaqlarına sahib olmaq istəkləri
Ankara il
ə Moskvanı müttəfiqə çevirirdi. Türkiyəni sevən Azərbaycan xalqında
ictimai r
əyi ingilislərin əleyhinə yönəldirdi, bolşeviklərin Azərbaycanda nüfuzunu
artırırdı” (9, s.61). Azərbaycan xalqı Türkiyəyə qarşı hər hansı təcavüzkarlığı ağrılı
q
əbul edirdi və ona yardım etməyə hazır idi, “Əsrimizin Səyavuşu” əsərində
M.R
əsulzadə də bunu etiraf edirdi (57, s.55). O dövrə aid Böyük Britaniya Xarici
İşlər Nazirliyinin məlumatları da təsdiq edir ki, rus sovet rəhbərliyinin Azərbaycan
ərazisi üzərindən göndərilən rus qoşununun türk qoşunu ilə birləşib Ermənistanla
müharib
əyə başlaması fikri də mövcud olmuşdur (280). Sual olunur: AXC
r
əhbərliyi XI Qırmızı ordu qarşısına nədən qoşun çıxarmadı? Dövrün arxiv və
r
əsmi sənədlərinin öyrənilməsi bunun bir neçə səbəbi olduğunu təsdiq edir. Əsas
s
əbəbi isə Azərbaycan milli ordusunun Qarabağda və Zəngəzurda döyüş
v
əziyyətində olması idi. F.Xoyski bildirirdi ki, “şimaldan təhlükə və ölkənin
v
əziyyətinin ağır olmasına baxmayaraq” onlar ordunu Qarabağdan çıxara
bilm
əzlər, çünki Zəngəzur istiqamətindən yeni hücum olmayacağına əmin
deyildirl
ər (238, v 29). Sözsüz ki, Azərbaycan milli ordusunu
Qarabağ cəbhəsindən
çıxarıb rus ordusuna qarşı qoymaq olardı. Amma bu halda Azərbaycan Qarabağı
birm
ənalı itirmiş olardı. Deməli, tarixi sənədlər sübut edir ki, AXC rəhbərliyi haqlı
olaraq hakimiyy
ətlərini deyil, Qarabağı qorumağa üstünlük vermişdir. Həm
beyn
əlxalq, həm də daxili
vəziyyət elə idi ki, XI Qırmızı ordu hökmən
Az
ərbaycana daxil olacaqdı. Azərbaycanın müstəqilliyini tanıyan Paris
konfransının iştirakçıları olan dövlətlər Azərbaycanı qorumaq üçün heç bir əməli
h
ərbi tədbir görmək fikrində deyildilər. Onlar düşünürdülər ki, Azərbaycanın
müst
əqilliyini tanımaqla onun müdafiəsi üçün lazımi hüquqi tədbirlər görmüşlər,
xalq özü öz müst
əqilliyini müdafiə etməlidir. Bu dövlətlərin xalqları müharibədən
bezmişdilər. Azərbaycan Xalq Cümhuriyyəti isə düşmüş olduğu ağır böhran
şəraitində, həm hərb, həm də sülh yolu ilə öz iqtidarını qorumaq imkanında deyildi.
Az
ərbaycanın müstəqilliyini qorumaq üçün əlverişli beynəlxalq şərait yox idi.
C
ənubi Qafqazda mövcud olan üç dövlət arasında yekdillik hökm sürmürdü.
Erm
ənistan ilə Azərbaycan arasında ərazi problemləri üstündə müharibə gedirdi.
N.Usubb
əyov ingilis diplomatı Q.Uordropla 1919-cu ilin sentyabrında olan
görüşündə deyirdi ki, Ermənistanın Azərbaycan ərazilərinə iddialarını Azərbaycan
64
t
əkbaşına həll
edə bilmir, bu səbəbdən o, Böyük Britaniya, yaxud Amerikanın
vasit
əçiliyini məmnuniyyətlə qəbul edərdi (282). Belə bir vəziyyətdən Azərbaycan
üçün yegan
ə çıxış yolu yarana biləcək ziyanı azaltmaq və yaranmaqda olan
v
əziyyəti nəzarət altına alaraq mümkün qədər qansız-qadasız ötüşmək idi.
N.N
ərimanov məhz bu istəklə vəziyyətə müdaxilə etmiş və məsuliyyəti boynuna
götürmüşdür.
N.N
ərimanovun AXC xadimlərinə münasibəti səciyyəvidir. N.Nərimanov
Az
ərbaycan Xalq Cümhuriyyətinin hərbi rəhbərləri olan generalları - Ə.Şıxlinskini
v
ə S.Mehmandarovu özü zaminə götürərək ölümdən qurtarmışdır. Əliağa Şıxlinski
xatir
ələrində yazırdı ki, nəinki onları, hətta “bütün zabitləri”
azad edib ailələri ilə
birlikd
ə Moskvaya göndərdilər (432, s.189). 1921-ci ilin yayında Ə.Şıxlinski
Az
ərbaycan hökumətinin xahişi ilə Azərbaycan Hərbi Komissarlığının
s
ərəncamına çağırılır. O, Baş Qərargaha, sonra isə, komandir heyəti hazırlayan
m
əktəbə rəis təyin olunur. Azərbaycan Xalq Cümhuriyyəti ordusunda qulluq etmiş
Abdulla Şəfiyevin xatirələrindən məlum olur ki, N.Nərimanov ancaq AXC
generallarına deyil, aşağı rütbəli zabitlərə də qayğı göstərmişdir. A.Şəfiyevin
yazdığına görə N.Nərimanov milli alay təşkil etdiyi zaman oraya siyasi
m
ənsubiyyətindən asılı olmayaraq Azərbaycan zabitlərini toplamışdır. Bu alay
sovet hiss
əsi olsa da, Müsavat mahnıları oxuyurdu. A.Şəfiyev xatirələrində yazır
ki, N.N
ərimanov Azərbaycandan uzaqlaşdırılandan sonra bu alay tamam ruslaşdı.
Komandir hey
əti rus, erməni və b. millətlərin nümayəndələrindən təşkil edildi
(402).
N.N
ərimanov gənclik illərində dostluq etdiyi,
sonralar fərqli siyasi
əqidələrinə görə yolları ayrıldığı M.Rəsulzadənin millətimiz qarşısında
xidm
ətlərini nəzərə alaraq onu həbsdən azad etdirib, şəxsən özü Moskvaya yola
salmışdır (bu hadisədə Stalinin də müsbət rolu olmuşdur). M.Rəsulzadə həbsdə
olark
ən təsadüfən əlinə düşən qəzetdəki bir məqalə haqqında yazırdı: “Azərbaycan
sovet hökum
ətinin sədri dr. N.Nərimanovun imzası ilə ilk səhifədə rəsmi bir
m
əlumat vardı. Məlumatın xatirimdə qalan mətnini əslinə yaxın bir şəkildə burada
n
əql edirəm: M.Rəsulzadəni vilayətlərdə hər cür
təhlükədən qorumaq məqsədilə
sovet hökum
əti onun paytaxta gətirilməsinə qərar vermişdir. Burada isə həyatı
əmniyyət altındadır, əhalinin bu xüsusda əmin olmasını və həyəcana düşməməsini
tövsiy
ə edirik” (58, s.23). Bu məlumat, bir
tərəfdən, N.Nərimanovun böyüklüyünü,
M.R
əsulzadəyə olan hörmətini, digər tərəfdən, xalqın Rəsulzadə sevgisini özündə
əks etdirir. Qəzetdəki bu məlumatla N.Nərimanovun guya H.Əmioğlunun
ultimatumuna cavab verdiyi ehtimal olunur. Tarixi gerç
əklik bu ehtimalın tam
əsassız olduğunu sübut edir. Birincisi, bu, ona cavab kimi verilsəydi elə özünün
n
əzərinə çatdırılardı, qəzetə verilməzdi. İkincisi, N.Nərimanovun bu bəyanatı hələ
Stalinin M.R
əsulzadəyə göstərdiyi qayğıdan əvvəl verilmişdir. Deməli, bu, tam
m
ənada N.Nərimanovun M.Rəsulzadəyə şəxsi münasibətinin təzahürüdür.
M
əlumatın qəzetə verilməyinin səbəbi isə N.Nərimanovun mürəkkəb dövrdə