HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   ...   31   32   33   34   35   36   37   38   ...   82

71 
 
separatçı  hərəkatda görür və  qeyd edir ki, milli hökumətə  müxalif olanlar da bir 
yandan  Qırmızı  ordunun  Azərbaycandan keçərək Qərb imperialistlərinə  qarşı 
istiqlal mücadil
əsi aparan Türkiyəyə  yardıma  gedəcəyi təbliğatını  yayaraq  işğala 
z
əmin  yaradırdılar  (88,  s.157).  V.İmanov  həmin dövrü belə  qiymətləndirir: 
“Bolşeviklərin və  bir neçə  “marjinal təşkilatlarının”  fəaliyyəti bir neçə  ay içində 
genişlənmişdi.  Türkiyə  milliyyətçiləri,  vaxtaşırı  Xəlil və  Nuri  Paşa  kimi  əski 
Osmanlı paşaları və subayları bunları təşviq edirdilər. Eyni zamanda ermənilər də 
Az
ərbaycana qarşı silahlı döyüş hərəkətinə gəlmişdilər” (83, s.199). Bu baxımdan 
B.Gökayın əsərini də qeyd etmək lazımdır. Əsərdə deyilir ki, “daha böyük çaplı bir 
savaşa  girişmədən  bolşevikləri yenmək mümkün deyildi. Bölgədən (Rusiyadan) 
g
ələn  bütün  hesabatlar  bolşeviklərin  əsgəri yöndən  güclü  olduqlarını  və  cənub, 
q
ərb,  şərq cəbhələrində, Qafqazda irəliləmə  etdiklərini göstərirdi”. Bu əsərdə 
Türkiy
ə hökumətinin həmin problemə münasibəti də açıqlanır (90, s.60). 
Bizi  maraqlandıran  bir  sıra  məlumatları  H.Baykaranın  əsərində  tapırıq. 
Əsərdən  aydın  olur  ki,  Noy  Jordaniyanın  dediyinə  görə  “Çiçerinin  ağzından 
qaçırmış”  olduğundan  Rusiyanı  Cənubi  Qafqazı  işğal etməyə  “İngiltərə  və  onun 
baş  naziri Lloyd Corc təşviq  edirdi”.  1920-cı  il  aprelin  23-də  Orconikidzenin 
Rostovdan Moskvaya gönd
ərdiyi  teleqramda  deyilirdi:  “Mustafa  Kamal  Paşa 
Az
ərbaycandan  xahiş  edir  ki,  sovet  qoşunlarını  öz  ərazisindən  buraxsın,  onlar 
Türkiy
ənin müdafiəsi üçün Türkiyə  sərhədlərinə  gəlsinlər” (242, v.188). Xəlil 
Paşanın Atatürkə yazdığı məktub bizim mövzu üçün çox vacibdir. O yazır: “Mən 
buradan  Bakıya,  oradan  da  İrana  hərəkət edəcəyəm”. H.Baykara bu  məktubu 
d
əyərləndirərək bizim üçün çox vacib olan əlavə edir: “Həqiqətdə isə nə ordu, nə 
baş komandanlıq, nə də bir hərəkat vardı”. Başqa bir mənbəyə istinadən H.Baykara 
qeyd edir ki, “X
əlil Paşa Qızıl orduya rəhbərlik edərək” Anadoluya doğru hərəkət 
etm
əkdə  “Ənvər  Paşanın  milli  mübarizəyə  rəhbərlik etməsini təmin etmək” 
m
əqsədi  güdürdü.  Kazım  Qarabəkir  Paşanın  1920-ci il aprelin 13-də  Atatürkə 
m
əktubunda  deyilir  ki,  bolşeviklərin sosial yönümlü siyasətinin nəticəsidir ki
“müs
əlmanlar bolşevikliyi asan  və  munis qəbul edir və qarşılayır”. Aprelin 23-də 
Kazım  Qarabəkir  Paşa  “İslam  dünyasının  gələcəyi üçün Azərbaycanın 
bolşevikləşməsini gərəkli”  sayır.  Azərbaycan  parlamentinin  sonuncu  iclasının 
iştirakçısı  olan  Əhməd  Cavad  Əmrə  vəziyyəti belə  dəyərləndirir: “Hürriyyətə, 
müst
əqilliyə  aşiq  kiçik  məmləkətin ümidsizlik içində  qıvrılmasının  ülvi  bir 
lövh
əsidir” (8, s.275, 264, 265, 276). 
Deyil
ənləri düzgün qiymətləndirmək üçün qeyd etməliyik ki, o zamanlar 
bolşevik  Rusiyası  ilə  kamalçı  Türkiyə  eyni  düşmənə  qarşı  vuruşurdu.  Bu 
dövl
ətlərin maraqları bir çox hallarda üst-üstə düşürdü və dostluqları da bu zəmin 
üz
ərində qurulurdu. Atatürkün sovet dövlətinə münasibətdə yeritdiyi siyasət tarixi 
reallığa  əsaslanırdı.  Onun  Sovet  İttifaqı  tərkibində  yaşayan  türkdilli  xalqların 
çağdaş  və  gələcək taleyinə  aid siyasəti də, fikri də  uzaqgörənliyi  ilə  seçilir.  İlk 
əvvəl biz bunu Türkiyənin, Azərbaycanın  ərazi  bütövlüyü  uğrunda  aktiv 


72 
 
mövqeyind
ə və xüsusən Naxçıvan məsələsinin həllində uğurlu siyasətində görürük. 
H.Baykara  xüsusi  vurğulayır  ki,  Atatürk  Kazım  Qarabəkir  Paşa  kimi  “bolşevizm 
haqqında  romantizmə  və  vəcdə,  ideologiya  çaşqınlığına  məruz  qalmamışdır”  (8, 
s.266).  Mehmet  Saray  “Atatürkün  Sovet  politikası”  əsərində  o zamanlar Xarici 
İşlər Naziri olan Əhməd Muxtar bəyin 13 fevral 1921-ci ildə TBMM-dəki çıxışını 
vermişdir.  Əhməd bəy  çıxışında  Rusiyada Türkiyənin laqeyd qala bilmədiyi 
xalqların  yaşadığını  göstərərək  deyir:  “Rusiyaya  qarşı  göstərdiyimiz təmayülün 
b
əlkə də mühüm bir səbəbi o millətlərə aid olan alaka-i kaviədir. Onların səadətini, 
onların istiqlalını təmin etməkdir. Bu məqsədi ixtilafa meydan vermədən həll edə 
bils
ək, böyük bir müvəffəqiyyət olur” (86, s.4). Atatürkün dediyi “bizim bu 
dostumuzun (SSRİ-nin - H.H.) yönətimində dil bir, inanc bir, öz bir qardaşlarımız 
vardır. Onlara arxa durmağa hazır olmalıyıq! “Hazır olmaq”  yalnız o günü susub 
gözl
əmək  deyildir,  hazırlaşmaq  lazımdır...  Mənəvi körpüləri  sağlam  tutaraq. 
Onların  bizə  yaxınlaşmasını  gözləməli  deyilik,  bizim  onlara  yaxınlaşmamız 
g
ərəkdir” (86, s.31) fikri XX əsrin 90-cı illərində Türkiyə-Azərbaycan əlaqələrinin 
yeni müst
əvidə  qurulmasının  əsasını  təşkil  etdi  və  Azərbaycanın  müstəqilliyinin 
tanınması ilə nəticələndi. 
N.N
ərimanovun milli dövlətçilik baxışlarının formalaşmasına, heç şübhəsiz, 
Rusiyada Xalq Mill
ətlər  Komissarlığında  topladığı  təcrübə, Azərbaycan Xalq 
Cümhuriyy
ətinin təcrübəsi və  1920-ci ilin apreli ərəfəsində  Azərbaycanda 
yaranmış ictimai-siyasi və iqtisadi vəziyyət ciddi təsir göstərmişdi. 
1920-
ci  ilin  aprel  ayı  ərəfəsində  Azərbaycanda ümumi vəziyyət necə  idi? 
Ona qısa olaraq nəzər yetirək. 
Az
ərbaycan müstəqillik  yoluna  çıxdıqda  Rusiya  ilə  münasibətləri bir çox 
mane
əyə rast gəldi. Rusiyanın Azərbaycandakı maraqları müstəqilliyin tanınmasını 
şübhə  altına  alırdı.  Bu  maraqlar  ermənilərin  maraqları  ilə  üst-üstə  düşdüyündən 
erm
əni-rus  alyansının  siyasəti müxtəlif yollarla və  üsullarla həyata keçirilməkdə 
idi. Bu maraqlar silsil
əsinin  əsas  ideoloqları  daha  çox  ermənilər və  ermənipərəst 
rus aliml
əri idi. Onların birgə maraqları nədən ibarət idi? 
Az
ərbaycan dövlətçiliyinin düşmənləri onun bir hissəsinin Rusiyanın əyaləti 
o
laraq  qalmasını,  digər bir qismi isə  yaranmaqda olan Ermənistan dövlətinə 
birl
əşdirilməsini istəyirdilər. Bildirirdilər ki, azərbaycanlılar dövlət yarada bilsələr 
v
ə o tanınsa, gərək bu dövlət üç “məhrum” üstündə qurulmuş bir dövlət olsun, yəni 
aktiv geopolitik v
əziyyətdən məhrum olsun; Türkiyə ilə sərhədi və Xəzər dənizinə 
çıxışı olmasın; maddi nemətlərdən, Bakı neftindən, müstəqil milli-siyasi idarəçilik 
hüququndan m
əhrum olaraq müştərək bir dövlət yaransın, yəni yaranacaq dövlətdə 
az
ərbaycanlılarla yanaşı rus və ermənilərin tam hakimlik hüququ olsun. 
Bel
ə  bir vəziyyətdə  Azərbaycanda  türk  ordusunun  başçısı  Nuru  Paşa 
Az
ərbaycan hökumətinin təkidi ilə ölkəni tərk etmək məcburiyyətində qaldı. Türk 
inqilabçılarına  həmrəylik Azərbaycan Xalq Cümhuriyyəti  tərəfindən deyil, 
Az
ərbaycan kommunistləri tərəfindən göstərildi. Türkiyədə baş verən milli-azadlıq 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə