Hüseyn caviD



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə23/62
tarix21.10.2017
ölçüsü2,83 Kb.
#6183
1   ...   19   20   21   22   23   24   25   26   ...   62

122 
 
Ə r t o ğ r u l. Təbii deyilmi ya... 
Y a v u z (mütəbəssim). Zatən ruhşünaslıq da bir nev peyğəmbərlikdir. 
Ə r t o ğ r u l. Daha doğrusu, peyğəmbərlik də bir nev ruhşünaslıqdır. Pəki, bu 
kitabların məalı nədir? 
A l a g ö z. Nurani bir təsəlli: səadət məhəbbətdir. 
Ə r t o ğ r u l. Təbii, məhəbbət səadətdir. 
A l a g ö z (məhzun bir təbəssümlə). Demək ki, bən məs’ud olamam. 
Y a v u z. Niçin? 
A l a g ö z. Çünki sevəmiyorum. 
Y a v u z. Xayır, bil’əkis, səadət sizi daima izliyor, bir kölgə kibi peşinizdən 
ayrılmıyor; lakin bir mane, qorqunc bir kabus sizi mə’yus ediyor. 
A l a g ö z (azacıq sinirli). Açıq söyləyin, anlamıyorum. 
Y a v u z. Düşünsəniz, anlarsınız... Fəqət anlamasanız daha məs’ud olursunuz. 
A l a g ö z (sarsılmış bir halda ətrafa). Ah, nələr eşidiyorum! Bu müəmmalı sözlər bir 
oq kibi qəlbimi parçalıyor. 
Ə r t o ğ r u l. Aman, rica edərim, şu sərsəmə qulaq verməyin, Altunsaç da burada. 
Buyurun, bir qadar görüşüb qonuşursunuz. 
A l a g ö z məhzun və düşüncəli adımlarla içəri girər. 
Y a v u z (tatsız qəhqəhə ilə). Bən Alagözü bunca sinirli bilməzdim. 
Ə r t o ğ r u l (darğın). Sən bir odunsun, həm də yonulmamış meşə odunusun. 
Y a v u z. Hiç darılma, girər, üzr istərim. 
Ə r t o ğ r u l. Üzrün qəbahətindən daha betər... 
Y a v u z (yarım qəhqəhə ilə). Bilirmisin nə var, bən bu qıza məftunum. Fəqət sana 
qarşı o qadar lütfkar göründü ki, sinirlərimə toqundu. 
Ə r t o ğ r u l. Pəki, oqu atıb yayı gizlətməkdə nə mə’na var? Söylə, baqalım. O hanki 
mane, o nasıl kabus imiş? 
Y a v u z. Kabus iştə onun annəsi... O, bu şəhərdə durduqca Alagöz məs’ud olamaz. 
Ə r t o ğ r u l. Haydı, gəl baqalım, sən daima saçma söyləməkdən zevq alırsın. (Təbdil 
tevr ilə). Lakin sana bir ricam var; saqın, bir daha gönlünə toqunmayasan. 
Y a v u z. Pəki, sənin xatirin için dilsiz və sağır olarum. 


123 
 
İçəri girirlər, bu sırada Afət ilə Qaplan gəlir. Afətin şıq və siyah əsvabı, mükəmməl 
tualeti, sərbəst tevr və hərəkəti kəndini daha şux, daha füsunkar göstərir. 
 
Q a p l a n. Bən geri dönmək istiyorum, təbii qüsura baqmazsınız. 
A f ə t. Niçin? Ərtoğrulu görmiyəcəkmisin? 
Q a p l a n. Xayır, onu sevindirməkdən ziyadə gücəndirmiş olarum. 
A f ə t. Pəki, o halda buraya qadar niçin gəldin? 
Q a p l a n. Orasını  kəndim də bilməm. (Onu məczub bir baqışla süzərək). 
Müsaidənizlə... (Əlini öpər). 
 
Ayrıldığı sırada Q a r a t a y gəlir. 
 
D o k t o r (istehzalı  təbəssümlə uzaqlaşan Qaplanı göstərir). Yeni eşqinizi təbrik 
edərim. 
A f ə t (eyni tərzdə). Əskik olmayın. 
D o k t o r. Fəqət, gönül bir olduğu kibi, məhəbbət də bir olmalıdır. 
A f ə t (müstəhzi). Sizdə olduğu kibi deyilmi? (Sinirli). Ah! Insafsız, mərhəmətsiz!.. 
Sən bəni atıb da Altunsaça uyarsın, saətlərcə peşindən ayrılmazsın, məhtablı gecələrdə 
əcnəbi kokotlarla qayıq gəzintisi yaparsın, həpsi keçər, gedər. Fəqət bən... bən isə yalnız 
əlimi öpdürməklə böyük bir günah işləmiş olurum, öyləmi?.. 
D o k t o r. Çünki sən qadınsın, anlıyormusun? 
A f ə t (müstəhzi qəhqəhələrdən sonra, ciddi). Ah, zavallı qadınlar!.. Bütün mühit və 
qanunlar onlara düşman, bütün din və adətlər düşman; bütün təbiət və kainat düşman!.. 
Çünki zəifdirlər, onunçin də haqsızdırlar. Fəqət erkəklər həp mə’sum! Bütün 
sapqınlıqlarilə mə’sum, bütün azğınlıqlarilə mə’sumdurlar... Çünki bütün qanunları yapan 
onlar!.. Onunçin də haqsız deyillər... Haqsız olsalar belə haqlı görünürlər. 
D o k t o r. Afət! Sən erkəkləri deyil, yalnız bəni təhqir ediyorsun. 
A f ə t (son dərəcə qızğın). Sus, artıq çıldırıyorum. Ah, sən təhqirə belə layiq deyilsin. 
Sən, sönük bir arzun için bəni qatil etdin, kəndi  əlimlə qocamı  zəhərlətdin;  əməyilə 
bəsləndiyim bir biçarəyi məhv etdin. Ah, şimdi isə... 
D o k t o r (təlaş ilə). Aman, rica edərim, sus! 
A f ə t (acı bir təbəssümlə). Heyhat! Bən sussam da həqiqət susmaz. (Içəri girər, 
Xandəmir gəlir). 
X a n d ə m i r. Niçin içəri girmiyorsun? Ərtoğrulu görə bildinmi? 
D o k t o r. Xayır, bən də şimdi gəldim. 


124 
 
Ə r t o ğ r u l sərv ağaclarının arasında görünür, onları dinlər. 
X a n d ə m i r. Yahu, iki günün biri, xəstəlik, dəlilik!.. Bu çocuq başımıza bir bəla 
kəsildi. Zavallı Altunsaç!.. Ortada rəsmi bir şey yoqsa da, yenə hər kəs bu ikisini nişanlı 
biliyor. Ah, qızımı, qızımın istiqbalını məhv etdim. 
D o k t o r. Əvət, Altunsaç bir elmasdır. Siz onu qeyb etmiş kibisiniz, fəqət bən o 
elması təkrar özünüzə iadə edərsəm, mükafat olaraq nə verirsiniz? 
X a n d ə m i r (tə’kidlə). Nə istərsən, hər nə istərsən... 
D o k t o r. Əgər istəyəcəyim məzkur elmas kəndisi olursa?.. 
X a n d ə m i r (bir qadar sükutdan sonra). Lakin Altunsaçın könlünü almaq şərtilə... 
D o k t o r. İştə o bənim vəzifəm... (Ətrafa). Özdəmiri zəhərlətdiyim kibi, Ərtoğrula da 
bir çarə düşünərüm. 
Ə r t o ğ r u l (ətrafa). Ah, insan qılıqlı canavarlar! 
İ l c a y (təlaş ilə çıqar). Siz buradamısınız? Ərtoğrul nə oldu, nerəyə getdi? 
X a n d ə m i r. Biz yeni gəldik, bir şeydən xəbərimiz yoq. 
İ l c a y. Ah, şimdi yenə əhvalı qarışdı. Sinirlənib də dışarı fırladı. 
D o k t o r. Hər halda onu yalnız bıraqmamalı, bir gün öncə bu şəhərdən 
uzaqlaşdırmalı, təbdili-hava için ətraf köylərə göndərməli. 
İ l c a y. Aman, doktor, bir çarə? 
D o k t o r. Artıq başqa çarə yoq, onun yalnız vücudu deyil, beyni də xəstələnmiş... 
Diqqət edilməzsə azacıq sonra dəli olur. 
Ə r t o ğ r u l. Dəlimi?.. (Qəhqəhə). Pəki, dəlinin nəyi dəli olacaq!.. 
İ l c a y (niyazkar). Ərtoğrul!.. 
Ə r t o ğ r u l. Rica edərim, sən sus! 
X a n d ə m i r (yaltaqca təbəssümlə). Doktor səni sevdiyi için öylə söylüyor. 
D o k t o r. Əvət, yalnız səni, sənin səhhətini düşünüyoruz. 
Ə r t o ğ r u l (sinirli və qızğın). Ah, tilkilər, çaqqallar!.. 
 
Bu sırada Altunsaç da çıqar. 
 
İ l c a y. Aman, nə söylüyorsun, düşün ki, onlar misafir... halbuki misafirə ehtiram 
lazım... 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə