Hüseyn caviD



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə31/62
tarix21.10.2017
ölçüsü2,83 Kb.
#6183
1   ...   27   28   29   30   31   32   33   34   ...   62

150 
 
Dört oğlum, tək bir qızım var. 
Qız deyil, bir ay parçası! 
Hər görən şaşırıb donar; 
Bir mələk, bir gül qonçası. 
 
Peyğəmbər dalğın və düşüncəli bir halda gəlir, onları dinlər. 
 
T o p a l 
 
Onunçin rəhmətli baban 
Nəim ad qoymuşdur sana. 
Bən adsız, səqət bir insan, 
Hər kəs Topal diyor bana. 
Pək uğursuz bənim tanrım, 
Hər yıl qız doğurdu qarım. 
Cümləsini diri-diri 
Gömdüm məzarə... Ah, biri 
Pək gözəldi, acımadım. 
Fəqət sonra oldum nadim. 
 
(Cibindən taxtadan yapılmış bir büt çıqarır, ixtiyarın önünə atar, sinirli və darğın) 
 
Hər kötülük iştə bundan, 
Şu bayquş bütdəndir, inan. 
 
İ x t i y a r 
 
Xayır, oğlum, küfr etmə, dur, 
Bənim əlim uğurludur. 
Həp qülbələr, kaşanələr, 
Ən müqəddəs bütxanələr 
Bən yapdığım sənəmlərlə 
Süslənmişdir... Bəni dinlə! 
 
(Əlində yonduğu bütü göstərir) 
 
Bunu al da, hiç bir zaman 
Bundan sana gəlməz ziyan
Oğul verir, sərvət verir, 
Tükənməz səadət verir. 


151 
 
P e y ğ ə m b ə r 
 
(göyə doğru həyəcanlı) 
 
Ulu Tanrı, ey qüdrətli Yaradan! 
Bu sözlər həp sana qarşı bir isyan... 
Şu sayğısız azğınlara qorqu ver, 
Ah, acı da, bunlara bir duyğu ver. 
Bir göz ver ki, haq nurunu duysunlar, 
Bir könül ver, doğru yola uysunlar. 
 
(Ətrafındakılara) 
 
Vətəndaşlar! Yetər, sapqınlıq yetər! 
Yalançı kahinlər sizi məhv edər. 
Əcdadınız doğru yoldan sapmışlar, 
Daşdan, taxtadan büt yapıb tapmışlar... 
O mə’nasız yolu həp unutmalı, 
Unutmalı, haq yolunu tutmalı. 
Bütün mə’budların fevqində parlar 
Yalnız gözəgörünməz bir Tanrı var, 
Odur həp varlığın əvvəli, sonu, 
Bütün kainat təqdis edər onu. 
 
İ x t i y a r 
 
(sinirli) 
 
Yahu nə istərsin bəndən? 
Söylədiyin bütün saçma... 
Çəkil dükanın önündən, 
Müştəriyə əngəl olma! 
 
P e y ğ ə m b ə r 
 
Şu büt yapan əllərinlə 
Yarınki haq divanında 
Cavabın nə olur, söylə? 


152 
 
T o p a l 
 
(istehzalı qəhqəhəylə) 
 
Görünməz allahı yanında 
Bizim əsla işimiz yoq, 
Çünki yüzümüz pək qara... 
 
P e y ğ ə m b ə r 
 
Əfv edər, onun lütfi çoq 
Peşiman olan qullara. 
 
N ə i m 
 
(sinirli) 
 
Ey, Abdulla oğlu! Artıq 
Dinləməkdən usandıq biz. 
 
P e y ğ ə m b ə r 
 
Günəş parlaqsa da, yazıq! 
Pərdələnmiş gözləriniz. 
 
N ə i m 
 
(qara örtülü evi göstərir) 
 
Yahu utan bir Kə’bədən, 
Kə’bədəki tanrılardan. 
Üç yüz altmış büt var ikən, 
Bir Tanrıya uymaz insan. 
P e y ğ ə m b ə r 
 
(Kə’bəyə işarətlə) 
 
Fəqət şu öydüyün məbəd 
Bir panayır
1
 qaynağıdır: 
                                                            
1
 P a n a y ı r – yılda 1-2 dəfə bir qaç gün dəvam edən böyük bazar. 


153 
 
Yoqsul ərəbçin müəbbəd 
Bir ticarət ocağıdır. 
Şu duyğusuz bütlər dəxi 
Dilsiz birər dəllal demək
Görünməz Tanrı halbuki 
Yersiz, yurdsuz olsa gərək. 
 
Bu sırada orta boylu, parlaq nasiyəli, qılıc quşanmış bir gənc 
Peyğəmbərə doğru gəlir. 
 
T o p a l 
 
İştə, Əbu Talib oğlu! 
 
N ə i m 
 
(Peyğəmbəri süzərək) 
 
Əvət, bunun əmoğlusu! 
 
(Əbu Talib oğluna) 
 
Yaqın gəl! Baban nüfuzlu, 
Şanlı bir nəslin ulusu... 
 
(Həyəcanlı) 
 
Məkkə xalqı: qadın, erkək 
Hörmət bəsliyordu ona. 
O da mərhəmət edərək, 
Böyük arqa oldu buna. 
Şimdi o ölmüş də bunun 
Yardımçısı, arqası yoq. 
Ögüt verin uslu dursun
Söylənib durmasın da çoq. 
 
Ə b u T a l i b o ğ l u 
 
Sizin duyğunuz həp sönük, 
Yarasa nurdan nə anlar? 


154 
 
Tanrı elçisi pək böyük... 
Nə söylərsə hikməti var. 
 
N ə i m 
 
(qafasını oynataraq) 
 
Əvət, bildik sən də bunun 
Ayrılmaz bir kölgəsisin. 
Ar olsun sana, ar olsun! 
Gör kimsin, kimin nəsisin. 
 
Ə b u T a l i b o ğ l u 
 
(qılıcını yarıya qədər çəkər, qızğın bir tevrlə) 
 
Azğın hərif, sus! Yoqsa bu 
Qılıc həddini bildirir. 
 
P e y ğ ə m b ə r 
 
(qolundan tutub bir tərəfə çəkər) 
 
Gəl, ey Əbu Talib oğlu! 
Haq onlara cəza verir. 
 
Ə b u T a l i b o ğ l u 
 
(həyəcanlı) 
 
Ah, sanki beynimdəki qan 
Bir alevdir yaqar bəni, 
Şu cahillərdə yoq vicdan, 
Təhqir etdirmə kəndini. 
 
P e y ğ ə m b ə r 
 
Tanrı əmridir, əzizim, 
Alim, cahil eşitməli. 
İştə vəzifəmiz bizim 
Hər acıya səbr etməli... 


155 
 
Ə b u T a l i b o ğ l u 
 
(əli qılıcının qəbzəsində titrər və qınına işarətlə) 
 
Lakin şu qılıc nə zaman 
Şu məhbəsdən qurtulacaq? 
P e y ğ ə m b ə r 
Bəklə, dur, böyük Yaradan 
Nə əmr etsə o olacaq. 
 
(Gedərlər) 
 
T o p a l 
 
Bən Əbu Talib oğlunu 
Bunca qəhrəman bilməzdim. 
Bir çocuq sanırdım onu, 
Cəsur deyilmi, ya Nəim?! 
 
N ə i m 
 
Cəsur, aslan kibi cəsur! 
Əvət, çoq ar olsun bizə, 
Biri çocuq, meydan oqur. 
Biri gülər dinimizə. 
 
T o p a l 
 
Görünür, yeni din için 
Az-çoq hörmət bəsləyən var. 
 
N ə i m 
 
Ona iman edənlərin 
Çoqu çocuqlar, qadınlar... 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə