Hüseyn caviD



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə39/62
tarix21.10.2017
ölçüsü2,83 Kb.
#6183
1   ...   35   36   37   38   39   40   41   42   ...   62

198 
 
P e y ğ ə m b ə r 
 
Yoqsulluq ən böyük sərvət
Qarşımda hiçdir rəyasət. 
Xayır, istəməm, gözəl qız, 
Sevgilim Tanrıdır yalnız. 
Çünki ən son pənah odur, 
Ona tapanlar qurtulur. 
Hətta günəşi sağıma, 
Ayı soluma qoysanız; 
Fikrimdən dönəməm əsla, 
Bir qul yaşarmı Tanrısız? 
 
(Gedəcək olur) 
 
B a ş k a h i n 
 
Getmə, bir dur, ah, nerəyə? 
P e y ğ ə m b ə r 
Haqq əmrini yetirməyə
Kim eşitsə nicat bulur. 
Kim rədd etsə həlak olur, 
Haq sevən arqamca gəlsin; 
Korlar qəhr olub əzilsin. 
 
(Saymazca və məğrur adımlarla uzaqlaşır) 
 
B a ş k a h i n 
 
Ah, şu uğursuz sabei 
Yaqar bəni atəş kibi. 
 
(Camaata heyrət və hiddətlə) 
 
Həp baqar, həp susarsınız, 
İsyan etməzmi qanınız? 


199 
 
Məzarlıqda yatanlarla 
Yoq sizin fərqiniz əsla. 
 
C a m a a t d a n 
 
– Ah, o xain məhv olmalı! 
– Şimdi cəzayı bulmalı! 
– Haydı, yoldan çevirməli! 
– Susdurmalı, öldürməli! 
 
Qadınlar və çocuqlar yerdən daş parçaları alır, Nəim ilə Topaldan başqa hər kəs 
gurultu ilə Peyğəmbər getdiyi tərəfə doğru yürür. Eyni zamanda göy gürlər. 
 
T o p a l 
 
Haydı gəl, biz də bərabər gedəlim, 
Gəl şu Peyğəmbəri bir seyr edəlim. 
 
N ə i m 
 
Fəzlədir bəncə şu yersiz həyəcan, 
Nə imiş sanki o bədbəxt insan... 
 
Ş ə m s a 
 
(Nədimə ilə bərabər gəlir) 
 
Bu nə, yahu, bu nə dəhşət əcəba? 
Sarsılır həp təməlindən dünya. 
 
N ə i m 
 
(müstəhzi) 
 
Göylərin elçisi me’rac ediyor, 
O böyük baş içimizdən gediyor. 
 
Ş ə m s a 
 
Nə demək? Anlamadım, söylə, nə var? 


200 
 
T o p a l 
 
Verdi hər kəs onu e’damə qərar. 
Göy gurultusu kəsilir. 
 
Ş ə m s a 
 
(Nədiməyə) 
 
Pək yazıq! Gəl baqalım bir bu nə hal
Ah, o layiqmi ki, olsun pamal? 
 
(Sür’ətli adımlarla camaat getdiyi tərəfə gedərlər) 
 
N ə i m 
 
(istehzalı təbəssümlə Şəmsayə) 
 
Hiç təlaş etmə, o artıq getdi, 
Çünki göylərdəki tufan bitdi. 
 
T o p a l 
 
(qarşı tərəfə baqar) 
 
Şuna baq!.. 
 
N ə i m 
 
Kimdir o? 
 
T o p a l 
 
Xəttab oğlu! 
 
N ə i m 
 
(baqar) 
 
Nə də qızğın! Gözü al-qanla dolu... 


201 
 
(Kinli baqışlarla gələn Xəttab oğluna) 
 
Bunca hiddət əcəba, söylə, nədən? 
 
X ə t t a b o ğ l u 
 
Onu öldürməyə əzm etdim bən
Kimə sorsam, buradan keçdi diyor, 
Ararım, yoq, görünür sehr ediyor. 
 
N ə i m 
 
(istehzalı təbəssümlə qafasını oynatır) 
 
Onu öldürmə, xayır, başqası var, 
 
(evi göstərir) 
 
Burda bir zevc ilə bir zevcə yaşar... 
 
X ə t t a b o ğ l u 
 
Şu qadın bəlli, bənim həmşirəm. 
 
N ə i m 
 
İştə Peyğəmbərə onlar məhrəm, 
Çıqmıyor hiç birinin gərçi səsi. 
Yeni din aşiqidir hər ikisi; 
Öncə onlardır, əvət, məhv olacaq... 
 
X ə t t a b o ğ l u 
 
(qılıcını yarıya qədər çəkər, son dərəcə sinirli) 
 
Sus, Nəim! Ah, nə diyorsun, bana baq! 
Kə’bə mə’budlarına and olsun
Doğru çıqmazsa sözün, məhv oldun! 


202 
 
N ə i m 
 
Xayır, əsla; bana layiqmi yalan? 
 
(İstehzalı qəhqəhəylə) 
 
Şanlı Peyğəmbəri əl’an buradan, 
Baq, şu evdən çıqıyorkən gördüm. 
 
(Topal ilə bərabər uzaqlaşır) 
 
X ə t t a b o ğ l u 
 
(çılğın) 
 
Ah, ölüm! Onlara dəhşətli ölüm!.. 
 
(Qapıyı çalmağa başlar. Içəridən gələn xoş ahəng bir qadın səsi diqqətini cəlb edər, 
durub dinlər) 
 
E ş i d i l ə n s ə s 
 
Ulu Tanrı, o görünməz yaradan 
Əmr edər yalnız ədalət, ehsan. 
O, fəna işləri, föhşiyatı 
Nəhy edər, varlığının isbatı 
Şu təbiət, şu məhabətli fəza... 
Onca birdir: ulu, zəngin, füqəra. 
 
Qapıyı bir daha şiddətlə çalar. S ə i d i l ə r ə f i q ə s i çıqar. Xəttab qızı əlindəki 
yazılı bir parça dəriyi həmən qoltuğuna saqlar. 
 
X ə t t a b o ğ l u 
 
(Səidə) 
 
Bana baq, doğrumu, əcdadımızın 
Bıraqıb dinini oldun xain? 
 


203 
 
(Sükut) 
 
Niyə susdun, niyə susdun böylə? 
Şaşırıb durma, cəvab ver, söylə! 
 
X ə t t a b q ı z ı 
 
Fəzlə israr ediyorsun, yetişir. 
 
X ə t t a b o ğ l u 
 
(Səidə) 
 
Səni zənn etməz idim bunca həqir. 
 
(Qılıc parlar) 
 
İştə, al! 
 
(Araya girən həmşirəsinin başı yaralanır, fışqıran qan alnını və köksünü boyar) 
 
X ə t t a b q ı z ı 
 
Ah, yaralandım, eyvah! 
 
X ə t t a b o ğ l u 
 
Söylə, həmşirə! Bu söz doğrumu, ah?! 
 
X ə t t a b q ı z ı 
 
Doğru, pək doğru, əvət, Peyğəmbər 
Bizcə ən şanlı, böyük bir rəhbər…
1
 
Onun Allahına iman etdik, 
Duyğusuz bütlərə isyan etdik. 
                                                            
1
 
Yaxud: sərvər 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə