Hüseyn caviD



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə37/62
tarix21.10.2017
ölçüsü2,83 Kb.
#6183
1   ...   33   34   35   36   37   38   39   40   ...   62

185 
 
Ə b u T a l i b o ğ l u 
 
Xayır, çünki qan dökməyi
Böyük Tanrı mən’ ediyor. 
 
X ə t t a b o ğ l u 
 
Bu bir yaldızlı hiylə ki, 
Həp qorqudan nəş’ət eylər. 
 
Ə b u T a l i b o ğ l u 
 
Saqın! O sevməz hiyləyi, 
Nə söylərsə doğru söylər. 
Abdulla oğlunu əsla 
Qorqutacaq bir qüvvət yoq, 
Hiç öyünmə, keçmiş ola
 
(əlini köksünə qoyaraq) 
 
Onun yardımçısı pək çoq... 
 
X ə t t a b o ğ l u 
 
İştə qəhrəman bir çocuq! 
Ərəbsin, eşq olsun sana! 
Inan, səndəki məğrurluq 
Ciddən xoş göründü bana! 
Lakin tutub öz əhdimi 
Bən məhv etməliyim onu. 
 
(İstehzalı təbəssümlə) 
 
Tanrıdan xəbər gəldimi, 
Ararsın Xəttab oğlunu. 
 
(Məğrur və əzəmətli adımlarla uzaqlaşır) 


186 
 
Ə b u T a l i b o ğ l u 
 
(sinirli) 
 
Ah, Peyğəmbərin bu helmi 
Həp düşmanları güldürür. 
Yoq, bu dərd yaqar könlümü
Çoq sürməz bəni öldürür. 
 
(Kəskin bir əzm ilə) 
 
Xayır, bən Xəttab oğluna 
Yüz verməm tüğyan eyləsin. 
Bıraqmam şu cəllad ona 
Güldən ağır söz söyləsin. 
 
(Sür’ətli və kinli adımlarla eyni yolu izlər) 
 
Bu sırada digər tərəfdən azğın yüzlü, canavar gözlü bir ərəb hənuz beş-altı yaşına 
varmış qızının qolundan tutub qızğın adımlarla məzarlığa doğru yürür. 
 
Ə r ə b 
 
Artıq usandım, gəl, yetər! 
 
Q ı z 
 
(acı fəryad ilə) 
 
Annəciyim!.. Ah, nerəyə? 
 
Ə r ə b 
 
Sən də bacın kibi gəbər! 
Qızlar məhkumdur hiçliyə! 
 
Q ı z 
 
(yalvarır) 
 
Aman, babacığım, aman! 


187 
 
Ə r ə b 
 
Gəl, yetər!.. 
 
(Hiddətlə sürüklər) 
 
Q ı z 
 
(qorqaraq çığırır) 
 
Ah, annəciyim! 
 
Ə r ə b 
 
Gəl, ölümdür sənin cəzan, 
Artıq yoq fəzlə ətməyim. 
 
Q ı z 
 
Ah, bıraq, anamı bir də 
Görəyim, sonra vur, öldür. 
 
Ə r ə b 
 
Haydı sən dəf’ ol, gəbər də, 
O da həsrətindən ölür. 
 
(Boş məzarın içinə atar) 
 
Q ı z 
 
Ah! 
 
Ə r ə b 
 
(məzarın üzərini iki-üç böyük daşla qapar) 
 
İştə... Sus, yetər, bana 
Qız evladı lazım deyil. 


188 
 
Q ı z ı n s ə s i 
 
Annəciyim... 
 
Ə r ə b 
 
(mütəəssir) 
 
Bədbəxt ana... 
Şimdi yavrusundan qafil... 
 
(Peşiman və məhzunca bir tevrlə əli alnında düşünür, sonra) 
 
Ah, nə duyğusuzmuş Tanrım, 
Bir gün taleyim gülmədi. 
Niçin, bilməm, niçin qarım 
Qız doğururkən ölmədi?! 
 
(Qızğın və sinirli) 
 
Xayır, bən oğuldan başqa 
Evlad istəməm, istəməm. 
Qız və qadın insanmı ya? 
Yoq, bən qıza evlad deməm. 
 
(Kinli adımlarla çəkilib gedər. O getdiyi kibi, S ə i d ilə X ə t t a b qızı təlaş ilə qapıyı 
açıb çıqarlar) 
 
X ə t t a b q ı z ı 
 
(Səidə) 
 
Aman, durma, nerdə olsa 
Peyğəmbəri get, ara bul! 
Ah, qardaşım onu bulsa, 
Hiç sağ bıraqmaz, əmin ol! 
 
S ə i d 
 
Şaşırma, ey Xəttab qızı, 
Qardaşın gərçi qəhrəman. 


189 
 
Peyğəmbər o imansızı 
Bir sözlə susdurur, inan! 
 
X ə t t a b q ı z ı 
 
Hər işdə ehtiyat eyi
Get, xəbər ver evlərinə. 
Həmən get bul Xədicəyi, 
Zevcəsidir, bilsin yenə. 
 
(Peyğəmbər uzaqdan görünür) 
 
S ə i d 
 
(baqar) 
 
Çoq şükür, iştə kəndisi! 
 
(Xəttab qızına) 
 
Saqın, bir şey söyləmə, dur... 
Qayıbdan bir səs 
Annəciyim... 
 
X ə t t a b q ı z ı 
 
Çocuq səsi. 
 
Ah, bu səs nerdən gəliyor? 
 
S ə i d 
 
(təlaş ilə Peyğəmbərə yaqlaşır, əyilib əlini öpdükdən sonra) 
 
Aman, ey Tanrı elçisi! 
Bir cəllad arıyor səni. 
Qayıbdan bir səs 
Annəciyim... 


190 
 
P e y ğ ə m b ə r 
 
Çocuq səsi. 
Qayıbdan bir səs 
Annəciyim... 
 
P e y ğ ə m b ə r 
 
Bu səs bəni 
Xərab etdi, ah, nə həzin!.. 
 
A n a 
 
(acı fəryad ilə qoşub gəlir) 
 
Aman, yavrum, mələk yavrum, 
 
P e y ğ ə m b ə r 
 
(xarab olmuş bir məzara yaqlaşır. Üzərindəki böyük daşı bir tərəfə çəkib baqar) 
 
İştə bir qız! Yardım edin, 
Yardımı əmr etmiş Tanrım. 
Ah, görünür diri-diri 
Məzarə gömmüşlər bunu. 
 
A n a 
 
Əvət xain bir sərsəri 
Məhv etmək istiyor onu. 
Səid məzara enər, qızı yuqarı qaldırır, Peyğəmbər yardım edib çıqarır. 
Of, yavrum... 


191 
 
Q ı z 
 
Ah, annəciyim... 
 
(Qucaqlaşırlar) 
 
P e y ğ ə m b ə r 
 
(anaya) 
 
Dur, yüksəltmə fəryadını, 
Söylə, bən bilmək istərim 
Şu mə’sumun cəlladını. 
 
A n a 
 
Cəlladı iştə pək aydın, 
Kəndi alçaq babasıdır. 
 
(Yaralı bir ahəng ilə) 
 
Onca bir qız, ya bir qadın 
Uğursuz baş bəlasıdır. 
 
P e y ğ ə m b ə r 
 
(müztərib və həyəcanlı) 
 
Qadın, qadın?! Onu duymaq, duyurmaq istərkən 
Yaqar düşüncəmi bir şö’lə, bir zəhərli dikən. 
Bütün həyatı çiçəkləndirən fəqət o... niçin, 
Niçin əzilsin o, bilməm niçin sürüklənsin?! 
Qadın – günəş, çocuq – ay... nuri ay günəşdən alır
1

Qadınsız ölkə çabuq məhv olur, zavallı qalır. 
Qadın əlilə fəqət bəxtiyar olur şu cihan, 
O bir mələk... onu təqdis edər böyük Yaradan. 
                                                            
1
 Yaxud: O bir günəş ki, bəşər zevqi, ruhu ondan alır. 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə