Hüseyn caviD



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə36/62
tarix21.10.2017
ölçüsü2,83 Kb.
#6183
1   ...   32   33   34   35   36   37   38   39   ...   62

179 
 
B a ş r ə i s 
 
İbn Xəttabın, əvət, şöhrəti var, 
Qəhrəmandır nəyə əzm etsə yapar. 
 
(Kənarda duran orta yaşlı Səidə) 
 
Sən də get, durma, Səid! Göz-qulaq ol! 
Yardım et qaynına, Peyğəmbəri bul. 
Camaat dağılır. 
 
S ə i d 
 
(uzaqlaşan Baş rəisə tə’zim ilə) 
 
Pək gözəl... 
 
(Ətrafa) 
 
Ah, canavar, ah ədna... 
Görəyim qəhr olasın sən də, o da... 
Gedər. Nədimə ilə bərabər geridə qalan Şəmsa həyəcanlı hallar keçirir. 
 
Ş ə m s a 
 
Yoq, bu mümkün deyil əsla... əsla, 
Onu məhv etmədə yoq bir mə’na. 
 
N ə d i m ə 
 
Şimdi Peyğəmbərə kin bəslər ikən
Bu təlaşın əcəba söylə nədən? 
 
Ş ə m s a 
 
Ah, o şahincə baqışlar hər an 
Çırpınan ruhumun üstündə uçar. 


180 
 
O gözəl səsdəki qüvvət, həyəcan 
Sızlayan könlümə bir şö’lə saçar. 
Seyr edərkən onu qarşımda dəmin, 
Söndü həşmət, əzəmət, söndü qürur. 
Onu sevdimmi? Bilinməz... Lakin 
Bəni bir duyğu əzib qəhr ediyor, 
O yanan qəlbə qavuşmaq dilərim, 
Ona qoşmaq dilərim. 
 
(Sinirli adımlarla Peyğəmbər getdiyi tərəfə doğru ilərilər, Nədimə də kəndisini izlər) 
 
 
HİCRƏT 
 
Eyni  şəhərdə  məzarlıq. Kənarda bir evciyəz, iki-üç xurma ağacı.  İkindi çağı... Ev 
sahibi Səid təlaş ilə  gəlir, qapıyı  şiddətlə çalar. Qapı açılır. Onun 30 yaşını keçməyən 
qarısı – Xəttab qızı qarşısına çıqar. 
 
X ə t t a b q ı z ı 
 
Səid, yüz-gözünü saran 
Bu təlaş niçin, əcəba? 
 
S ə i d 
 
Əhd etdi qardaşın əl’an 
Dəhşətli bir qurultayda... 
Sükut... 
 
X ə t t a b q ı z ı 
 
Aman, nədir əhd etdiyi? 
Bu təlaş, bu susmaq niçin? 
 
S ə i d 
 
Xəttab oğlu and içdi ki, 
Peyğəmbəri məhv eyləsin! 


181 
 
X ə t t a b q ı z ı 
 
(sarsılmış və qorqulu) 
 
Ah, bu qorqunc xəbər bəni 
Bir yıldırım kibi vurdu. 
Tanrı qurutsun əlini 
Yoq, o artıq pək qudurdu! 
 
S ə i d 
 
Bilsə hələ sən də, bən də 
O dinə iman etmişiz; 
Hiç sağ bıraqmaz, ilk öncə 
Bizdən öc alır şübhəsiz. 
 
(Uzaqdan Xəttab oğlu görünür
 
X ə t t a b q ı z ı 
 
İştə kəndisi! Şərrindən, 
Ya Rəb, sən saqla bizləri. 
 
X ə t t a b o ğ l u 
 
(kinli adımlarla yaqlaşır) 
 
Səid! Sizdən varmı görən 
Hiç o düzmə Peyğəmbəri? 
 
X ə t t a b q ı z ı 
 
Yoq bir kimsənin xəbəri. 
 
(Səidi göstərir) 
 
Nə zevcim görmüş, nə də bən. 
 
(Hər ikisi içəri girər) 
 


182 
 
X ə t t a b o ğ l u 
 
(əli qılıcının qəbzəsində, qızğın) 
 
Xayır, əsla o sərsəri 
Qurtulamaz şu pəncəmdən. 
 
(Bu sırada Əbu Talib oğlu sür’ətli adımlarla gəlib keçər) 
 
Dur, ey Əbu Talib oğlu, 
Bu sur’ətlə sən nerəyə? 
 
Ə b u T a l i b o ğ l u 
 
Gediyorum Tanrı qulu 
Peyğəmbərlə görüşməyə. 
 
X ə t t a b o ğ l u 
 
Sizlərdəki həsəb-nəsəb 
Bəlli, hər kəscə möhtərəm. 
 
Ə b u T a l i b o ğ l u 
 
(onun sözünü kəsərək) 
 
Fəqət bəncə elm, ədəb 
Həsəb-nəsəbdən müqəddəm... 
 
X ə t t a b o ğ l u 
 
Sözlərimi kəsmə, dinlə! 
 
Ə b u T a l i b o ğ l u 
 
Dinliyorum, əvət, söylə. 
 
X ə t t a b o ğ l u 
 
Bəncə atıb yeni dini, 
Əcdadınla öyünməli... 


183 
 
Ə b u T a l i b o ğ l u 
 
İnsan deyil əcdadını, 
Yalnız haqqı düşünməli. 
 
X ə t t a b o ğ l u 
 
Nə istərsiniz əcəba 
Gözə görünməz Tanrıdan? 
 
Ə b u T a l i b o ğ l u 
 
Görmədiyim bir Tanrıya 
Bən əyilməm hiç bir zaman. 
 
X ə t t a b o ğ l u 
 
Nerdə gördün onu, nerdə? 
 
Ə b u T a l i b o ğ l u 
 
Hər zaman iştə hər yerdə
Əvət, göstərir hər səda. 
Hər hərəkət onu daim, 
Bir şey görmədim ki, onda 
Tanrıyı görmüş olmayım. 
 
X ə t t a b o ğ l u 
 
(yarımistehza) 
 
Sən bu fevqəl’adə yolu 
Lütf edib də öyrət bana. 
 
Ə b u T a l i b o ğ l u 
 
(eyni ahənglə) 
 
Bir çocuq, ey Xəttab oğlu, 
Öyrətəməz bunu sana. 


184 
 
X ə t t a b o ğ l u 
 
(mə’nalı təbəssümlə) 
 
Fəqət diyorlar Peyğəmbər 
Tapınırkən Tanrısına; 
Daim izhari-əcz edər, 
Heyrətlə der “ma ərəfna”... 
 
Ə b u T a l i b o ğ l u 
 
İzhari əcz edən arif 
Ən böyük idrak əhlidir. 
 
X ə t t a b o ğ l u 
 
(məğrur və istehzalı baqışlarla) 
 
Dursun! Xaliqini hərif 
Bu gün məzarda öyrənir. 
 
Ə b u T a l i b o ğ l u 
 
(əli qılıcının qəbzəsində titrər) 
 
Sakit ol, onun məzarı 
Deyil yerdə, göylərdədir. 
Ona yalnız uca Tanrı 
Öz qucağında yer verir. 
Həm də onu, inan bana
Hər yigit qılıcı kəsməz. 
Dünya dağılsa da ona 
Əsla ölüm yeli əsməz. 
 
X ə t t a b o ğ l u 
 
(istehzalı qəhqəhə ilə) 
 
Fəqət rəngin pək dəyişdi, 
Könlün qavğamı istiyor? 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə