Hüseyn caviD



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə38/62
tarix21.10.2017
ölçüsü2,83 Kb.
#6183
1   ...   34   35   36   37   38   39   40   41   ...   62

192 
 
O pək sevimli, gözəl, incə, nazlı bir xilqət, 
Onun ayaqları altındadır fəqət cənnət: 
Qadın gülərsə şu ıssız mühitimiz güləcək, 
Sürüklənən bəşəriyyət qadınla yüksələcək... 
 
A n a 
 
Haydı, gəl gedəlim quzum. 
 
Q ı z 
 
Ah, babamdan qorquyorum. 
 
P e y ğ ə m b ə r 
 
Allah əsirgəsin, aman! 
Vəhşiləri keçdi insan. 
 
A n a 
 
Qorqma! O hiç görməz səni! 
 
Q ı z 
 
Görsə öldürəcək bəni. 
 
A n a 
 
Evdə yoq, bizi tərk etdi, 
Şimdi yol kəsməyə getdi. 
Qorqma, annən dilənir də, 
Verməz səni o namərdə. 
 
P e y ğ ə m b ə r 
 
Tanrı yardımçınız olur, 
Azğın cəzasını bulur. 


193 
 
(Evi göstərir) 
 
Baq, şu evdə yaşayanlar 
Pək mərhəmətli insanlar... 
Bunlarda qan var, vicdan var
Yuca Tanrıya iman var. 
Burda qalın hər ikiniz, 
O cəlladı görməyiniz. 
 
A n a 
 
(qızilə bərabər Peyğəmbərin ayaqlarına qapanır) 
 
Allah səndən razı olsun. 
Peyğəmbər qollarından tutub qaldırır. 
 
S ə i d 
 
Gəlin, bir az rahat bulun. 
 
X ə t t a b q ı z ı 
 
Gəlin, hiç məraq etməyin. 
 
P e y ğ ə m b ə r 
 
(mə’nalı bir baqışdan sonra) 
 
Məhəbbətdir ən böyük din. 
İçəri girərlər. 
 
X ə t t a b q ı z ı 
 
(Peyğəmbərə) 
 
Aman, buyursanız siz də... 


194 
 
P e y ğ ə m b ə r 
 
Xayır, bən getmək istərim... 
 
X ə t t a b q ı z ı 
 
Bir az saqlanınız bizdə, 
Qəzəblənmiş bəradərim... 
 
P e y ğ ə m b ə r 
 
(sözünü kəsərək) 
 
Lakin Tanrının qəzəbi 
Onunkindən daha müdhiş... 
 
X ə t t a b q ı z ı 
 
Ah, qorqarım, pək əsəbi, 
Bəlkə doğar çirkin bir iş. 
 
P e y ğ ə m b ə r 
 
Sən get, şu kimsəsizləri 
Avut, barındır, əkmək ver. 
Böyük Tanrı Peyğəmbəri 
Hər an bəladan hifz edər. 
 
Qadın onun əlini öpər, müztərib baqışlarla içəri girər və qapıyı qapar. Bu mənzərəyi 
uzaqdan görünən Nəim ilə Topal seyr edərlər. 
 
N ə i m 
 
Yazıq şu Xəttab oğluna, 
Peyğəmbərə kin bəsliyor. 
Həmşirəsi uymuş buna, 
Din içində din bəsliyor. 


195 
 
Peyğəmbər dalğın adımlarla məzarlıqda bir daş üzərində oturub düşünür. Bu sırada 
qız, oğlan bir yığın çocuq aşağıdakı  şərqiyi söyləyərək gəlir və  hər parça bitdikdə  əl 
çalar, oynarlar. 
 
Ç o c u q l a r 
 
Diyor göydə bağçalar var
Orda çiçəklər nur saçar, 
İnsan mələk kibi üçar... 
İstəməm, masaldır onlar, 
Bən vuruldum yalnız sana 
Vətən! Ah, sevgili ana! 
Dün bir quş gördüm yaralı, 
Düşmüş yurdundan aralı. 
Dişlərdi köksünü çalı, 
Söylərdi sanki hər halı; 
Vəhşi qartal qıydı bana, 
Vətən! Ah, sevgili ana! 
 
Bir qaç çocuq ıslıq çalaraq yerdən daş parçaları alıb Peyğəmbərə atar, o çəkilib 
getmək istərkən Baş kahin yanında birinci, ikinci, üçüncü rəis və iki kahin olduğu halda 
qarşı tərəfdən çıqarlar. 
 
B a ş k a h i n 
 
(Peyğəmbəri göstərir, istehzalı bir tevrlə) 
 
İştə əngin fəzaların 
Qəhrəman nümayəndəsi! 
İştə Latü Üzzaların 
Böhtançı bir xanəndəsi! 
 
B i r i n c i r ə i s 
 
Görünür bizdən bıqmış da, 
Şimdi başqa yol gediyor. 
Diriləri bıraqmış da, 
Ölülərə və’z ediyor. 


196 
 
İ k i n c i r ə i s 
 
Tuhaf!.. Bən Xəttab oğlunu 
Sadiq bilirdim əhdinə. 
Hənuz sağ bıraqmış bunu, 
Əski keyfindədir yenə. 
 
Ü ç ü n cü r ə i s 
 
Qüsur yoq onda, hər kəscə 
Bəllidir ki, o pək cəsur... 
 
(Peyğəmbərə işarətlə) 
 
Bəlkə hərif sehr etmiş də, 
Yalnız ona görünmüyor. 
 
P e y ğ ə m b ə r 
 
Sus! Allahın Peyğəmbəri 
Pək uzaqdır o işlərdən. 
Onun sehridir sözləri 
Varmı qarşılıq söyləyən?! 
 
B a ş k a h i n 
 
(son dərəcə qızğın) 
 
Bilməm niçin sarsılıb da 
Göylər yerə dökülmüyor? 
Bilməm niçin savrulub da 
Şu dünya alt-üst olmuyor? 
Ah, o mə’budlar ki, bizə 
Altın verir, şöhrət verir, 
O bütlər ki, ölkəmizə 
Həyat verir, qüvvət verir; 
Hiç rəvamı dünkü yetim 


197 
 
Onları təhqir etsin də, 
Biz kənardan seyr edəlim
O sağ qalsın yer yüzündə?! 
 
Bu sırada ətrafda qadın, çoluq-çocuq toplaşıb dinlər. 
 
P e y ğ ə m b ə r 
 
Xayır, aldanma, ey zavallı bəşər, 
Səncə qalibmi xeyrə fitnəvü şər? 
Əlverir qəflət, istəməz tüğyan, 
Səni er-gec həlak edər isyan. 
 
(Yerdən bir avuc topraq alıb havaya savurur) 
 
Sən nəsin? Iştə bir avuc topraq! 
Baq, düşün! Kibri at, qüruru bıraq. 
Əyri yoldan çəkil, fəsadı unut! 
Əvət, ancaq düşün də haq yolu tut. 
 
(Məzarları göstərir, qızğın və həyəcanlı) 
 
Var, səninçin də böylə bir gün var, 
Bir gün əldən çıqar şu altınlar. 
Həp susar tapdığın sənəmlər, əvət 
Yardım etməz güvəndiyin şöhrət. 
Həp sönər duyduğun şərəf, iqbal; 
Tanrıdan başqa hər nə varsa, xəyal!.. 
 
Ü ç ü n c ü r ə i s 
 
Arqadaş, söylənmə artıq 
Biz dinləməkdən usandıq. 
Vaz keç də sən bu sözlərdən
Qarşılıq hər nə istərsən: 
Altın, riyasət, gözəl qız, 
Hər şey verməyə hazırız. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə