Hüseyn caviD



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə41/62
tarix21.10.2017
ölçüsü2,83 Kb.
#6183
1   ...   37   38   39   40   41   42   43   44   ...   62

210 
 
İ s k e l e t 
 
(boş məzardan çıqar, qorqunc və istehzalı qəhqəhələrlə) 
 
Busə, həp busə! Iştə şe’rü xəyal, 
Busə, həp busə! Daima bu sual?! 
Busə pək tatlıdır mələklər için
Sevgi xoşdur duyan yürəklər için. 
Busədən həzz edərmi bir qaplan? 
Sevgi anlarmı hiç zəhərli yılan? 
Qaniçən, kinli, möhtəris qartal 
Kirli dırnaqlarilə bulsa məcal, 
Qoparıb parçalar, didər, əsəbi 
Şu məhəbbətlə çırpınan qəlbi. 
Busədən xoşlanırmı hiç canavar? 
Vəhşi insan da öylə həp qəddar! 
 
(Əlindəki sıyrılmış qılıcı oynataraq) 
 
Boş xəyal... Əldə parlamazsa silah, 
Tanımaz haqqı sayğısız gümrah. 
İştə hər ölkə, iştə hər millət 
Həp qılıcdan alır şərəf, qüvvət. 
Parlar ancaq onunla izzəti-nəfs, 
Qaplar onsuz həyatı hüznilə yə’s, 
Son sözüm: boş düşüncədən ayrıl, 
Busə istərmisin, silaha sarıl. 
 
(Sürəkli qəhqəhələrlə çəkilir) 
 
P e y ğ ə m b ə r 
 
(yalnız) 
 
Ah, nə dəhşət, nədir bu sisli xəyal? 
Yenə rö’yamı gördüyüm, bu nə hal? 


211 
 
M ə l ə k 
 
(tatlı təbəssümlərlə enər) 
 
Hiç məraq etmə, ey böyük rəhbər! 
Oqu altın kitabı, etmə kədər; 
Zəfər istərmisin, bu şəhri bıraq, 
Köç!.. Həmən başqa yurda köç!.. Ancaq 
O zaman sözlərin qəbula keçər. 
Yoq çıqan yerdə bir mətaə dəyər. 
Hər dəha başqa bir cihan istər, 
Kimsə olmaz evində Peyğəmbər. 
 
(Çəkilir. Hava ışıqlanır) 
 
Ə b u T a l i b o ğ l u 
 
(sür’ətli adımlarla gəlir. Peyğəmbəri qucaqlar) 
 
Bu nə? Ey fəxri-kainat, eyvah, 
Gözlərim kaş ki, kor olaydı da, ah! 
Görməyəydim şu halı... Söylə sənin 
Düşmanın hanki duyğusuz, xain?.. 
 
P e y ğ ə m b ə r 
 
Düşmanım varsa Tanrı düşmanıdır, 
Şu aqan qan da, iştə haq qanıdır. 
 
Ə b u T a l i b o ğ l u 
 
(əli qılıcının qəbzəsində titrər) 
 
Daha səbrim tükəndi, söylə, aman, 
Hərb için hökm yoqmu Allahdan? 
 
P e y ğ ə m b ə r 
 
Bəklə, dur! Hiç təlaşa yoq hacət
Xainin bir cəzası var əlbət. 


212 
 
Bu sırada X ə t t a b o ğ l u evdən çıqar. Peyğəmbəri görüncə heyrətdən dona qalır. 
 
Ə b u T a l i b o ğ l u 
 
(sarsılmış bir halda qılıc çəkmək istər) 
 
Sağ bıraqmam, xayır, şu azğını bən! 
 
P e y ğ ə m b ə r 
 
(sərt və kəskin bir baqışla Əbu Talib oğluna) 
 
Dur! Unutdunmu Tanrı hökmünü sən? 
 
(Xəttab oğluna) 
 
Gəl, yaqın gəl, durub şaşırma, əvət, 
Bəllidir bəncə etdiyin niyyət. 
 
X ə t t a b o ğ l u 
 
(yaqlaşır) 
 
Nə imiş niyyətim? 
 
P e y ğ ə m b ə r 
 
Bənim ölümüm! 
 
X ə t t a b o ğ l u 
 
Əcəba yoqmu səndə qorqu? 
 
P e y ğ ə m b ə r 
 
Ölüm, 
Bəncə bir cismin inqilabı demək 
Həm də pək fəzlədir məraq etmək. 


213 
 
X ə t t a b o ğ l u 
 
Titriyorkən bütün cihan bəndən
Bu cəsarətlə pək böyüksün sən. 
 
(Qılıcını çəkərək) 
 
Söylə, hər kimsə düşmanın gedəyim, 
Öc alıb bir vuruşda məhv edəyim. 
Baq, şu elmas qılıc bu gün ancaq 
Sənin uğrunda parlayıb duracaq. 
 
P e y ğ ə m b ə r 
 
İstəməm başqa dürlü yardım bən, 
Etiqad eylə tək o Tanrıya sən. 
 
X ə t t a b o ğ l u 
 
Haqdır, əlbət, inandığın Yaradan, 
Ona qəlbimlə eylədim iman. 
 
(Tə’zim ilə Peyğəmbərin əlini öpər, o da qarşılıq olaraq kəndisini öpüb qucaqlar) 
 
P e y ğ ə m b ə r 
 
(böyük bir sevinc ilə) 
 
Cümlə dünya verildi sanki bana
Versin Allahım əcri-xeyr sana. 
 
X ə t t a b o ğ l u 
 
(Əbu Talib oğlu ilə qucaqlaşıb öpüşür) 
 
Pək böyükmüş güvəndiyin qüdrət, 
Bəni, ey şanlı qəhrəman, əfv et. 


214 
 
P e y ğ ə m b ə r 
 
Öpüşüb birləşin ki, hər ikiniz 
Haq yolun ən dəyərli rüknüsünüz. 
Dini-islamə yoq zaval artıq, 
Haqqı təbliğə başlayın apaçıq. 
 
Səid ilə X ə t t a b q ı z ı  çıqar. Peyğəmbəri o halda görüncə  təlaş ilə  kəndisinə 
yaqlaşırlar. 
 
X ə t t a b q ı z ı 
 
Nə qiyafət bu, ah, aman, ya Rəb? 
 
P e y ğ ə m b ə r 
 
(göyə işarətlə) 
 
Həp Onun eşqidir bu halə səbəb. 
 
Ə b u T a l i b o ğ l u 
 
(Peyğəmbərə pək həyəcanlı) 
 
Hər nə zülm etdilər durub baqdıq, 
Şimdi yoq səbrə ehtiyac... artıq 
Çırpınır intiqam için könlüm, 
Ya zəfər, haq və ya şərəfli ölüm!.. 
 
P e y ğ ə m b ə r 
 
Daha dur, öylə bir düşüncə əbəs... 
Bu günün hökmü başqadır: hər kəs 
Xəbər etsin də kəndi bildiyinə, 
Başlayın cümlə yol tədarikinə. 
Gecə erkən beşər-üçər həpimiz 
Buradan ayrı-ayrı köçməliyiz. 


215 
 
X ə t t a b o ğ l u 
 
Hazırız cəngə, gəlsə həp dünya
Bu təlaş anlamam niçin əcəba?! 
 
P e y ğ ə m b ə r 
 
Tanrıdan çünki böylədir fərman, 
“Köç!” Əvət “köç” diyor böyük Yaradan. 
Göy gürlər, qaranlıq çökər. 
 
İ s k e l e t 
 
(acı qəhqəhələrlə Peyğəmbərin qarşısına fırlar) 
 
“Köç!” Əvət “köç!” Fəqət unutma, saqın, 
Ərəb evladı şimdi pək çılğın... 
Rəhbərin əldə həp kitab olsa, 
Sana olmaz zəfər nəsib əsla. 
 
(Ridasının altından çıqardığı parlaq qılıcı Peyğəmbərə uzatır) 
 
İnqilab istiyormusun, bana baq! 
Şu qılıcdır o fikri parlatacaq. 
Xəstə bir üzvə bənzər amili-şər. 
Kəs də, bulsun şəfa vücudi-bəşər. 
 
P e y ğ ə m b ə r 
 
(qılıcı alır, mə’nalı və kəskin bir ahənglə) 
 
Əvət, ən doğru, ən gözəl ayin: 
Əhli-vicdanə – busə, xainə – kin!.. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə