Hüseyn caviD



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə43/62
tarix21.10.2017
ölçüsü2,83 Kb.
#6183
1   ...   39   40   41   42   43   44   45   46   ...   62

221 
 
Öncə pək qızdı, sonra yalvardı, 
Onu pəncəmdən aldı, qurtardı. 
 
Ü ç ü n c ü r ə i s 
 
Şu gözəl afətin də halı tuhaf; 
Həm saçar lütf, mərhəmət, insaf, 
Həm də kin bəslər, intiqam izlər. 
Ona rast gəlsə şimdi Peyğəmbər, 
Şübhəsiz kəndi məhv edər də onu, 
Mərhəmət duymadan içər qanını. 
 
Bu sırada dışarıdan i k i n c i x i d m ə t ç i gəlir. Şəmsa əzəmətli və məğrur adımlarla 
onu izləyərək daxil olur. Məclisdəkilər təmənna edər, o da yünülcə səlamlar və ikinci 
rəisi yarım baqışla süzərək sağ odaya, hərəmxanəyə keçər. 
 
B i r i n c i r ə i s 
 
Baq, günəş izliyor siyah gecəyi
Bu təsadüf, aman, nə xoş, nə eyi... 
 
İ k i n c i r ə i s 
 
Sisli xülya peşincə rəqs edərək, 
Parlayan şe’rə bənziyor o mələk. 
 
Ü ç ü n c ü r ə i s 
 
Bəncə müzlim bulutlar arqasına 
Saqlanan bir pəri qadar Rə’na... 
 
(İkinci rəisə) 
 
O keçərkən səhər nəsimi kibi, 
Səni pək süzdü, yoqmu bir səbəbi? 
 
İ k i n c i r ə i s 
 
Qəlbdən qəlbə şübhəsiz yol var
O baqışlar, aman, nə cazibədar! 


222 
 
Doğurur hər könüldə bir həyəcan, 
Görsə hər kim, həmən qalır heyran. 
Ah o, ağ pənbə bir gövərçin ki; 
 
(istehzalı təbəssümlə) 
 
Ulu Peyğəmbərin bənimsədiyi 
Yuca göylərdə, baği-cənnətdə 
Bir mələk yoq şu hüsni-surətdə... 
 
Bayquş ötər. B a ş k a h i n arqasında camaat – qadın, erkək daxil olur. Məclisdəkilər 
tə’zim ilə yerindən qalqar. Yenə bayquş ötməyə başlar. Sükut... 
 
B a ş k a h i n 
 
(həyəcanlı) 
 
Nə fəlakət, bu nə dəhşətli zaman?! 
Dağılıb məhv olacaq sanki cihan. 
Gördüyüm qorqulu rö’ya nə bəla! 
Bayquşun ötməsi ondan da fəna. 
 
B i r i n c i r ə i s 
 
O nə rö’yadır, əfəndim, əcəba? 
 
B a ş k a h i n 
 
Ah, dəmin uyquya daldım odada, 
Bir də baqdım qarışıb durdu hava. 
Sarsılır ta təməlindən dünya
Gürləyib göy, çaqaraq şimşəklər, 
Yıldırım Kə’bəyi alt-üst eylər. 
Devrilib bütlərimiz həp birdən, 
Kül olub göylərə savruldu həmən. 
 
 
Sükut... 


223 
 
B i r i n c i r ə i s 
 
(ikinciyə) 
 
Şübhəsiz bunda böyük mə’na var. 
 
İ k i n c i r ə i s 
 
Bəlkə gördüklərinin əksi çıqar. 
 
Ü ç ü n c ü r ə i s 
 
(arqadaşına) 
 
Kim bilir, bəlkə də uydurmuş onu. 
 
(Baş kahinə) 
 
Uyqudur, xeyir olur əlbəttə sonu. 
 
Öndə baş rəisin hərəmi və Şəmsa olaraq bir qaç xanım və Nədimə sağ qapıdan girər. 
Hər kəs əyilir. Sükut... 
Bu sırada x i d m ə t ç i y l ə bir k a h i n təlaş içində daxil olur. Baş kahinə tə’zim 
edər. 
 
B a ş k a h i n 
 
Nə xəbər? Söylə çabuq, söylə, nə var! 
 
K a h i n 
 
Kə’bədən şimdicə büt çalmışlar! 
 
B a ş k a h i n 
 
Hanki bütdür? O nasıl büt əcəba? 
 
K a h i n 
 
Böyük altın büt, əfəndim, hanya? 


224 
 
(Rəisəyi göstərir) 
 
Onu yapdırdı xanım qaç sənədir. 
 
B a ş k a h i n 
 
(çılğın) 
 
Dilin-ağzın qurusun, sus, yetişir, 
O bizim tanrıların ən gözəli... 
Onu kim çalsa yaqındır əcəli... 
 
R ə i s ə 
 
Bu xəyanət, bu cəsarət, nə ağır, 
Xain, əlbət ki, cəza bulmalıdır. 
 
B a ş k a h i n 
 
Yarın erkəncə edilsin təftiş, 
Kimsənin həddi deyil, bəncə bu iş. 
Yenə ondan, yenə Peyğəmbərdən. 
Çünki casusları var hər yerdən. 
Tam səkiz yıldır o tüyğan ediyor, 
Həm də getdikcə müsəllət, məğrur... 
Son zamanlar susuyor gərçi, bunun 
Sonu bir fırtınadır pək coşqun... 
Baqa dursun da Qureyş evladı, 
Yarın əlbət yucalır fəryadı. 
 
(Acı təbəssümlə) 
 
Latü Üzzayı bıraqdıq məmnun, 
Bizə ar olsun, əvət, ar olsun. 
 
B i r i n c i r ə i s 
 
Baş rəis iştə yaqındır, gəlsin, 
Baqalım fikri nədir bizlər için. 


225 
 
B a ş k a h i n 
 
Ah, kör olsun fələyin gözləri, kör, 
Nəyə varmış da Qureyşin işi gör. 
Başçımız sülhü səlamət güdüyor, 
Gör gedib kimlə müdara ediyor. 
İşə baq! Dünkü yetim, dünkü çoban 
Saçıyor aləmə dəhşət, həyəcan. 
 
Ş ə m s a 
 
(cəsarət və mətanətlə) 
 
Lakin əfsus o deyil dünkü yetim, 
Şimdi bir şanlı komandan, hakim! 
Hər siyasətdə müdəbbir və müdir, 
Bir həkim iştə o, bə’zən şair. 
Şər’ü qanunda böyük qüdrəti var, 
Güclüdür çünki, nə istərsə yapar. 
Ona hər gün gəliyor hey’ətlər, 
Yeni mə’budunu təqdis eylər. 
Bütpərəstlərmi fəqət? Hər yerdə 
Isəvilər də, yəhudilər də 
Ona iman ilə ağuş açıyor, 
Kimi qorqub da təməllüq saçıyor. 
Onu ilk öncə küçük sandıq biz, 
Halbuki şimdi təlaş etmədəyiz. 
 
Sükut... 
 
B i r i n c i r ə i s 
 
(Şəmsayı məftun və möhtəris baqışlarla süzən ikinci rəisə, xüsusi) 
 
Ona az baq... 
 
İ k i n c i r ə i s 
 
(məczub) 
 
Nə lətafət!.. 


226 
 
B i r i n c i r ə i s 
 
Yetişir. 
 
İ k i n c i r ə i s 
 
Ah, o artıq bəni etmiş təsxir. 
 
B i r i n c i r ə i s 
 
Baqıyor həp sana məclisdəkilər. 
 
İ k i n c i r ə i s 
 
Of! Bu aqşam nə gözəl! 
 
B i r i n c i r ə i s 
 
Baqma, yetər! 
 
İ k i n c i r ə i s 
 
O nə halət, nə məhabət, nə cəmal? 
 
B i r i n c i r ə i s 
 
Topla bir kəndini, yahu, bu nə hal? 
Bayquş ötər, göy gürlər, sükut... 
 
R ə i s ə 
 
Ah, yenə o bayquş səsi, 
Bir fəlakət var şübhəsiz! 
Ah, yenə göy gürləməsi, 
Bunlar deyil təhlikəsiz! 
Latü Üzzanın qəzəbi 
Dünyaları titrətiyor. 
Hiç altın büt çalınırmı?! 
 
(Bayquş ötər) 
 
Ah, yenə bayquş ötüyor. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə