Hüseyn caviD



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə40/62
tarix21.10.2017
ölçüsü2,83 Kb.
#6183
1   ...   36   37   38   39   40   41   42   43   ...   62

204 
 
Qorqumuz yoq, eyi bil, hər ikimiz 
Haq için can ilə başdan keçəriz. 
 
(Köksünü açar) 
 
İştə öldür! Acıdan qurtuluruz, 
Qavuşub Tanrıya məs’ud oluruz. 
 
X ə t t a b o ğ l u 
 
(əvvəlki mətanəti söndüyü halda, həmşirəsinə) 
 
Bir taqım ayət oqurdun da dəmin, 
Onu göstər bana! 
 
X ə t t a b q ı z ı 
 
Olmaz! 
 
X ə t t a b o ğ l u 
 
Bu niçin? 
 
X ə t t a b q ı z ı 
 
Etmədin bəlkə riayət, hörmət. 
 
X ə t t a b o ğ l u 
 
Edərim. 
 
X ə t t a b q ı z ı 
 
And iç! 
 
X ə t t a b o ğ l u 
 
İnan! 
 
X ə t t a b q ı z ı 
 
İştə! 


205 
 
(Yazılı dəri parçasını çıqarıb verir) 
 
X ə t t a b o ğ l u 
 
Əvət! 
 
(Şaşqın və vurulmuşcasına oqur) 
 
“Ulu Tanrı, o görünməz yaradan 
Əmr edər yalnız ədalət, ehsan. 
O, fəna işləri, föhşiyatı 
Nəhy edər, varlığının isbatı 
Şu təbiət, şu məhabətli fəza... 
Onca birdir: ulu, zəngin, füqəra”. 
 
(Sarsılmış bir halda) 
 
Nə ilahi, nə müqəddəs ilham! 
Duyduğum yoq şu fəsahətdə kəlam. 
Bəni əfv eylə, mələk həmşirəm, 
Doğru din... qalmadı əsla şübhəm. 
 
(Həmşirəsini qolları arasına alır və əlindəki məndil ilə yarasının qanını silər) 
 
Yaranı şimdi sarıb bən gedərim, 
O böyük dahiyə iman edərim. 
 
(İçəri girərlər) 
 
Azacıq sonra Peyğəmbər qana boyanmış  və başı sarınmış olduğu halda Şəmsa ilə 
Nədimənin yardımı ilə gəlir. 
 
Ş ə m s a 
 
(Nədiməyə) 
 
Daha dur, bir qadar etsin rahət. 


206 
 
P e y ğ ə m b ə r 
 
(əlini ağzına götürür, acı bir fəryad ilə) 
 
Dişlərim! Ah, qırılıb oldu səqət. 
 
(Böyük bir daş üzərinə oturur) 
 
Ş ə m s a 
 
(əlini onun omuzuna qoyaraq) 
 
Ağrıdır, bəlkə bir az sonra keçər
Ölmədin, iştə bu dünyayə dəyər. 
 
P e y ğ ə m b ə r 
 
Səni pək başqa tanırdım, lakin 
Bir mələkdən daha munis qəlbin. 
Duyğusuz bütlərə vurğun cühəla 
Daha xoşdur sana aciz qul ola. 
 
Ş ə m s a 
 
Latü Üzza səni qurtardı dəmin, 
Yenə təhqir ediyorsun, bu niçin? 
 
P e y ğ ə m b ə r 
 
(sinirli) 
 
Latü Üzzamı? Çəkil, sus, dəf’ ol! 
 
Ş ə m s a 
 
Uçurum – izlədiyin qorqulu yol. 
 
P e y ğ ə m b ə r 
 
Qorqu yoq, izlədiyim haq yoludur
Yaradan, öldürən ancaq bir odur. 
Hər nə mevcud isə xilqətdə onun, 


207 
 
(Şəmsaya işarətlə) 
 
Bu gözəllik, bu lətafət də onun. 
 
Ş ə m s a 
 
Bana baq! 
 
P e y ğ ə m b ə r 
 
(əlilə rədd edər) 
 
Haydı, çəkil get, yetişir. 
 
Ş ə m s a 
 
(məğrur və istehzalı təbəssümlə) 
 
Bir gözəl bunca edilməz təhqir. 
 
P e y ğ ə m b ə r 
 
Bən gözəllərdə gözəl ruh ararım, 
Ruhu düşkünləri çirkin sayarım. 
Bir gözəl levhə ki, yapmış rəssam, 
Daha xoşdur ona məftun olsam. 
Tanrı eşqilə yanan haq nuru 
Səndə yoq, durma, çəkil get!.. Doğru, 
Zahirin xoşsa da bədbatinsin, 
Bu gözəlliklə, əvət, çirkinsin. 
 
Ş ə m s a 
 
(pək fəna sarsılır) 
 
Yoq, bu təhqirə dayanmam əsla. 
 
(Nədiməyə) 
 
Gedəlim. 


208 
 
P e y ğ ə m b ə r 
 
İştə açıq yol! 
 
Ş ə m s a 
 
(hiddət və nifrətlə ətrafa) 
 
Budala! 
 
(Peyğəmbərə) 
 
İstədim bən səni məs’ud edəyim, 
Duymadın qəlbimi, artıq nə deyim? 
 
P e y ğ ə m b ə r 
 
Bəni haq düşmanı məs’ud edəməz, 
Tanrısız bir qızın eşqində nə həzz? 
 
Ş ə m s a 
 
Düşman olsam da sənin Tanrına bən, 
Sana hörmət duyarım, ah, bilsən! 
 
P e y ğ ə m b ə r 
 
(sözünü kəsərək əli ilə rədd edir) 
 
İstəməm... öylə məhəbbət, hörmət 
Doğurur bəndə tükənməz nifrət. 
 
Ş ə m s a 
 
(acı təbəssümlə Peyğəmbərə) 
 
Nə könül varmış, əvət səndə, nə hiss. 
 
(Nədimə ilə bərabər uzaqlaşır) 


209 
 
P e y ğ ə m b ə r 
 
Saçların pək uzun, əqlin naqis. 
 
Ş ə m s a 
 
(dönər, məğrur və sərt bir baqışla) 
 
Naqis olsam da kəmalın bəndən, 
Varlığın, həm də zəvalın bəndən. 
 
(Gedərlər) 
 
Hava qararmağa başlar, Mələk nurlar və təbəssümlər içində Peyğəmbərin qarşısına 
enər. 
 
M ə l ə k 
 
Ey ulu Tanrı elçisi! 
Göydən sana müжdələr var. 
Yüksək mələklərin səsi 
Həp birdən səni alqışlar. 
Mübarək alnında açan 
Eşqin qanlı qönçələri; 
Çiçəkləndirəcək, inan, 
Ən parlaq səhifələri. 
Böyük dahilərin payı 
Həp olmuş mızraq, qılıc, oq. 
Onlardakı fırtınayı 
Susdurmaz daş, dikən, yumruq. 
Qorqma, söylə! Şəfəq sökər, 
Bir gün qaranlıq sıyrılır; 
Hər kəs qarşında diz çökər, 
Xain silahlar qırılır. 
İzlədiyin pənbə yıldız 
İssız bir hiçlikdən gülər. 
Səndən insanlara yalnız 
Sevgili, tatlı busələr. 
 
(Çəkilir) 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə