Hüseyn caviD



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə45/62
tarix21.10.2017
ölçüsü2,83 Kb.
#6183
1   ...   41   42   43   44   45   46   47   48   ...   62

233 
 
B a ş k a h i n 
 
Bəlkə Mısırdan, ya Şamdan 
Gələn karvan atəş etmiş. 
 
B i r i n c i r ə i s 
 
Bən pək şübhələndim ondan, 
Xayır, bu pək qorqunc bir iş. 
 
R ə i s ə 
 
Ah, bəlkə qızmış da bütlər 
Yaqmaq istər ölkəmizi? 
 
İçəri gedən q ı z əlində qədəhlərlə dolu bir təpsi və şərab dəstisi gəlir, rəisə əlilə rədd 
edər. 
 
Şərab istəməz, şu xəbər 
Sərxoş etdi artıq bizi! 
 
(Qız geri dönər) 
 
Ü ç ü n c ü r ə i s 
 
Hər halda bir qasid gedib 
Kəndi gözilə görməli. 
Pək yaqından diqqət edib, 
Doğru xəbər gətirməli. 
 
X i d m ə t ç i 
 
(gəlir, tə’zim edər) 
 
Baş rəis təşrif etdilər. 
 
(Çıqar
 
R ə i s ə 
 
Şimdi hər şey anlaşılır. 


234 
 
B a ş k a h i n 
 
Öylə ya, ən doğru xəbər 
Hiç şübhə yoq ki, ondadır. 
Baş rəis gəlir, hər kəs kəndisinə qarşı ehtiram ilə əyilir. 
 
 
Sükut... 
 
B a ş r ə i s 
 
Bilin, agah olun, ey əhli-vətən! 
Sizə bir müjdə gətirdim həqdən. 
Bəni kim dinləsə izzət bulacaq
Kim ki, rədd etsə peşiman olacaq. 
 
(Ətrafı saran atəşi göstərir) 
 
Şu böyük yanğını bir seyr ediniz, 
İştə bir ordu ki, hiç görmədiniz. 
Həpsi “qan”, “qan” deyə müştaqi-zəfər, 
Onların rəhbəridir Peyğəmbər. 
Onun ilk əmri budur: xaricdə 
Dolaşıb durmayacaq bir kimsə. 
Çəkilib evlərə, ya Kə’bəyə biz 
Dini-islamı qəbul etməliyiz. 
Kim inad etsə həmən məhv olacaq, 
Mal və evladına həsrət qalacaq!.. 
 
R ə i s ə 
 
(son dərəcə həyəcanlı) 
 
Sana yas tutsun anan, sus, daha sus! 
 
B a ş r ə i s 
 
Sən bağır, haq budur, əfsus, əfsus... 


235 
 
(Camaata) 
 
Çarə yoq, çünki iş-işdən keçmiş
Seyr edib gördüyüm aləm müdhiş... 
Gecə-gündüz o hazırlıq yaparaq 
Bir böyük ordu çıqarmış parlaq. 
Yedi gündür yola çıqmış... birdən 
Şəhri sarmış həpimiz qafil ikən, 
Şimdi təhdid ilə “Haq bəndə”... – diyor 
Hər nə təklif olunur, rədd ediyor. 
 
R ə i s ə 
 
Ah, nə dəhşətli, fəlakətli xəbər!.. 
 
B a ş r ə i s 
 
Sən hərəmxanəyə get, haydı, yetər! 
 
R ə i s ə 
 
(Topala çılğın) 
 
Hanı uydurduğun abdalca yalan?! 
 
T o p a l 
 
(kəkələr) 
 
Qomşumuz söylədi, and olsun, inan! 
 
B a ş r ə i s 
 
(onun sözünü kəsər, camaata) 
 
Fəzlədir bəncə tərəddüd, yalnız 
Çalışın məsələ bitsin qansız! 


236 
 
B i r i n c i r ə i s 
 
Qan dökülməkdə, əvət, yoq məntiq. 
 
Q a d ı n l a r 
 
(Rəisə və Şəmsadan başqa) 
 
Ah, aman istəyəlim... 
 
İ k i n c i r ə i s 
 
(əli qılıcının qəbzəsində, onlara) 
 
Qorqaqlıq... 
Etməsin sizləri əsla mə’yus. 
 
(Camaata kəskin) 
 
Başqa yol yoq, ya ölüm, ya namus! 
 
Ü ç ü n c ü r ə i s 
 
Pək böyük qüvvət ikən şimdi ona 
Qarşı qoymaqda, xayır, yoq mə’na. 
 
Ş ə m s a 
Hiç məraq etməyin, əl’an gedərim 
Bən... onun şərrini bən dəf’ edərim. 
 
(Məclisi tərk etmək istər) 
 
B a ş r ə i s 
 
(mane olar) 
 
Xayır, aldanma qızım, ən eyi yol: 
O böyük dinə inan, təslim ol! 


237 
 
R ə i s ə 
 
(çılğın) 
 
Sən inandınmı? Dilin lal olsun! 
 
B a ş r ə i s 
 
(sinirli) 
 
Əvət... öl, çatla! Canın qurtulsun. 
 
(Kəndi-kəndinə dalğın) 
 
Ah, siyasət bunu icab etmiş. 
 
R ə i s ə 
 
Baş rəis, iştə rəzalət, getmiş, 
Gör kimin dinini bulmuş məqbul
Latü Üzza bunu eylərmi qəbul? 
 
B a ş k a h i n 
 
Ah, demək Kə’bəyə – bütlərdən iraq! 
Başqa bir Tanrı müsəllət olacaq... 
 
B a ş r ə i s 
 
(baş kahinə) 
 
İxtiyar! Sən də mi uydun qadına? 
Açayım həpsini dur şimdi sana. 
Bən onun dininə uydumsa, demək 
Bunda bir başqa səbəb olsa gərək. 
Bəlli ya, pək sevərim bən vatanı, 
İstəməm məhv edə düşmanlar anı. 
Sizi qorqutdumu Peyğəmbər adı? 
O da əlbət şu vətən evladı. 


238 
 
Burda hiç bir yeni şey varmı? Yenə 
Qonacaqdır Qaradaş
1
 büt yerinə. 
Büt də bir daş, o da, adlar başqa... 
 
(İstehzalı qəhqəhədən sonra) 
 
Dünkü bütxanə bu gün beyti-xuda!.. 
Ərəbin var-yoqu dün nəysə, bu gün 
Olacaqdır daha yüz qat üstün. 
Bir Hicaz əhli deyil, hər millət 
Tökəcək Kə’bəyə altın, sərvət. 
Bıraqıb yurdunu həp ac, çıplaq, 
Sizə kor, duyğusuz ellər qoşacaq... 
Şimdi kərtənkələ yerkən bir ərəb, 
Sürəcək ömrünü püreyşü tərəb. 
Yurdumuz başqa səadət bulacaq, 
Səbəb ancaq şu böyük din olacaq... 
 
R ə i s ə 
 
(sinirli və qızğın) 
 
Şu böyük din?! Əvət ac bir yalavac 
Olacaqmış da bütün başlara tac. 
Alacaq həftədə bir tazə qadın, 
Sən də seyr eyləyəcəksin... şaşqın! 
 
Ş ə m s a 
 
Ah, o, “örtün” deyə əmr eyləyəcək
Həp qadınlıq qara çarşaf geyəcək... 
 
B a ş r ə i s 
 
Bu xəta doğdu gözəl Ayişədən, 
Ona isnad edilən bir ləkədən. 
                                                            
1
Qaradaş – Həcər-ül-əsvəd 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə