Hüseyn caviD



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə32/62
tarix21.10.2017
ölçüsü2,83 Kb.
#6183
1   ...   28   29   30   31   32   33   34   35   ...   62

156 
 
T o p a l 
 
Əbu Bəkr için sözün nə? 
Can veriyor yeni dinə. 
 
N ə i m 
 
O da ağsaqal bir çocuq
Hiç kimsəyə tə’siri yoq... 
 
T o p a l 
 
(ixtiyarın əlindəki bütü göstərir) 
 
İxtiyar! Sən şunu yap da, 
Bən gedəyim, acıqmışım. 
 
İ x t i y a r 
 
Aqşam çağı uğrayıb da 
Alırsın, haydı, qardaşım! 
 
Gedərlər. Bu sırada yuca boylu, uzun və xurmayı saçlı, son dərəcə gözəl, məğrur və 
əzəmətli bir qız – Şəmsa kəndi həbəşi nədiməsilə gəlir, qarşıdakı evə daxil olur. İçəridən 
incə və həzin bir ud səsi eşidilməyə başlar. 
 
N ə i m 
 
(heyrətlə) 
 
Şəmsa-gözəl müğənniyə, 
İştə musiqi pərisi; 
Bəkliyəlim bir saniyə
Ah, nə xoşdur onun səsi. 
 
T o p a l 
 
Baş kahin diyor, mə’budlar 
O səsdən pək zevq alıyor. 
Həm nə gözəl əş’arı var, 
Lakin oqurmu? Pək məğrur. 
 


157 
 
N ə i m 
 
(evə işarətlə) 
 
Baş rəisin qaynı burda 
Böyük bir dügün yapıyor. 
Zənn etməm ki, gözəl Şəmsa 
Bu məclisdə baqıb durur. 
 
Ş ə m s a n ı n s ə s i 
 
Bən istərim şəfəqlər çiçəklərdən, 
Ay günəşdən, insanlar mələklərdən. 
Nə gözəllik varsa, çalsın da birdən, 
Həpsi bir baqışda şikarım olsun! 
 
T o p a l 
 
Ah, bu təsadüf nə ə’la! 
 
(Çalğıyı dinlər) 
 
Aman, nə incə bir pərdə! 
 
N ə i m 
 
İştə gördünmü, bən əsla 
Yanılmam böylə şeylərdə. 
 
Ş ə m s a n ı n s ə s i 
 
Bən istərim hər nə var uzaq, yaqın; 
Böyük dahilərin, qəhrəmanların, 
Bütün ruhu bir çöhrədə parlasın, 
O da bənim pərəstişkarım olsun! 
 
N ə i m 
 
Qulaq verdinmi sözlərə, 
Şəfəqlərdən tac istiyor. 


158 
 
Tuhaf qız! Sığmıyor yerə, 
Göylərdən də bac istiyor. 
Musiqi dəyişir, rəqs ahəngi başlar. 
 
T o p a l 
 
Bən acım, getmək istərim. 
 
N ə i m 
 
Çıldırdınmı? Dur, hələ dur, 
İş dəyişdi zənn edərim. 
Baq, misafirlər çıqıyor. 
 
T o p a l 
 
(diqqətlə baqar) 
 
Zəngin ixtiyarı, gənci; 
Görünür, pək kibar məclis... 
 
N ə i m 
 
Öylə ya, iştə birinci
İkinci, üçüncü rəis! 
 
Birinci, ikinci, üçüncü rəis və digər kibar qiyafətli misafirlər, yarım sərxoş bir halda, 
çıqmağa başlar. Çalğı taqımı da onları izlər.  Ətrafdan səsə bir çoq qadın, erkək, 
çoluqçocuq toplaşır. Iki-üç qadın rəqs edər, hər kəs  əl çalar. Rəqs bitdiyi sırada 
Peyğəmbər dalğın adımlarla bir tərəfdən çıqar. 
 
B i r i n c i r ə i s 
 
(orta yaşlı, top saqallı, Peyğəmbəri görür-görməz istehzalı qəhqəhələrlə) 
 
Şuna baq, halətü rəftarına baq, 
Göydən enmiş, sözü kəskin, parlaq! 
Əski adətlərə kin bəslər imiş! 
Tanrıdan gəlmiş o, peyğəmbər imiş! 
 
Çalğı susar. 


159 
 
P e y ğ ə m b ə r 
 
(əzəmətli, kəskin bir ahənglə) 
 
Əvət, ondan bütün əsrari-nihan
Bana vermişdir o idrakü bəyan. 
Tanrının hikmətidir cümlə cihan, 
Varmı təkzib edəcək bir insan!? 
 
İ k i n c i r ə i s 
 
(gənc, silahlı, gözəl) 
 
Pək gözəl natiq imişsin, yahu! 
Bir masal söylə, beş-on ayət oqu! 
 
Ü ç ü n c ü r ə i s 
 
(ixtiyarca və kosa) 
 
Gəl bir az söylə çoban Musadan, 
Babasız, göydə uçan Isadan! 
 
(istehzalı qəhqəhə) 
 
Sən də uçdunmu?! Aman, lütf eylə, 
Hopla bir seyr edəlim. 
 
(Kəndi hoplar) 
 
Baq, böylə! 
 
(Düşəcək olur, təkrar sərxoşca qəhqəhələrlə doğrulur). 
 
P e y ğ ə m b ə r 
 
Bana az tə’n edin, ey əhli-fəsad! 
Ən böyük düşmanınız cəhlü inad. 
Yetişir zevqü səfa, çəngü rübab, 
Yetişir içdiyiniz qanlı şərab, 
Bu qadar uydunuz İblisə, yetər, 


160 
 
Ayılın, qəflət ölümdən də betər... 
Ayılın, bir baqın aləmdə nə var? 
Sizi həp məhv edəcək şürbü qumar. 
Sonu hiçdir, uçurumdur bu yolun, 
Haq şərabilə bir az sərxoş olun! 
Fikriniz parlayaraq incəlsin, 
Ruhunuz rəqs edərək yüksəlsin. 
Tanrı eşqilə coşan tatlı şərab 
Böylə etməz sizi bədməstü xərab. 
Şimdi aslan kibi hər kəs qızğın, 
Sonra vəhşi canavardan azğın, 
Daha az sonra domuzdan miskin; 
Budur əhvalınız axırda sizin! 
 
İ k i n c i r ə i s 
 
(sinirli və həyəcanlı) 
 
Ah, o bilməm ki, nə sanmış da bizi, 
İştə təhqir ediyor cümləmizi. 
Ona hər gün beş-üç abdal qanıyor, 
Hər nə söylərsə həqiqət sanıyor. 
 
(Qılıcını çəkərək) 
 
Yetişir, xaini məhv etməliyiz, 
Sayğısız, həm də müzəvvir, dinsiz. 
 
Ü ç ü n c ü r ə i s 
 
(mane olur, yarımistehza) 
 
Dur, təlaş etmə, xayır, bəncə o bir 
Dəlidir, bəlkə də sərsəm şair. 
 
P e y ğ ə m b ə r 
 
(acı təbəssümlə) 
 
Şairim, bəslədiyim sidqü səfa, 
Çırpınıb izlədiyim nuri-dəha. 


161 
 
Daima ruhumu oqşar cəbərut, 
Şe’rü ilhamımı dinlər mələkut. 
Bən fəqət hüsni-xuda şairiyim, 
Yerə enməm də, səma şairiyim. 
 
B i r i n c i r ə i s 
 
(istehzalı qəhqəhədən sonra) 
 
Ərəbistanda nə çoqdur şair, 
Sana uçmaqda deyil kimsə nəzir. 
Qorqarım şəhpərin axırda yanar, 
Azacıq sonra düşüncən də donar. 
 
P e y ğ ə m b ə r 
 
Bənzəməz şairə peyğəmbərlər, 
Onların hər sözü hikmət söylər. 
Bana ilham edər ancaq Tanrım, 
Onun eşqilə uçar duyğularım. 
O olurkən bana munis, rəhbər, 
Niyə yansın da qırılsın şəhpər? 
 
Ü ç ü n c ü r ə i s 
 
(arqadaşlarına) 
 
Yetişir, bən sizə qaç kərrə dedim, 
Xəstədir beyni, tədavi lazim. 
 
P e y ğ ə m b ə r 
 
Bana gülməkdəsiniz gərçi bu gün, 
Var yarın sizlər için qorqulu gün. 
O zaman iştə ölənlər dirilir 
Kim nə yapmışsa cəza çəkdirilir. 
 
B i r i n c i r ə i s 
 
Yaşamaq, ölmək?! O hər günkü oyun
Bir də ən sonda dirilmək nə cünun, 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə