Hüseyn caviD



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə33/62
tarix21.10.2017
ölçüsü2,83 Kb.
#6183
1   ...   29   30   31   32   33   34   35   36   ...   62

162 
 
Nə də axmaqca yalan, tatlı masal! 
Buna iman edər ancaq abdal. 
 
Ü ç ü n c ü r ə i s 
 
Səndən arif daha çoqlar var ikən
Səni seçmiş əcəba Tanrı nədən? 
 
P e y ğ ə m b ə r 
 
Çünki bən aşiqi-divanəsiyim, 
Bən o hüsnün dəli pərvanəsiyim. 
Gərçi tənqid edənim çoq, pək çoq, 
Bəni haqqilə duyan yoq, hiç yoq. 
 
İ k i n c i r ə i s 
 
Doğrudur bəlkə sözün, lakin biz 
Sənin allahını görmək diləriz. 
 
P e y ğ ə m b ə r 
 
Ən küçük zərrə, ən böyük aləm 
Tanrı eşqilə rəqs edib duruyor. 
İncə bir rəmzdir o, pək mübhəm, 
Hər böyük qəlb o rəmz için vuruyor. 
Yüksələn haqqa yaqlaşır ancaq. 
Onu duymaz sürüklənən həşərat. 
Bir günəşdir o, möhtəşəm, parlaq, 
Nuri hiç dərk edərmi kor, heyhat! 
Nerdə parlarsa haq, şərəf, vicdan, 
Eyilik, doğruluq, gözəllik, inan, 
Orda var sevgi, orda var iman: 
Orda var şübhəsiz böyük Yaradan! 
 
N ə i m 
 
(açıq bulunan böyük qapıdan baqar, Topala) 
 
İştə seyr et, baş rəisin 
Nüfuzlu məğrur hərəmi! 


163 
 
Hiç əskik olmaz xalq için 
Onun ehsanı, kərəmi. 
 
T o p a l 
 
Gerçəkdən pək böyük qadın! 
Əli açıq bir rəisə... 
Dün böyük bir büt, saf altın 
Hədiyyə etmiş Kə’bəyə. 
 
Bu sırada içəridən dört nəfər çıplaq köləyə yüklənmiş bir təxti-rəvan çıqar. Üzərində 
Rəisə – Baş rəisin hərəmi oturmuş. Təxti-rəvanın sağ və solunda iki gözəl cariyə yürür. 
Arqada bir zənci  əlindəki qırbacla çabuq yürümələri için ara-sıra kölələrin sırtına 
şatlatıb durur. Rəisə göründükdə  hər kəs tə’zim edər. Peyğəmbər isə  kəskin baqışlarla 
onu süzməyə başlar. 
 
R ə i s ə 
 
(məğrur və istehzalı təbəssümlə camaata) 
 
Nə var yenə, şu əfsunçu 
Yeni bir şeymi söylüyor? 
 
İ k i n c i  r ə i s 
 
Əvət, şu qurnaz oyunçu 
Getdikcə tüğyan eyliyor. 
 
P e y ğ ə m b ə r 
 
(təxti-rəvana baqaraq) 
 
Bilməm atıb heyvanları, 
Omuzlarda gəzmək niçin? 
Şu zavallı insanları 
Yük altında əzmək niçin? 
Halbuki zənginlə yoqsul 
Bir topraqdan yaratılmış, 
Bir sultanla, bir qara qul 
Eyni çamurdan yapılmış. 


164 
 
R ə i s ə 
 
(kəndi-kəndinə) 
 
Ah, o gözlər bir oq kibi 
Ta qəlbimə saplanıyor. 
O bir fəzilət sahibi... 
Xor baqanlar aldanıyor. 
 
(Peyğəmbərə) 
 
Ey, bana baq, söylənmə çoq, 
Satın aldım bunları bən. 
 
(Kölələri göstərir) 
 
Altın versəm, hiç şübhə yoq, 
Sən də əsirimsin həmən. 
Nasıl ki, altunla öncə 
Satın aldı qarın səni. 
Yaşı keçmiş dul Xədicə 
Söndürdü kəndi nəfsini. 
Hiç öyünmə, əvət, altun 
Sən deyil, susdurur hətta 
Sənin hiçdən uydurduğun 
O görünməz Tanrıyı da! 
 
P e y ğ ə m b ə r 
 
(həyəcanlı) 
 
Xayır, xayır... Saqın, əsla 
Aldanma! Parlaq vicdanlar
Böyük duyğular pək başqa... 
Altına satılmaz onlar. 
Haqdan keçib, altın deyə, 
Vicdanını satan səfil, 
Yəhudi köpəyindən də 
Alçaqdır, alçaq... eyi bil! 
İnsanları bir-birindən 
Ayıramaz altın, gümüş. 


165 
 
İştə bizi ayırd edən 
Yalnız bilgidir, düşünüş... 
 
Bu sırada birisi arqa tərəfdən Peyğəmbərin başına xurma yapraqlarilə örülmüş 
dikənli bir tac qoyar. Ətrafdakılar istehzalı qəhqəhələrlə gülməyə başlar. 
 
R ə i s ə 
 
(əlindəki yelpazə ilə kölələrə “get” işarəti verir, gedərkən camaata) 
 
Nə məraqdır sizdə bilməm, 
Hər kəs gülər, həm də dinlər. 
 
Camaatdan bir qaç qadın və çocuq Peyğəmbəri daşa basar. 
 
C a m a a t 
 
(kin və nifrətlə) 
 
– Haydı, məcnun! 
– Haydı, sərsəm! 
– Haydı, yalançı peyğəmbər! 
 
P e y ğ ə m b ə r 
 
(dikənli tacı bir tərəfə atar, həyəcanlı, fəqət bir qədər mə’yus) 
 
Ah, insanlıq nasıl enmiş... 
Nasıl enmiş də, alçalmış!.. 
Vicdanların nuru sönmüş
Könülləri vəhşət almış. 
 
Peyğəmbər hənuz söyləməyə başlarkən camaat Birinci rəisin işarətilə çalğı çala-çala, 
oynaya-oynaya Rəisə getdiyi tərəfə doğru ilərilər və onun sözləri qurultuya qarışaraq 
anlaşılmaz olur. Çocuqlar və qadınlardan bir qismi yerdən daş parçaları alıb atar, 
qəhqəhələr, məsqərəliklər və kinayəli tevrlər ilə uzaqlaşıb gedərlər. Peyğəmbər  əli 
alnında, mə’yus baqışlarla onların arqasınca baqıb düşünür. 
 
N ə d i m ə 
 
(geridə qalıb da şaşqın baqışlarla düşünüb duran Şəmsaya) 
 
Şəmsa! Pək düşündün, yavrum, 
Aman, gəl, nə olmuş sana? 
 


166 
 
Ş ə m s a 
 
Anam, babam, qardaşlarım, 
Hər kəs kin bəslərkən ona. 
Ah, o gözlərdəki qüdrət 
Həp təsxir edər könlümü. 
 
N ə d i m ə 
 
Pək böyük ondakı cür’ət, 
İnan, yaqlaşmış ölümü. 
 
(Şəmsanın qolundan tutar, gedərlər) 
 
İ x t i y a r 
 
(bütləri toplayıb içəri qoyar. Qapıyı qapayıb gedərkən Peyğəmbəri süzər və istehzalı 
qəhqəhəylə) 
 
Uslanmadınsa, get, yenə 
Bildiyin saçmayı söylə. 
Kimsə uymaz sözlərinə
Mə’yus olursun həp böylə. 
Əmin ol ki, Lat və Üzza
1
 
Bir gün həddini bildirir. 
Əlbət, sana layiq cəza 
Hər nə isə çabuq verir 
 
P e y ğ ə m b ə r 
 
(acı bir həyəcan ilə) 
 
Erkək, qadın, çoluq-çocuq 
Hər kəs əylənib gediyor. 
Sözlərimin tə’siri yoq, 
Hər rast gələn tən ediyor. 
 
                                                            
1
 
Lat və Üzza – iki böyük büt adıdır. 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə