Hüseyn caviD



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə26/62
tarix21.10.2017
ölçüsü2,83 Kb.
#6183
1   ...   22   23   24   25   26   27   28   29   ...   62

131 
 
Ə r t o ğ r u l. Bilirmisin, əzizim, Alagöz gəzinmək için qalqmadı: uzaqdan Afəti 
gördü də çəkilmək istədi. 
Y a v u z. Hanı ya, nerdə? 
Ə r t o ğ r u l. Iştə, Qaplan bəylə bərabər gəliyor, gedəlim artıq... 
 
Bir tərəfə çəkilirlər. A f ə t l ə  Q a p l a n gəlir. 
 
A f ə t (çılğınca qəhqəhələrdən sonra). Ah, gənclik, gözəllik, nə böyük səadət!.. 
(Gözləri yaşarır, məndil ilə silər). 
Q a p l a n (şaşqın). Afət! Bu nə hal! Sən gülüyormusun, yoqsa ağlıyormusun? 
A f ə t. Əvət, gülüyorum, fəqət göz yaşlarilə bərabər; ağlıyorum, fəqət qəhqəhələrlə 
bərabər... 
Q a p l a n. Niçin, ah niçin? 
A f ə t. Çünki bən hər qanunun xilafında yaratılmış bir məxluqum. Bənim hər 
sevincimdə bir fəlakət, hər fəlakətimdə bir bəxtiyarlıq var. Bən düşmanıma məftun 
olurum, sevgilimi cəllad kibi boğazlarım. Əvət, bən ağlarkən gülərim, gülərkən ağlarım. 
(Təkrar şən və şatır qəhqəhələrlə gülməyə başlar). 
Q a p l a n. Iştə, təbiətin də, gözəlliyin kibi müstəsna!.. 
A f ə t. Söylə, allah eşqinə, söylə! Altunsaç doktora nişanlandı, öyləmi? 
Q a p l a n. Əvət. 
A f ə t. Bir ay sonra dügün yapılacaqmış, deyilmi? 
Q a p l a n. Əvət. 
A f ə t. Bir ay sonra, otuz gün sonra, ah, nə qadar gec, nə qadar çabuq!.. (Qəhqəhə). 
Bir ay otuz yıldan daha uzun, otuz dəqiqədən daha qısadır. (Qəhqəhə). 
Q a p l a n. Dəmin onunçinmi ağlıyordun? 
A f ə t. Xayır... O ağlanacaq şey isə də, bən ona gülərim (qəhqəhə). Fəqət o dodaqlar 
ki, dün bənim ayaqlarımı öpüyordu, bu gün Altunsaçın dodaqlarını əməcək. O hərif ki, bir 
az əvvəl bənim əlimdə oyuncaq idi, bir az sonra Altunsaçı kəndi əlində oynatacaq... 
Q a p l a n. Nə isə keçmiş... İştə Qorqmaz da burada, bərabər gəzinəlimmi? 
A f ə t. Xayır, pək yorğunum, azacıq oturalım (çardaqdakı sıraya otururlar). 


132 
 
Q o r q m a z (gəlir. Xəfif bir təmənnadan sonra). Müsaidə buyurulurmu? 
A f ə t (məmnun). Hay-hay, gəl, baqalım. 
 
Qorqmaz Afətin  əlini öpər, Qaplan ilə  də  əl verib oturur. Bu sırada Afətin  əlindəki 
şəmsiyə düşüverir, hər ikisi birdən almaq için əyilir. Qorqmaz daha əvvəl təqdim edər. 
 
A f ə t. Təşəkkür edərim. 
Q o r q m a z. Bir şey deyil. 
A f ə t (Qaplana). Şuradakı bufet açıqmı? 
Q a p l a n. Əvət, nə arzu edərsiniz? 
A f ə t. Bir qədəh limonata olsaydı, məmnuniyyətlə içərdim. 
Q a p l a n (qalqar). Bu saət söyləyim gətirsinlər (gedər). 
A f ə t (Qorqmaza). Söylə baqalım, nerələrdəsin? 
Q o r q m a z. Bir aydır ki, köydə idim, pək şairanə və gözəl günlər keçirdim. 
A f ə t. Ah, bir ay, otuz gün!.. Otuz yıldan uzun, otuz dəqiqədən qısa... (Acı 
qəhqəhələrdən sonra). Əvət, ölmək istəyənlər için pək gec, uzun... Sevmək və yaşamaq 
istəyənlər için pək çabuq, pək qısa... 
Q o r q m a z. Fəqət bu sözlər nə demək? Nerədən xatırınıza gəldi? 
A f ə t. Sorma, gözəl çocuq, orasını hiç sorma! 
Q o r q m a z. Afət! Niçin adımı söyləmiyorsunuz? 
A f ə t. Çünki bana “siz” deyə xitab ediyorsun, çünki həm çocuqsun, həm də gözəl... 
Onunçün bu ad sana daha uyğun... (Yarım qəhqəhə ilə). Əvət, gözəl çocuq, bu da bəndən 
sana yadigar olsun. 
Q o r q m a z. Pəki, sevgili Afət! Öylə olsun (Afətin əllərini yaqalar). 
Ah, səni nə qadar seviyorum, bilsən... 
A f ə t (şux qəhqəhələrlə). Niçin!.. Pək gözəlmiyim? 
Q o r q m a z. Bilməm, lakin hər səhər səni ağuşuna alan aynaya sor da baq, o nə 
diyor... 
A f ə t (ufacıq bir ayna çıqarıb baqar). Əvət, yanılmıyorsun: hələ şu füsunkar gözləri, 
şu mini-mini dodaqları  nə qadar seviyorum, aman, ya Rəbbi, nə qadar seviyorum. 
(Aynadakı rəsmini məftun bir tevr ilə öpər). 
Q o r q m a z. Ah, şu duyğusuz ayna, şu mə’nasız şişə parçası bəxtiyar bir rəqib kibi 
ruhumu sarsıyor, sinirlərimə toqunuyor. 
A f ə t. Niçin, gözəl çocuq, niçin? 
Q o r q m a z. Səni qucaqladığı için, şu gözəl dodaqları öpdüyü için. 


133 
 
A f ə t. Fəqət unutma ki, şu duyğusuz ayna, bə’zi xain yürəklərə nisbətlə daha vəfalı, 
daha sədaqətli... 
Q o r q m a z. O xain yürək kimdir əcəba, niçin açıq söyləmiyorsun?.. Xayır; sən bir 
ay əvvəlki Afət deyilsin. 
A f ə t (mütəəssir təbəssümlərlə). Ah, bir ay!.. Otuz gün!.. İştə, ayrılıq çəkənlər için 
otuz yıldan daha uzun, qavuşub birləşənlər için otuz dəqiqədən daha qısa... 
Q o r q m a z. Afət, səndə başqa hallar görüyorum; bu sözlər niçin? Bu kinayələr 
niçin? 
A f ə t. Bir ay sonra dünya dağılacaq, ümidlər solacaq, ağlayanlar güləcək, gülənlər 
qəhr olacaq (həyəcandan yaşarmış gözlərini silərək, pək sinirli). Ah, bən niçin şu xain 
mühitə atıldım, niçin yaratıldım!? Niçin qatil oldum, niçin aldatıldım!? (Sıraya dayanır; 
əllərilə yüzünü qapar). 
Q o r q m a z. Aman, nələr eşidiyorum. Afət!.. Bana baq, Afət! Niçin düşünmüyorsun
niçin üzülüyorsun? 
A f ə t (yorğun və bayğın bir tevr ilə). Of, onu hiç kəndim də bilmiyorum (sükut). 
Q o r q m a z (Afəti qolları arasına alır). Afət! Sevgili Afət! Burada kimsə yoq, 
qəlbində nə varsa aç, söylə, unutma ki, Qorqmaz sənin ən aciz pərəstişkarındır. 
 
Bu sırada Qaplan əlində bir gül dəməti ilə bir şişə limonata gəlir. A l a g ö z l ə O q t 
a y da digər tərəfdən çıqar. 
 
A l a g ö z (Qorqmazın Afətə sarıldığını görüncə sinirli və çılğınca bir fəryad ilə). Ah, 
aman, ya Rəbbi!.. (Deyə bayılır. Oqtayın qolları arasına düşər). 
 
 
Pərdə 
 
 
DÖRDÜNCÜ PƏRDƏ 
 
Son dərəcə  zərafət və  nəfasətlə süslənmiş bir oda... Sağda, solda və qarşıda birər 
qapı... Sokağa baqar iki pəncərə, gündüz... Alagöz sinirli və düşüncəli bir halda masa 
qarşısında oturmuş; çəkməcədən bir taqım məktublar çıqarır, birər-birər yırtar və masa 
altındakı səbətə atar. 
 
A f ə t (bənzi soluq, saçları pərişan, əlində iki məktub gəlir). Nə yapıyorsun, yavrum? 
Niçin şu məktubları yırtıb atıyorsun? 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə