Hüseyn caviD



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə24/62
tarix21.10.2017
ölçüsü2,83 Kb.
#6183
1   ...   20   21   22   23   24   25   26   27   ...   62

125 
 
Ə r t o ğ r u l. Xayır, onlar bu evə misafir kibi deyil, bənim məhvimi arzu edən iki 
cəllad kibi gəlmişlər. 
İ l c a y. Üzr istə, oğlum, ah, hər ikisindən üzr istə!.. 
Ə r t o ğ r u l. Əfv edərsin, doktor, bən sana tilki dedim, halbuki sən insanları 
boğazlıyan diplomalı bir makinasın; canlı, fəqət duyğusuz bir sallaqxanə makinasısın. 
(Xandəmirə) Sana da çaqqal dedim, möhtərəm dayı! Halbuki sən də maarif süpürgəsisin, 
əqli topuğunda bir qazsın, qaz... Anladınmı? (Acı və sərsəmcə qəhqəhələr...). 
A l t u n s a ç (sinirli). Fəqət bu nəzakətlə sən nə olursun, sən!? 
Ə r t o ğ r u l (qəhqəhə). Bən də düşkün bir mühitdə  çırpınan bir zavallı!.. Sönük 
varlıqları yaqmaq istəyən bir qıvılcım... Pəncətırnaqlarla qəlbi gəmirilən bir bədbaxt, bir 
biçarə... Mə’nasız saylar ətrafında dolaşan bir sıfır, bir hiç... 
X a n d ə m i r (Doktora). Görünür ki, söylədiklərimizi eşitmiş. (Ərtoğrula). Ərtoğrul! 
Bir düşün ki, nə bütün qırıyorsun. 
Ə r t o ğ r u l. Bütpərəstliyi çoqdan bıraqdım. Onunçün də büt qırmaqdan pək zevq 
alıyorum. 
A l t u n s a ç. Ah, sən getdikcə, çıldırıyorsun. 
Ə r t o ğ r u l. Əvət, çıldırıyorum, dəmin doktor da söylə söylədi. Deyilmi, əfəndim!.. 
(Doktora baqıb acı qəhqəhələrlə gülər). 
A l t u n s a ç. Rica edərim, bizi yalnız bıraq! 
Ə r t o ğ r u l (istehzalı təbəssümlə). Xayır, rica ilə getməm. 
A l t u n s a ç (qızğın). O halda əmr ediyorum. 
Ə r t o ğ r u l (istehzalı qəhqəhə ilə). Madam ki, əmr ediyorsun gedərim (Qəhqəhə). 
Çünki sən, qürur və əzəmət sultanısın. Çünki sənin əmrinə qarşı əyilməmək haqsızlıqdır. 
Çünki sənin hər sözün şimşəkdən parlaq, qılıcdan kəskindir. (İki-üç adım bağçaya doğru 
yürür, təkrar dönər). Baq, iştə gediyorum... (Acı və istehzalı qəhqəhələrlə çəkilir). 
 
 
 
Pərdə 
 
ÜÇÜNCÜ PƏRDƏ 
 
Bir yıl sonra dəniz kənarında, bağçada bir xiyaban... Xiyaban ilə  dəniz arasında ortası 
açıq, otlar sarmaşıqlarla örtülü bir çardaq... Xiyaban və çardaq içində sağda, solda 
sıralar... Qürubə qarşı... mayıs... 
 
Pərdə açıldıqda yanıq və yaralı bir səslə aşağıdakı türkü eşidilir: 


126 
 
Bən aşiqim, bəlalar var başımda, 
Durmuş qorqunc uçurumlar qarşımda. 
Yaralandım, vuruldum gənc yaşımda, 
Sağalmaz yarası coşqun gönlümün. 
 
Cihan cənnət olsa, insanlar mələk, 
Dağlar inci saçsa, dənizlər çiçək, 
Güldürsə həp ağlar gözləri fələk, 
Sağalmaz yarası məhzun gönlümün. 
 
Bu sırada Ə r t o ğ r u l Y a v u z l a bərabər gəlir. O, şimdi büsbütün dəyişmiş. 
Sağlam və gürbüzdür. 
 
Y a v u z. Baqsana!.. Şu türkü sanki sənin halını təsvir ediyor. 
Ə r t o ğ r u l. Söylənmə, baq nə diyor. 
 
(Türkü dəvam edər) 
 
Sərxoşum, keçmədim meyxanələrdən, 
Aqilim, dərs aldım divanələrdən, 
Dün gecə öyrəndim pərvanələrdən: 
Sağalmaz yarası məcnun gönlümün. 
 
Yer yüzünü sarsa dilbər mələklər
Bənim gözüm yalnız birini bəklər, 
Əflatunlar gəlsə boşdur əməklər, 
Sağalmaz yarası vurğun gönlümün. 
 
Y a v u z. Əvət, sanki tamamilə  sənin qəlbini oquyor; sanki Altunsaçın ayrılığında 
çəkdiyin qayğıları tərənnüm ediyor. 
Ə r t o ğ r u l (istehzalı  qəhqəhə ilə). Gerçəkdən yanılmıyorsun; çünki əriyib 
bitdiyimdən bəlli... 
Y a v u z. Demək, Altunsaçı daha sevmiyorsun, öyləmi? 
Ə r t o ğ r u l. Yalnız onu sevmək deyil, hətta məhəbbət sözünə belə güləcəyim gəlir. 
Şimdi bənim sevəcəyim bir qız bulunursa, o da mütləq insanlardan qaçmalı  və kimsəyi 
sevməməlidir. 
Y a v u z. Bu halda Alagözün gönlünü qazanmalısın, çünki o da tamamilə bu 
fikirdədir. 
Ə r t o ğ r u l. Nə isə... 


127 
 
Y a v u z. Fəqət Altunsaç!? Ondakı qürur və əzəmət bulunur şeymi? 
Ə r t o ğ r u l. Rica edərim, Altunsaçı bıraq, daha ondan bəhs etmə. 
Y a v u z. Zatən bu gündən sonra lüzumu da yoq... Çünki doktora nişanlandı, hər iş 
bitdi, getdi. 
Ə r t o ğ r u l. Nasıl, doktor Qaratayamı? 
Y a v u z. Əvət, bir ay sonra dügün yapılacaqmış... 
Ə r t o ğ r u l. Tamam, iştə bu xəbərdən pək məmnun oldum. Qəlbimdə ona aid bir 
kölgə, bir duyğu, sönük bir xatirə vardısa, o da şimdi silinmiş oldu. (Sükut...). Əcəba 
doktorun məşuqəsi nə oldu? Afət, o gözəl Afət nə yapıyor? 
Y a v u z. Nə yapacaq; şəhərin bütün gəncləri,  ən gözəl dəliqanlıları  kəndisi için 
çıldırıyor. Yalnız erkəklər deyil, qadınlar da ondakı gözəlliyə heyran, hətta,  əvət, hətta 
kəndisi belə  kəndi hüsnünə, kəndi gözlərinə, kəndi dodaqlarına məftundur. Tualet 
yaparkən, dəfələrlə aynadakı  rəsmini öpdüyünü görmüşlər...  Əvət, o, daima məğrur və 
bəxtiyardır. (Məhzun bir sükutdan sonra). Bən yalnız bəxti dönmüşləri, talesizləri 
düşünüyorum; bən yalnız Alagözə, o mə’sum qızcığaza acıyorum. Çünki o, hənuz 
açılmadan solmuş pənbə gülü andırıyor. 
Ə r t o ğ r u l. Sən onu bihudə gülə bənzətiyorsun... Bəncə Alagöz boynu bükük bir 
mənəkşə, Afət bəyaz bir zanbaq, Altunsaç isə dikənli bir güldür. Əvət, bir gül!.. 
Y a v u z (ətrafa baqaraq). İştə ana ilə qız gəliyorlar. 
Ə r t o ğ r u l. Bana qalırsa onlara ana ilə  qız deyil, Afət ilə Alagöz demək daha 
doğrudur. 
Y a v u z. Pək tuhaf, bu gün nədənsə  bərabər gəziyorlar, halbuki Alagöz daima 
təklikdən xoşlanır və əlindən gəldiyi qadar Afətdən qaçar. 
Ə r t o ğ r u l. Çünki onun bir atəş olduğunu bilir. Yanmayım deyə çəkinir. 
Y a v u z. Əvət, bir atəş, həm də qorqunc və sevimli bir atəş!.. 
 
Gedərlər, A l a g ö z ilə A f ə t gəlir. 
 
A f ə t (şux qəhqəhələrlə). Demək sən kimsəyi sevmiyorsun, öyləmi? Doğrusu, pək 
xariqüladə bir təbiət!.. (Təbdili-tevr ilə). Görünüyor ki, sən təbiətə qarşı qoymaq 
istiyorsun. Halbuki dünyadakı otları, çiçəkləri, quşları, kələbəkləri, insanları və heyvanları 
həp birər-birər  


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə