Ii fəSİl tarix tariX



Yüklə 1,63 Mb.
səhifə9/17
tarix02.06.2018
ölçüsü1,63 Mb.
#46965
1   ...   5   6   7   8   9   10   11   12   ...   17

10. AVAR XAQANLIĞI
Orta Avropada Frank krallığı ilə Bizans imperatorluğu arasında əski hun, sa­­bar qalıqları və oğurlar (bulğar) kimi türk kütlələrinin dəstəyi ilə qüdrətli bir dövlət quraraq, müxtəlif german və özəlliklə qələbəlik slavyan qəbilələrini öz ha­ki­miyyəti altına alaraq 250 ilə qədər (558-805) Avropa siyasətinə yön ve­rən avarların kimliyi məsələsi tarixçi və dilçiləri xeyli uğraşdıran başlıca mövzu­lar­dan biri olmuşdur. Uzmanların hələ də yekdil olmadıqları nəticə ortaya çıx­masa da, Avropa avar (Bizans qaynaqlarında abares, abaroi, latıncada awari, awa­res, slavyan dillərində abari, obri və s...) xaqanlığını quran­ların türk olması araş­dır­malar irəlilədikcə daha da qətilik qazanmaqdadır. Vax­tilə Monqolustandakı ju­an-juan dövlətinin (IV əsrin əvvəlləri-552/555) göytürk­lər tərəfindən yıxıldıqdan son­ra təxminən 20 min nəfərlik bir kütlənin qərbə doğru köçdüyünə dair Bizans ta­rixçisi Th. Simokattesin (VII əsrin ikinci rübü) verdiyi bir xəbər611 558-ci ildə Bizansın şərq hüdudlarından elçi göndə­rərək onlara yardım edilməsini və yerlə­şə­cək ərazi verilməsini rica edən kütlə ilə Orta Asiyadan qərbə yönəldikləri, da­ha sonra da Avropa içlərilərinə irəlilədikləri söy­lənən bu qrup arasında bir bağ­lantı qurulma­sına səbəb olan və juan-juanların ümumiyətlə və xətalı olaraq "avar" və əsasən də "Asiya avarları" deyə anılması (J. Marquart, 1914, Gy. Né­meth, 1930, O. Franke, 1936, W. Eberhard, 1947 və b.) bu bağlantı fikrini qüv­vət­ləndirmiş, digər tərəfdən juan-juanlar monqol sayıldıqları üçün612 Avropa avar­larının da həmin soya mənsub olması təbii sayıl­mağa başlanmışdır ki, keçən əsrin sonlarında Monqolustanda Av­ropa avar­larını (war-khun=var-hun, aş. bax) xatırladan var-quni (bar-quni) adlı bir qə­bi­lə­nin yaşadığının təsbit edil­məsi, üstəlik, Macarıstanda avar çağına aid mə­zar­lardan çıxarılan insan skelet­lərinin əksərən monqoloid olduğunun bə­yan edil­mə­si613, avar xaqanının adının (Bayan) monqolca bir kəlmə olduğu iddiası614 bu qənaəti möh­­kəmləndirmiş ki­mi­dir. Fəqət gerçəkdə ta De Guig-nesdən bəri (1756) mənşə məsə­ləsi ilə ilgili yu­xarıda adları keçən və keçməyən uzmanlardan heç biri Monqo­lustan juan-juan­ları ilə Avropa avarlarının soy və kültür birliyinə sahib ol­duqlarına dair qəti bir şey söyləyə bilməmiş, sadəcə təxminlər və yozumlarla kifayət­lənmişdir. Bunun başlıca səbəbi də hadisələrə həm zaman, həm məkan ba­xı­­mın­dan ən yaxın olan Bi­zans qaynaqlarındakı bir-birləri ilə ziddiyyətli görü­nən dürlü açıqlamalara əl­verişli xəbərlərdir615.

Burada durumu qısaca aydınlada bilmək üçün üç nöqtənin vurğulanması fay­dalı olacaqdır:



  1. Bizans tarixçisi Priskos (V əsrin ortaları) hələ Orta Asiyada juan-juan ha­kimiyyətinin çökməsindən 100 il öncə (461-465 hadisələri, bax: Sabarlar, Oğur­lar), Qərbi Sibir bölgəsində "avar" qövmündən bəhs edir. Digər bir qaynaq (Za­xarias Rhetor, 550-ci illər) da yenə Monqolustan hadisələrindən öncə qərbdə bir "abar" toplumunu zikr edir. Bunlara əlavə olaraq, əski yunan coğrafiyaçısı Stra­­bo­nun (I əsr) əsərində "abar-noi"lərdən bəhs edildiyi, hətta çox daha əski tarix­lərdə yu­nan əfsanələri ilə qarışıq olaraq "Abaris" adının keçdiyi bildirilir616.

  2. Bu qeydlərə görə, bəhs edilən avarların (abar) m. s. 555-ci ildə tama­mən yıxılan Monqolustan juan-juanları ilə bir ilgisi olmayacağı aşkardır.

  3. Əsasən, diqqətə dəyər ki, Bizans tarixçisi Th. Simokattes (VII əsrin ikinci rübü) avarları "həqiqi avar" və "saxta avar" deyə iki yerə ayırmışdır. Bu qeydlə bağlı aparılan tədqiqatlardan çıxan nəticələrə görə, "saxta avar" deyilən kütlə, əslində, Qər­bi Türküstan-Şimali Qafqaz arası və Don-İtil (Volqa) çayları dolaylarındakı oğur boylarına qonşu olaraq yaşayan və Bizans qaynaqlarında (Menandros, VI əsrin sonları) "avar" adı ilə anılan warkhonlardır (yəni var və hun: Simokattesdə)617 ki, göytürklər, hunlar kimi y-li türk ləhcəsi danışan bu iki türk qrupu öncə 350-ci il­dən sonra bağlı olduqları juan-juan idarəsini tərk edib qərbə yönələrək, Türküstan-Əfqanistan-Şimali Hindistanda ağ hun (ef­talit) dövlətinin qurulmasında iş­ti­­rak edən (bax: Orta Şərq hunları), sonra isə juan-juanların 458-459-cu ildə tab­ğaçlara məğlub olmaları nəticəsində yenə Monqolustandakı yabançı haki­miy­­yətin­dən qoparaq, Xəzər-Aral sahəsinə gə­lən war (var) və hun adlı türk qə­bilələr bir­liyi idi618 və gördükləri işə uyğun olaraq, qərbdə topluca apar (abar, avar) deyə anılmışlar619.

Deməli, Avropa avar xaqanlığının qurucularını və hakim zümrəsini Asi­ya­nın daxili bölgələrindən gələn və Cənubi Rusiya düzənliklərində qarşı­laşdıqları oğur boyları ilə birlikdə aralarında göytürklərin siyasi genişlənməsi dolayısıyla bas­qı altında qalaraq qərbə çəkilən bəzi monqol və alanlar kimi iranlı yabançı ün­sürlərin də olduğu qələbəlik türk kütlələri təşkil edirdi. Bun­dan dolayı avar xaqanlığında hakim təbəqənin kimlər olması haqqında belə görüşlər irəli sürül­müşdür: ağ hunlarla yaxın əlaqələri vardır /J.Marquart, 1914, R. Grousset, 1941, K. Czeglédy, 1954, 1969/; fin-uqorlarla qarışmış türklərdir /Gy.Györffy, 1941, D.Csallâny, 1958/; əski yunan qeydlərində və ef­­talit pullarında "türk" deyə anılan altaylı bir toplum ola bilər /H. W. Haus­sig, 1956/; daha çox oğur-türk qrup­larından meydana gəlmişlər /C.A.Ma­car­t­ney, 1944, M.İ.Artamonov, 1962/; türk-monqol qarışığıdırlar /A.Kollautz, 1970/.

Əsasən avar xaqanlığında mövcud olduğu anlaşılan bəzi türk idari mə- qam­­lar yenə türkcə deyimlərlə anıldığı kimi (tudun, yuğruş, tarkan, boyar, ban və s. ünvanları), adları tarixə keçmiş avar dövlət adamları, şübhəsiz, türk mən­şəli idilər; ünlü xaqan Bayanın adı da türkcə bir kəlmədir620.

Avar çağı məzarlarındakı skeletlərdə monqoloid tipin əksəriyyət təşkil etməsi haqqında bəyan da inandırıcı olmaqdan uzaq görünməkdədir. Zira avar impera­tor­luğunun nüfuz sahəsinə girən bölgələrdə (Macarıstan, Albaniya, Xor­vatistan, Çe­xoslovakiya, Avstriya, Cənubi Almaniya) 1970-ci illərə qədər avar çağı ilə il­gi­li aparılan arxeoloji qazıntılarda çıxarılan insan skeletlərində ger­man, slavyan, iran­lı, fin-uqor kimi dürlü tiplər arasında türk tipinin də (bra­kisefal) diqqəti çəkə­cək ölçüdə olduğu, hətta bəzi yerlərdə əsl türk soyunu təmsil edən Andronovo ti­pinə 10-15 faiz kimi olduqca yüksək bir nisbətdə rast­landığı təsbit edil­mişdir621.

558-ci ildə sabar hakimiyyətini yıxıb Qafqaza doğru irəliləyərək, iranlı alan­ları və oğur boylarını tabeliyinə aldıqdan sonra Bizansa elçi göndərən avar­lar illik vergi və özlərinin yerləşə biləcəkləri ərazi istədilər. O zaman bir yandan Bal­kan­larda, Dalmaçiyada geniş çapda fütuhat ilə, bir yandan da Trakiyanı qə­fil is­tilaya girişən oğurlara qarşı mübarizə aparan imperator Justinianos622 ver­gini rədd etmə­məklə bərabər ölkəsinə bir avar axınını durdurmaq məqsədilə aşağı Dunay höv­zə­sində başda antlar olmaq üzrə qələbəlik slavyan kütlələ­rin­dən bir sədd qur­mağa çalışdı. Ancaq 562-ci ildə bu əngəli asanlıqla parçalayan avarlar aşağı Du­nayı iş­ğal edərək Bizans ilə həmsərhəd oldular və Avropanın içərilərinə qədər axın­lara baş­ladılar. İmperator Justinianosun (565-578) vergini ödəmədə tərəddüd göstər­məsi dolayısıyla 565-ci ildən etibarən xaqan Bayanın idarəsində Bizansı basqı al­tına alaraq orta Karpatlara girdilər. Dunayın qər­bin­dəki german qövm­lərindən lon­qobardlarla anlaşaraq Şərqi Macarıstandaki gepidləri öz hakimiy­yət­lərinə al­dılar və 568-ci ildə lonqobardlar Şimali İtali­yaya köçdükləri üçün bu­günkü Macarıstanı tamamilə işğal etdilər. Beləliklə, avarlar Orta Avropada böyük bir dövlət qurmuş olurdular. Bundan sonra qərb­də Frank kralı Siegeberti məğlub edərkən, 582-ci ildə cənubda Singidunum (Belqrad) və Sirmium (Eszek) kimi mühim Bi­zans sərhəd şəhər-qalalarını ələ keçirmişdilər. Yuxarıdakı fəthləri həyata keçirən bö­yük təşkilatçı Bayan xaqanın 592-ci ildə İstanbula yürümək məqsədi ilə Çorluya qədər gələrək Bizans pay­taxtında qorxu yaratdığı tarixdə "Don çayın­dan Qali­yaya, şimali slavyan bölgə­lərindən İtaliyaya qədər hər tərəf avar hərbi fə­a­liyyət sahəsi halına gəlmişdi”623.

Əsil nüvəsini türk ünsürü təşkil etməklə birlikdə müxtəlif slavyan və ger­man qəbilələrindən toplanan qələbəlik yardımçı hissələrin dəstəklədiyi ordusu ilə bilxassə başlıca bazar şəhərlərini və ticarət yollarını daim əldə və əmniyyət içində tutmağa çalaşan avar xaqanlığının Avropada 200 il qədər sürən ha­kimiyyəti döv­­ründə mühüm hərbi təşəbbüsləri İstanbulu mühasirə etmələ­ridir. Sasanilərlə anlaşaraq gerçəkləşdirilən və imperator Herakleiosu (610-641) paytaxtı tərk edib Karfagenə getməyi düşündürəcək qədər basqılı olan ilk mühasirədən (617 və ya 619) sonra ikinci hərəkat yenə sasani imperator­luğu ilə ortaq həyata ke­çirilmişdi (626). İran-Bizans savaşlarının şiddətlən­diyi və şahənşah II Xosro­vun (590-628) bütün əl-Cəzirə, Fələstin və Suri­yanı ələ keçirdiyi bu illərdə şər­qi Qara dəniz sahillərində bulunan imperator Herakleios Xəzər türklərindən hərbi yardım istəmək üzrə Tiflisə gedərkən, Şəhrvərazın komandanlığı altında­kı İran ordusu bütün Anadolunu keçərək Boğaziçinə çatdığı zaman bulğar qüv­vələri ilə dəstəklənən avar ordusu da Bal­kanları və Trakiyanı aşaraq İstanbul di­­varları önünə gəlmişdi. Gerçək mü­hasirə avar ordusu tərəfindən aparılmaqda idi (626, iuyl-avqust). Patrik Ser­gios ilə patricius Bonos tərəfindən müdafiə edilən paytaxtda böyük pa­ni­ka yaradan bu hərəkat tarixi xatirələr buraxmışdır. Bizansda qurtuluşu an­maq üzrə "bayram" elan edilən gün (böyük pərhizin 5-ci həftəsindəki şənbə günü) kilsələrdə ayinlər şəklində əsrlərcə davam etmiş və "Akathistos" nəğ­məsinin624 bu avar mühasirəsi ilə ilgili olduğu anlaşıl­mışdır625. Mühasirə626 donanma yoxluğu üzündən uğursuzluğa düçar olmuş və avar ordu­su­nun nə­ticə ala bilmədən müşkül şərtlər altında geri çəkilməsi xaqanlığın nü­fuz və etibarını itirərək zəifləməsinə səbəb olmuşdur. Yardımçı qüvvələr dağıl­mış, özəlliklə xaqanın 630-cu ildə ölməsindən sonra tabe kütlələr Bizansın da təşviq və dəstəyi ilə baş qaldırmış, uzun müba­rizələr nəticəsində Balkanlar bul­ğarlara keçmək üzrə əldən çıxmış, Dunay-Sava bölgəsi xorvat-sloven ki­mi slav­yan qə­bilələrinə, Bohemiya isə çexlərin əcdadlarına tərk edilmiş­dir627. Bu şəkildə düş­mən dövlətlərin çəmbəri içinə alınan və iqtisadi imkan­larını itirən avar xaqanlığı VIII əsrdə getdikcə qüvvədən düşdü və 791-ci il­dən etibarən 15 il fasiləsiz davam edən və aman­sız bir din müharibəsi apa­ran Frank impera­tor­luğunun (Karolus Mag­nus=Böyük Şarl zamanı: 768-814) hücumları (Orta Ma­carıstan­dakı möhkəmləndirilmiş avar paytaxtı 796-cı ildə Pepin tərəfindən zəbt edil­mişdi) sonunda tamamən ortadan qalxdı (805). Parçalanan avar qrupları Şər­qi Macarıstan və Balkanlara dağıldı, qısa zamanda xristianlaşaraq yerli qə­lə­bəlik içində əridi.

Bununla bərabər, avar təsiri Avropada davamlı olmuşdur. Xorvatların ən böyük hərbi-idari ünvanlarından olan "ban" (göytürkcə bağa, avar dilində bağan. Ayrıca, bulğarlarda və macarlarda da var)628, boyar (türkcə boyladan. Bax: aş. Du­nay Bulğar dövləti) və yuğruş629 kimi, Yunanıstanda Navarino (=Pylos, əsli Ava­rino) və Albaniyada Antivari (=Bar, əskidən Civitas Ava­rorum) şəhərləri­nin adları da avarların xatirələrindən izlərdir630. Ayrıca, Ma­carıstanda ortaya çıxarılan avar çağı arxeoloji əsərləri (tökmə alətlər və üzər­lərində heyvan təsvir­ləri və qrifonlar olan at qoşqu taqımları) Orta Asiyada gəlişən türk sənətinin (hey­vani üslub) Avropadakı örnəkləri qəbul edilir631 və bu üslubun izləri me­ro­vinqlər dövründə Fransada da görünür. Albani­ya­dakı Prostovats altun xə­zinəsi avarlara aiddir, arxeoloji araşdır­malar avar türk sənətinin german və slav­yan sə­nətləri üzərindəki təsirini ortaya qoy­muş­dur632. Orta Macarıstanın Nagy Szent Miklos adlı yerində 1799-cu ildə tapılan, hansı türk qövmünə aid ol­duğu hə­lə də mübahisəli olan, üzərləri türkcə yazılı 23 parça altun qab­dan iba­rət ünlü xəzinənin633 avar çağından qaldığı da irəli sürülmüşdür634 .



Avar xaqanlığının özəlliklə slavyan qövmləri üzərində böyük təsiri ol­duğu anlaşılır. IV əsrə qədər qotların, daha sonra hun imperatorluğuna bağlı olaraq türklərin hakimiyyətinə girən slavyan toplumların tarixi o zamandan etibarən türk tarixinin bir parçası halına gəlmişdir. Qələbəlik slavyan kütlə­ləri­nin müx­tə­lif Şərqi Avropa bölgələrinə və Balkanlara dağılması hadisəsi daha çox avar­lar dövründə baş vermişdir. Bu böyük çaplı köçlər635 "Avar xaqanlığı tərəfindən ehtiyac duyulan torpaq məhsullarını əldə etmək üçün slavyanların əkin­çiliklə məşğul olmaları, eyni zamanda sərhədləri qoruma­ları məqsədi ilə"636 avar ida­rəsi tərəfindən gerçəkləş­diril­mişdir. Bu surətlə müxtəlif slavyan qəbilə­ləri bu­günkü Çexoslavakiyaya, Elba çayı boyuna, Dalmaçiya qıyılarına, Balkan­lara sövq edilmişlər637. 750-ci illərdə Afina çev­rəsində "avar" deyilən slavyan­lar­dan bəhs edilməkdə, həmin dövrlərdə xor­vatları Adriatik sahilinə götürən baş­buğ­ların adları sadalanmaqdadır638: Kü­lük, Lobel (Alp-el?), Kösenci (Koşun­cu), Buğa, Tuqay639. Panno-nia (Qərbi Ma­carıstan) və Morva slavyanlarının başın­da slavyan­laşmış avar bəylərinin oldu­ğu irəli sürülməkdə, digər tərəfdən german qəbilə­lə­rinin çex məmləkə­tin­dəki yurdlarından ayrılmalarının savaş qabiliyyət­ləri çox zəif olan slavyanlar üzündən deyil, avar başbuğlarının basqısı nəticəsində baş ver­diyi və bu hadi­sənin Şərqi Almaniyada meydana çıxan avar sənəti ilə ilgili əsər­lərdə də doğ­rulandığı bildirilməkdədir640. Beləliklə, 584-cü ildə ye­piskop Suri­yalı Johan­nesin ifadəsi ilə "Əskidən ormanlardan dışarı çıxmağa cəsarət edə bilməyən, avarlar sayəsində savaşa alışan və altun, gümüş, at sürüsü sahibi olan slav­yanların"641 sistemli köçürülmələri yolu ilə müasir Orta və Şərqi Avropanın etnik xəritəsinin avar xaqanlığı tərəfindən çəkildiyi anlaşılmaqdadır. Bugün Qaf­qaz­larda yaşayan avar zümrəsinin də onların nəvələri olduğu qəbul edilir642.


11. XƏZƏR XAQANLIĞI
VII-X əsrlərdə qüvvətli təşkilatı, canlı ticari fəaliyyəti, dini tolerantlığı və iq-tisadi rifahı ilə Qafqaz dağlarının və Qara dənizin şimal düzənliklərində İtil­dən (Volqa) Özüyə (Dnepr), Çolmana (Kama) və Kiyevə uzanan sahədə si­yasi sabit­liyi təmin edən Xəzər xaqanlığı Şərqi Avropa tarixində böyük rol oy­namış ən mü­hüm türk dövlətidir. Xaqanlığa adını verən xəzərlərin643 yuxarıda gördüyümüz tarixi proses dolayısıyla sabar türklərinin davamı olduqları islam müəllifi əl-Mə­sudinin (X əsr) bir qeydi ilə də təsdiqlənmişdir. Ona görə644, iranlıların "xə­zər" dedikləri toplum türklər tərəfindən "sabar" (sebir) deyə anı­lır. Sabar adı yerinə xə­zər təbirinin eyni mənaya gəlməsi645 də bunu təsdiq edir646. Xəzərləri meydana gətirən əhalinin yalnız əski sabar türklərindən ibarət olmadığı, əslən sabar olan səməndər və bələncər adlı iki xəzər boyundan647 baş­­qa, xaqanlıq torpaqlarında ya­şayan zümrələr arasında dürlü türk qruplarının yer aldığı da şüb­hə­sizdir. Xəzər öl­kəsində z-li (şərq) türkcə (hun, göytürk, uyğur ləhcəsi) yanında r-li (qərb) türkcə (oğur-bulğar ləhcəsi) də danışılır, ayrıca, fin-uqor (macarca) və digər mə­həlli dillər işlədilirdi. Bu, bölgədə cərə­yan edən tarixi hadisələrin təbii nəticəsi idi: xəzər dövlətinin ana torpaqlarını təşkil edən İtil-Qafqaz-Don ara­sı şərqdən qərbə doğru böyük köç hərəkət­lə­rinin yolu olduğu üçün hun­lardan, oğurlardan, fin-uqorlardan, avarlardan bu­rada qalan kütlələr həyatlarını da­vam etdirirdilər.

558-ci ildən sonrakı illərdə sasanilərlə savaşa girişmiş Qafqaz hakimi bir qövm olduğu bildirilən648 xəzərlər (daha doğrusu, sabarlar) "xazar" adı ilə 586-cı ildə Bizansda yaxşıca tanınır, fəqət eyni zamanda "türk" deyə anılırdılar649. Çin qaynaqlarında isə "türk-xəzər" (t'u-küe ho-sa-k'o-sa) adı ilə zikr edilmiş­lər650. Bu son iki qeyd xəzər ölkəsinin 576-cı ildə hakimiyyəti Qara dənizə ya­yılan göy­türk imperatorluğu sahəsi içinə alındığını göstərməkdə və topluluq adlarının işlə­dil­məsində türk gələnəyinə uyğun düşməkdədir. Beləliklə, xə­zərlər göytürk xaqan­lı­ğının qərbdəki ən uc qanadını meydana gətirmişlər. Er­məni tarixçisi rahib Se­beosa (VII əsr)651 və islam qaynaqlarına görə, göy­türk xanədanı Aşina ailəsin­dən bir başbuğun idarəsində bu durum VII əsrin ikinci rübünə qədər davam et­miş və xəzərlər qərbi göytürk xaqanının iradəsi ilə sasanilərə qarşı Bizansa kö­mək etmişlər. Xəzərlərin Dərbəndi keçərək Gürcüstana girib Tiflisi mühasirəyə al­dıqları və Azərbaycana axınlar təşkil etdikləri 626-cı ilə doğru özü şərqi Qa­ra dəniz sahillərində olduğu zaman paytaxtı sasani-avar qüvvələri tərəfindən mü­ha­sirəyə alınmış olan Bizans im­peratoru Herakleios Tiflis önlərinə gələrək, xə­zər hökmdar-başbuğu (ehti­mal ki, qərbi göytürk xaqanı Tonq yabğunun kiçik qar­daşı) "yabğu"652 ilə var­dığı anlaşma nəticəsində aldığı 40 min atlının dəstəyi sayəsində İranın da­xilinə yürüməyə müvəffəq olmuşdu653. Bu münasibətlə Ana­dolu iranlıların is­ti­lasından qurtarılmış, sasanilər artıq böyük dövlət olmaqdan çıx­­mış və xəzər komandanı Çorpan tarxan hərəkatı uğurla idarə etmiş, "yab­ğu" da Tiflisi zəbt edərək (629) bəzi erməni kütlələrini himayəsinə almışdı654.

Xəzər tarixinin gerçək xaqanlıq dövrü 630-cu ildə etibarən başlamaq­dadır. Bu tarixdə Orta Asiyada göytürk xaqanlığının Çin hakimiyyətini tanı­yaraq bir fət­rət dövrünə girməsi nəticəsində öz torpaqlarında müstəqil şək­ildə idarələr qurmağa girişən bir çox türk toplumlarında görüldüyü kimi, xə­zərlər də müs­təqil xaqanlıq olaraq dövlətlərini inkişaf etdirdilər. Uğur qa­zanmaq üçün gərəkli siyasi və iqtisadi şərtlər mövcud idi.

Xəzər dövləti İran qarşısında Bizansın ən yaxşı müttəfiqi idi. Türk-Bi­zans işbirliyi sayəsində zəifləyən sasani imperatorluğu 634-637-ci illərdə islam qüv­vələri tərəfindən çökərdilib İran torpaqları ərəblərin əlinə keçərək, islam irəli hərəkatı bir yandan Ərməniyyə yolu ilə Qafqazlara doğru, bir yandan da Suriya üzərindən Anadolunun içərilərinə doğru gəlişməyə başlayınca, bu ittifaq təbii bir hal aldı. VII əsrin ikinci yarısından etibarən getdikcə qüvvətlənərək VIII əsr bo­yu davam edən siyasi mənfəətlər ortaqlığı iki tərəfın hökmdar ailə­ləri arasında evlən­mələrə varacaq ölçüdə dəyər və əhəmmiyyət qazandı. İmpe­rator II Justinianos (685-695 və 705-711) və V Konstantinos (741-775) xəzər şahzadələri ilə evlən­di­lər655. Konstantinosun şahzadə Çiçəkdən doğulan oğlu, ta­rixdə "Xəzər Leon" lə­qə­bi ilə tanınan imparator IV Leon (775-780) xəzər xa­qa­nının nəvəsi idi. Bu su­rətlə imperatorlar eyni zamanda öz daxili siyasi-əsgəri problemlərinin həllində xəzər yardımından faydalanırdı. Xəzər Leonun arvadı İrenin daha sonra "Av­qusta" və ya bir imperator naibi olaraq deyil, fəqət tək başına və tam səlahiyyətli "Basileus" qəbul və elan edilməsi kimi Bizans və Ro­ma tarixində ilk dəfə görülən hadisə656 hər halda xəzər-türk təsiri ilə izah edilə bilər.

665-ci ildən sonra Qara dənizin şimalındakı Böyük Bulğariya dövlətinin qüv­vətli xəzər genişlənməsi qarşısında dayana bilməyərək parçalanması nəticə­sin­də Dneprə qədər uzanan düzənlüklər xəzərlərə keçmiş və xaqanlıq Qafqaz­ların cənubunda da islam fütuhatına qarşı yolları qapamışdı. Ərəblərlə xəzərlə­rin müba­rizələri şiddətli və davamlı oldu. İlk böyük hücum xəlifə Osman za­manında h. 31 (m. 651-652)-ci ildə Salman bin Rəbiənin komandanlığı zamanı oldu. Dərbəndi aşaraq xəzər paytaxtı Bələncərə657 qədər soxulan ərəb qüvvələri geri oturduldu və xəzərlər cənuba doğru Ermənistana girdilər. Bundan sonra ya­rım əsrdən çox da­vam edən sərhəd çarpışmalarını islam ordularının böyük çap­da hərəkatı təqib etdi. Bu səfərlərin başında əməvilərin ünlü komandan­larından Məsləmə bin Əbdül-məlik (xəlifə I Vəlidin qardaşı, 705-715) durur­du. Dərbənd həvalisinə qədər gələ bilən (707-710, 711) Məsləmə 714-cü ildə Dərbəndi zəbt etsə də, İstanbula yü­rü­mək üzrə Qafqazdan ayrılmasından sonra ərəblər xəzər hücumu qarşısında ge­ri çə­kildilər. 722-ci ildə Ərməniyyə valisi əl-Cərrah ül-Hikəmi xəzər ölkəsində bö­yük uğur qazandı. 730-cu ilə qədərki qar­şılıqlı axınlar nəticəsində ərəblər tək­rar Azərbaycana gerilədilər. Fəqət ən mü­hüm uğurlarını Ərməniyyə və Azərbay­can valisi Mərvan bin Mühəmmədin (sonra xəlifə) 737-ci ildəki hərəkatı ilə əldə et­dilər. Bu münasibətlə xaqanın is­lamiyyəti qəbul etməyə məcbur qaldığı söylənir, ancaq rəvayətə görə, az sonra o yenə əski dininə dönmüşdür. İslam xəlifəliyində abbasilərin iqtidara gəlməsi ilə mücadilə vüsətini itirdi. Mühüm olmaq üzrə VIII əsrin ikinci yarısında, 760-cı ildən sonra xəzərlərin Tiflisi təkrar ələ keçi­rib Ərməniyyə bölgəsinə girmələri zikr edilməyə dəyər658. Bu savaşlar do­la­yı­sıyla göstəril­di­yinə görə, xəlifə əl-Mənsur tərəfindən h.141-ci ildə (m.758) Dar­yalda qurulmuş olan Ərmə­niyyə vilayət mərkəzində vali Yezid bin Üseyd xa­qanla uzlaşmaq üçün xəli­fənin arzusu ilə bir xəzər şahzadəsi ilə evlənmək is­təmiş, tarxanların mü­şayiətində ağır cehizi ilə Bərdəyə (vilayət mərkəzi) gə­ti­ri­lən qı­zın doğum za­manı uşaqla birlikdə ölməsi xaqanı bunun gerçəkdə bir xə­ya­nət nəticə­sində olduğu düşüncəsinə sövq edərək hərb səbəbi sayıl­mış və As-Tarxan komandanlığındakı xəzər ordusu xilafət torpaqlarına yürümüş­dür659.

İslam xilafətinin ən qüvvətli dövrlərində ərəb ordularına qarşı göstə­rilən bu çətin müqavimət xəzər dövlətinin qüdrətini bir daha ortaya qoyur. Hə­qiqə­tən, VIII-IX əsrlərdə xaqanlıq islam müəlliflərinin ifadələrin­dən də anla­şıl­dığı üz­rə, Çin və Bizans ilə bərabər əyarda olmaq üzrə Şərqi Avro­panın ən bö­yük si­­yasi təşəkkülü durumunda idi. Sərhədləri özəlliklə qərb və şimal yönündə ge­nişlənmiş, Şimali Qafqazda "sərir" ölkəsi660, avarlar, alan­lar, on-oğurlar və Qaf­qazın dağlı qövmləri, Krımda qotlar, İtil bulğarları, Volqa civarında fin-uqor bur­taslar661 və başqa müxtəlif fin qolları, Desna çayı ilə orta Dnepr çev­rəs­in­də­ki slavyan kütlələrindən radimiçlər, vyatiçlər, severyanlar, polyanlar və b., Ku­ban həvalisindəki macarlar, Kiyev və dolay­ları xaqanlığın idarəsinə girmişdi.

Beləliklə, IX əsrin sonlarına aid bir qaynaqda (Eldad ha-Dani) xaqanı "25 kral”ın başında olduğu söylənən662 xəzərlərə bu siyasi gücü təmin edən başlıca imkanlardan biri xaqanlığın coğrafi mövqe etibarilə ortaçağların bəlkə ən canlı ticari fəaliyyət bölgəsinin mərkəzində yer almış olması idi663. Xəzər ölkəsinə Skandinaviyadan, Volqa və Kama boylarından bilxassə xəz (samur, kakım, san­sar, zerduva, tülkü və s.) və digər ticari mallar (balmumu, tutğal), Çindən və Türküstandan ipək və qumaşlar, Bizansdan dürlü sənət və süs əşyası gəlir, İtil və başqa xəzər şəhərlərində bazarlanır, bu çeşidli və zən­gin əmtəə Orta Asiya-Şərqi Avropa-Yaxın Şərq ölkələri arasında bir yan­dan digər yana axırdı664. Xə­zər xaqanlığı dövlətə yüksək gəlir gətirmə baxımından bu böyük ticari fəaliy­yə­ti təşkilatlandırıb əmniyyət və kontrol altına almaq surətilə ən yaxşı şəkildə dəyərləndirən bir siyasi birlik olaraq türk dövlətləri arasında seçkinləşmişdir.

Qaynaqlarda açıqlandığına görə, xəzər xaqanlığı rifah içində idi. İbn Fəd­lan (m. 922) xəzərlərin bal, mum, un, qədifə və xəz ticarəti ilə məşğul olduq­larını, Gərdizi (m. 1048) arıçılıq və balmumu ticarəti ilə uğraşdıqlarını söyləməkdə, İstəxri (m. 930-933) xəzər dövlət xəzinəsinin qaynaqları ola­raq, ölkə­yə giriş nöqtələrində, quru, dəniz və çay yollarının müəyyən yer­lərində əldə edilən gömrük rüsumları və tacirlərdən alınan 1/10 vergiləri zikr etməkdə, əl-Məsudi (m. 944) xəzərlərin dənizdə və çaylarda gəmilər işlət­dik­lərini bil­dir­məkdədir665. Həmin qaynaqlara görə xəzər ölkəsində əkin üçün verimli torpaqlar və çoxlu meyvə bağları vardı və bunlar "həyatı asanlaşdı­rır­dı". Mövcud im­kan­lar dolayısyla xəzərlər şəhərlər də qurmuşdular. Bun­ların ən mühümü paytaxt İtil şəhəri idi. Digər böyük şəhərlər Bələncər666, ətrafında 4 minə qədər bağı ilə Səməndər (Dağıstan bölgəsində dəniz kəna­rında)667, Kubanın Qara dənizə tökül­düyü yerdə Tmutorokan (Taman Tarxan adından)668, Volqa qıyısında Sarigsin (ərəb qaynaqlarında əl-Beyza), bu­günkü türkcə ilə "Ağ şəhər” deyə biləcəyimiz Sarığşın, paxtaxt İtilin bəzən "xəzəran" deyilən şərq qismi idi669. Paytaxtda xa­qanın oturduğu qərb səmtinə "Xan balıq" (xan şəhəri) adı verilmişdi670. Başda kağan (xaqan) və ya yilig (elig) ilə bəyin (bən, pəh) oldu­ğu, şadlar, tarxanlar, tudunlar idarəsində əski göytürk təşkilatını davam etdirən xəzər dövləti qüvvəli ordusu ilə hakim ol­duğu geniş sahədə asayiş və hərəkət güvənliyini təmin edərək VII-IX əsrlər bo­yunca Şərqi Avropada tam mənasıyla br "Xəzər barışı" (Pax Khazarica") çağı gerçəkləşdirmişdi671. Hətta bu məqsədlə hər hansı bir xarici hü­cumu vax­tında önləmək üçün Bizansdan gətirilən ustaların yardımı ilə 835-ci ildə ünlü Şarkel qalası tikdirilmişdi672. Rus xronikalarında Bela Vedza (Ağ qala) olaraq zikr edilən bu qala673 ağ daşdan və kərpicdən inşa edil­diyi üçün qərb türkcəsi ilə Şarkel (ak-ev=ağ qala) deyə adlandırılmışdı674.

"Xəzər barışı" nəqliyyatı sürətləndirmiş, mal mübadiləsini artırmış, do­layısı ilə xaqanlıq şərqli, qərbli millətlərdən kütlələr halında ticarət və sənət ərba­bının qaynaşdığı bir ölkə halına gəlmişdi. Bu səbəblə danışılan müxtəlif dillər yanında dürlü yazılar (göytürk, ərəb, ibrani, kiril) işlədilirdi. Əhali də müxtəlif dinlərdə idi. Xəzərlər əslində əski türk-bozqır dini olan, tanrının birliyi inancı­na dayanan göy tanrı (tənqri-xan) etiqadında idilər675. Fəqət mil­lətlərarası sıx mü­nasibətlər nəticəsində ölkədə islam, xristian və musəvi dinləri yayılmış olub, hər camaat tam bir vicdan hürriyyəti içində öz dininin ibadət və ayinlərini icra etməkdə idi. Qaynaqlara (İstəxri, m. 932, əl-Məsu­di, m. 944, ibn Hövkəl, m. 977) görə, xəzər şəhərlərində camilər, kilsələr, sinaqoqlar yan-yana dururdu676. İslamın (IX əsrin ortalarında) xarəzmlilər vasitəsilə yayıldığı, ortodoks xristianlığın Bizansdan gəldiyi (VIII əsrin son rübündə) və xəzər xaqanının istəyi ilə məş­hur slavyan həvvarisi Kirilin (Ki­rillos) paytaxt İtili ziyarətindən (861-862) sonra artdığı anlaşılsa da677, musə­viliyin, üstəlik, yalnız xaqan, ailəsi və idarəçi züm­rə­­nin dini kimi nə zaman və nə şəkildə qəbul edildiyi tam dəqiqliklə bilinmir. Xəzərlərin musəviliyə dönməsi ümumiyyətlə Bulan adlı xaqana bağlanmaqda və müxtəlif tarixlər verilməkdədir.

Son araşdırmalarda678 Bulanın VIII əsrdə Xer­sonda (Cənubi Krımda) din dəyişdirdiyi irəli sürülmüşdür. Bəzi islam müəl­lif­lərinə (əl-Məsudi) görə xə­zərlər abbasi xəlifəsi Harun ər-Rəşid zamanında (786-809) musəviliyin bir məz­hə­binə girmişdilər679. "Qaray" deyilən bu məzhəb680 Musanın təlimlərini eh­tiva et­diyi sanılan Talmuda çox etibar etməyən və bəlkə bəzi islami ünsürlərlə qarışıq bir etiqad olub681, xəzərlərin də qısa zaman içində talmud­çu­­luğa xeyli ya­xın­laşdıqları söylə­nir682. 960-cı illərə doğru Əndəlis əməvi dövlətin­də musəvi nazir Hasday bin Şa­prutun683 Kordovadan xəzər xaqanı Yasəfə gö­n­dər­­diyi məktub ilə xaqanın ib­ra­nicə yazdığı rəvayət edilən cavab da məsələyə tam bir aydınlıq gətirməmişdir. XVI əsrdə Misirdə ələ keçirilərək İstanbulda yayınlanan (1577) bu yazışmanın ("Cor­respondence Khazare") elmi yayınlara və açıqla­ma­lara mövzu olan mətni (ən yax­şısı P.P. Kokovtsov, 1932, Leninqrad) haqqındakı tən­qid­lər684 sənədin gerçəkliyi xü­susunda ciddi şübhələr oyatsa da, içində verilən bilginin bir çox baxımlardan doğ­ruluğu ortaya qoyula bilməkdədir685.

Nəticə ola­raq, qaray dini mənsublarının (qara­imlər) xəzər ölkəsində getdikcə qələbə­lik­ləşdiyi və hətta za­manımızda Krım­da, Polşada və Türkiyədə (İstanbulda) ya­şayan qaraim­lərdən heç olmazsa ana dil­ləri və dini lisanı türkcə olan cama­atların musəvi xəzər türklə­ri­nin və bəlkə qis­mən qaraim kumanların torunları olduqları anlaşılır686.

"Xəzər barışı"nın verdiyi sükunət və hüzurla gəlişən ticari fəaliyyət tarixin mühüm hadisələrindən biri olmaq üzrə rus-slavyan dövlətinin təşəkkülünə yar­dım etmişdir. Skandinaviya-Bizans ticarət yolu üzərində, ormanlarında qiymət­li xəzi olan heyvanları və orman-bozqır hüdudu boyunca çoxlu arıları olan böl­gələrdə otu­ran, daha çox ovçuluq və bal istehsalı ilə uğraşan slavyan-fin qarışığı qəbilələr, ey­ni ticari məqsədlərlə buraya gələn skandinaviyalı gözüaçıq dənizçi varyaqlar­dan (normanlardan) rus (ross, rhos687. Rürik xəzərlərə bağlı orta Dnepr sahəsindəki xəzər mər­kə­zi (qalası) Sambataya gələrək (862-ci ildə) tabelik statusu altında ticari-si­yasi fəaliyyətlərə girişmiş və Rürikdən sonra xələfi Oleq həmin yerdə o dövrdə gəli­şən Kiyev şəhərini öz hakimiy­yəti altına almağa müvəffəq olmuşdur (882). Bu münasibətlə adı ancaq türkcə ilə açıqlana bilən Kiyevin Sambata kimi türklər tə­rəfindən qurulduğu irəli sürülmüşdür688. Bu dövrdə rus knyazlıqların­da türk təsirləri açıqdır. Hələ 839-cu ildə qurulan ilk "rhos" (rus) birliyində başqanın titulu "cha­canus" (xakanus=xaqan) idi (frank xronikası Annales Bertini-ani)689 . 988-ci ildə xristianlığı qəbul edən şahza­də Vladimir və sonra knyaz Yaroslav (1036-1050) hələ rəsmən "kağan" ünvanını daşımağa davam edirdilər. İbn Rus­ta (920-ci ilərdə) Gərdizi və mitropolit Hilarion (XI əsr) hey rus "xaqan­ların­dan” bəhs edirlər690. X əsrdə Kiyev şəhərinin bir qismi "Kozari" deyə anıl­maqta idi. Kiyevə türkcə "Mankermen" (=böyük hasar) də deyilmiş və Mos­kvadakı Kreml (=hasar, qala) sarayı adının türkcə olduğu bildiril­miş­dir691. İlk rus qa­nun­naməsi "Russkaya pravda" (XI əsrin ikinci yarısında "drujina" (ida­rəçilər) ilə təbəə münasibətlərinin açıqlanmasında sanki bir xəzər-türk toplu­munu sez­mək mümkün görünmüşdür692.



Xəzər xaqanlığı macar (magyar) dövlətinin də gerçək qurucusudur. Əs­lin­­­də, urallı (fin-ugor) bir qövm kimi voqul və ostyaklarla yaxın qohum olan macarlar693 Ural dağlarının ormanlıq yamaclarındakı əski yurdlarından bozqır­lar cizgisinə enərək, buradakı oğur türkləri ilə uzun müddət birlikdə yaşamış­lar694. 463-cü ildə sabarların qərbə köç hərəkətləri dolayısıyla ma­carların (bir qismi bugünkü başqırdlar695 sahəsindəki yurdlarında /Magna Hun­garia= Əsl və ya Böyük Macarıstan/696 qalarkən) qələbəlik bir qismi oğur­larla bir­lik­­də Şi­­mali Qafqaza, Kuban çayı dolaylarına gəlmişdir. Orada on-oğurların ida­­rəsin­də qaldıqları üçün on-oğur (=ongur, unqri, onqri, un­qor, unqaros, hun­qa­rus, honqrois, venger və s.) adı ilə də tanınmış olan ma­carların əski tarixinə aid Beların (Bulğar) gəlinləri ilə alan şahzadəsinin iki qızının Hunor (Hun-əri) və Moger (Magy-əri) tərəfindən qaçırılıb zövcəliyə qəbul edildikləri hekayəsi ilə Hunor və Moger qardaşların bir geyikin göstər­diyi yolla Azov dənizinin qərbi­nə keçdiklərinə dair Qərb qaynaqlarında nəql edilən gələnək697 macarların Qa­ra dənizin şimalında bulğarlarla və hər halda bulğarların vasitəsilə hunlarla ya­xın əlaqələrinin və alanlarla qonşuluq­ları­nın xatirələridir698.

Sabarların Qafqazı işğalları zamanı "sabar(d)" deyə, daha sonra (göy­türk hakimiyyəti Krıma qədər uzanınca və sonra xəzər hakimiyyəti dolayı­sıyla) "türk" deyə anılan macarlar699 türklərlə 400 ilə yaxın birlikdə yaşa­ma­nın nəticə­si olaraq, bozqır kültürünün dərin təsiri altında türk kültür ünsür­lərini mə­nim­səmişlər, ona görə təşkilat­lanmışlar, heyvan bəsləməyi, əkinçi­liyi, bağçılığı, qa­nun anlayışını və yazını öyrən­mişlər. İndi də macar dilində yaşamağa davam edən türkcə sözlər (qərb, yəni r-li bulğar türkcəsindən) bu­nu açıqca göstərir: ökör=öküz, tiinó=dana, bika=buğa, borju=buzov, tyuk=to­yuq, kos=qoç, kecs­ke=keçi, tarlo=tarla, tecnö=təknə, karo=qazık, eke=kotan, arok=arıq, buza=buğ­da, arpa=arpa, borso=burçak, alma=elma, szölö (sidleq­dən)=üzüm, sereg=çəri(g) (ordu), béke=barış, erö>=ərk (qüvvə), törveny= tö­rə (qanun), tunu=tanıq (şa­hid), bélyeg=(pul) bəlgə, erdem=ərdəm (fəzilət), egy=qutsal, bün=günah, bölcs=bilgə, kék=gök (mavi), sarğa=sarı, zsam=say, betü=biti(g) (hərf), irni=yaz­maq və s...700. Macarlar Don çayı dolaylarında (Dentü-Mogyeria) ikən xəzər xa­qan­lığı tərəfindən təyin edilmiş və hətta bir xəzər şahzadəsi ilə evləndirilmiş və eh­ti­mal "kündü"701 ünvanını daşıyan baş­buğları Lebedinin702 idarəsi altında ol­duq­ları zaman şərqdən gələn peçeneq təzyiqi nəticəsində öz yerlərindən ayrılaraq Dnepr-Dnestr-Prut bölgəsinə (=Etel-küzü~Etelköz=çaylararası) keçmişlər703. Bu­rada kündü ilə "ügə"704 tərəfindən idarə edildikləri zaman hər birinin başında xə­­zər xaqanlığının təyin etdiyi birər "ür"705 olan 7 qəbilədən ibarət birlik təşkil et­dikləri anlaşılan ma­car­ların türklərlə büsbütün qarışdıqlarını qəbilə adları gös­tər­məkdədir: Tar­jan (tarkan), Yenö ( türkcə ünvan "inaq"dan), Kürt706 Qyarmat (yorulmaz), Ker (böyük, iri), Keszi (kəsik, parça). Digər iki qəbilə fin-uqor: Nyek və Mag­yar707. Bunlardan Orta Asiyada türk əsilli bir boy olaraq görünən kürt qə­biləsindən708 heç olmazsa bir bölümün göytürklər çağında gələrək macarlara qatıldığı sanılır. 880-ci illərdə qərbə doğru yönələn peçeneqlərə öz ölkəsin­dən yol vermək zorunda qaldığı anlaşılan xəzər xaqanı tərəfindən hər halda peçeneq təhlükəsinə qarşı macar birliyini sağlam tutmaq məqsədilə ügə so­yun­dan Almış oğlu Arpada (türkcə, Arpacıq) tam səlahiyyət verildi və o, türk (xəzər) üsulunda törəyə uyğun olaraq qalxan üzərində qaldırılmaq surətilə və hər halda Qyula (=Yula, Cula, türkcə ünvan)709 olaraq macar qəbilələr birliyinin başbuğu elan edildi710. Xəzər toplumundan ayrılan üç uruğdan iba­rət kabarların711 da qatılması ilə712 macar qəbilələrinin sayı 8-ə yüksəldi, do­layısıyla macarlar arasında türk ün­sürü da­ha da artdı və bu səbəbdən fin-uqorca ilə birlikdə türkcə də yayğın bir hala gəldi ki, bu iki dillilik bir əsr qə­dər sürmüş kimidir. 889-cu ilə doğru ma­carlara yönələn ikinci böyük peçeneq hücumu üzündən Etelküzünü tərk etməyə məcbur olan ma­carlar vaxtilə avar­larla birlikdə bir qisim soydaşlarının getdiyi və özlərinin həyat şərtlərinə uy­ğun sayıb bəyəndikləri Dunay-Tisa bölgəsini Arpa­dın (ölümü: 907) sövq və idarəsində işğal edərək bugünkü vətənlərini (Maca­rıstan, Hunqariya) qurdular (896). Türk soyundan gələn713 və 1301-ci ilə qədər davam edən Arpad sülaləsi mənsubları 1000-ci ildə xristianlığı (Roma katolik) qə­bul edincəyə qədər ək­sərən türkcə adlar daşımışlar: Tarkaç, Yutaş, Taş, Tarma və Geza 714; iki şahza­də: Saroltu, Qaroldu (Ağ gəlincik, Qara gəlincik) və xristi­an­lığı dövlət dini edən və Stephanos (İstvan) adını alan kral Vayk (=Bay+k)715. O tarix­lərdə Bizans qaynaq­larında macarlara daima türk deyilmiş, Macarıstana isə Türkiyə (Tourkhia) adı veril­mişdir716. Ayrıca macarlardan bir zümrə olub bugün Erdeldə (Tran­silvaniya) oturan türk əsilli szekelylər (sekel)717 XVI əsrin ortalarına qədər əski Orxon əlifbasının cü­zi dəyişikliklə davamı olan və macar "oyma yazı­sı" (ro­vasiras) deyilən yazını işlətmişlər718 ki, bu yazıdan İstanbulda bir xatirə də ta­pıl­mışdır (Elçi xanı ki­tabəsi. XVI əsr)719.

Xəzər xaqanlığı X əsrın ortalarından etibarən gücünü itirməyə başladı. Bu, əslində daha öncəki tarixlərdə göstərilən sosial narazılıqların nəticəsi idi. Baş­lanğıcda türklərdən ibarət olan ordu xəzər ünsürünün daha çox ticari işlərə meyl etməsi dolayısıyla muzdlu əsgər sayının getdikcə artması üzündən yavaş-yavaş mil­liliyini itirərək yabançılaşırdı. Hələ VIII əsrin ortalarında muzdluların mühüm bir qismini Xarəzm və civarından gələn müsəlmanlar (khalis~kh-alis= kalizlər)720 təş­kil edirdi. Məsələn, yuxarıda 762-764-cü illər hadisələri dolayı­sıyla zikr etdi­yi­miz As-Tarxan daha ziyadə öz vətəndaşlarına koman­danlıq edən xarəzmli bir əsgər idi. Məmləkətdə dil və din birliyinin olma­ması xəzər toplumunun dağıl­ma­sını asanlaşdıran amillərdən olmuş, ordunun qüvvədən düş­məsi nəticəsində ticari əm­niyyətin sarsılması iqtisadi müvazi­nəti poz­muş, peçeneqlərin ölkəyə yayıl­maları, bəlkə böyük qarışıqlıq illəri olaraq bilinən 854-cü ildə kabarların, daha sonra macarların və ehtimal ki, kalizlərlə bulğar iskillərin721' yurddan ayrıl­maları xaqanlığı büsbütün zəiflətmişdi. Slav­yanlar vəziyyətdən faydalandılar. Ti­carət pərdəsi altında ətrafda saldırqan hərəkətlərə girişdilər. Xəzər sahillə­rin­dəki qə­səbələri yağmalıyır, təxrib edir, əhalini öldürürdülər (ələlxüsus 910, 913, 943-cü illərdə). Vaxtilə xaqanlıq gə­milərinin hüzur içində dolaşdığı dəniz və çay yol­ların­da əmniyyət qalmadı. Xə­zər hökumət məqamlarının qanunsuzluqlara mane ol­mağa çalışmaları slav­yanları büsbütün azdırdı. Nəhayət, Kiyev Rus şahza­də­si Svyatoslav türk tərzində qurduğu qələbəlik quru və çay qüvvələri ilə hər cəhət­dən borclu ol­duğu əfəndilərini məğlub, paytaxtı zəbt və digər şəhərləri təx­rib etdi (965). Yaxınlığında XII əsrdə Saksın şəhərinin qurulduğu əski paytaxt İtil şəhəri əl-Biruni zamanında (1048) belə xaraba halında idi.722. Xəzərlər da­ğıl­dılar. Tmutorokana, Krıma doğru çəkilənlər toplum həyatını davam etdir­mə­yə ça­lışdılar723. Digər tərəfdən, xəzərlər yabançı ölkələrdə də bəzi xati­rələr bu­rax­mış­lar: İshaq bin Kündücük abbasi xəlifəsi əl-Mütəmid dövrünün (870-891) ta­nın­mış komandanlarından idi. Təgin bin Abdullah il-Xəzəri üç dəfə Misir valisi ol­muşdu (X əsrin ilk rübü). Hətta yəcuc-məcuc səddini aramaq üzrə xə­lifə əl-Vasiq (842- 847) tərəfindən Qafqaza göndərilən və türkcə də bil­diyi söy­lənən Səllam üt-Tərcümanın724 əslən bir xəzər musəvisi olduğu rəvayət edilmiş­dir725. Qafqazda yaşayan qaraçayların xəzərlərlə qohumluğu irəli sü­rülməkdə­dir726. Bu­gün xəzərlərin xatirələrindən biri Xəzər dənizinin adıdır.



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə