Illik hesabat 2012. indd



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə40/42
tarix21.10.2017
ölçüsü1,02 Mb.
#6309
1   ...   34   35   36   37   38   39   40   41   42

134

İLL


İK HESABAT

2012


İLL

İK HESABAT

2012

AZ

Ə



RBAYCAN RESPUBL

İKASI


DÖVL

Ə

T NEFT FONDU



AZ

Ə

RBAYCAN RESPUBL



İKASI

DÖVL


Ə

T NEFT FONDU



135

KONSOLİDASİYA EDİLMİŞ MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR 



(Min Azərbaycan manatı ilə)

KONSOLİDASİYA EDİLMİŞ MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR



(Min Azərbaycan manatı ilə)

22. Təəhhüdlər və şərti öhdəliklər

Balansdankənar əməliyyatlar

11 avqust 2006-cı il tarixdə Fond ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi arasında sərbəst 

(qalıq) büdcə vəsaitlərinin etibarlı idarəetməyə verilməsi haqqında Aktivlərin İdarə Edilməsi Müqaviləsi 

imzalanmışdır. Bu müqaviləyə uyğun olaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sərbəst büdcə 

vəsaitləri Fonda köçürülməli və Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə müqavilədə göstərilmiş 

aktivlərin idarə edilməsi qaydaları  əsasında Fondun idarə edilməsinə verilməlidir. Fond bu aktivləri 

əvəzsiz olaraq öz adından və Maliyyə Nazirliyinin xeyrinə, onun xərcləri və riskləri hesabına idarə edir. 31 

dekabr 2012-ci il tarixinə bu müqavilə əsasında qəbul edilmiş vəsait hesablanmış faizi də daxil olmaqla 

277,225 min manat (ABŞ dolları ilə 285,207 min, Avro ilə 51,174 min və İngilis funt sterlinqi ilə 185 min) 

(2011-ci ildə manatla 276,107 min (ABŞ dolları ilə 284,687 min, Avro ilə 51,068 min və İngilis funt sterlinqi 

ilə 184 min)) təşkil etmişdir.

Hüquqi prosedurlar

2004-cü ildə Azərbaycan Respublikası Rabitə Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 

və Fond da daxil olmaqla Azərbaycan Respublikasının hökumətinə qarşı  cəmi təxminən altı milyon 

ABŞ dolları məbləğində məhkəmə iddiası qaldırılmışdır. Bu məhkəmə iddiası bir xarici bank (“İddiaçı”) 

tərəfi ndən Niderlandın Rotterdam Dairə Məhkəməsində qaldırılmışdır. 24 dekabr 2008-ci il tarixli aralıq 

qərarda məhkəmə iddiaçı banka iddianın  əsasını  təşkil edən faktlarla bağlı sübutlar təqdim etməyi 

tapşırmışdır. Daha sonra 17 fevral 2010-cu il tarixli qərarda (“Qərar”) Məhkəmə İddiaçı Bankın iddialarını 

rədd etmişdir. Hazırda həmin işə apelyasiya instansiyasında baxılır. Fondun rəhbərliyi hesab edir ki, 

iddianın həll olunmasında yarana bilən ödənişlərin ehtimalı yoxdur, bu səbəbdən də bununla bağlı hər 

hansı ehtiyat yaradılmamışdır.



Vergilər

Azərbaycan vergi qanunvericiliyində mənfəət vergisi hesablanarkən müəyyən maddələrin müxtəlif 

mənada başa düşülməsi ehtimal edilə bilər, bu da Fondun üzərində müəyyən əlavə vergi, cərimə və faiz 

daxil olmaqla əlavə öhdəliklərin yaranmasına şərait yarada bilər. Vergi orqanları mənfəət, əlavə dəyər 

vergisi, gəlir, mənbədən və sair vergilərin hesablanmasını yalnız son 3 təqvim ili üzrə yoxlamaq hüququna 

malikdir. Fondun son vergi yoxlaması 2010-cu ildə Hesablama Palatası tərəfi ndən aparılmış və 2008-ci və 

2009-cu təqvim illərini əhatə etmişdir. Fondun rəhbərliyi inanır ki, bütün vergi ödəmələri yerinə yetirilib 

və buna görə heç bir ehtiyatın yaradılması tələb olunmur.



Əməliyyat mühiti

Fond Azərbaycan Respublikasında təsis olunmuşdur və  əsas fəaliyyətini bu ölkədə aparır, onun 

törəmə müəssisələri isə Rusiya, Cersi adaları, Böyük Britaniya və Lüksemburqda fəaliyyət göstərir. 

Bu ölkələrin biznes mühitinə  təsir edən qaydalar və qanunlar dəyişikliklərə  məruz qaldıqda qanuni, 

idarəetmə və siyasi mühitlərdə baş verə biləcək mənfi  dəyişikliklər Fondun aktivlərini və əməliyyatlarını 

riskə məruz qoya bilər.



23. Hesabat tarixindən sonrakı hadisələr

Debitor borcları və köçürmələr

“Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2013-cü il üçün Büdcəsinin təsdiq edilməsi 

haqqında” 30 dekabr 2012-ci il tarixli 803 saylı Fərmanına uyğun olaraq Fondun 2012-ci il büdcəsinin 

gəlirləri 11,482,040 min manat, xərcləri isə 13,403,099 min manat məbləğində təsdiq edilmişdir. Fondun 

2013-cü il büdcəsində aşağıdakı əsas növ xərclər nəzərdə tutulub:

 



Azərbaycan Respublikasının Dövlət Büdcəsinə köçürmə – 11,350,000 min manat;

 



Qaçqınların və  məcburi köçkünlərin sosial-məişət məsələləri ilə bağlı  bəzi tədbirlərin 

maliyyələşdirilməsi – 300,000 min manat;

 



Bakı-Tiflis-Qars yeni dəmir yol xəttinin çəkilməsi – 138,275 min manat;



 

Samur-Abşeron suvarma sisteminin yenidən qurulması – 107,438 min manat;



 

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə  təhsili üzrə Dövlət Proqramının 



maliyyələşdirilməsi – 34,056 min manat;

 



Azərbaycan Respublikasının bütün yaşayış  məntəqələrini qoşmaqla yüksək sürətli optik lifli 

şəbəkənin tikintisinin maliyyələşdirilməsi – 103,556 min manat;

 



Azərbaycan Respublikasının Neft-qaz və Petrokimya Konsorsiumu (NQPK) tikinti layihəsindəki 



payının maliyyələşdirilməsi – 211,950 min manat;

 



Azərbaycan Respublikasının Türkiyədə STAR neft emalı zavodunun tikintisi layihəsindəki payının 

maliyyələşdirilməsi - 596,600 min manat;

 



Azərbaycan Respublikasının TANAP tikinti layihəsindəki payının maliyyələşdirilməsi – 86,350 min 



manat;

 



Azərbaycan Respublikasının Xəzər dənizində yeni qazma qurğusunun tikintisindəki payının 

maliyyələşdirilməsi – 388,575 min manat;

 



Fondun idarə edilməsi ilə bağlı xərclər – 86,300 min manat.



Xarici menecer

Beş xarici menecerdən biri - Credit Suisse 28 fevral 2013-cü il tarixindən ARDNF üçün xarici menecer 

xidmətlərinin göstərilməsini dayandırmışdır.

Mənfəət vergisindən azad edilmə

Azərbaycan Respublikası Prezidentinin 509-IVQD saylı 21 dekabr 2012-ci il tarixli Fərmanına və 

Milli Məclisin Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklərin edilməsi haqqında 29 dekabr 

2012-ci il tarixli qanununa uyğun olaraq, 1 yanvar 2013-cü ildən etibarən ARDNF korporativ mənfəət 

vergisinin ödənilməsindən azad edilmişdir.

8 Place Vendome alınması 

19 mart 2013-cü il tarixində Fond Place Vendome 8, Paris, Fransa ünvanında yerləşən 135,000 min 

avro məbləğində ofi s, ticarət və yaşayış binasından ibarət 8 Place Vendome investisiya əmlakının alışını 

yekunlaşdırıb.




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə