Mövzu 7. Tədqiqatlar və inkişafın idarə edilməsi.
Müəyyən xronoloji ardıcıllıqla baş vermiş 3 elmi-texniki inqilab fərqləndirilir:
1. Birinci elmi-texniki inqilab (sənaye inqilabı) (XVIII əsrin sonu-XIXəsr).
2. İkinci elmi-texniki inqilab (XIX əsrin sonu-XX əsrin əvvələri).
3. Üçüncü elmi-texniki inqilab (Elmi-informasiya inqilabı).
Birinci elmi-texniki inqilab (XVIII əsrin sonu – XIX əsr) yeni ictimai hadisə olmaqla baş verdiyi andan, etibarən, dünya iqtisadiyyatının əsas hərəkətverici qüvvəsinə çevrilmişdi. İnqilabın əsas xarakterik cəhətlərinə aşağıdakıları aid etmək olar:
- İstehsal vasitələrinin mexanikləşdirilməsi, buxar maşınlarından
istifadə, dəyişikliklərə gətirib çıxardı;
- Dünya iqtisadiyyatının sahə və sferaları arasında mürəkkəb qarşılıqlı əlaqələrin formalaşması, yeni sahələrin yaranması;
- Elmi-texniki inqilabın hərəkətverici qüvvəsi kimi kapitalın təmərküzləşməsi prosesinin başlanması;
- Elmi nəticələrin real sektora tətbiqinin sürətlənməsi;
- Elm və istehsalat arasında sürətli yaxınlaşma;
- İstehsalın təmərküzləşməsi və mərkəzləşməsi;
-Nəticədə sənaye məmulatlarının maya dəyərinin azalması və onların daha geniş əhali kütləsinin tələbatlarının ödənilməsinə yönəldilməsi;
- Son istehlakçıya istiqamətlənmə; Yalnız tələb olan məhsulların istehsalına üstünlük verilməsi;
- İdarəetmə sisteminin rolunun yüksəlməsi, elmin sürətli inkişafı və s.
Birnci elmi-texniki inqilab sənayeləşmənin həyata keçirilməsində əsas çıxış nöqtəsi rolunu oynayırdı.
XIX əsrin sonu XX əsrin əvvəllərində baş verən ikinci ETİ dünya iqtisadiyyatının strukturunda əhəmiyyətli dəyişikliklərə gətirib çıxardı.
İkinci elmi-texniki inqilab, hər şeydən əvvəl, axın şərtlərinin və konveyerin istifadəyə verilməsi ilə xarakterizə olunur. Standartlaşdırılmış məhsul istehsalına keçid, axın xəttləri sisteminin meydana gəlməsini şərtləndirmişdir. Kütləvi axın istehsalı sistemi, təbii olaraq, əməyin rasional təşkilinə, vahid, fasiləsiz texnoloji
prosesin yaranmasına gətirib çıxardı. Artıq, 1914-cü ildə Q.Fordun zavodlarında bir avtomobilin yiğilması tezliyi 1.5 saata çatmışdır. İnqilab- sənaye istehsalının müxtəlif sferalarını əhatə edirdi. Birinci elmi-texniki inqilabla müqayisədə, texniki tərəqqinin həm sürəti və yayılma tezliyi, həm də tətbiq edilən yeniliklərin sayı əhəmiyyətli dərəcədə yüksək olmuşdu.
İkinci elmi-texniki inqilabın mahiyyət özəlliklərinə aşağıdakıları aid etmək olar:
1. Öz xarakterinə görə, sənaye çevrilişindən fərqli məzmun daşıyırdı.
Belə ki, sənaye çevrilişi maşınlı sənayenin yaranması və cəmiyyətin sosial strukturunun dəyişməsinə (kapitalizmə keçid) səbəb olmuşdursa, ikinci elmi-texniki inqilab nə istehsalın tipinə, nə sosial struktura, nə də sosial-iqtisadi münasibətlərin xarakterinə heç bir təsir göstərməmişdir. Onun nəticələri yalnız istehsalın texnikası və texnologiyasında, maşınlı sənayenin yenidən qurulmasında, elmin rolunun yüksəlməsində təzahür edirdi. Buna görə də, ikinci elmi-texniki inqilabı sənaye deyil, elmi-texniki inqilab adlandırırlar.
2. Bu inqilab- sənaye istehsalı sferasında tamamilə yeni sahələrin meydana çıxmasına səbəb olmuşdu: elektrotexniki, kimyəvi, avtomobil, neft-kimya, təyyarəqayırma və s.
3. Nəinki sahələrin, eləcə də sahədaxili sferaların diversifikasiyası həyata keçirilirdi.
4. Kütləvi standrtlaşdırılmış istehsalın tam şəkildə qərarlaşması başa çatdı.
5. İstehsal prosesinin mürəkkəbləşməsi start götürdü.
6. Təsərrüfat fəaliyyəti formalarının transformasiyası baş verirdi. Mülkiyyətin və təsərrüfat fəaliyyətinin yeni formaları (səhmdar cəmiyyət, fermer təsərrüfatı və s.) sürətlə inkişaf etməkdə idi.
7. Əhalinin sayının kəskin şəkildə artıma istiqamətlənməsi;
8. XIX əsrin sonu XX əsrin əvvəllərində texniki dəyişikliklər və yeni sahələrin üstün artımı dünya sənaye istehsalının strukturunda əhəmiyyətli dəyişikliklərə gətirib çıxarardı. Əgər ikinci elmi-texniki inqilaba qədər “B” qrupu sahələri (istehlak şeyləri istehsalı) üstünlük təşkil edirdisə, inqilab nəticəsində “A”
qrupunun (istehsal vasitələri istehsalı) xüsusi çəkisi əhəmiyyətli dərəcədə artmış və ön plana keçmişdi.
9. İnqilabın əsas nəticələri sırasında həyat səviyyəsinin yüksəlməsi xüsusi yer tutur. Beləliklə, ikinci elmi-texniki inqilab dünya iqtisadiyyatının bir sistem kimi inkişafında önəmli rol oynamışdı.
XX əsrin ikinci yarısından start götürən üçüncü elmi-texniki inqilab dünya iqtisadiyyatının, eləcə də ayrı-ayrı ölkələrin iqtisadi inkişafında və yekun olaraq postindustrial cəmiyyətin formalaşmasında müstəsna əhəmiyyət kəsb edirdi.
Üçüncü elmi-texniki inqilabın əsas xarakterik cəhəti onun universal xarakter daşımasında, yəni ictimai həyatın bütün sferalarına – siyasətə, ideologiyaya, mədəniyyətə, psixologiyaya və s. təsir göstərməsində, eləcə də elmin əsas məhsuldar qüvvəyə çevrilməsində təzahür edir.
Üçüncü elmi-texniki inqilabı xronoloji prizmadan iki mərhələyə bölmək olar:
1940-1960-cı illər;
2. 1970-ci ildən sonrakı dövr.
Bölgünün bu aspektdə aparılması dünyanı dəyişmiş, qlobal hadisənin daha dərindən öyrənilməsi ilə əlaqədardır. Üçüncü elmi-texniki inqilabın baş verməsi, bir tərəfdən geoiqtisadi məkana çıxan korporasiyaların sabit mənfəət əldə etmək istəkləri ilə bağlıdırsa, digər tərəfdən ABŞ – SSRİ qarşıdurmasının doğurduğu hadisədir. Qeyd etmək lazımdır ki, Qərb ölkələrindən fərqli olaraq SSRİ-də elmi yeniliklər yalnız hərbi sferaya tətbiq olunurdu. Qərb ölkələrində, ələlxüsus ABŞ-da isə, elmi-texniki potensialın inkişafında əsas rol oynayan amil - xarici siyasət sferası deyil, bazarın konyuktur dəyişiklikləri olmuşdu.
Üçüncü elmi-texniki inqilabın təsiri altında sosial strukturda əsaslı dəyişikliklər baş verirdi. Şəhərlərin sürətli inkişafı ilə yanaşı xidmət sferasında çalışanların xüsusi çəkisi sıçrayışla artırdı. Belə ki, əgər 1950-ci ildə (inkişaf etmiş ölkələrdə) xidmət sferasında çalışanların xüsusi çəkisi 33% təşkil edirdisə, 1970-ci ildə bu rəqəm 44%-ə çatmış, sənaye və nəqliyyatda analoji göstəricini ötüb keçmişdir. Təhsilin inkişafı,ixtisaslı işçi qüvvəsinin hazırlanması geniş vüsət almışdı, əməkhaqqı səviyyəsi yüksəlmiş, bununla əlaqədar həyat şəraitinin əsaslı sürətdə
yaxşılaşdırılmasına nail olunmuşdu. İqtisadiyyatda baş verən struktur dəyişiklikləri fəhlə sinfinin sahəvi bölgüsünü də dəyişmişdir. Ağır fiziki əmək tələb edən sahələrdə çalışanların xüsusi çəkisi əhəmiyyətli dərəcədə azalmış, yeni sahələrdə
(elektronika və s.) isə artmışdır.1970-ci illərin əvvəllərində orta təbəqə əhalinin 1/3 hissəsini əhatə edirdi. Kiçik və orta biznesin sürətli inkişafı başlanmışdı.
Üçüncü elmi-texniki inqilabın ikinci mərhələsində (1970-ci ildən sonrakı dövr) sadalananların yüksəliş traektoriyası daha da sürətlənməyə başladı. Qərb ölkələrində iqtisadiyyatın sosial yönümlüyü prioritet mövqelərə keçdi. Elmi-texniki proqramların sosial ehtiyaclara daha da sıx əlaqələndirilməsi həyata keçirilməyə başladı.
Hər bir ölkənin ETT onun elmi-texniki potensialı ilə şərtlənir. Elmi-texniki potensiala aşağıdakılar aid edilir:
1. Kadr potensialı-alimlər, mühəndislər, elmi-pedoqoji kadr hazırlığı ilə məşğul olan işçilər, fəhlələr və s. daxildir. Elmi Tədqiqat İnstitutları, ali məktəblər və digər elmi müəssisələrdə çalışanlar da buraya aid edilir.
2. Maddi-texniki resurslar–elmi tədqiqat və bu tipli digər işlərin həyata keçirilməsi, təkmilləşdirilmiş texnika və texnologiyaların nümunələrinin hazırlanması məqsədilə mövcud, nəzərdə tutulan əsas və dövriyyə fondları daxildir.
3. İnformasiya potensialı-elmi tədqiqat fəaliyyətinin və onun nailiyyətlərinin istehsalda istifadəsinə hazırlıq prosesinin informasiya təminatı üçün zəruri olan müxtəlif informasiya daşıyıcılarında yığılmış məlumatların məcmusunu xarakterizə edir.
4. Təşkilati, iqtisadi və idarəetmə potensialı-elm və texnikanın birgə fəaliyyətini ümumiləşdirən üsul və vasitələrin məcmusundan ibarətdir.
Elmi-texniki potensialın hər bir elementi ETT üçün stimul və əsas olmaqla bütövlükdə iqtisadiyyatın, o cümlədən kənd təsərrüfatının inkişafının təkanverici amilidir. Kənd təsərrüfatında resursların məhdudluğu, məhsul istehsalında elmi cəhətdən əsaslandırılmış formada resursların qənaətinə şərait yarada biləcək texnologiyaların tətbiqini tələb edir. Bu həm də ona görə vacibdir ki, yeni texnika və texnologiyanın yaradılması və onun istehsalata tətbiqi təbii ki, kənd təsərrüfatı məhsulları istehsalına çəkilən məsariflərin artımı ilə nəticələnir. Deməli, ETT-nin tətbiqində onun səmərəliliyi əsas şərtdir.
ETT-nin səmərəliliyi 3 istiqamətdə hesablanır: iqtisadi, texnoloji və sosial.
1. İqtisadi səmərəlilik – müxtəlif elmi-texniki yeniliklərin istehsalın nəticəsinə təsirini müəyyənləşdirməyə imkan verir. Yəni, elmi-texniki yeniliklərin tətbiqi və əvvəlki şəraitdə çəkilən xərc müqabilində əldə olunan məhsul, müqayisə edilməklə iqtisadi səmərəlilik müəyyənləşdirilir (bu zaman iqtisadi səmərəliliyi xarakterizə edən digər göstəricilər də – mənfəət, rentabellik, əmək məhsuldarlığı və s. hesablanır).
Elmi-texniki yeniliklərin mühüm istiqamətlərindən olan yeni texnikanın istehsalata tətbiqinin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi, konkret olaraq əmək sərfinin azaldılması, ümumi xərclərin tərkibində texnikanın istismar xərclərinin azaldılması, işə sərf olunan vaxtın azaldılması və əmək şəraitinin yaxşılaşdırılması kimi göstəricilərdən ibarətdir.
2. Texnoloji səmərəlilik – yeni texnika və texnologiyanın texniki-iqtisadi göstəricilərinin yaxşılaşdırılması və təkmilləşdirilməsini xarakterizə edir.
3. Sosioloji səmərəlilik – elmi-texniki yeniliklərin işçilərin həyat və əmək şəraitinə təsirini müəyyənləşdirməkdə istifadə olunur. Ümumiyyətlə, kənd təsərrüfatında ETT-nin iqtisadi səmərəliliyi, işçilərin əmək və həyat fəaliyyətinin yaxşılaşdırılması şərti ilə yeni texnika və texnologiyanın tətbiqi nəticəsində əmək məhsuldarlığının yüksəldilməsini, məhsul istehsalının maya dəyərinin aşağı salınmasını, xalis gəlirin, mənfəətin artırılmasını və s. özündə birləşdirir.
Kənd təsərrüfatında ETT-nin səmərəliliyi daha konkret mahiyyət kəsb etməklə aşağıdakı kimi müəyyən edilir:
Burada:
- konkret məhsul istehsalı prosesində yeni texnika və texnologiya tətbiqindən əvvəl və sonra əmək məhsuldarlığı, adam-saat, sen.
- yeni texnika və texnologiya tətbiqindən əvvəl və sonra fondtutumu, man.
Səmərəliliyin hesablanması zamanı 3 varianta rast gəlinir:
elmi-texniki yeniliklərin tətbiqi nəticəsində səmərəliliyin yüksəlməsini xarakterizə edir.
səmərəliliyin dəyişməz qaldığını göstərir.
yeni texnika və texnologiyaların tətbiqinin gözlənilən səmərə vermədiyini əks etdirir.
ETT-nin kənd təsərrüfatında tətbiqinin əsas şərtləri və istiqamətləri aşağıdakılardır:
-kənd təsərrüfatının xüsusiyyətləri, o cümlədən resursların məhdudluğu nəzərə alınmaqla qənaətli texnika və texnologiyanın hazırlanması;
- müasir suvarma sistemləri kompleksinin, həmçinin mineral gübrələrdən səmərəli istifadə sisteminin hazırlanması;
- bitkilərin mühafizəsi və heyvanların xəstəliklərinə qarşı yeni üsul və tədbirlərin hazırlanması;
- biotənzimləyici texnologiyalar istehsalı;
- yeni bitki növləri və heyvan cinslərinin yaradılması istiqamətində tədbirlərin hazırlanması;
- kənd təsərrüfatı istehsalının mexanikləşdirilməsi, elektrikləşdirilməsi və ekoloji təmiz texnologiyalar üçün yeni texnika və texnologiyaların hazırlanması və tətbiqi;
- keyfiyyətli və ekoloji təmiz məhsul istehsalının təmin edilməsi tədbirlərinin hazırlanması və tətbiqi;
- elmi-texniki işlərlə (elmi-texniki tədqiqatlar) yanaşı istehsalatda çalışan mütəxəssislərin hazırlanması;- texnika və texnologiyalar üzrə idxal və ixrac arasındakı nisbətin qiymətləndirilməsi və tənzimlənməsi;
- idxal olunan texnika və texnologiyaların istehsalata cəlb edilməsi ilə yanaşı elmi-texniki yeniliklərin ölkə daxilində stimullaşdırılması.
Yeni texnika və texnologiyaların istehsalata tətbiqi nəticəsində az məsarif müqabilində daha çox və keyfiyyətli məhsul istehsal etməklə, yüksək gəlir əldə etmək- hər bir kənd təsərrüfatı istehsalçısının marağında olan mühüm məsələdir. Həmin texnika və texnologiyaların (əmtəələrin) yaradılması ETT-nin, onların mübadiləsi prosesi isə, elmi-texniki məhsullar bazarının üzərinə düşür.
Elmi-texniki məhsullar bazarının fəaliyyəti özünü aqrar bazarda əhəmiyyətli şəkildə göstərir. Belə ki, aqrar bazar sisteminin tərkib hissəsi olan maddi-texniki resurslar bazarında təklif olunan əmtəələr məhz elmi-texniki nailiyyətlərin məhsuludur. Kənd təsərrüfatı bazarının zəruri əmtəələrlə səmərəli şəkildə təmin olunması isə, elmi-texniki yeniliklərdən asılı olaraq reallaşır.
Elmi-texniki məhsullar bazarını maddi-texniki resurslar bazarından fərqləndirən əsas xüsusiyyət, məhz yeni texnika və texnologiyaların, material vasitələrinin, konkret olaraq əsas və dövriyyə vəsaitlərinin satışının həyata keçirilməsi ilə bağlıdır. Deməli, bu bazar növünün fəaliyyəti, daim elmi-texniki yeniliklər axtarışı ilə bağlıdır. Kənd təsərrüfatı əmtəə istehsalçısı, məhz bu baxımdan yüksək rəqabət qabiliyyətinə malik ola biləcək, əmtəə istehsalına nail olmaq üçün əsasən elmi-texniki məhsullar bazarının təklifinə üz tutur. Daha doğrusu, bu məhsullara tələb daha çoxdur.
İqtisadiyyatda elmi-texniki məhsullar bazarı formalaşma xüsusiyyətinə və təklif olunan əmtəələrin xarakterinə görə makrotexnoloji və mikrotexnoloji strukturlar baxımından fərqləndirilir. Makrotexnoloji məhsullar bazarında dünya bazarı səviyyəsində rəqabət apara biləcək elmi imkanların, biliklərin və əmtəələrin reallaşdırılması nəzərdə tutulur: təyyarələr, kompüterlər, kompüter proqramları və s. Beynəlxalq təcrübədə elmi tutumlu ixrac aşağıdakı şəkildə qiymətləndirilir:
- ixrac olunan texnoloji məhsullar baxımından ölkənin xüsusi çəkisinin müəyyənləşdirilməsi;
- konkret sahə və ya texnoloji məhsul üzrə müqayisəli qiymətləndirmə.
Makrotexnoloji məhsul istehsalı və ixracını həyata keçirən ölkələr bu yolla kifayət səviyyədə maliyyə vəsaiti əldə etməyi qarşısına məqsəd qoymaqla həmin vəsaitin az bir qismini digər sahələrin inkişafına yönəltmək imkanı qazanır. Yəni, daha ucuz mikrotexnoloji məhsullar bazarında təklif olunan əmtəələrə ödəniləcək maliyyə vəsaiti və güclü maliyyə imkanları ilə iqtisadi inkişafa nail olunur.
Elmi-texniki məhsullar bazarının fəaliyyəti innovasiya ilə bilavasitə bağlıdır. Belə ki, bu bazar növü elmi-texniki nailiyyətləri və yenilikləri təklif edir. Həmin məhsulların tətbiqi prosesi ilə innovasiya məşğuldur.
İnnovasiya - hazırlanmış yeni texnika və texnologiyalar, digər məhsullar və proseslərin tətbiqinə yönəldilmiş fəaliyyət növüdür. Deməli, innovasiya ETT-nin nailiyyətləri nəticəsində istehsal olunan (yaradılan, ixtira olunan və s.) əmtəələrin və onların yeni nəslinin istehsalata tətbiqini əks etdirir. Bu isə, innovasiyanı texniki (material) – iqtisadi dəyişikliklər amili kimi səciyyələndirməyə əsas verir.
İnnovasiyanın nəzərdə tutulan məqsədlər baxımından, aşağıdakı növləri fərqləndirilir:
1. İqtisadi - ixrac yönümlü məhsul istehsalı sayəsində resurslara qənaət etməklə mənfəət əldə olunmasına yönəldilir.
2. Sosial - təbiəti mühafizə və təhsilin inkişafı istiqamətindəki tədbirləri əhatə edir.
İnnovasiyanın tətbiqi təkcə istehsalı nəzərdə tutmur, bu proses eyni zamanda təşkilati, maliyyə, tədris, elmi-tədqiqat və digər sferalarda tətbiq və təkmilləşdirmə tədbirlərini əhatə edir.
İqtisadi ədəbiyyatda innovasiya - (innovasiyanın mahiyyəti haqda qeyd edildi), innovasiya potensialı və innovasiya prosesi müxtəlif formalarda xarakterizə olunur.
İnnovasiya potensialı iqtisadiyyatın müxtəlif sferalarının beynəlxalq standartlara cavab verən və dünya bazarının tələblərinə uyğun elmi tutumlu məhsul istehsal etmə qabiliyyətini xarakterizə edir. İnnovasiya potensialı özündə elmi, layihə, elmi təcrübə, texnoloji və s. kimi vasitə və tədbirləri birləşdirir.
İnnovasiya prosesi elmi-texniki yeniliklərin əldə olunmasından reallaşdırılmasınadək olan dövrü əhatə edir. İnnovasiya prosesi üç mərhələ ilə xarakterizə olunur:
- ilkin olaraq innovasiyanın ilk texnikanın, texnologiyanın və ya məhsulun istehsalınadək olan mərhələsi nəzərdə tutulur;
- ikinci mərhələ, qeyd olunan əmtəələrin istehlakçıların konkret tələblərinin kifayət səviyyədə ödənilməsi baxımından istehsalını əks etdirir;
- üçüncü mərhələ yeniliklərin geniş miqyasda istehsalı və tətbiqini əhatə edir.
Konkret əmtəə istehsalı üçün nəzərdə tutulan innovasiyalar texniki, sosial-iqtisadi, xidmət və kompleks tərkib hissələrini birləşdirir. İnnovasiyalar bazar mövqeyi baxımından da qiymətləndirilir.
Texniki əlamətlərə görə innovasiyalar əmtəə və texniki-texnoloji formalara bölünür.
Əmtəə və texniki-texnoloji innovasiyalar özlüyündə əmtəə, texniki, texnoloji, material resurslarına yönəldilmiş yeniliklər və modernləşdirmə formalarını xarakterizə edən tərkib hissələrindən ibarətdir.
Sosial-iqtisadi innovasiyalara ümumi iqtisadi mexanizmdə maliyyə, qiymət, marketinq və təşkilati-idarəetmə yenilikləri, mütəxəssis hazırlığı, əmək və sosial vəziyyətin qorunması, həyata keçirilən sosial-iqtisadi islahatlar kimi tədbirləri daxildir.
Xidmətlə bağlı innovasiyalar, istehsal və sosial sferalar üçün nəzərdə tutulan yeniliklərlə xarakterizə olunur. Kompleks innovasiyalar texniki-iqtisadi və təşkilati-texnoloji strukturlara malikdir.Bazar mövqeyinə görə, innovasiyalar- müəssisələr, region, ölkə və dünya miqyasında əhəmiyyəti baxımından fərqləndirilir. Bu, eyni zamanda elmi-texniki məhsullar bazarı üçün xarakterikdir.Maddi-texniki resurslar iş və xidmətlər bazarında olduğu kimi, elmi-texniki məhsullar, bazarının fəaliyyəti də bütövlükdə istehsal prosesinə, o cümlədən kənd təsərrüfatı istehsalına xidmət etməklə də əlavə vəsait qoyuluşu tələb edir. Yəni, kənd təsərrüfatı istehsalçısının bu bazar növlərinin xidmətindən istifadə etməsi, istehsal xərclərinin artımı ilə nəticələnir. Lakin, bir məsələni qeyd etmək lazımdır ki, tələb və təklifdən asılı olaraq qiymətlərin dəyişmə tempi hər bir bazar növündə fərqlidir. Eyni zamanda bu müxtəliflik onların tətbiq olunduğu kənd təsərrüfatına da şamil edilir. Belə ki, kənd təsərrüfatı məhsullarının satışı prosesində qiymətlərin elə səviyyəsi yarana bilir ki, bu sahə istehsalçısı mənfəət əldə etmədən, bəzən də zərərlə bazarı tərk etməli olur. Xüsusilə tez xarab olan məhsullar üçün bu daha xarakterik məsələdir. Qeyd olunan digər bazarlarda belə məhsullara, demək olar ki, rast gəlinmir. Bundan başqa, kənd təsərrüfatı məhsulları bazarında qiymət bilavasitə tələb və təklif əsasında formalaşır və dəyişir (müəyyən inhisarçılıq halları istisna olmaqla). Digər bazar növlərində bu proses nisbətən fərqlidir. Belə ki, maddi-texniki resurslar bazarında təklif olunan əsas və dövriyyə fondlarının, xüsusilə texniki vasitələrin qiyməti tələbə o qədər də həssas deyil. İş və xidmətlərin təklif olunan qiymət həddi nisbətən tələbə həssasdır. Yəni tələb, qiymətlərin səviyyəsinə müəyyən qədər təsir göstərir.Elmi-texniki məhsullar bazarı əmtəələrinin qiymətlərinə- tələbin dəyişməsi çox cüzi təsir edir. Çünki, bu və ya digər elmi-texniki yenilik külli miqdarda vəsait qoyuluşu tələb edir. Əslində, elmi-texniki məhsullar bazarı məhsullarına tələbat, daim mövcuddur və durmadan artır. Lakin, istehsalçının həmin məhsulları istehsalata tətbiq etmək imkanı,maliyyə vəsaiti heç də həmişə tələb olunan səviyyədə olmur.
Göründüyü kimi, elmi-texniki məhsullar bazarında təklif olunan məhsula görə sərf olunan vəsaitin ödənilməsi bəzən uzun dövr-zaman tələb edir, hətta daim tələbat olsa belə. Ona görə, bu bazar növünün fəaliyyətinə, beləliklə, elmi-texniki yeniliklərin stimullaşdırılmasını təmin edəcək tədbirlər dövlətin daim diqqət mərkəzində olmalıdır.
Elmi-texniki məhsullar bazarının fəaliyyəti əsasən aşağıdakı istiqamətləri əhatə edir:
- iqtisadi mənfəət əldə edilməsi üçün qənaət rejimi hesabına kənd təsərrüfatında istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsinə nail olunması;
- yüksək rəqabət qabiliyyətli və ixrac yönümlü məhsul istehsalı nəticəsində iqtisadi mənfəətin artırılması;
-sosial istiqamətdə-təhsil, təbiətin mühafizəsi və s. səmərəli nəticələr əldə olunması.
Qeyd olunan məqsədlərin həyata keçirilməsində innovasiya prosesi xüsusi əhəmiyyət daşıyır.
Tələbə görə qiymətlərin dəyişməsi.
P-qiymət, Q- əmtəənin miqdarı:
a-kənd təsərrüfatı məhsulları üzrə,
b-iş və xidmətlər üzrə,
c–maddi-texniki resurslar üzrə,
d–elmi-texniki məhsullar üzrə
tələbin dəyişməsi
Belə ki, innovasiya potensialı hesabına, əlavə vəsaitlərin əldə olunması hesabına müxtəlif istehsal sahələrində dünya və daxili bazarın tələblərinə uyğun elmi tutumlu məhsul istehsal etmək mümkündür. İnnovasiya potensialı elmi-texniki işlər və axtarışlarla məşğul olan elmi-tədqiqat müəssisələrinin, informasiya sistemlərinin fəaliyyətini xarakterizə edir (bu barədə əvvəldə geniş məlumat verilir).
İnnovasiya aşağıdakı ardıcıl prosesləri əhatə edir:
- tədqiqatların, elmi axtarışların başlandığı dövrdən- ilk məhsul əldə edilənədək olan dövrdəki tədbirlər;
- ilk məhsulla istehsalçıların tələbatının tam ödənilməsi səviyyəsində məhsul istehsalına nail olunması üçün tələb olunan tədbirlər;
- elmi-texniki yeniliyin istehlakçılar tərəfindən istifadəsinin başlanması.
Qeyd olunan mərhələlərin həyata keçirilməsi öz nəticəsini innovasiya fəaliyyətinin səmərəliliyində büruzə verir. Deməli, elmi-texniki məhsullar bazarının inkişafı, bilavasitə, innovasiya prosesinin səmərəliliyindən (sərf olunan vəsait qoyuluşu ilə alınmış nəticənin müqayisəsi) asılıdır.
Marketinq tədqiqatları bazarın öyrənilməsi vasitəsidir.
Marketinq tədqiqatlarının aparılmasının zəruriliyi müasir dövrdə bazarda rəqabət mübarizəsinin kəskinləşməsi, istehlakçıların alış motivlərinin və davranışının daima dəyişməsi, məhsul çeşidinin genişlənməsi tezliyinin yüksəlməsi, digər bazar subyektlərinin iqtisadi və sosial davranışının sabit olmaması və s. nəticəsində, müəssisələrin bazar fəaliyyətində qeyri-müəyyənlik və risk amilinin səviyyəsinin artması ilə müəyyən edilir.
Marketinq tədqiqatları dedikdə, marketinq fəaliyyətinin həyata keçirilməsində qərarların qəbul edilməsi məqsədilə onun ətraf mühitinə dair informasiya toplanması, onların işlənməsi, təhlil edilməsi, ümumiləşdirilməsi və marketinq fəaliyyəti üzrə tövsiyələrin hazırlanması başa düşülür.
Bazar- marketinq tədqiqatlarının obyektidir və onun tədqiqi marketinq tədqiqatlarının əsasını təşkil edir. Marketinq baxımından, bazar dedikdə, “hər hansı bir məhsula təlabatı, onu ödəmək imkanı olan istehlakçıların və bu tələbatın ödənilməsi üçün məhsullar təklif edən istehsalçıların, satıcıların məcmusu”, yaxud “istehsal edilmiş və ya istehsal ediləcək məhsulların xüsusiyyətlərinin ona olan ictimai tələbata uyğun gəlməsi səviyyəsinin müəyyən edildiyi, müəssisənin məhsulunun rəqabət qabiliyyətliliyinin rəqib məhsulun rəqabət qabiliyyətliliyi ilə müqayisə edildiyi yer” başa düşülür.Bazarlar tələblə təklifin arasındakı nisbətə, istehlakçıların tiplərinə, istehlakçıların məhsul almaq imkanlarına və s. əlamətlərə görə bir-birindən xeyli dərəcədə fərqlənirlər. Bu əlamətlərə görə bazarın müxtəlif formaları vardır.Tələblə təklif arasındakı nisbətin səviyyəsinə görə bazarın formaları. Bu baxımdan, bazarlar- satıcılar və istehlakçılar bazarına bölünür.Satıcılar bazarı dedikdə, mövcud qiymətlər şəraitində konkret məhsula tələbatın həcminin həmin məhsulun satıcılarının təkliflərinin həcmindən çox olduğu bazarlar başa düşülür. Bu bazar üçün istehlakçıların, alıcıların rəqabəti xarakterikdir. Alıcılar bazarı dedikdə, mövcud qiymətlər şəraitində istehsalçıların və satıcıların təklifinin həcminin tələbatın həcmindən çox olduğu bazarlar başa düşülür. Bu bazarlarda istehlakçılar, alıcılar hakim mövqeyə malikdirlər və onun üçün satıcıların rəqabəti xarakterikdir.
Dostları ilə paylaş: |