Inocte 2017 II. International New Tendencies Congress in Ottoman Researches



Yüklə 4,02 Kb.
Pdf görüntüsü
səhifə11/38
tarix09.03.2018
ölçüsü4,02 Kb.
#31026
1   ...   7   8   9   10   11   12   13   14   ...   38

Inocte 2017 
International New Tendencies Congress in Ottoman Researches 
September 12-14, 2017 Baku 
34 
XVI ƏSRIN SONU-XVII ƏSRIN ƏVVƏLLƏRINDƏ SƏFƏVI – OSMANLI 
MÜNASIBƏTLƏRI INGILISDILLI TARIXŞÜNASLIQDA 
Əhməd Sabir oğlu QULIYEV
*
  
ÖZET 
II  İsmayılın  hakimiyyəti  illərində  (1576-1578)  Osmanlı  imperiyası  ilə  münasibətlərdə 
1555-ci ildən etibarən müşahidə olunan sabitlik davam etmişdi. Lakin 1578-ci ildə Məhəmməd 
Xudabəndənin taxta çıxması ilə vəziyyət dəyişdi. Şah Məhəmməd Xudabəndənin taxta çıxması 
ilə  yaranmış  daxili  çəkişmələr  Osmanlı  Sultanı  III  Murada  (1574-95)  Səfəvilərə  qarşı  hərbi 
əməliyyatlara  başlamaq  üçün  əlverişli  şərait  yaratdı.  Bunun  nəticəsində,  1586-1589-cu  illər 
ərzində Azərbaycanın bütün ərazisi Osmanlıların əlinə keçdi. Osmanlılar və Səfəvilər arasında 
12 il davam etmiş hərbi münaqişə 1590-cı ildə İstanbul sülhünün imzalanması ilə başa çatdı. Bu 
sülh Azərbaycanın Osmanlılar tərəfindən ilhaqını təsdiq etmiş oldu. Ölkə daxilindəki problemləri 
yoluna  qoyan  I  Şah  Abbas  (1587-1629)  Xorasanda  özbəkləri  məğlub  etdikdən  sonra  itirilmiş 
torpaqları  geri  almaq  üçün  Osmanlılara  qarşı  hərbi  əməliyyatlara  başladı.  I  Şah  Abbas  1603-
1608-ci  illərdə  Azərbaycan  ərazilərini  Osmanlılardan  geri  ala  bildi.  1612-ci  ildə  imzalanmış 
İstanbul  sülhü  1555-ci  il  Amasya  sülh  müqaviləsinə  görə  müəyyən  edilmiş  Osmanlı-Səfəvi 
sərhədlərini təsdiq etdi. 
Məqalənin  məqsədi  XVI  əsrin  sonu-XVII  əsrin  əvvəllərində  Cənubi  Qafqaz  uğrunda 
Səfəvi-Osmanlı  rəqabətinin  ingilisdilli  tarixşünaslıqda  öyrənilmə  səviyyəsini  araşdırmaqdır. 
İngilisdilli  tarixşünaslıqda  tədqiq  olunan  dövrdə  Cənubi  Qafqaz  uğrunda  Səfəvi-Osmanlı 
rəqabətini şərtləndirən amillər, bu rəqabətin bölgənin geo-siyasi və iqtisadi vəziyyətinə təsiri ilə 
bağlı  dəyərli  mülahizələr  yürüdülmüş  və  elmi  nəticələr  əldə  edilmişdir.  Bununla  belə,  bu 
tədqiqatlar nöqsalardan da xali deyil. Bir sıra Qərb tarixçiləri dövrün siyasi hadisələrinin elmi 
izahını verərkən Səfəvilər dövlətinin siyasi həyatında, Osmanlılarla münasibətlərində və dövlət 
idarəçiliyində Qızılbaşların əhəmiyyətini azaldır, əksinə İran və qeyri-qızılbaş elementinin rolunu 
şişirtməyə çalışırlar. 
Anahtar Kelimeler: Səfəvilər, Osmanlı imperiyası, I Şah Abbas, III Sultan Murad, Səfəvi-
Osmanlı münasibətləri 
 
 
                                                 
*
 Dr., Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu, email: 
ahmadguliyev@yahoo.com

AZERBAYCAN 


Inocte 2017 
International New Tendencies Congress in Ottoman Researches 
September 12-14, 2017 Baku 
35 
OSMANLI-SƏFƏVI SIYASI ƏLAQƏLƏRINDƏ ROLU OLMUŞ ÜÇ AZƏRBAYCANLI 
ELM ADAMI 
Elnur NƏSIROV
*
 
ÖZET 
XII  əsrdə  Kiçik  Asiyanın  fəthindən  sonrakı  dövrdə  bu  torpaqların  türkləşməsi  və 
İslamlaşması  prosesində  Azərbaycanın  böyük  rolu  olmuşdur.  Səlcuqlu  dövləti  ilə  başlayıb, 
Anadolu  bəylikləri  dövrü  ilə  davam  edən  Azərbaycanla  Anadolu  arasındakı  siyasi,  mədəni  və 
iqtisadi əlaqələr Osmanlı dövləti dövründə yeni inkişaf mərhələsinə qədəm qoymuşdu. Daha 
əvvəlki  dövrlərdə  olduğu  kimi  Osmanlı  dövründə  də  Azərbaycanla  Anadolu  arasında  elmi-
mədəni əlaqələrin qurulması və inkişaf etdirilməsində Azərbaycanlı elm və sənət adamlarının 
müstəsna  xidmətləri  olmuşdur.  Bu  şəxsiyyətlərdən  bəzilərinin  Osmanlı  Dövləti  ilə  Səfəvilər 
Dövləti arasındaki siyasi əlaqələrdə mühüm rolü olmuşdur. Bu məruzədə bu şəxslərdən üçünün 
elmi və siyasi fəaliyyəti haqqında məlumat verəcəyik. Haqqında məlumat verəcəyimiz, Osmanlı-
Səfəvi  siyasi  əlaqələrinə təsir  etmiş Azərbaycanlı elm adamlarının ilki Sinanəddin Gəncəvidir. 
Amasya canişini olmuş Osmanlı şahzadəsi  Əhmədin yaxın  adamlarından biri olan Sinanəddin 
Gəncəvi Amasya müftüsü olmuşdu. Bir sıra əsərlərin müəllifi olan Sinanəddin Gəncəvi şahzadə 
Əhməd  ilə  onun  Trabzon  canişini  olan  qardaşı  şahzadə  Səlim  arasındaki  siyasi  çəkəşmələrin 
qurbanı olmuşdu. Mənbələrin verdiyi məlumata  görə Sinanəddin Gəncəvi  müəmmalı şəkildə 
öldürülmüşdü.  
Haqqında  məlumat  vermək  istədiyimiz  digər  şəxs  Mövlana  Zəhirəddin  Ərdəbilidir. 
Osmanlı sultanı Yavuz I Səlim (1512-1520) Çaldıran döyüşü və Təbrizin alınmasından sonra geri 
qayıdarkən  Zəhirəddin  Ərdəbilini  də  özü  ilə  aparmışdı.  Zəhirəddin  Ərdəbili  farsca  “Qəzəvati-
sultan Səlim” adlı kitabın da müəllifi idi. Misir canişini Əhməd Paşa Qanuni sultan Süleymana 
qarşı  qiyam  qaldırıb  Misirdə  öz  hakimiyyətini  bərqərar  edərkən  Zəhirəddin  Ərdəbilinin 
Səfəvilərlə  Əhməd  paşa  arasında  əlaqələrin  qurulması  üçün  vasitəçilik  etdiyini  bildirilir.  Bu 
fəaliyyəti  Zəhirəddin  Ərdəbilinin  20  fevral  1524  Qahirədə  boynu  vurularaq  edam  edilməsinə 
səbəb olmuşdu. 
Elmi  və  siyasi  fəaliyyətləri  haqqında  məlumat  vermək  istədiyimiz  dəgər  bir  şəxs  isə 
Mövlana  Hüseyn  Şirvanidir.  Osmanlı  ölkəsində  yaşayan  və  Qanuni  Sultan  Süleymana  (1520-
1566) yaxınlığı ilə tanınan alimlərdən biri olan Hüseyn Şirvani Səfəvilər dövləti  və qızılbaşlarla 
bağlı bir sıra əsərlərin müəllifi idi. O, qələmə aldığı “Əhkam əd-Diniyyə fi Təkfiri Qızılbaş” adlı 
əsərini Osmanlı sultanı Qanuni I Süleymana  təqdim etmişdi və bu kitab Səfəvilərlə müharibə 
elan etməyin vacibliyini vurğulayan bir çox fətvanı ehtiva edirdi. 
Anahtar Kelimeler: Gəncəvi, Şirvani, Ərdəbili, Amasya, Misir, Osmanlı, Səfəvi 
*
Doç. Dr., Azərbaycan Dövlət Pedaqoji Universiteti, email: enasir@box.az, AZERBAYCAN


Yüklə 4,02 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə