İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


Məsələ 240:  Üzün dərisinin tüklərin arasından görünüb-görünmədiyində şəkk edərsə



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə13/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   9   10   11   12   13   14   15   16   ...   168

Məsələ 240:
 Üzün dərisinin tüklərin arasından görünüb-görünmədiyində şəkk edərsə, 
vacib ehtiyat olaraq saqqalı yumalı, üzün dərisinə də suyu çatdırmalıdır. 
 
Məsələ 241:
 Burnun içini və qapadığı zaman göz və dodaqların görünməyən yerini yumaq 
vacib deyildir. Amma əgər insan yuyulması vacib olan miqdarın yuyulmasına əmin deyilsə
buna yəqin etməsi üçün onlardan bir miqdarını yuması vacibdir. Bu hökmü bilməyən 
kimsə əvvəlcə almış olduğu dəstəmazda vacib olan miqdarı yuyub-yumadığını bilməzsə, o 
dəstəmazla qılmış olduğu namaz səhihdir; sonrakı namaz üçünsə yenidən dəstəmaz alması 
lazım deyil. 
 
Məsələ 242:
 Qolları və üzü lazım ehtiyat olaraq yuxarıdan aşağıya doğru yumaq gərəkdir. 
Aşağıdan yuxarı doğru yusa, dəstəmaz batildir. 
 
Məsələ 243:
 Əgər əlini isladıb üzünə və qollarına çəkərsə, əlinin nəmliyi onları isladacaq 
miqdarda olarsa, kifayətdir. Bu halda onların üzərindən su axıdılması lazım deyil. 
 
Məsələ 244:
 Üzü yuyandan sonra sağ qolunu, daha sonra isə sol qolunu dirsəklərdən 
barmaqların ucuna qədər yumalıdır. 
 
Məsələ 245:
 Əgər insan dirsəyi bütünlüklə yuduğuna əmin deyilsə, buna yəqinlik hasil 
etməsi üçün dirsəyindən bir az yuxarıdan yuması lazımdır. 
 
Məsələ 246:
 Üzünü yumamışdan əvvəl əllərini biləklərinə qədər yuyan bir şəxs dəstəmaz 
alarkən qolunu dirsəkdən barmaqlarının ucuna qədər yumalıdır. Əgər təkcə biləklərinə 
qədər yusa, dəstəmazı batildir. 
 
Məsələ 247:
 Dəstəmaz alarkən üzü və qolları bir dəfə yumaq vacib, iki dəfə yumaq 
müstəhəbb, üç və daha artıq yumaq isə haramdır. Birinci dəfə yumaq dəstəmaz qəsdi ilə üz 
və ya qoluna tökdüyü su onun hər tərəfini əhatə etdiyi və heç bir ehtiyat yeri qalmadığı 
zaman tamam olur. Məsələn əgər birinci dəfə yumaq qəsdi ilə on dəfə belə üzünə su 
tökərsə, su onun hər tərəfini əhatə edincəyə qədər maneçiliyi yoxdur. Həmçinin dəstəmaz 
niyyəti ilə üzü yumağı qəsd etməyənə qədər birinci yuma gerçəkləşməz. Buna görə üzün 
hamısını bir neçə dəfə yuyub axırıncı dəfə dəstəmaz niyyəti ilə yumağı qəsd edə bilər. 
Lakin ikinci yumada niyyətin vacib olması nəzəri işkalsız deyil. Lazım ehtiyat olaraq 
birinci yumadan sonra üzü və qolları dəstəmaz qəsdi ilə olmasa belə, bir dəfədən çox 
yumamalıdır. 
 
Məsələ 248:
 Hər iki əl yuyulduqdan sonra, əldə qalan dəstəmaz suyunun yaşı ilə başın 
qabağına məsh çəkmək gərəkdir. Ehtiyat müstəhəbb odur ki, sağ əlin içi ilə məsh çəkilsin 
və məsh yuxarıdan aşağıya doğru olsun. 
 
Məsələ 249:
 Başın, alnın qabağında yerləşən dörd hissəsindən biri məsh yeri hesab edilir. 
Bu hissənin hər yerinə və hər nə qədər məsh çəkilsə kifayətdir. Hərçənd müstəhəbb ehtiyat 
odur ki, uzunluğu bir barmaq və eni üç bağlı barmaq qədəri olsun. 
 
Məsələ 250:
 Başın məshində onun dərisinə çəkilməsi lazım (vacib) deyil, başın ön 
hissəsindəki tüklərə də məsh çəkilməsi düzgündür. Amma başın qabağının tükü darananda 
üzə tökülərsə, yaxud başın o biri hissəsinə çatarsa, onda tüklərin dibinə məsh çəkilməlidir. 
Əgər üzünə tökülən, yaxud başın başqa yerinə çatan tükləri başın qabağında bir yerə yığıb 
onlara məsh çəksə və ya başın başqa yerlərinin qabağa gələn tüklərinə məsh çəksə, batildir. 
 


Məsələ 251:
 Başa məsh çəkəndən sonra dəstəmaz suyunun əldə qalmış yaşlığı ilə ayağın 
üstünə – barmaqların birinin başından oynağa kimi məsh edilməlidir. Müstəhəbb ehtiyat 
odur ki, sağ ayağa sağ əllə, sol ayağa sol əllə məsh edilsin. 
 
Məsələ 252:
 Ayağa çəkilən məshin eni hər ölçüdə olsa kifayətdir. Amma daha yaxşısı budur 
ki, üç bağlı barmağın eni qədəri olsun, hətta ayağın bütün üstünə məsh çəkilməsi daha 
yaxşıdır. 
 
Məsələ 253:
 Ayağın məshində, əlini ayağın barmaqlarının başına qoyandan sonra ayağın 
üzərinə çəkməsi lazım (vacib) deyil. Əli bütünlüklə ayağın üzərinə qoyub, azacıq məsh çəkə 
də bilər. 
 
Məsələ 254:
 Ayağa və başa məsh edərkən, əli onların üzərinə çəkməlidir. Əgər əli saxlayıb 
başı və ya ayağı ona çəksə, dəstəmaz batildir. Amma əgər əli çəkdiyi vaxtda ayaq, yaxud 
baş bir müxtəsər hərəkət etsə, eybi yoxdur. 
 
Məsələ 255:
 Məsh çəkilən yer quru olmalıdır. Əgər əlin nəmliyi ona tə`sir etməyəcək qədər 
yaş olarsa, məsh batildir. Amma əgər nəm olsa və ya onda olan nəmlik əlin rütubətində 
itəcək qədər az olarsa, eybi yoxdur. 
 
Məsələ 256:
 Əgər məsh etmək üçün, əlin içində yaşlıq olmasa, ayrı bir su ilə əlini islada 
bilməz. Gərək öz saqqalının yaşlığından götürüb onunla məsh etsin. Saqqaldan qeyri 
yerdən yaşlıq götürüb onunla məsh etmək məhəlli-işkaldır. 
 
Məsələ 257:
 Əlin içində yalnız başa məsh çəkmək qədər yaşlıq olsa, vacib ehtiyat odur ki, 
başa həmən yaşla məsh çəksin və ayağa məsh çəkmək üçün öz saqqalının yaşlığından 
nəmlik götürsün. 
 
Məsələ 258:
 Corab və ayaqqabının üstündən məsh çəkmək batildir. Amma şiddətli 
soyuqdan, oğrudan, yırtıcı heyvandan və bu kimilərdən qorxmaq üzündən corab və 
ayaqqabını çıxarda bilməsə vacib ehtiyat odur ki, corab və ayaqqabının üzərindən məsh 
çəksin və həmçinin təyəmmüm də etsin. Əgər təqiyyə halında olsa, corab və ayaqqabının 
üzərindən məsh çəkmək kifayət edər. 
 
Məsələ 259:
 Əgər ayağın üstü nəcis olsa və ona məsh çəkmək üçün suya çəkə bilməsə, 
təyəmmüm etməlidir. 
 
İRTİMASİ DƏSTƏMAZ 
 
Məsələ 260:
 İrtimasi dəstəmaz – insanın üzü və əllərini dəstəmaz qəsdi ilə suya salmasına 
deyilir. Ehtiyata zidd olmasına baxmayaraq, zahir odur ki, isrimasi olaraq yuyulan əlin 
nəmi ilə məsh etməyin eybi yoxdur. 
 
Məsələ 261:
 İrtimasi dəstəmazda da, gərək üz və əllər yuxarıdan aşağıya doğru yuyulsun. 
Əgər üz və əlləri dəstəmaz məqsədilə suya batırsa, gərək üzü alın tərəfdən, əlləri isə dirsək 
tərəfdən suya batırsın. 
 
Məsələ 262:
 Dəstəmaz üzvlərinin bə`zisi üçün irtimasi və bə`zisi üçün qeyri-irtimasi 
dəstəmaz almağın eybi yoxdur. 
 
DƏSTƏMAZ ZAMANI MÜSTƏHƏBB DUALAR 
 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə