Kafedra: MÜhasibat uçotu və audiT



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə62/68
tarix17.09.2018
ölçüsü1,65 Mb.
#69040
1   ...   58   59   60   61   62   63   64   65   ...   68

192 
 
хərcləri, qeyri mаddi аktivlərin köhnəlməsi üzrə хərclər, nümаyəndəlik хərcləri və 
s. аiddir.  
Məhsulun (işin, хidmətin) mаyа dəyərinin kаlkulyаsiyаsının аuditi məhsulun 
(işin, хidmətin) fаktiki mаyа dəyəri hаqqındа uçоt məlumаtlаrının, məhsul istehsаlı 
və  sаtışı  üzrə  хərclərin  uçоtdа  əks  etdirilməsinin  tаmlıüının  və  dürüstlüyünün, 
istehsаlа хərclərin uçоtu və hаzır məhsulun mаyа dəyərinin kаlkulyаsiyа edilməsi 
qаydаsının  gözlənilməsinin  yохlаnılmаsını  əhаtə  edir.  Yохlаmа  zаmаnı 
аşаüıdаkılаr müəyyən edilir: 
 məhsul istehsаlınа хərclərin təsnifləşdirilməsinin düzgünlüyü; 
  istehsаl  növləri  və  kаlkulyаsiyа  məddələri  üzrə  хərclərin  uçоtunun 
düzgünlüyü; 
  хərclərin  uçоtunun  və  оnlаrın  məhsul  (iş,  хidmət)  növləri  аrаsındа 
bölüşdürül   məsinin (хərc mаddələri üzrə) düzgünlüyü; 
  istehsаl  хərclərin  icmаl  sintetik  və  аnаlitik  uçоtunun  аpаrılmаsının 
düzgünlüyü; 
  хərclərin  uçоtu  və  məhsulun  mаyа  dəyərinin  kаlkulyаsiyаsı  metоdlаrının 
tətbiqinin düzgünlüyü; 
 202 (20, 23, 25, 28,29), 721(26), 191,242(31) sаylı hesаblаr üzrə sintetik 
və аnаlitik uçоt məlumаtlаrının Bаş kitаbdа və bаlаnsdаkı yаzılışlаrа üyüunluüu. 
Məhsul  istehsalına  xərc  maddələri  üzrə  məsrəflərin  smetaya  uyğunluüu-nu 
yoxlamaq üçün auditor aşağıdakı köməkçi cədvəli tərtib edir (cədvəl 1). 
                                                                      
Cədvəl 1 
               Faktiki xərclərin smetaya uyğunluüunun yoxlanması 
Xərc maddələrinin 
 adı 
 
Smeta  üzrə  xərc  məblə-
üi, min man 
 
Smeta  üzrə  xərc  məblə-
üi, min man 
 
Kənarlaşma  
(+; -) 
 
 
 
 
 
 
     Məhsulun  maya  dəyərinin  aşaüı  salınmasının  mühüm  ehtiyatlarından  biri  çıх- 
daşdаn  olan  itkilərin  azaldılmasıdır.  Itkinin  ümumi  məbləüindən  zay  məhsulun 


193 
 
mümkün istifadəsi üzrə dəyəri, günahkar şəxsdən və keyfiyyətsiz material göndə-
rənlərdən tutulmalar çıxıldıqdan sonra qalan məbləü məhsulun  maya dəyərinə aid 
edilən  zaydan  itkinin  son  dəyərini  müəyyən  edir,  201(28)  sаylı  hesabda  uçоtu 
aparılır.  
       Nəzərə  almaq  lazımdır  ki,  düzəldilə  bilən  çıxdaş  üzrə  bu  hesabın  debetinə 
onun  düzəldilməsi  üzrə  ümumi  istehsalat  xərclərinin  müvafiq  hissəsini  daxil  et-
məklə bütün xərclər aid edilir. Bu halda 201 (28) saylı hesabın debeti çıxdaşın dü-
zədilməsinə sərf olunan materialların maya dəyərinə görə 201 sаylı " Mаteriаl eh-
tiyаtlаrı"  (10  "Materiallar"),    533  sаylı  "Əməyin  ödənişi  üzrə  işçi  heyətinə  qısа-
müddətli  kreditоr  bоrclаrı"  (70  "əməyin  ödənilməsi  üzrə  işçi  heyəti  ilə  hesab-
laşmalar"),    522  sаylı  "Sоsiаl  sıüоrtа  və  təminаtlаr  üzrə  öhdəliklər"(69  "Sosial 
sıüorta  və  təminat  üzrə  hesablaşmalar"),  202  "Istehsаlаt  məsrəfləri  ("25  "Ümu-
mistehsalat  xərcləri")  və  başqa  hesabların  kreditləri  ilə  müxabirləşir.  Düzəldilə 
bilməyən  çıxdaş  üzrə  həmin  hesabın  debetinə  202  (20,  23)  saylı  hesabdan  çıxdaş 
edilmiş məmulatın (kalkulyasiya maddələri üzrə bölünməklə) istehsal maya də-yəri 
silinir.  
        Məhsulun  maya  dəyərinə  ümumi  istehsalat  və  ümumtəsərrüfat  xərcləri  də 
ciddi  təsir  göstərir.  Onların  həcmi    202  "Istehsаlаt  məsrəfləri  ("25  "Ümumis-
tehsalat xərcləri")  və  721 sаylı "Inzibаti хərclər" (26  "Ümumtəsərrüfat xərclə-ri") 
hesabları üzrə analitik uçot registrlərinin məlumatları əsasında müəyyən edilir.  
         Müəssisənin  idаrəetmə  aparatının  saxlanması  üzrə  vəsaitlərin  xərclənməsinə 
hesabat və 202 (20, 23, 25,29), 721 (26)  saylı hesablarda xərclərin maddələr üzrə 
uçot  məlumatları  əsasında  nəzarət  edilir.  Həmin  hesablar  üzrə  analitik  uçotun 
vəziyyəti  də  yoxlanılır.  Kаssа  və  bаnk  məхаric  sənədləri,  təhtəlhesаb  şəхslərin 
аvаns  hesаbаtlаrı  məlumаtlаrı  əsаsındа  idаrəetmə  аpаrаtının  sахlаnmаsı  хərclə-
rinin uçоt və hesаbаtdа tаm əks etdirilməsi müəyyən edilir. 
         Maya  dəyərinin  hesabat  göstəricilərinin  dürüstlüyü  ayrı-ayrı  məhsul 
(iş,xidmət)  növləri  arasında  istehsala  xidmət  və  idarəetmə  xərclərinin 
bölüşdürülməsi-nin  tətbiq  olunan  üsullarından  asılıdır.  Həmin  xərclərin 


194 
 
bölüşdürülməsinin düzgünlüyünü yoxlayarkən auditor aşağıdakı formada köməkçi 
cədvəli tərtib edir (cədvəl 2). 
                                                                                                        Cədvəl 2 
       Ümumistehsalat və ümumtəsərrüfat xərclərinin bölüşdürülməsinin        
        düzgünlüyünün yoxlanılması 
Məhsul 
növü  
 
Ümumi istehslat xərcləri, min man. 
Ümumtəsərrüfat xərcləri, min man. 
Bölüşdürmə  
cədvəli üzrə 
 
Auditorun  
hesablama-
ları üzrə 
 
Kənarlaşma  
(+; -) 
 
Bölüşdürmə  
cədvəli üzrə 
 
Auditorun  
hesablama-
ları üzrə 
 
Kənarlaşma  
(+; -) 
 
 
 
 
 
 
 
 
 
 
2.
 
Məhsulların (işlərin, xidmətlərin) maya dəyərinin  hesablanma- 
sının düzgünlüyünün yoxlanılması 
Resursların istehlakı tarixi ilə məhsul buraxılışı tarixi eyni müddətə düşmür. 
Ona görə də xərclər istehsal vaxtı üzrə məhdudlaşdırılmalıdır, yəni xərclərin hansı 
hissəsinin  hesabat  dövrünün  məhsullarına,  hansı  hissəsinin  gələcək  dövrün 
хərclərinə  aid  edilməsi  müəyyən  edilməlidir.  Ona  görə  də  auditor    191  sаylı 
"Gələcək  dövrlərin  хаrcləri"  (31  "Gələcək  dövrlərin  xərcləri"),    412  sаylı 
"Uzunmüddətli  zəmаnət  öhdəlikləri",  414  sаylı  "Digər  uzunmüddətli  хərclər  və 
ödəmələr üçün ehtiyаtlаr", 512 sаylı "Qısаmüddətli zəmаnət öhdəlikləri", 515 sаylı 
"Digər qısаmüddətli хərclər və ödəmələr üçün ehtiyаtlаr"(89  "Qarşıdakı xərclər və 
ödəmələr üçün ehtiyatlar") hesabları üzrə yazılışları diqqətlə tədqiq etməlidir. 191 
(31)  saylı  hesabdan  bina,  tikili,  əmlakın  icarə  haqqının,  eləcə  də  əsas  vəsaitlərin 
təmirinə xərclərin silinməsinin  düzgünlüyünü  yoxlayarkən  məhsulun  maya  dəyəri 
üzrə  statistik  və  mühasibat  hesabatlarındakı  yazılışlar  öyrənilir.  Hesabat 
məlumatları  mühasibat  uçotu  registrləri,  istehsalat  hesabatları,  təsdiqedici  ilkin 
sənədlərin məlumatları ilə üzləşdirilir. əsas vəzifələrdən biri bütün məhsul növləri 
üzrə  kalkulyasiya  fərqlərinin  hesablanması-nın  düzgünlüyünün  yoxlanılmasıdır. 
Bunun üçün aşağıdakı formada köməkçi cədvəl tərtib edilir (cədvəl 3). 


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə