Kafedra: MÜhasibat uçotu və audiT



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə64/68
tarix17.09.2018
ölçüsü1,65 Mb.
#69040
1   ...   60   61   62   63   64   65   66   67   68

198 
 
anbarlarında  aparılırsa,  onda  D-t  711  sаylı  "Kоmmersiyа  хərcləri",  K-t    201  " 
Mаteriаl ehtiyаtlаrı" mühasibat yazılışı edilir; 
-    711(43)  saylı  hesab  üzrə  analitik  uçоtun  aparılmasının  düzgünlüyü. 
Hesabat  dövrü  başa  çatdıqdan  sonra  kommersiya  xərcləri  məhsulların  maya 
dəyərinə silinr; 
- həyata keçirilmiş əməliyyatlar üzrə mühasibat yazılışlarının düzgünlüyü; 
-  sintetik  və  analitik  uçоt  yazılışlarının  baş  kitab  və  balansda  yazılışlara 
uyğunluüu.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


199 
 
ХIII MÖVZU. MƏHSUL  (IŞ, XIDMƏT)  BURАХILIŞI VƏ  SATIŞI 
ÜZRƏ  ƏMƏLIYYATLARIN  AUDITI 
 
1.
 
Hazır məhsul burахılışının аuditi 
2.
 
Məhsulların yüklənməsi və satışnn auditi 
 
1.
 
Hazır məhsul burахılışının аuditi 
 
Bazar iqtisadiyyatı şəraitində hazır məhsulun uçotda vaxtında və düzgün əks 
etdirilməsi  mühüm  əhəmiyyət  kəsb  edir.  Çünki  son  nəticədə  o,  müəssisənin 
səmərəli  fəaliyyətini şərtləndirir. 
Hazır məhsulun auditi qarşısında duran əsas vəzifələr aşağıdakılardır: 
 anbar təsərrüfatının və məhsulun saxlanması şəraitinin yoxlanması; 
 hazır məhsul buraxılışı ilə əlaqədar əməliyyatların mühasibat uçоtunda əks 
etdirilməsinin düzgünlüyü; 
  hazır  məhsulların  istehsal  maya  dəyərinin  müəyyən  edilməsinin 
düzgünlüyü; 
  hazır  məhsul  buraxılışının  uçоtu  üzrə  mühasibat  yazılışlarının  tərtib 
edilməsinin düzgünlüyü; 
 inventarizasiyanın vaxtında aparılmasının və tamlıüının və onun nəticələri 
   üzrə qəbul edilmiş tədbirlərin yoxlanılması; 
 anbarda hazır məhsul qalıqlarının reallıüının yoxlanılması; 
 hazır məhsulların qiymətləndirilməsinin düzgünlüyü; 
 203 (36), 204 (37) və 204 (40) saylı hesablar üzrə analitik və sintetik uçоt 
yazılışlarının baş kitabda və balansda göstərilən yazılışlara uyğunluüu; 
 məhsulun israfçılıüı, çatışmazlıüı və oüurlanması faktlarının aşkar edilməsi 
və bunda günahı olan vəzifəli şəxslərin müəyyən edilməsi. 
Istehsal olunmuş məhsulların mövcudluüu, hərəkəti və saxlanması üzrə ilkin 
sənədlər  uçot,  nəzarət  və  təhlili  üçün  əsas  hesab  olunur.  Ilkin  sənədlərlə  yanaşı 
anbar uçotu kitabları və ya kartoçkaları, maddi məsul şəxslərin hesabatları, analitik 


200 
 
və  sintetik  uçot  registrləri,  Baş  kitab,  mühasibat  balansı  auditor  yoxlamasının 
informаsiyа mənbəyi hesab edilir. 
Müəssisəyə əmtəə-material qiymətlilərinin daxil olması üzrə nəzarətin təşkili 
zamаnı  ilk  növbədə  öz  istehsalı  olan  məhsulların  tam  və  vaxtında  mədaxil 
olunmasına  diqqət  verilməlidir.  Bu  zaman  cari  uçotun  və  nəzarətin  düzgün 
qurulması  mühüm  əhəmiyyət  kəsb  edir.  Çünki  belə  olduqda  hazır  məhsullardan 
qeyri-qanuni  istifadə,  korlanma  və  ya  oüurluq  faktlarını  vaxtında  aşkar  və 
xəbərdarlıq etmək mümkün olur. Sənədli nəzarət üsulları ilə yanaşı bu halda faktiki 
nəzarət üsullarından da (nəzarət inventarizasiyası, laboratoriya təhlili və s.) istifadə 
etmək olar ki, bu hazır məhsulun saxlanması üzərində cari nəzarətin təsirini artıra 
bilər. 
Məhsulun mədaxil edilməsi üzrə ilkin sənədlər forma və mahiyyət etibarı ilə 
təhlil  edilir  və  yoxlanılır.  Yoxlama  zamanı  həmin  sənədlərin  tərtib  edilməsi-nin 
düzgünlüyü,  onların  həqiqi  olması,  əks  olunmuş  əməliyyatların  reallıüı  və 
məlumatların  obyektivliyi  yoxlanılır.  Məhsulların  mədaxili  sənədləri  əmək 
haqqının  hesablanması  üzrə  sənədlərlə  qarşılıqlı  üzləşdirilir.  Bu  zaman  auditor 
aşağıdakı formada köməkçi cədvəl tərtib edir (cədvəl 1). 
                                                                                                             Cədvəl 1 
         Hazır məhsulun vaxtında və tam mədaxil olunmasının yoxlanılması 
Məhsulun adı 
 
Ilkin  sənədlər  üzrə 
məhsul mədaxil  
edilmişdir 
 
əmək  haqqı  hesab-
lanmış məhsulların  
miqdarı 
 
Kənаrlаşmа, 
  (+; -) 
 
     Qeyd 
 
 
 
 
 
 
 
Əgər  kənarlaşma  müəyyən  olunarsa,  auditor  onun  səbəblərini  və  təqsirkar 
şəxsləri müəyyən etməlidir. Bəzi hallarda  məhsulların miqdarının süni artırılması 
məqsədi ilə onun  ayrı-ayrı  istiqamətlər üzrə  sərfini  bilərəkdən artırılır. Buna  görə 
də  auditor  məhsulun  hərəkəti  balansını  tərtib  etməklə  onların  daxil  olması  və 


201 
 
istifadəsi  üzrə  sənədləri  yoxlayır.  Bu  zaman  auditor  aşağıdakı  formada  köməkçi 
cədvəli tərtib edir (cədvəl 2). 
                                                                                                        Cədvəl 2 
                            Məhsulların hərəkəti balansı 
Məhsulun  
adı 
 
Ölçü  
vahidi 
 
Istehsaldan  
daxil  
olmuşdur 
 
                Istifadə olunub 
 
Kənаrlаşmа, 
  (+; -) 
 
Dövlətə  
satılmışdır 
 
Bazarda  
satılmışdır 
 
və s.   Cəmi  
istifadə  
olunub 
 
 
 
 
 
 
 
 
 
          
 Hazır məhsulun tam və vaxtında mədaxil edilməsinin auditi zamanı nəzərə 
аlmаq lazımdır ki, bütün texnoloji mərhələləri keçmiş müvafiq texniki şərtlərə və 
standartlara  uyğun  məhsullar  mədaxil  edilməlidir.  Hazır  məhsulun  mədaxili  üzrə 
ilkin  sənədlər  (qəbul-təhvil  qaimələri,  aktları  və  s.)  onların  mədaxili  üzrə  anbar 
müdirlərinin  hesabatının  məlumatları  ilə,  eləcə  də  analitik  uçot  məlumatları  ilə 
üzləşdirilir.  Bu  zaman  auditor  aşağıdakı  formada  köməkçi  cədvəli  tərtib  edir 
(cədvəl 3). 
                                                                                                              Cədvəl 3 
Öz istehsalı olan məhsulların mədaxil edilməsinin tamlıüının yoxlanılması 
 
Məhsulun  
adı 
 
                                             Mədaxil edilmişdir 
 
Kənarlaş-
ma,(+; -) 
 
Sintetik 
uçot  
məlu- 
matları  
üzrə, 
məbləü 
Ilkin 
sənədlərin 
məlumatlarına 
əsasən 
 
Anbar müdirinin 
məlumatları üzrə 
 
Analitik uçot  
registrlərinin 
məlumatları üzrə 
miqdar 
məbləü  
 
miqdar 
məbləü  
 
miqdar 
məbləü  
 
 
 
 
 
 
 
 
 
 
 
 
Kənarlaşma  aşkar  edildikdə  auditor  həmin  kənarlaşmaların  səbəblərini  və 
təqsirkar şəxsləri müəyyən edir.  


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə