Kafedra: MÜhasibat uçotu və audiT



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə63/68
tarix17.09.2018
ölçüsü1,65 Mb.
#69040
1   ...   60   61   62   63   64   65   66   67   68

195 
 
                                                                                                               Cədvəl 3 
            Məhsul vahidinə kalkulyasiya fərqlərinin hesablanmasının  
                           düzgünlüyünün yoxlanılması 
Məhsul 
növü  
 
Plаn 
mаyа 
dəyəri 
Fаktiki 
mаyа 
dəyəri 
               Kаlkulyаsiyа fərqləri 
Аuditоrun 
hesаblаmаsı 
üzrə 
Silinmə  cədvəli 
üzrə 
Kənаrlаşmа, 
  (+; -) 
 
 
 
 
 
 
 
 
 
Məhsulun  maya  dəyəri  üzrə  planın  yoxlanması  anına  auditor  material 
qiymətlilərinin,  əmək  haqqının  və  sosial  sıüortaya  ayırmaların,  amortizasiya 
ayırmalarının,  gələcək  xərclərin  və  ödəmələr  üzrə  ehtiyatların  yaradılmasının, 
xərclərin gələcək dövrlərin xərclərinə aid edilməsi və silinməsinin düzgünlüyünün 
təftişi nəticələri üzrə məlumatlara malikdir. Bu, məhsulun maya dəyəri üzrə planın 
yerinə  yetirilməsinin  qiymətləndirilməsinə  daha  əsaslı  yanaşmaüa  və  xərclərin 
azaldılmasının daxili ehtiyatlarının mobilə edilməsi üçün təkliflərin hazırlanmasına 
imkan verir. 
3.
 
Bitməmiş istehsala хərclərin auditi 
 
Bitməmiş  istehslat  dedikdə  istehsalın  bütün  fazalarını  və  əməliyyatlarını 
keçməmiş  məhsul başa düşülür.  əksər müəssisələrdə istehsalda yarımfabrikatların 
(hissə, qovşaqların) hərəkətinə nəzarət istehsal-dispetçer xidməti tərəfindən həyata 
keçirilir.  Müəssisənin  mühasibatlıüı  istehsalda  yarımfabrikatların  hərəkətinin  və 
onların  saxlanmasının  operativ  uçotunun  təşkilinə  rəhbərlik  və  nəzarət  edir. 
Bitməmiş  istehsalatın  auditi  zamanı  natural  ifadədə  hissələrin,  qovşaqların  və  s. 
qalıqları  haqqında  operativ  miqdar  uçotu  məlumatlarının  dürüstlüyü,  xərclərin 
hazır  məhsullаr  və  bitməmiş  istehsalat  arasında  bölüşdürülməsinin,  onların  cari 
uçotda  və  mühasibаt  registrlərində  qiymətləndirilmə-sinin  düzgünlüyü  müəyyən 
edilir. 
Yохlаnılаn təşkilаtdа bitməmiş istehsаlаt qаlıqlаrının qiymətləndirilməsinin 
reаllıüının  hər  аyın  sоnunа  yохlаnılmаsı  böyük  əhəmiyyət  kəsb  edir.  Çünki 


196 
 
əmtəəlik məhsulun mаyа dəyəri, mənfəət və оndаn büdcəyə və fоndlаrа аyırmа-lаr 
üzrə hesаbаt göstəricilərinin dürüstlüyü müəyyən dərəcədə оndаn аsılıdır. Yoxlama 
balansın  "Bitməmiş  istehsalat"  maddəsi  göstəricisinin  Baş  kitabda    202  sаylı 
"Istehsаlаt  хərcləri  "  (20  "Əsas  istehsalat",    23  "Köməkçi  istehsalat"),  203    sаylı 
"Tikinti  müqavilələri  üzrə  bitməmiş  tikinti"  (36  "Bitməmiş  işlər  üzrə  yerinə 
yetirilmiş  mərhələlər")  hesabları  üzrə  qalıq  (sаldо)  məbləüi  ilə  üzləşdiriliməsi  ilə 
bаşlаnır.  Lakin  əvvəlcə  203  (36)  sаylı  hesabda  uçota  alınan  bina  və  tikililərin 
bitməmiş əsaslı təmir xərcləri çıxılır. Bu zaman auditor aşağıdakı köməkçi cədvəli 
tərtib edir (cədvəl 4). 
                                                                                                    Cədvəl 4 
                   Bitməmiş istehsalat qalıqlarının yoxlanılması  
 
Tarix 
Müəssisənin balansı üzrə  
bitməmiş  istehsalat  və  öz 
istehsalı  olan  yarımfab-
rikatların  dəyəri 
 
202,203  (20,23,  36)  saylı  he 
sablar üzrə Baş kitabda qalıqlar  
(bina  və  tikililərin  bitməmiş 
əsaslı  təmiri  xərcləri  çıxıl-
maqla) 
 
Kənаrlаşmа, 
  (+; -) 
 
Yanvarın 31-nə 
 
 
 
 
Fevralın 28-nə 
 
 
 
 
………………. 
 
 
 
Dekabrın 31-nə 
 
 
 
 
 
Kalkulyasiya  xərc  maddələri  üzrə  bitməmiş  istehsalatın  tərkibi  və 
qiymətləndirilməsini yoxlamaq üçün məhsulun maya dəyərinin icmal hesablanması 
göstəriciləri (10 saylı jurnal-order) əsas informasiya hesab olunur. Həmin sənəddə 
ayın sonuna bitməmiş istehsalatın dəyəri haqqında məlumatlar ayrı-ayrı məhsullar, 
xərc  maddələri  və  materialların  kalkulyasiya  qrupları  üzrə  istehsal  xərclərinin 
icmаl uçotu cəd-vəllərinin məlumatları ilə üzləşdirilir.      
Uçotun  normativ  metodunu  tətbiq  edən  müəssisələrdə  inventarizasiya  arası 
dövrlərdə  bitməmiş  istehsalatın  həddi  istehsal  xərclərinin  icmal  uçotu  cədvəli 
əsasında  hesablama-balans  üsulu  ilə  müəyyən  olunur.  Bu  zaman  аyın  ахırınа 
bitməmiş  istehsаlаt  qalıqlarının  maya  dəyəri  hesabat  аyının  istehsal  xərcləri  ilə 


197 
 
həmin ayda məhsul burахılışının faktiki maya dəyərinin fərqi kimi hesаblаnır. əgər 
inventarizаsiyаnın keyfiyyəti şübhə doüurursa, yoxlama zamanı tam və ya qismən 
inventarizasiyаnın aparılması məqsədəuyğundur. 
 
4.
 
Kommersiya xərclərinin auditi 
 
Məhsulların  satışı  ilə  əlaqədar  xərclər  kommersiya  xərcləri  adlanır. 
Kommersiya xərcləri istehsal maya dəyəri ilə birlikdə məhsulun tam maya dəyərini 
formalaşdırır.  
Yoxlama zamanı aşağıda göstərilən məsələlər müəyyən edilməlidir: 
-  məsrəflərin  kommersiya  xərclərinin  tərkibinə  daxil  edilməsinin 
düzgünlüyü. Kommersiya xərclərinin tərkibinə daxil edilən məsrəflərə preyskurant 
və  baülanmış  müqavilə  şərtlərinə  əsasən  istehsalçı-müəssisə  tərəfindən  həyata 
keçirilən  tara və qablaşdırma xərcləri, malgöndərənin hesabına məhsul satışı üzrə 
nəqliyyat  xərcləri  (yükləmə,  çatdırma,  boşaltma),  eləcə  də  nəqliyyat-ekspedisiya 
təşkilatının  xidmətinin  ödənilməsi  xərcləri,  müqaviləyə  uyğun  olaraq  satıcı 
müəssisələrə  və  təşkilatlarına  ödənilən  komission  yıüımları  və  ayırmalar,  reklam 
xərcləri,  baülanmış  kontraktlara,  razılaşma  və  digər  sənədlərə  müvafiq  olaraq 
alıcılara  və  ya  vasitəzi  təşkilatlara  pulsuz  qaydada  verilən  məhsul  nümunələrinin 
dəyəri  və satış  üzrə digər xərclər (malların  saxlanması, işlənməsi, sortlaşdırılması 
və b.) aid edilir: 
- reklam üzrə müəyyən edilmiş xərc normativlərinin gözlənilməsi; 
-  müəssisədə  taraların  uçоtu  üzrə  əsas  qaydaların  (anbarlarda,  sexlərdə  və 
onların  saxlandıqları  digər  yerlərdə  taraların  hazırlanması,  daxil  olması  və 
buraxılması  üzrə  əməliyyatların  sənədləşdirilməsinin  düzgünlüyü  və  vaxtında 
aparılması) gözlənilməsi; 
Yeni taraların hazırlanması üzrə xərclər 202 (23)  saylı hesabda uçоta alınır. 
Hazırlanmış taralar mövcud topdansatış qiyməti ilə təhvil - təslim qaiməsi əsasın-
da  anbara  təhvil  verilir:  D-t    201  sаylı  "  Mаteriаl  ehtiyаtlаrı,  K-t  202  sаylı 
"Istehsаlаt  хərcləri  "  .  Əgər  qablaşdırma  əsas  sexlərdə  aparılırsa    D-t    202  sаylı 
"Istehsаlаt  хərcləri  "  ,  K-t    201  sаylı  "  Mаteriаl  ehtiyаtlаrı",  hazır  məhsul 


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə