Kitabüs-salat namaz kitabi



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə24/56
tarix16.11.2017
ölçüsü5,19 Kb.
#10521
1   ...   20   21   22   23   24   25   26   27   ...   56

 58
namazı iadə edər. Çünki bir əmri yerinə yetirmək, bir haramın işlənməsinə 
səbəb olarsa, haram işləməmək üçün o əmr ertələnir və ya ertələnmək im-
kan olmazsa tərk edilir, yerinə yetirilməz.  
Sümük, yemək, gübrə, kərpic, saxsı və şüşə parçaları, kömür, heyvan yemi 
və başqasının malı ilə  və möhtərəm, yəni pula dəyər  şeylər, məsələn ipək ilə, 
məsciddən atılan şeylərlə, zəmzəm suyu ilə, yarpaq ilə, kağız ilə istinca tahrimən 
məkruhdur. Boş kağıza da hörmət lazımdır. Möhtərəm olmayan adlar, dinə 
yaramayan yazılar olan kağızlar və qəzet ilə istinca caizdir. Lakin İslam hərfləri 
ilə yazılmış heç bir kağız ilə istinca edilməz. Önü və arxanı qibləyə dönərək ayaq 
üstə  və üzrsüz çılpaq dəstəmaz pozmaq məkruhdur. Sidik toplanan yerdə qüsl 
caiz deyildir. Lakin sidik axıb gedər, yığılmazsa, bunlar caiz olar. İstincada 
istifadə edilən su nəcs olar. Paltara sıçratmamalıdır. Bunun üçün istinca edərkən 
övrət yerini açmaq, tənha yerdə etmək lazımdır. Bulaq başında  əlini paltarıın 
içinə soxub, sidik yerini ovucdakı suya sürtərək yumaqla istinca olmaz. İdrar 
damcısı bulaşınca ovucdakı su nəcs olar və damcıladığı paltar pis olar. Bu suyun 
damcıladığı yerlərin miqdarı ovuc içindən artıq olarsa, namaz qəbul olmaz.  
İSTİBRA: Kişilərin yeriyərək, öskürərək və ya sol tərəfə uzanaraq “İstibra” 
etməsi, yəni sidik yolunda damlalar buraxmaması vacibdir. İdrar damlası qalma-
dığına qənaət gəlmədən dəstəmaz almamalıdır. Bir damla sızarsa, həm dəstəmaz 
pozular, həm də paltar kirlənər. Paltara ovuc içindən az sızarsa, dəstəmaz alıb 
qıldığı namaz məkruh olar. Çox sızarsa, namaz qəbul olmaz. İstibrada çətinlik 
çəkənlər arpa qədər pambıq fitili sidik dəliyinə qoymalıdır. Sızan sidiyi pambıq 
əmər. Yalnız pambığın ucu çöldə qalmamalıdır.  
 
 
3- SƏTRİ ÖVRƏT 
(Övrət yeri və Qadınların Örtünmələri) 
 
Bir kimsənın açması, başqasına göstərməsi və başqasının baxması haram 
olan yerlərə “övrət yeri” deyilir. Kişilərin övrət yeri göbəkdən diz altına qədər-
dir. Diz övrətdir. Bu yerlər açıq ikən qılınan namaz qəbul olmaz. Namaz qılarkən 
bədənin digər qisimlərini (qolları, başı) örtmək, corab geyinmək kişilərə sünnət-
dir. Bu yerləri açıq namaz qılmaq isə məkruhdur. Qadınların ovuc içlərindən və 
üzlərindən başqa hər yerləri, əllərinin üstü, saçları və ayaqları dörd məzhəbdə də 
övrətdir. Bunun üçün qadınlara “arvad” deyilmişdir. Bu yerlərini örtməsi fərz-
dir. Övrət üzvlərindən hər hansı birinin dörddə biri bir rükn qədər açıq qalarsa, 
namaz pozular. Azı açılarsa, pozulmaz. Namazı məkruh olar. İncə olub içindəki 
üzvün şəkli və ya rəngi görünən parça yox deməkdir. Qadınların namaz xaricin-
də, yalnız ikən diz və göbək arasını örtməsi fərz olub, belini və qarnını örtməsi 
vacib, başqa yerlərini örtməsi  ədəbdir. Rəsulullah “sallallahü aləyhi və səlləm” 
buyurur ki: “Yad qadına şəhvətlə baxan bir kimsənin gözləri atəşlə dolduru-
lub Cəhənnəmə soxulacaqdır. Yad qadına əllə görüşənin qolları boynundan 


 59
bağlanıb, Cəhənnəmə atılacaqdır. Yad qadın ilə lazımsız yerə şəhvətlə danı-
şanlar, hər kəlməsi üçün min il Cəhənnəmdə qalacaqdır.”  
Digər bir Hədisi-şərifdə isə: “Qonşu qadına və yoldaşlarının qadınlarına 
şəhvətlə baxmaq yad qadınlara baxmaqdan 10 qat daha günahdır. Evli qa-
dınlara baxmaq qızlara baxmaqdan min qat daha çox günahdır. Zina gü-
nahları da belədir” buyuruldu.  
Rəsulullah “sallallahü aləyhi və səlləm” buyurdu ki: “Ey Əli! Budunu aç-
ma və ölü və ya diri, heç kimsənin bud yerinə baxma!” 
Digər bir Hədisi-şərifdə; “Övrət yerlərinizi açmayın. Çünki yanınızdan 
heç ayrılmayan kimsələr vardır. Onlardan utanın və onlara hörmətli olun” 
[Bunlar, Hafaza mələkləridir.] buyuruldu.  
Yenə Hədisi-şəriflərdə buyuruldu ki: “Övrət yerlərini ört. Zövcəndən və 
cariyəndən başqasına göstərmə. Yalnız ikən də Allahü təaladan həya edin!” 
 “Özlərini qadınlara bənzədən kişilərə  və kişilərə  bənzədən qadınlara 
Allah lənət etsin!”  
“Bir qızın gözəlliyini görən kimsə gözünü ondan dərhal ayırarsa, Allahü 
təala bir ibadət savabı ehsan edər ki, bu ibadətin ləzzətini dərhal hiss edər.”  
“Övrət yerlərini açana və başqasının övrət yerlərinə baxana Allah lənət 
etsin!”  
“Özünü bir qövmə bənzədən onlardan olar”. Demək ki, əxlaqını, işlərini 
və ya paltarlarını başqalarına bənzədən onlardan olar. Modaya, kafirlərin adətlə-
rinə uyanlar, haramlara gözəl sənət adını qoyanlar və haram işləyənlərə sənətkar, 
müasir deyənlər bu Hədisi-şəriflərdən ibrət almalı, qorxmalı, oyanmalıdırlar. 
Kişi kişinin və qadın qadının övrət yerlərinə də baxmaları haramdır. Görünür ki, 
kişilərin qadınlara və qadınların kişilərin övrət yerlərinə baxmaları haram olduğu 
kimi, kişilərin kişinin övrət yerinə və qadınların qadının övrət yerinə baxmaları 
da haramdır. Kişinin kişi üçün və qadın üçün övrət yeri, diz ilə göbək arasıdır. 
Qadının qadın üçün övrət yeri də belədir. Qadının yad kişi üçün övrət yeri isə, 
əllərindən və üzündən başqa bütün bədənidir. Yad qadının övrət yerinə şəhvətsiz 
də baxmaq haramdır.  
Yorğan altında çılpaq yatan bir xəstə başı yorğan içində ikən, ima ilə namaz 
qılınca, çılpaq qılmış olar. Başını yorğandan çıxarıb qılarsa, yorğanla örtülü qıl-
mış olub, caiz olar.  
Bir kişi nikahla alması  əbədi haram olan, 18 “məhrəm”  qadının  başına, 
üzünə, boynuna, qollarına, dizdən aşağı ayağına, şəhvətdən əmin olarsa baxa bi-
lər. Bu kimsə sinələrinə, qoltuqlarına, budlarına, dizlərinə və belinə baxa bilməz. 
Bir qadın üçün əmi, xala, bibi və dayı uşaqları da yad kişi kimidir. Yeznə, qayın 
da yad kişidir. Bunlarla danışmağı, zarafatlaşması və bir yerdə olması haramdır. 
Kişilərin də əmi, xala, bibi və dayı qızları ilə, baldız və qardaşının yoldaşları ilə 
danışması haramdır. Bir kişi məhrəm olan 18 qadın ilə ölənə  qədər evlənə bil-
məz. Bunlarla danışa bilər. Yalnız olaraq bir yerdə ola bilər. Qadın da 18 kişi ilə 
evlənə bilməz. Bu 18 kişi və qadın bunlardır: 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə