Kitabüs-salat namaz kitabi



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə27/56
tarix16.11.2017
ölçüsü5,19 Kb.
#10521
1   ...   23   24   25   26   27   28   29   30   ...   56

 65
Yenə bir Hədisi-şəriflərində buyurdular ki, “Ey mənim ümmətim. Azan 
bitincə bu duanı da oxuyun: Allahümmə rabbə hazihid-da`vətit-tamməti 
vəs-salətil-qaiməti  əti Muhammədənil-vəsilətə  vəl-fədilətə  vəd-dərəcətər-rə-
fiatə vəbashü məqamən mahmudənil-ləzi vəadtəhü innəkə lə tuhlifül-miad”.  
 
AZAN KƏLMƏLƏRININ MƏNALARI: 
ALLAHÜ-ƏKBƏR:  Allahü təala böyükdür. Ona bir şey lazım  deyildir. 
Qullarının ibadətlərinə  də möhtac olmaqdan böyükdür. İbadətlərin Ona heç bir 
faydası yoxdur. Bu mühüm mənanı zehinlərdə yaxşı yerləşdirmək üçün bu kəlmə 
dörd dəfə söylənir.  
ƏŞHƏDÜ ƏN LƏ İLƏHƏ İLLƏLLAH: Qüruru, böyüklüyü ilə kimsənin 
ibadətinə möhtac olmadığı halda, ibadət olunmağa Ondan başqa kimsənin haqqı 
olmadığına şəhadət edər, əlbəttə, inanıram. Heç bir şey Ona bənzəməz.  
 
ƏŞHƏDÜ ƏNNƏ MUHAMMƏDƏN RƏSULULLAH:  
Muhammədin “aləyhi və alə alihissalətü vəssəlam”, Onun göndərdiyi Pey-
ğəmbəri olduğuna, Onun istədiyi ibadətlərin yolunu bildiricisi olduğuna və Alla-
hü təalaya ancaq Onun bildirdiyi, göstərdiyi ibadətlərin yaraşdığına şəhadət edər, 
inanıram.  
 
HAYYƏ ALƏS-SALƏH, HAYYƏ ALƏL-FƏLƏH:  Möminləri fəlaha 
(yaxşılığa), səadətə, qurtuluşa səbəb olan namaza çağıran iki kəlmədir.  
 
ALLAHÜ-ƏKBƏR: Ona layiq bir ibadəti kimsə edə bilməz. Hər hansı bir 
kimsənin ibadətinin Ona layiq, yaraşan olmasından çox böyükdür, çox uzaqdır.  
 
LƏ İLƏHƏ İLLƏLLAH: İbadətə, qarşısında alçalmağa haqqı olan ancaq 
Odur. Ona layiq ibadəti kimsə edə bilməməklə bərabər, Ondan başqa kimsənin 
ibadət olunmağa haqqı yoxdur.  
Namazın  şərəfinin böyüklüyü Onu hər kəsə, xəbər vermək üçün seçilmiş 
olan bu kəlmələrin böyüklüyündən anlaşılır.  
 
 
6.
 
NİYYƏT 
 
İftitah təkbiri söylənərkən niyyət edilir. Namaza niyyət etmək demək, adını, 
vaxtını, qibləni, imama tabe olmağı qəlbindən keçirmək deməkdir. İftitah təkbi-
rindən sonra edilən niyyət, səhih olmaz və o namaz qəbul olmaz. Fərzlərdə  və 
vaciblərdə niyyət edərkən, hansı fərz və hansı vacib olduğunu bilmək lazımdır. 
Rükət sayına niyyət lazım deyildir. Sünnəti qılarkən, “Namaza” niyyət etmək ka-
fidir. Cənazə namazına, “Allah üçün namaza, meyid üçün duaya” deyə niyyət 
edilir.  


 66
İmamın kişilərə imam olmağa niyyət etməsi şərt deyildir. İmam, hazır olan 
camaata imam oldum deyə niyyət etməzsə, camaat ilə qılmaq savabına nail ola 
bilməz. İmam olmağa niyyət edərsə, bu savaba da qovuşar. İmamın “qadınlara 
imam olmağa” niyyət etməsi lazımdır. İbadətləri edərkən yalnız ağız ilə söylə-
məyə niyyət deyilməz. Qəlb ilə niyyət edilməzsə, ibadətlər qəbul olmaz.  
 
 
7.
 
TAHRİMƏ TƏKBİRİ 
 
Namaza durarkən, “Allahü-əkbər” deməkdir ki, fərzdir. Başqa kəlmə söy-
ləməklə olmaz. Bəzi alimlər tahrimə təkbirinin namazın içində olduğunu söylə-
mişlər. Bunlara görə, namazın şərtləri də, rüknləri də altıdır.  
 
 
NAMAZIN RÜKNLƏRI: 
 
Namazın içindəki fərzlərinə “Rükn” deyilir. Hamısı beşdir:  
1. KIYAM: Namazın beş rüknündən birincisi kıyamdır. Kıyam, ayaq üstə 
durmaq deməkdir. Ayaq üstə dura bilməyən xəstə oturaraq qılar. Otura bilməyən 
xəstə arxası üstə uzanıb, başı ilə qılar. Üzü səmaya qarşı deyil, qibləyə qarşı ol-
ması üçün başı altına yastıq qoyulur. Ayaqlarını dik tutar. Qibləyə qarşı uzatmaz. 
Ayaq üstə ikən, iki ayaq bir-birindən dörd barmaq eni qədər açıq olmalıdır. Ayaq 
üstə dura bilməyən xəstə, ayaq üstə başı dönən, başı, dişi, gözü və ya başqa yeri 
çox ağrıyan, sidik, yel qaçırdan, yarası axan, ayaq üstə düşmən qorxusu, malının 
oğurlanması təhlükəsi olan, ayaq üstə qıldığı zaman orucu və ya oxuması pozu-
lan və ya övrət yeri açılanlar oturaraq qılar. Rükü üçün bir az əyilər. Səcdə üçün 
başını yerə qoyar. Başını yerə qoya bilməyən kimsə rükü üçün bir az, səcdə üçün 
isə daha çox əyilər. Səcdə üçün əyilməsi rükü üçün əyilməsindən daha çox ol-
mazsa, namazı qəbul olmaz. Yerə daş və taxta qoyub, bunun üstünə səcdə edərsə, 
namaz qəbul olarsa da, günaha girər. Yəni tahrimən məkruh olar.  
2. QİRAƏT: sünnətlərin və vitrin hər rükətində və yalnız qılarkən fərzlərin 
iki rükətində, ayaq üstə Qurani-Kərimdən bir ayət oxumaq fərzdir. Qısa surə 
oxumaq daha savabdır.  
Qiraət olaraq buralarda Fatihə oxumaq, sünnətlərin və vitr namazının hər 
rükətində  və  fərzlərin iki rükətində Fatihədən başqa bir də surə  və ya üç ayət 
oxumaq vacibdir. Fərzlərdə Fatihəni və zammı-surəni ilk iki rükətdə oxumaq va-
cib və ya sünnətdir. Fatihəni surədən öncə oxumaq da vacibdir. Bu beş vacibdən 
biri unudularsa, səcdəi səhv etmək lazımdır. 
Qiraətdə Qurani-Kərim tərcüməsini oxumaq caiz deyildir.  
İmamın Cümə və bayram namazlarından başqa hər namazda birinci rükətdə
ikinci rükətdə oxuyacağının iki misli uzun oxuması sünnətdir. Yalnız ikən hər 
rükətdə eyni miqdarda oxuya bilər.  İmamın eyni namazların, eyni rükətlərində, 


 67
eyni ayətləri oxumağı adət etməsi məkruhdur. Birinci rükətdə oxuduğunu ikinci 
rükətdə də oxuması tənzihən məkruhdur. Tərsinə oxumaq daha qəbahətdir. İkin-
cidə, birinci rükətdə oxuduğundan sonrakı surəni keçərək daha sonrakını oxumaq 
məkruhdur. Qurani-Kərimi mushafdakı sıra ilə oxumaq hər zaman vacibdir.  
3. RÜKÜ: Kıyamda qiraətdən sonra təkbir gətirərək, rüküyə əyilir. Rüküdə 
kişilər barmaqlarını açıb dizlərinin üstünə qoyar, belini və başını düz tutarlar. 
Rüküdə  ən az üç dəfə, “Sübhanə rabbiyəl azım” deyilir. Üç dəfə oxumadan 
imam başını qaldırarsa, o da həmən qaldırar. Rüküdə qollar və ayaqlar dik tutu-
lur. Qadınlar barmaqlarını açmaz. Belini və ayaqlarını, qollarını dik tutmazlar. 
Rüküdən qalxarkən “Səmiallahü limən hamidəh , demək, imama və yalnız qıla-
na sünnətdir. Camaat bunu söyləməz. Bunun arxasından həmən “Rabbənə ləkəl 
hamd” deyilir və dik durulur və “Allahü-əkbər” deyərək səcdəyə gedərkən, ön-
cə sağ, sonra sol diz, sonra sağ, sonra sol əl, sonra burun və alın yerə qoyulur.  
4. SƏCDƏ: Səcdədə əl barmaqları bir-birinə bitişik, qibləyə qarşı, qulaqlar sə-
viyyəsində, baş iki əl arasında olmalıdır. Alını  təmiz yerə, yəni daş, torpaq, taxta, 
döşək üzərinə qoymaq fərz olub, burunu da bərabər qoymaq vacib deyilmişdir. 
Üzrsüz yalnız burnu qoymaq caiz deyildir. Yalnız alını qoymaq məkruhdur.  
İki ayağı və ya heç olmazsa hər birinin bir barmaqlarını yerə qoymaq fərzdir və 
ya vacibdir. Yəni iki ayaq yerə qoyulmazsa, namaz qəbul olmaz və ya məkruh olar.  
Səcdədə ayaq barmaqlarını bükərək uclarını qibləyə çevirmək sünnətdir.  
Kişilər, qolları və budları qarından ayrı olar. Əlləri və dizləri yerə qoymaq 
sünnətdir. Topuqları kıyamda, bir-birindən dörd barmaq eni qədər uzaq, rüküdə, 
qövmədə və səcdədə bitişik tutmaq sünnətdir.  
Səcdəyə gedərkən şalvar dizlərini yuxarı çəkmək məkruhdur və bunları yu-
xarı çəkıb çirmələyib namaza durmaq məkruhdur. Qolları, ayaqları, ətəkləri çir-
məli, qıvrıq, qısa olaraq namaz qılmaq məkruhdur. Tənbəlliklə və ya başı qapalı 
qılmanın  əhəmiyyətini düşünməyərək, başı açıq namaz qılmaq məkruhdur. Na-
maza  əhəmiyyət verməmək isə küfrdür. Kirli paltar ilə  və  iş paltarı ilə namaz 
qılmaq da məkruhdur.  
5. QADƏİ AXİRƏ:  Son rükətdə  “Əttəhiyyatu”nu oxuyacaq  qədər otur-
maq fərzdir. Oturarkən  əl barmaqları ilə  işarə etmək olmaz. Kişilər sol ayağını 
barmaq ucları sağa doğru dönük olaraq yerə yatırır. Bu ayağın üzərinə oturar. 
Sağ ayağı dik tutar. Bunun barmaqları yerə  dəyər. Barmaqlarının ucu qibləyə 
qarşı bir az bükülmüş olar. Belə oturmaq sünnətdir. Qadınlar ombasını yerə qo-
yaraq oturur. Budları bir-birinə yaxın olar. Sağ ayağını sağ tərəfdən çölə çıxarır. 
Sol ayağı barmaq ucları sağa dönmüş olaraq altında qalar.  
 
 
NAMAZ NECƏ QILINIR? 
 
TƏK QILAN KİŞİNİN NAMAZI: 
Məsələn: “Sübh Namazının Sünnəti” belə qılınır:  


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə