Kitabüs-salat namaz kitabi


AZAN VƏ İQAMƏT HANSI HALLARDA OXUNUR?



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə26/56
tarix16.11.2017
ölçüsü5,19 Kb.
#10521
1   ...   22   23   24   25   26   27   28   29   ...   56

 63
 
AZAN VƏ İQAMƏT HANSI HALLARDA OXUNUR? 
 
1. Çöldə, bostanda yalnız və ya camaat ilə qəza qılarkən, kişilərin azanı və 
iqaməti yüksək səslə oxumaları sünnətdir. Azanı  eşidən insanlar, cinlər, daşlar 
qiyamət günü şahid olacaqlar. Bir neçə qəza namazını bir arada qılan, öncə azan 
və iqamət oxuyar. Sonrakı  qəzaları  qılarkən hamısına sadəcə iqamət oxuyar. 
Sonrakı qəzalarda azan oxumasa da olar.  
2. Evində yalnız və ya camaat ilə vaxt namazı qılan azan və iqamət oxumaz. 
Çünki o məhəlləki dəməsciddə oxunan azan və iqamət evlərdə də oxunmuş sayılır. 
Lakin oxumaları yaxşıdır. Məhəllə məscidində və camaatı müəyyən kimsələr olan 
hər məsciddə, vaxt namazı camaat ilə qılındıqdan sonra yalnız qılan kimsə azan və 
iqamət oxumaz. Yollarda olan və ya imamı  və müəzzini olmayan və camaatı 
müəyyən kimsələr olmayan məscidlərdə, müxtəlif zamanlarda gələnlər bir vaxtın 
namazı üçün müxtəlif camaatlar edərlər. Hər camaat üçün azan və iqamət oxunur. 
Belə məsciddə yalnız qılan da azan və iqaməti öz eşidəcəyi qədər səslə oxuyar.  
3.  Səfəri olanlar öz aralarindakı camaat ilə  də, yalnız qılarkən də azan və 
iqamət oxuyar. Yalnız qılanın yanında yoldaşları varsa, azanı tərk edə bilər. Sə-
fəri olan kimsə bir evdə yalnız qılarkən də azan və iqamət oxuyar. Çünki məscid-
də oxunan, onun namazı üçün olmaz. Səfəri olanlardan bəzisi evdə azan oxuyar-
sa, sonra qılanlar oxumaz.  
Ağıllı  uşağın, korun, vələdi-zinanın, azan oxumasını bilən cahil kəndlinin 
azan oxuması məkruhsuz caizdir. Cünüb kimsənin azan və iqamət oxuması, dəstə-
mazsız azan oxumaq, qadının, fasiqin (açıqdan günah işləyən) sərxoşun, ağılsız 
uşağın azan oxuması  və oturaraq azan oxumaq tahrimən məkruhdur. Bunların 
azanları təkrar oxunur. Azanın səhih olması üçün müəzzin, müsəlman və ağıllı ol-
malıdır. Mikrofon ilə oxumaq səhih olmaz.  
Fasiq kimsənin azanı səhih olmamasının səbəbi ibadətlərdə bunun sözü qə-
bul edilmədiyi üçündür. Fasiqin və mikrofon azanı ilə vaxtın gəldiyinə inanmaq 
olmaz. Bunun azanı ilə və ya verdiyi bir işarət ilə oruc pozulmaz. 
 Azana təzim və hörmət edənlər onu, hərflərini, kəlmələrini dəyişdirmədən, 
pozmadan, təğənni etmədən, minarəyə  çıxıb sünnətə uyğun oxuyanlar, yüksək 
dərəcələrə nail olacaqlar.  
Lakin azan sünnətə uyğun oxunmursa, məsələn bəzi kəlmələri dəyişdirilmiş, 
tərcümə edilmişsə və bəzi yerində təğənni edərək oxunursa və ya azan səsi, mik-
rofon deyilən alətdən gəlirsə, (çünki mikrofondan çıxan səs, imam və ya müəzzi-
nin səsi deyildir. Bunların səsi elektrik və maqnit halına dönür. Bu elektrik və 
maqnitin hasil etdiyi səs eşidilir) bunu eşidən heç bir kəlməsini təkrar etməz.  
 
İZAH (Azan mikrofon ilə oxunarmı?): 
Minarələrə qoyulan mikrofon müəzzin üçün bir tənbəllik vasitəsi olmuş
azanın qaranlıq otaqlarda oturaraq və sünnətə uymayaraq oxunmasına səbəb ol-


 64
muşdur. Əsrlərcə göylərə doğru uzanan mənəvi bəzəklərimiz minarələr də bu pis 
bidət üzündən bir mikrofon dirəyi halına gətirilmişdir. İslam alimləri fənnin kəşf 
etdiklərini həmişə yaxşı qarşılamış, məsələn mətbəənin qurulmasını təşviq etmiş, 
faydalı kitabların nəşr edilərək elmin yayılmasını istəmişlər. Radio və mikrofon-
la, hər yerdə faydalı nəşrlər edilməsi də islamiyyətin bəyəndiyi və faydalanacağı 
bir kəşf olduğu  şübhəsizdir. Lakin müsəlmanları azanın  şirin səsindən məhrum 
qoyaraq, ibadətləri mikrofonun cırmaqlayıcı səs ilə etmək zərərli olmaqdır. Mik-
rofonları  məscidlərə qoymaq lazımsız bir israfdır.  İmanlı  qəlblərə ilahi təsirlər 
edən saleh möminlərin səsləri yerinə, adətən kilsə zəngi kimi səs çıxardan bu alət 
yox ikən, minarələrdə oxunan azanlar və məscidlərdəki təkbir səsləri əcnəbiləri 
belə vəcdə gətirirdi. Hər məhəllədə oxunan azanları eşidərək məscidləri dolduran 
camaat,  Əshabi-Kiram zamanında olduğu kimi namazlarını huşu ilə  qılırdılar. 
Azanın möminləri həyəcana gətirən ilahi təsiri mikrofonun metalik səsləri ilə itir.  
Rəsulullah “sallallahü aləyhi və  səlləm” bir Hədisi-şərifində, “Hər kim 
azan səsi eşitdiyi zaman müəzzin ilə bərabər yavaşca oxusa, hər hərfinə min 
savab verilir, min günahı məhv olur” buyurdu.  
Azanı eşidən kimsə Qurani-Kərim oxuyursa da, eşitdiyini yavasça söyləmə-
si sünnətdir. “Hayyə ala”ları eşidincə bunları söyləməyib, “lə havlə vələ küvvə-
tə illə billəh” deyər. Azandan sonra salavat gətirilir. Sonra azan duası oxunur. 
İkinci “Əşhədü ənnə Muhammədən Rəsulullah” söyləyincə, iki baş barmağı-
nın dırnaqlarını öpdükdən sonra iki göz üzərinə sürtmək müstəhəbdır. İqamədə 
belə edilməz. 
 
AZANIN OXUNUŞU 
Allahü-əkbər.......................................................................4 dəfə 
Əşhədü ən lə iləhə illəllah..................................................2 dəfə 
Əşhədü ənnə Muhammədən Rəsulullah.............................2 dəfə 
Hayyə aləs-saləh.................................................................2 dəfə 
Hayyə aləl-fələh..................................................................2 dəfə 
Allahü-əkbər.......................................................................2 dəfə 
Lə iləhə illəllah...................................................................1 dəfə 
 
Yalnız sübh azanında, “Hayyə aləl-fələh”`dən sonra iki dəfə  “Əs-salətü 
xayrun minən-nəvm” oxunur.  
İqamətdə isə “Hayyə aləl-fələh”dan sonra iki dəfə “Qad qamə tis-salətü” 
deyilir.  
 
AZAN DUALARI: 
Rəsulullah “sallallahü aləyhi və səlləm” buyurdu ki: “Azan oxunarkən bu 
duanı oxuyun:  
Və ənə əşhədü ən lə iləhə illallahü vahdəhu lə şərikələh və əşhədü ənnə 
Muhammədən abdühü və rəsulüh və raditü billəhi rabbən və bil-islami di-
nən və bi Muhammədin sallallahü aləyhi və səlləmə rəsulən nəbiyya”.  


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə