KitabxanaşÜnasliq



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə28/88
tarix08.03.2018
ölçüsü3,72 Kb.
#30859
1   ...   24   25   26   27   28   29   30   31   ...   88

66 
 
Az
ərbaycan SSR Əməkdar Mədəniyyət işçisi: Ağayev Əsgər Şərbətəli 
oğlu – böyük redaktor, Əliyeva Əminə Pirəli qızı – korrektor şöbəsinin müdiri, 
Əliyeva  Ariadana  Sergeyevna  –  redaktor,  Balakişiyev  Məzahir  Əbdülsəlim 
oğlu  –  texniki tərtibat  şöbəsinin müdiri, Azərbaycan  SSR  Əməkdar 
poliqrafçısı  –  Hüseynov Sabir Həsən  oğlu  –  26  Bakı  komissarı  adına 
m
ətbəənin stereotipçisi.  
N
əşriyyat  işçilərinin fəaliyyəti həqiqətən təqdirəlayiqdir. Məsələn, 
Əsgər  Şərbətəli  oğlu  Ağayevin  fəaliyyəti bu mənada diqqəti cəlb edir. O, 
1959-cu ild
ən “Kommunist” qəzetində  məsul katibin müavini, 1968-ci ildən 
“Az
ərnəşr”də  məsləhətçi redaktor, Böyük redaktor vəzifələrində  çalışmışdır. 
Kamil t
ərcüməçi olan Əsgər Ağayev bir sıra məqalələrin müəllifi, bədii, siyasi, 
ictimai kitabların tərcüməçisi və redaktoru olmuşdur. Təkcə 1975-ci ildə onun 
redakt
əsi ilə  15 adda, təxminən 100 ç.v. həcmində  kitab nəşr  edilmişdir. 
Yüks
ək  əmək göstəriciləri  əldə  etdiyinə  görə  ona 1973-cü ildə  “Sosializm 
yarışının qalibi” döş nişanı, Dövlətnəşrkomun iki “Fəxri Fərmanı” və bir sıra 
pul mükafatları verilmişdir. Əsgər Ağayeveyni zamanda respublika kitab nəşri 
işinin inkişafında xidmətlərinə görə, Azərbaycan Dövlət Nəşriyyatının 50 illiyi 
il
ə  əlaqədar  olaraq  Əməkdar mədəniyyət  işçisi  kimi  fəxri ada layiq 
görülmüşdür.  
Respublikada kitab n
əşri  işinin  inkişafı  sahəsində  çoxillik səmərəli 
f
əaliyyətlərinə görə və Azərbaycan Dövlət Nəşriyyatının 50 illiyi ilə əlaqədar 
olaraq  aşağıdakılar  Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri 
f
ərmanı ilə təltif edilmişdir: Hüseynova Səkinə Məmmədsadıq qızı – redaktor, 
Gülüşova Münəvvər Ağası qızı korrektor, İsgəndərzadə Mustafa Namaz oğlu 
–  redaksiya müdiri, Kamenova Tamara Alekseyevna – 
Qızıl  Şərq Mətbəəsi 
istehsalat  şöbəsinin rəisi, Quliyev Məmmədhəsən Mütəllib  oğlu  –  bədii 
redaktor, Kuramşina -Güləhmədova Rasimə Şükürovna – istehsalat şöbəsinin 
müdiri, N
əsirov Nəriman Qüdrət oğlu – redaksiya müdiri, Rüstəmzadə Vilayət 
M
əmməd oğlu – redaksiya müdiri və s.  
Araşdırmalar göstərir ki, “Azərnəşr”də redaktorlar, korrektorlar böyük 
h
əvəs və  səylə  çalışmışlar.  Onların  hər birinin öz əmək yolu, çap olunan 
kitablarda  adları  və  nəcib zəhmətləri  vardır.  Belələrindən biri də  Zenfira 
Ağayevadır.  O,  1959-cu ildən “Azərnəşr”də  işləməyə  başlamışdır.  İlk  dəfə 
Zenfira Ağayeva mətn oxucusu kimi qəbul olunmuşdur. Bir neçə il işlədikdən 
s
onra  onu  korrektor  keçirmişlər. Azərbaycan Dövlət  Pedaqoji  İnstitutunu 
bitirmiş  Zenfira  Ağayeva  neçə-neçə  kitabların  səhvsiz və  nəfis  çıxmasında 
xidm
əti  az  deyildir.  O,  söz  düşəndə  deyirdi:  “Bizim  işimiz  maraqlı  və 
m
əsuliyyətlidir. Hər  bir  kitabın  səhvsiz,  təmiz, səliqəli  çıxması  üçün  biz 
hamıdan çox diqqətli olmalıyıq. Hər dəfə hazır kitabı ələ alarkən biz nə qədər 
h
əyəcan keçiririk [1, 23]. 


67 
 
N
əşriyyatın  çap  məhsulunun keyfiyyətli  olması,  oxucuların  rəğbətini 
qazanması redaktorların fəaliyyəti ilə sıx əlaqədardır. Araşdırmalar göstərir ki, 
“Az
ərnəşr”də çox zəhmətkeş, təcrübəli, savadlı, bilikli redaktorlar çalışmışlar. 
Bel
ə  qabiliyyətli  redaktorlardan  biri  Əkbər Mirzəyev hesab edilir. 
“Az
ərnəşr”in  Böyük  redaktoru  Əkbər Mirzəyev yüksək biliyə,  bacarığa,  iş 
t
əcrübəsinə  malik olan redaktorlardan biridir. Məlumdur ki, bu mühüm 
keyfiyy
ətlər  obyektivlik  meyarının  ayrılmaz  tərkib hissələridir. Redaktor bu 
meyarın komponentlərinə nə qədər dərindən yiyələnərsə, bir o qədər onun iş 
üsulu t
əkmilləşər.  Əlyazması  keyfiyyətli  işlənər. Müəllifi  inandırma  metodu, 
m
əntiqi güclü olar. “Azərnəşr”in  böyük  redaktoru  Əkbər Mirzəyev bu 
keyfiyy
ətləri uzun illərin təcrübəsi sahəsində qazanmışdır. 1980-ci illərdə o, öz 
bilik v
ə  təcrübəsini gənclərdən  əsirgəmir, gündəlik  iş  prosesində  onlara 
yaxından kömək edirdi. Araşdırmalar göstərir ki, redaktor Əkbər Mirzəyev 50 
il
ə yaxındır ki, mətbuat sahəsində fəaliyyət göstərmişdir. Onun müxtəlif illərdə 
“Yeni yol”, “G
ənc  işçi”,  “Azərbaycan kolxozçusu”, “Müəllim qəzeti”, 
“Kommunist”,  “Şərq  qapısı” qəzetlərində  saysız-hesabsız  məqalələri  çıxır. 
Vaxtil
ə, 1930-cu illərin  əvvəllərində  gənc müxbir kimi fəaliyyətə  başlayır, 
“Ə.Hicri”,  “Ə.Tehrani”,  “Ə.M.”,  “Ə.Heydəroğlu”  kimi  gizli  imzalarla 
q
əzetlərdə müntəzəm çıxış edən Ə.Mirzəyev, sonralar “Kommunist” qəzetinin 
“M
əktublar”, “Sənaye”, “Kənd təsərrüfatı”,  “Mətbuat xülasəsi”  şöbələrinə, 
“Şərq  qapısı”  qəzetinə, “Azərbaycan məktəbi”  jurnalına,  Azərbaycan 
Kommunist  Partiyası  Mərkəzi Komitəsi Təbliğat  və  Təşviqat  şöbəsinin 
m
ətbuat bölməsinə başçılıq edib. O, ayrı-ayrı illərdə keçmiş SSRİ-nin paytaxtı 
Moskva  şəhərində  mərkəzi qəzet  redaktorları  kurslarında,  Sov.İKP  MK 
yanında,  Ali  Partiya  Məktəbində  və  Sovet  İttifaqı  Kommunist  Partiyası 
M
ərkəzi Komitəsi yanında İctimai Elmlər Akademiyasında təhsil almışdır [2, 
22-23]. 
...Ə.Mirzəyev əlyazma üzərində işlərkən vaxtla hesablaşmır. O, sanki 
əlyazması  üçün  daxili  bir  narahatlıq  duyur,  onun  üzərində  redaktor 
əməliyyatlarını  tez  başa  çatdırmağa  çalışır.  Bir  dəfə  gənc bir redaktor kimi 
onun s
əbəbini ondan soruşduqda bildirdi ki, orijinal əsər üzərində redaktə işi 
n
ə  qədər  tez  başa  çatdırılsa,  əsərin məzmunu,  ümumi  kompozisiyası  bir  o 
q
ədər keyfiyyətli  olar.  Çünki  redaktor  yaddaşı  korşalmamış  əlyazmasındakı 
t
əkrarları  bu  zaman  tez  tapıb  təshih edə  bilər.  Əlyazması  üzərində  iş 
uzadıldıqda, yaxud əlyazması yarımçıq qaldıqda isə redaktorun özündən asılı 
olmayaraq  qarşıya  müəyyən çətinliklər  çıxır,  ya  təkrarlar gözdən və 
hafiz
əsindən yayınır, ya da əlyazmasının keyfiyyəti nisbətən aşağı səviyyədə 
olur [2, 22-23]. 
Əkbər Mirzəyev  nəşriyyatda  orijinal  ədəbiyyata nisbətən tərcümə 
kitabları  üzərində  daha  çox  işləyirdi. Məlumdur ki, tərcümə  ədəbiyyatını 
redakt
ə etmək zəngin bilik və təcrübə ilə yanaşı, həm də xüsusi məharət tələb 


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə