KitabxanaşÜnasliq



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə32/88
tarix08.03.2018
ölçüsü3,72 Kb.
#30859
1   ...   28   29   30   31   32   33   34   35   ...   88

74 
 
M
əmməd oğlu Salayev 65 illik ömrünün 40 ilini nəşriyyat və poliqrafiya işinə 
h
əsr etmişdir. Saleh 1926-cı ildə “Azərnəşr”in mətbəəsində işə qəbul olunur. 
O, burada hesabdar, kalkulyator v
ə sifariş şöbəsinin müdiri vəzifəsində çalışır. 
G
ənc  Saleh  qısa  vaxtda  öz  işgüzarlığı  və  bacarığına  görə  kollektiv  arasında 
d
ərin hörmət qazanır. Bir qədər sonra isə “Azərnəşr”də işləməyə dəvət edirlər. 
65 yaşlı Saleh “Azərnəşr”in bədii tərtibat redaksiyasında işləyir. Saleh Böyük 
V
ətən müharibəsi illərində arxa cəbhədə göstərdiyi əmək rəşadətinə görə SSRİ 
Ali Soveti R
əyasət Heyətinin 1946-cı  il  15  yanvar  tarixli  Fərmanına  əsasən 
“1941-1945-ci ill
ərdə  Böyük Vətən müharibəsində  fədakar  əməyə  görə” 
medalı ilə və Azərbaycan SSR Nazirlər Seveti yanında Mətbuat Komitəsinin 
1966-
cı il 20 may tarixli əmrinə görə “Fəxri fərmanla” təltif olunmuşdur  [9, 
51].  
S
əlim  Əhmədov Azərbaycanın  kitabçılıq  işində  xüsusi yeri olan 
tanınmış  texniki  redaktoru  olmuşdur.  O,  ziyalı  ailəsində  tərbiyə  almış,  kiçik 
yaşlarından  kitaba  olan  böyük  sevgisi  onu  məhz bu sahədə  peşəkar texniki 
redaktor olmağa sövq etmişdir [9, 309]. Səlim Əhmədov 1923-cü ildə Bakının 
Balaxanı  kəndində  anadan  olmuşdur.  1941-ci  ilin  aprel  ayının  23-dən 26-lar 
m
ətbəəsində  (o zaman 26-lar mətbəəsi “Azərnəşr”in  tərkibində  idi) mürəttib 
kimi 
əmək fəaliyyətinə  başlayır.  Arxa  cəbhədə  müdafiə  işlərində  göstərdiyi 
f
əallıqlarına  görə  Səlim  Əhmədov 2 dəfə  Respublika Ali Sovetinin Fəxri 
F
ərmanı  (1968,  1985),  “Qafqazın  müdafiəsi  uğrunda”,  1941-1945-ci illərdə 
Böyük V
ətən müharibəsində rəşadətli əməyə görə”, 1941-45-ci illərdə Böyük 
V
ətən müharibəsində  qələbənin  “Otuz  illiyi”,  “Qırx  illiyi”,  “Əlli  illiyi” 
yubileyi medalları ilə təltif olunmuşdur.  
S
əlim Əhmədovun əmək fəaliyyətinin çox böyük hissəsi ictimai-siyasi 
ədəbiyyatın,  xüsusilə  V.İ.Leninin  əsərlərinin azərbaycanca nəşri  ilə  bağlı 
olmuşdur. 1943-cü ildə V.İ.Leninin əsərlərinin IV nəşrinin birinci cildinin çapı 
“Az
ərnəşr”ə həvalə olundu [9, 310].  
Müdiriyy
ət tərəfindən nəşriyyata  təqdim  olunmuş  çoxcildli  əsəri 
yığmağı Səlim Əhmədova tapşırdılar. Bu, böyük etimad idi! Əvvəl o, mürəttib 
kimi  kitabların  yığılmasında  iştirak  etmişdir.  1951-ci ildə  S.Əhmədovu 
Höküm
ə Sultanovanın sərəncamı ilə mürəttiblikdən texniki redaktor vəzifəsinə 
keçirirl
ər və  həmin ildən  V.İ.Lenin  45  cildlik  külliyyatın  texniki  redaktoru 
olur. 
S.Ə.Əhmədov 1964-cü ildə  əsas  işilə  yanaşı,  (yəni “Azərnəşr”in 
texniki redaktoru) “Göy
ərçin” (2005-ci ilə qədər), 1966-cı ildən isə “Kitablar 
al
əmində” (1993-cü ilə  qədər)  jurnallarının  texniki  və  bədii redaktoru 
olmuşdur. “Göyərçin” jurnalının tərtibatında fəal iştirakına görə ona jurnalın 
n
əşrə  başlanmasının  10  illiyi  münasibəti ilə  respublika Ali Sovetinin Fəxri 
F
ərmanı  verilmişdir.  Səlim  Əhmədov 1967-ci ildə  SSRİ  “Mətbuat  əlaçısı” 
adına  layıq  görülmüşdür  [9,  310-311]. Qeyd etmək  lazımdır  ki,  Səlim 


75 
 
Əhmədovun texniki tərtibat verdiyi kitablar diplomlara layiq görülmüşdür. O 
cüml
ədən  M.P.Vaqifin  “Əsərləri” (“Azərnəşr”  -  1968), “Azərbaycan 
Kommunist  Partiyası  Sov.İKP-nin  qabaqcıl  dəstəidir”, “Sovet Azərbaycanı 
SSRİ  xalqlarının  qardaşlıq  ailəsində”  kitabları  (“Azərnəşr”  –  1980) məhz I 
d
ərəcəli diplomlara layiq görülmüşdür [9, 311].  
V.İ.Leninin  “Azərnəşr”də  1970-ci  ilin  mart  ayında  külliyatın  IV 
n
əşrinin  son  cildi  başa  çatdı.  Nəşriyyatın  əməkdaşlarından  M.Qasımov, 
M.Quliyev,  S.Əhmədov,  S.Mirkişiyev  S.Mirzəyeva, M.Muradova, 
P.M
əşədiyeva  Ə.Əliyeva  yubiley  nəşrlərinin  vaxtında  və  keyfiyyətlə  nəşrə 
hazırlanması  üçün  səylə  çalışmışdılar.  Bununla  bağlı  “Azərnəşr”in  bir  qrup 
n
əşriyyatçı  və  poliqrafçılarına  fəxri adlar verildi. Həmin  poliqrafçıların 
sırasında Səlim Əhmədov da var idi. Beləliklə, 1970-ci ildə Səlim Əhmədov 
“Əməkdar poliqrafçı” adına layiq görülür.  
V.İ.Leninin seçilmiş əsərlərindən texniki tərtibat işinə başlayan Səlim 
Əhmədov  sonralar  Karl  Marksın,  F.Engelsin  Azərbaycan dilində  çıxmış 
əsərlərinin texniki redaktoru olmuşdur. 
V.İ.Leninin  əsərləri  külliyyatının  55  cildliyinin  (V  nəşr)  nəşrə 
hazırlanmasında da Səlim Əhmədovun əməyi əvəzsizdir. Məhz bu 55 cildlik 
tam 
əsərlər  külliyyatının  nəşrə  hazırlanmasında  və  buraxılmasında  xüsusi 
xidm
ətləri olan bir qrup  işçiyə  Azərbaycan SSR fəxri adlar verilir. Bu 
n
əşriyyat işçiləri arasında Səlim Əhmədov da var idi [9, 312]. Səlim Əhmədov 
partiya v
ə dövlət rəhbərlərinin bir çox əsərləri və çıxışlarının, Qurani-Kərimin 
n
əşrinin  maketinin,  dahi  Azərbaycan  şairi  Məhəmməd  Füzulinin 6 cildlik 
əsərlər, dünya klassiklərindən L.Tolstoy, R.Taqor, T.Drayzer və başqalarının 
əsərlər külliyyatlarının və s. əsərlərin texniki redaktoru olmuşdur.  
S
əlim Əhmədov 1986-cı ildə “Əmək veteranı” [9, 314], habelə Mediya 
mükafatı  laureatı  “Nailiyyət” diplomu (2001), ittifaq və  respublika səviyyəli 
müxt
əlif fəxri fərmanlarla təltif olunmuşdur. Texniki redaktə etdiyi kitablardan 
bir çoxu Ümmumittifaq, Zaqafqaziya v
ə  Respublika müsabiqələrində 
diplomlara  layiq  görülmüşdür  [9,  314].  Həmçinin,  S.Əhmədovun redaktə 
etdiyi kitablar arasında ümummilli liderimiz Heydər Əliyevin bir sıra çıxış və 
m
əruzələri,  əsərləri, habelə  onunla  bağlı  “Qəsd”, “Biz öz yurdumuza 
qayıdacağıq”,  “Heydər  Əliyev  çörəyi”, mərhum akademik Həsən  Əliyevin, 
akademik Z
ərifə  Əliyevanın  əsərləri,  tanınmış  naşir  və  ziyalı  Əjdər 
Xanbabayevin r
əhbərliyi ilə 1990-cı ilin yanvarında gizli çapdan çıxmış “Qara 
Yanvar” kitabı və s. vardır.   
1984-cü ild
ən respublika əhəmiyyətli fərdi təqaüdçü S.Əhmədov 1992-
ci ild
ən  “Ümumittifaq  Günahsız  Qurbanlar  Assosiasiyası”  Azərbaycan 
Şöbəsinin üzvüdür.  
“Az
ərnəşr”də  çap edilən  kitabların  gözəl  olmasına,  yayılmasına  təsir 
göst
ərən  əsas vasitələrdən biri bədii  redaktorların,  rəssamların  seçilməsi, 


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə