M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə124/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   120   121   122   123   124   125   126   127   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

356 

 

sinə veribdir. Minsk qrupuna 12 dövlət daxildir. Heydər  Əliyev 



Azərbaycanın dövlət başçısı kimi fəaliyyətə başladığı vaxtdan ATƏT-lə, 

onun Minsk qrupu ilə  sıx  əməkdaşlıq etmiş  və münaqişənin aradan 

qaldırılmasında ATƏT-in fəaliyyətinə, xüsusilə Minsk qrupu vasitəsi ilə 

üstünlük  şəraiti yaradılmasına daim çalışmışdır. Çünki, о bu yolu 

münaqişəyə son qoyulması üçün ən etibarlı yol, mövcud imkanların  ən 

etibarlısı hesab edirdi. Xüsusilə ATƏT-in nümayəndələri ilə, Minsk 

qrupunun başçıları ilə  dəfələrlə görüşmüş, söhbətlər aparmış ATƏT-in bu 

məsələlərə bilavasitə qanşmasına, onun hətta təşəbbüsü öz əlinə almasına 

üstünlük vermişdi. Problemlərin həllinin reallaşmadığına baxmayaraq, öz 

fəaliyyətini daha da genişləndirmişdi. Azərbaycan Respublikası Prezidenti 

ATƏT-in zirvə görüşləri vasitəsilə Ermənistan-Azərbaycan münaqişəsini, 

Dağlıq Qarabağ  məsələsini reallığa  əsaslanan, obyektiv olaraq həll 

edilməsinə zəmin yaradılmasına çalışırdı. 

Müstəqil Azərbaycan Respublikası yaranandan sonra Azərbaycanın 

iştirak etdiyi ATƏT-in ilk zirvə görüşü 1992-ci ildə Helsinkidə olmuşdur. 

1994-cü ilin dekabr ayında Macarıstanın Budapeşt  şəhərində keçirilən 

ikinci zirvə görüşündə Heydər  Əliyevin başçılığı ilə nümayəndə heyəti 

iştirak etmişdir. Üçüncü görüş 1996-cı il dekabrm 2-3-də Portuqaliyanın 

Lissabon  şəhərində olmuşdur. Bu görüşdə  də Azərbaycan Respublikası 

Prezidentinin rəhbərliyi altında nümayəndə heyəti iştirak etmişdir. 

Dördüncü görüş 1999-cu ilin noyabrında İstanbulda keçirilmişdir. 

Birinci görüşdə  о vaxtkı Azərbaycan Respublikası Prezidenti Əbülfəz 

Elçibəy başda olmaqla Helsinkidə nümayəndə heyəti iştirak etməsinə 

baxmayaraq, zirvə görüşünün Azərbaycanda olan sənədlərində Azərbaycan, 

Azərbaycan-Ermənistan münaqişəsi, Dağlıq Qarabağ haqqında məsələnin 

qoyulması haqqında heç bir məlumat yoxdur. 1996-cı ilin dekabrında 

Azərbaycan Respublikası Prezidenti Heydər  Əliyevin xarici siyasət 

məsələləri üzrə dövlət müşaviri işləyən Vəfa Quluzadə televiziya 

musahibəsində 1992-ci ilin sonunda Helsinkidə keçirilən ATƏM 

müşavirəsində  iştirakı zamanı yadında qalan təəssüratlardan danışarkən  о 

vaxtkı prezident Ə.Elçibəyin və xarici işlər naziri T.Qasımovun «fəaliyyəti» 

haqqında demişdi: «Gülməli vəziyyət yaranırdı. Məsələn,  ən mühüm 

məqamlarda Azərbaycan nümayəndə heyəti heç salonda oturmurdu. 

...Mənim tələbə dostum Əbülfəz Elçibəy utandığından dövlət 

başçılarınınbirinə də yaxın durmurdu. Onda mən gedib Buşun qolundan 

  



M İ L L İ  K İ T A B X A N A

____________________________________

357 

 

tutub dedim ki, hörmətli prezident, bizim prezident özünü Sizə  təqdim 



etmək istəyir. Onlar bir-birinin əlini sıxanda bütün dünya mətbuatı  şəkil 

çəkdi. Lakin orada bir nəfər də azərbaycanlı mətbuat işçisi yox idi, ona görə 

bizim mətbuatda heç bir şəkil də çıxmadı».

1

 



1994-cü il dekabrın 5-6-da ATƏM-in üzvü olan ölkələrin dövlət 

başçılarının Budapeştdə keçirilən zirvə toplantısı xüsusilə yadda qaldı. Qeyd 

etmək lazımdır ki, Avropada Təhlükəsizlik və  Əməkdaşlıq Müşavirəsi 

(ATƏM) 1975-ci ildə Finlandiyanın Helsinki konfransında yaradılmışdı. 

Azərbaycan dövlət müstəqilliyi  əldə edəndən sonra onun bütün zirvə 

görüşlərində ölkə prezidenti iştirak etmişdir. Budapeşt görüşündə Avropada 

Təhlükəsizlik və  Əməkdaşlıq Müşavirəsinin möhkəmləndirilməsi və 

gücləndirilməsi məsələləri müzakirə edilməli idi. Azərbaycan Respublikası 

Prezidenti bu məsələlərin müzakirəyə qoyulmasmı müdafiə  edirdi. ABŞ 

prezidenti Bill Klinton hələ zirvə görüşü qabağı Azərbaycan Respublikası 

Prezidenti Heydər  Əliyevə göndərdiyi məktubda öz fikirlərini yazmışdı. 

Heydər  Əliyev isə dekabrın 2-də ona göndərdiyi cavab məktubunda 

Azərbaycanın mövqeyini bildirmişdi. O, Budapeşt şəhərinə yola düşməzdən 

əvvəl dekabrm 4-də Binə hava limanmda jurnalistlərə verdiyi 

müsahibəsində Azərbaycanın mövqeyini açıqlayırdı: «ATƏM təşkilatı 

güclənməlidir, daha böyük fəaliyyət göstərməlidir, yeni Avropanın 

yaranması üçün, yeni Avropanm inkişafı üçün bu təşkilatın fəaliyyəti 

bundan sonra daha da artıq olmalıdır. Biz bir Avropa dövləti kimi və 

Avropa birliyinə daxil olan bir dövlət kimi ATƏM Təşkilatının 

güclənməsinin tərəfdarıyıq. Bu mövqelərimizi orada bildirəcəyik».

2

 

Heydər  Əliyev eyni zamanda Budapeşt Zirvə görüşündə Ermənistanla 



Azərbaycan arasında  müharibə  məsələlərinin ilk dəfə olaraq gündəliyə 

salındığını qeyd edir və bu görüşdən çox şeylər gözlədiyinə ümüd 

bəslədiyini vurğulayırdı. 

Heydər  Əliyev ATƏM-in üzvü olan ölkələrin dövlət və hökumət 

başçılarının toplantısında birinci dəfə idi ki, iştirak edirdi. Onun başçılığı ilə 

Azərbaycan nümayəndə heyətinin diplomatik fəaliyyəti, dövlət və hökumət 

başçıları ilə keçirilən görüşlər, Avropada və Qafqaz regionunda təhlükəsiz- 

 

 



 

                                                 

1

 

Lissabon sammiti 1996. Bakı, 1997, səh.287



 

2

 



Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. II kitab. Bakı, 1997, səh.572 

  

 




M İ L L İ  K İ T A B X A N A

____________________________________

358 

 

  



lik və əməkdaşlığa dair irəli sürülən təkliflər zirvə toplantısının işinə böyük 

təsir etmişdi. Onun iştirakı  və  dərin məzmunlu çıxışı sammitdə böyük 

təəssürat oyatmış  və müzakirə olunan məsələlərin konstruktiv həll 

edilməsində öz rolunu oynamışdır. Müşahidəçilərin fikrinə görə, 

Azərbaycan Respublikası Prezidenti Heydər  Əliyevin bütün məsələlərdə 

konkret və konstruktiv çıxış etməsi sammitin işinə böyük kömək etmiş, ona 

işgüzarlıq rahu və dinamizm gətirmiş, həmçinin ATƏM-i və onun Minsk 

qmpunu passivlikdən, fəaliyyətsizlikdən, eyni zamanda onun rolunu heçə 

endirməyə çalışan qüvvə  lərin qeyri-sağlam münasibətindən qurtarmaq 

sahəsində mühüm addım olmuşdu. 

Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev sammitdəki çıxışında 

iki  əsas məsələnin həll edilməsi zərurətini  əsaslandırmış  və onların qəbul 

edilməsinə nail olmuşdu. Bunlar aşağıdakılardır: 

1) Son 


illərdə dünyada baş verən əsaslı dəyişikliklərlə əlaqədar olaraq 

ATƏM-in fəaliyyəti təkmilləşməli, Yeni Avropaya rəhbərlik edəcək aparıcı 

və  həlledici bir təşkilata çevrilməlidir. «Müasir şəraitdə... Yeni Avropaya, 

sərhədlərin və nüfuz dairələrinin olmayacağı Avropaya təkmilləşmiş ATƏM 

gərəkdir».

1

 



2) ATƏM-ə  məxsus çoxmillətli sülhü mühafizə qüvvə  lərinin 

yaradılması  və Avropanın münaqişəli regionlarına göndərilməsi, münaqişə 

rayonlarında sabitlik, dinclik yaradılmasında ondan istifadə edilməsi ideyası 

Heydər Əliyev tərəfindən belə əsaslandırılırdı: «Son illər, xüsusən mən bu 

işlə məşğul olduğum vaxt çoxları dəfələrlə mənə demişdilər ki, ATƏM heç 

zaman sülhməramlı qüvvələr yarada bilməz və bu mümkim deyil... Ancaq 

mən daim inanırdım ki, ATƏM-in sülhü mühafizə qüvvələrini yaratmaq 

olar. Mən bundan ötrü çalışırdım, bütün səylərimi də buna yönəltmişdim».

2

 

Ciddi müzakirələrdən sonra son mərhələdə ABŞ ilə Rusiya arasında  



danışıqlarda qətnamə  əldə olunması reallaşdı  və dekabrın 6-da sülhü 

mühafizə qüvvələri yaradılması haqqında  qərar qəbul edildi. 

Azərbaycan Respublikası Prezidenti Budapeşt sammitində erməni 

təcavüzü nəticəsində respublikamızın  ərazisinin 20%-nin işğal edilməsi, 

işğal olunmuş rayonların adları haqqında  sammit iştirakçılarına məlumat 

verdi. Müharibə nəticəsində 20 mindən çox adamın həlak olması, təqribən 

 

 

                                                 



1

 

Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. II kitab, Bakı, 1997, səh.573



 

2

 



Yenə orada, səh. 579

 

 




Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə