M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə126/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   122   123   124   125   126   127   128   129   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

362 

 

sinə  əsaslanaraq, xalqının və dövlətinin dünya dövlətləri birliyində 



nüfuzunun saxlanması  və mövqeyinin möhkəmlənməsi naminə belə  qərar 

qəbul etdi. Bu onun möhkəm iradəsindən və inamından irəli gəlirdi. 

Dekabrın 1-də, zirvə görüşü işə başlamamışdan əvvəl, dekabrın 2-də, 3-

də bir çox görüşlər keçirdi. Eyni zamanda sammit işinə başlayandan sonra 

hətta tənəffüslər zamanı, Portuqaliya prezidentinin, baş nazirinin təşkil 

etdikləri qəbullar zamanı dövlət və hökumət başçıları ilə  fərdi görüşlər 

keçirir, danışıqlar apanr, Azərbaycanın mövqeyini izah edirdi. Bu, çox-saylı 

görüşlərlə yanaşı, həmin məsələləri müzakirə etmək və müəyyən dəstək 

almaq üçün bir neçə dövlət və hökumət başçıları ilə, xarici işlər nazirləri ilə 

xüsusi, ayrıca və müstəqil görüşlər keçirirdi. 

«ABŞ-ın vitse-prezidenti Albert Qor ilə, Rusiyanın baş naziri, bu ölkənin 

nümayəndə heyətinin başçısı Viktor Çernomırdinlə, Türkiyənin prezidenti 

Süleyman Dəmirəllə, Finlandiyanm prezidenti Marti Ahtisaari ilə, 

Ukraynanın prezidenti Leonid Kuçma ilə, Portuqaliyanın baş naziri Antonio 

Qutyerreslə,  İsrailin baş naziri Netanyahu ilə, Qazaxıstanın prezidenti 

Nursultan Nazarbayevlə, Gürcüstanın prezidenti Şevardnadze ilə, ATƏT-in 

hazırkı  sədri,  İsveçrənin xarici işlər naziri Flavio Kotti ilə bir neçə  dəfə

Ermənistanın prezidenti Ter-Petrosyanla, Rusiyanın xarici işlər naziri 

Yevgeni Primakovla, Almaniyanın xarici işlər naziri Klaus Kinkellə, Böyük 

Britaniyanın xarici işlər naziri Malkolm Rifkindlə, Fransanın xarici işlər 

naziri Erve de Şarettlə, ABŞ dövlət katibinin müavini xanım Linn Devislə 

xüsusi görüşlər keçirdim, müzakirələr apardım, mövqelərimizi izah etməyə 

çalışdım».

1

 



Heydər  Əliyev dekabrın 2-də Levon Ter-Petrosyanla da görüşür,  ətraflı 

danışıqlar apardı. Ona başa salmaq istəyirdi ki, 20-ci paraqrafa veto 

qoyması düzgün deyil, bu paraqrafın qəbul olunması  gələcək danışıqlara 

xeyli kömək edə bilər. Ancaq böhtançı danışıqlarla о öz dediyinin üstündə 

durmuşdu. Razılıq əldə edilmirdi. 

Lissabon zirvə görüşündə Azərbaycan Respublikası Prezidenti olduqca 

məzmunlu, inandırıcı,  ətraflı nitq söylədi. Onun nitqi sərt qoyulmuşdu və 

bütün reallıqları açıb göstərirdi. Dərin məzmunlu nitqində Ermənista- 

  

                                                 



1

 

Lissabon sammiti, Bakı, 1996, səh. 49-110 



 


M İ L L İ  K İ T A B X A N A

____________________________________

363 

 

nın Azərbaycana təcavüz etdiyini, onun təcavüzkar olduğunu, Ermənistanın 



Azərbaycan torpaqlarını  işqal etdiyini, onun işqalçı olduğunu açıqladı. 

Ermənistan-Azərbaycan münaqişəsinin, Dağlıq Qarabağ münaqişəsinin həll 

edilməsində qeyri-konstruktiv mövqe tutduğunu, Ermənistanın Dağlıq 

Qarabağı müstəqil dövlət etmək məqsədini göstərib, Azərbaycanın bunların 

heç biri ilə razılaşmayacağını bəyan etdi. Nitqin ikinci hissəsində H.Əliyev 

problemin sülh yolu ilə  həll edilməsində özünün əsaslandırılmış fikirlərini 

irəli sürdü. Həm də Ermənistan rəhbərlərinə, xalqına müraciətlə bildirdi ki, 

səkkiz il davam edən münaqişə indiyə kimi onlara bir şey verməyib və 

verməyəcəkdir. Sülh danışıqları aparmaq lazımdır. Eyni zamanda Dağlıq 

Qarabağ ətrafında danışıqlar üçün prinsiplərini də irəli sürdü.

1

 

Azərbaycan Respublikası Prezidentinin diplomatik fəaliyyətinin təsiri



onun inandırma qabiliyyətinin nəticəsi olaraq sammitdə  iştirak edən 54 

dövlətdən 53 dövlət Ermənistanm mövqeyini pislədi. ATƏT-in fəaliyyətdə 

olan sədri Heydər  Əliyevin razılığı ilə 53 dövlət adından bəyanat verməli 

oldu. Həmin üç prinsip də bəyanatda öz əksini tapmışdı. Həmin bəyanatın 

mətni belə idi: 

«ATƏT-in fəaliyyət göstərən sədrinin bəyanatı: 

Hamınız bilirsiniz ki, son iki ildə Dağhq Qarabağ münaqişəsinin həll 

edilməsində  və Azərbaycan Respublikasının  ərazi bütövlüyü 

məsələsində tərəqqi əldə olunmayıb. 

Təəssüf edirəm ki, tərəflərin tənzimləmə prinsiplərinə dair fikirlərini 

bir-birinə yaxınlaşdırmaq üçün Minsk konfransı həmsədrlərinin səyləri 

uğursuz olub. 

Minsk qrupunun həmsədrləri tərəfindən Dağlıq Qarabağ 

münaqişəsinin nizama salınmasını  təşkil edəcək üç prinsip tövsiyə 

edilibdir. Həmin prinsiplər Minsk qrupunun üzvü olan bütün dövlətlər 

tərəfindən dəstəklənir. Onlar aşağıdakılardır: 

- Ermənistan Respublikasının və Azərbaycan Respublikasının 

ərazi bütövlüyü; 

- Azərbaycanın tərkibində Dağlıq Qarabağa  ən yüksək özünü-

idarəetmə dərəcəsi verən hüquqi status; 

  

  

  



 

                                                 

1

 

Lissabon sammiti 1996. Bakı, 1997, səh. 127-128; «Azərbaycan» qəzeti   7 dekabr 1996-cı il 



 


M İ L L İ  K İ T A B X A N A

____________________________________

364 

 

 



-

 

Dağlıq Qarabağ  və onun bütün əhalisinin təminatlı 



təhlükəsizliyi. Təəssüf edirəm ki, Ermənistan bunu qəbul edə bilmədi. 

Bu prinsiplər bütün digər iştirakçı dövlətlər tərəfindən dəstəklənir.  

Bu bəyanat Lissabon sammitinin sənədlərinə daxil olacaq».

1

 

Lissabon sammitinin mühüm nəticələri və  əhəmiyyəti vardır.  О 

Azərbaycanın mövqeyini, ədalətli tələblərini, haqq işini bütün dünyaya 

çatdırdı. Lissabon sammitinin iştirakçıları, 53 dövlətin rəhbərləri 

Prezidentimiz Heydər  Əliyevi müdafiə    edib  dəstəklədi. O, sammitdən 

qayıtdıqdan sonra respublika ictimaiyyəti nümayəndələri ilə görüşdə bu 

faktı qeyd edirdi: «mən sammitin ümumi sənədinə «veto» qoyandan sonra 

mənimlə aparılan danışıqlarda heç bir nümayəndə heyəti, heç bir dövlət 

başçısı buna görə  mənə irad tutmadı. Hər bir kəs bildirdi ki, mənim bu 

addımım əsaslıdır, buna hüququm var. Nəinki hüququm var, əsasım da var. 

Yəni, doğrudan da, bu prinsiplər ümumi sənəddə olmalıdır». 

Lissabon sammitinin daha bir müsbət nəticəsi ondan ibarət idi ki, həmin 

günlər bütün dünya ictimaiyyəti, dünyanın bütün informasiya orqanlarının 

diqqəti ora cəlb olunmuşdu. Onların bu prosesi izləməsi məsələnin həlli 

yollarını dərindən araşdırması və öyrənməsi nəticəsində Azərbaycanın haqlı 

olmasını  yəqin etdilər. Azərbaycan nümayəndəliyi Prezidentimiz Heydər 

Əliyevin başçılığı altında Ermənistan-Azərbaycan münaqişəsinin 

mahiyyətini həm zirvə görüşünün iştirakçılarına, həm də bütün dünya 

ictimaiyyətinə çatdırdı. 

1999-cu il noyabrın 18-də  İstanbulda ATƏT-in zirvə görüşü keçirildi. 

Bu, Heydər  Əliyevin Azərbaycanı  təmsil etdiyi üçüncü, Azərbaycanın 

iştirak etdiyi dördüncü zirvə görüşü idi. Azərbaycan Respublikası Prezidenti 

noyabrın 18-də zirvə görüşündə söylədiyi nitqində ATƏT-in və onun üzvü 

olan dövlət və hökumət başçılarının diqqətini Azərbaycanın düşdüyü 

aşağıda göstərilən ağır vəziyyətə yönəltdi. Bildirdi ki, altı ildən çox bir 

müddətdə suveren Azərbaycanın  ərazisinin beşdə bir hissəsi erməni silahlı 

qüvvələrinin işğalı altında qalmışdır, Ermənistan tərəfindən həyata 

  

 



                                                 

1

 



Heydər Əliyev. Azərbaycanın ərazi bütövlüyünün, haqq işinin dünya miqyasında dəstəklənməsi yolunda uğurlu 

addım, diplomatiyamızın mühüm nailiyyəti. -«Azərbaycan» qəzeti, 7 dekabr 1996-cı il

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə