M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə128/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   124   125   126   127   128   129   130   131   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

368 

 

«Hesab edirəm ki, son təklif Azərbaycana qarşı edilən böyük bir təxribat 



idi və biz onu tamamilə rədd etdik».

1

 



Bu üçüncü təklifin hazırlanmasında,  əsasən, Rusiyadan olan həmsədr 

daha çox fəallıq göstərmişdi. Təklifin müəlliflərinə aydın idi ki, Azərbaycan 

onu qəbul etməyəcəkdir. Bu faktdan istifadə edərək Azərbaycanı qeyri-

konstruktiv mövqe tutan bir tərəf kimi qələmə verib onu beynəlxalq 

aləmdən tamamilə təcrid etmək, təkləmək məqsədi qarşıya qoyulmuşdu. Bu 

daha təhlükəli hərəkət idi. Məhz Heydər Əliyevin çevik diplomatik hərəkəti 

nəticəsində bunun qarşısı alındı. Həmin dövrdə Bakıda olan ATƏT-in icraçı 

sədri, Polşanın xarici işlər naziri B.Gersmiklə görüşündə üçüncü təklifin 

mahiyyətini və  nə ilə  nəticələnə biləcəyəni ona izah etdi. Onu inandırdı. 

Nəticədə ATƏT-in üzvü olan ölkələrin xarici işlər nazirlərinin 1998-ci ilin 

dekabrında Stokholmda keçirilən iclasında Azərbaycanın təcrid edilməsi 

təhlükəsi aradan qaldırıldı. 

Beləliklə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini 

öz üzərinə götürən ATƏT-in və onun Minsk qrupunda sabit mövqeyin 

olmaması, onun ikili standart siyasəti hələ məsələnin həlli üçün real imkan 

yarada bilməmişdir. Eyni zamanda böyük ölkələrdə, ABŞ-ın Konqrensində 

də, yaxud başqa ölkələrin parlamentində Ermənistana olan doğma 

münasibət, Azərbaycana isə qeyri-səmimi münasibət də münaqişənin 

həllinin uzaldılmasının  əsas səbəblərindəndir. Azərbaycan Respublikası 

Prezidenti bunu aydın görür, bütün nüfuzlu, böyük təşkilatlar, sammitlər 

qarşısında açıq şəkildə bildirirdi: «Mən bunu açıq demişəm və Strasburqda 

çıxış edəndə  də dedim. Bütün Avropa Şurasmm qarşısında da dedim ki, 

dünyada ikili standartlardan əl çəkmək lazımdır. Bu gün də deyirəm ki, 

dünyada ikili standartlar mövcuddur... Bu ikili standart indi Ermənistan-

Azərbaycan münaqişəsində tətbiq olunur».

2

 



Azərbaycan Respublikası Prezidenti 2001-ci il 23 fevral tarixli Milli 

Məclisdəki nitqində açıq şəkildə, cəsarətlə bəyan etdi ki, aparılan bütün 

 

 

  



                                                 

1

 



Heydər Əliyev. Milli Məclisin 23 fevral 2001-ci il tarixli iclasında nitqi. - «Azərbaycan» qəzeti, 24 fevral 2001-

ci il, səh.2

 

2

 



Yenə orada

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

369 

 

danışıqlardan, Minsk qrupunun verdiyi təkliflərdən aydın olur ki, bunlar 



Dağlıq Qarabağa müstəqilliyə yaxın bir status vermək, yaxud müstəqillik 

vermək istəyirlər. Biz buna razı olmamalıyıq və razı ola bilmərik. 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin 1992-ci 

ildən ATƏT-in müstəvisinə keçirildiyi vaxtdan, xüsusilə Heydər  Əliyevin 

Azərbaycan Respublikası Prezidenti seçilməsindən sonra bu təşkilatla 

Azərbaycanın, onun prezidentinin sıx  əlaqəsi yaradılmışdır. Bu faktı qeyd 

etmək lazımdır ki, 1992-2000-ci illərdə prezident Heydər Əliyevin ATƏT-in 

rəhbərliyi ilə, Minsk qrupunun təmsilçiləri ilə 130-dan çox görüşü 

keçirilmişdir. Qeyd etmək lazımdır ki, bu görüşlərdə Azərbaycan 

Respublikası Prezidenti onları diqqətlə dinləməklə öz mövqeyini açıqlamış 

və eyni zamanda Minsk qrupunun fəaliyyətində olan çatışmazlıqları, 

xüsusilə, ikili standartlar siyasəti yeritməsini, ögey-doğmalıq münasibətini, 

Ermənistanın Azərbaycana təcavüzünü qeyd etməməsini və s. ikili 

mövqeyini ciddi tənqid etmişdir. 

1999-cu ilin aprelindən Dağlıq Qarabağ münaqişəsini nizama salmaqda 

yeni format, Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa dialoqu 

meydana gəlmişdir. Azərbaycan Respublikası Prezidentinin görüşlərdə 

olduqca konstraktiv təkliflərinə baxmayaraq, Ermənistan prezidentinin 

qeyri-konstuktiv mövqeyi hər dəfə özünü göstərirdi. 

Azərbaycan Respublikası Prezidenti Heydər  Əliyev Ermənistan-

Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll etməkdə ciddi çətinliklərlə 

qarşılaşır, təzyiqlərə  məruz qalırdı. Lakin təmkinlə, inamla onları aradan 

qaldırmağa nail olurdu. Hələ son vaxtlara kimi Ermənistan-Azərbaycan, 

Dağlıq Qarabağ münaqişəsini iki ölkə arasında  yox, Azərbaycanla Dağlıq 

Qarabağ arasındakı münaqişə kimi qələmə verirdilər. Ermənistanı bu 

münaqişəyə qatmırdılar. O, belə müddəalara təkzib edirdi. Sübut edirdi ki, 

bu  əslində Ermənistanla Azərbaycan arasındakı münaqişədir.  Əgər 

belədırsə, qoy Ermənistan kənara çəkilsin, biz özümüz Dağlıq Qarabağla nə 

edə bilərik, öz işimizdir.  Əslində artıq 11 ildir ki, bunlar bir ölkədir. Bu 

həqıqəti isə heç kəs tanımaq istəmir. Bunları tutarlı  dəlillərlə  rədd edərək 

Heydər Əliyev «Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi» 

  

 



 

  

  




M İ L L İ  K İ T A B X A N A

____________________________________

370 

 

formulasını əsaslandırmağa müvəffəq ola bildi. Özünün dediyi kimi «... bu 



formulanı insanların beyninə mən yeritmişəm».

1

 



Azərbaycan-Ermənistan prezidentləri arasında danışıqlar aparılan, 

görüşlər keçirilən vaxt başqa yolla Heydər Əliyevə təsir etmək istəyirdilər. 

Heydər  Əliyevə müraciət edirdilər ki, «Siz nə bilim, güclü lidersiniz, 

iradəlisiniz... Siz məsələni həll edin. Deyirlər ki, Ermənistan yazıqdır, 

Ermənistan kasıbdır.... Ermənistanın iqtisadiyyatı  ağırdır, belədir, elədir».

2

 



Bütün bunlara da əsaslı cavab verildi. 

Cənab prezidentin arqumentləri dondan-dona girən bu manevrlərin nə 

məqsəd daşıdığmı açıb göstərdi və onları alt-üst etdi. İndi yaratmaq 

istədikləri «Yazıq Ermənistan» obrazının maskasını yırtdı. 

İlham Əliyev Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan 

nümayəndə heyətinin başçısı kimi, Ermənistan-Azərbaycan münaqişəsinin 

kökləri, səbəb və  məqsədlərini, Ermənistanm təcavüzkar ölkə olmasını, 

respublikamıza qarşı terror aktları  təşkil etməsini açıqlamaqda, bütün 

dünyaya yaymaqda böyük işlər görmüşdür. Təkcə bu faktı qeyd etmək 

lazımdır ki, AŞ PA-nın 2001-ci il 25 sentyabr tarixli iclasında müxtəlif 

ölkələrdən olan deputatlar dinc əhalinin məhvinə  səbəb olan terror 

aktlarının, xüsusilə, sentyabrın 11-də ABŞ-ın Nyu-York və Vaşinqton 

şəhərlərində törədilən terror aktlarını pisləmiş, terrorçuluğun yeni forma - 

siyasi forma aldığını söyləmiş və bütün dünya ölkələrini terrorçuluğa qarşı 

mübarizəyə çağırmışdılar. Azərbaycanın nümayəndə heyətinin başçısı İlham 

Əliyev Azərbaycanın terrorçuluğa qarşı mübarizədə möhkəm mövqeyini 

bəyan etməklə respublikamızın terrorizmə qarşı mübarizədə Amerika 

Birləşmiş  Ştatları ilə bir alyansda olduğunu, bütün demokratik dünya ilə 

birlik və dünyada terrorizmə son qoymaq üçün əlindən gələn töhfəni 

verməyə hazır olduğunu bildirmiş, eyni zamanda Ermənistanın 

nümayəndəsi - xarici işlər nazirinin ənənəvi erməni böhtançılığı  və 

iftiraçılığını həqiqi faktlar və dəlillərlə ifşa etmişdi. 

  

                                                 



1

Heydər Əliyev. Milli Məclisin 23 fevral 2001-ci il tarixli iclasında nitqi. - «Azərbaycan» qəzeti, 24 fevral 2001-ci 

il, səh.2

  

2



 

Yenə orada 

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə