M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə130/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   126   127   128   129   130   131   132   133   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

374 

 

texniki bazası qurulmasaydı, respublikadan kənarda Azərbaycan üçün 



yüksək ixtisaslı mütəxəssislər, xüsusən, milli hərbi kadrlar hazırlanmasaydı, 

elmi-tədqiqat institutlarında fundamental elmin inkişafı təmin olunmasaydı, 

şübhəsiz, Azərbaycanın bu gün müasir sivilizasiyaya cavab verən böyük 

elmi, milli təhsil sistemi və zəngin mədəniyyəti də ola bilməzdi. Müqayisə 

üçün deyək ki, təkcə Heydər  Əliyevin Azərbaycana rəhbərliyinin birinci 

mərhələsində, yəni 1969-1982-ci illərdə Azərbaycanın müxtəlif 

bölgələrində,  şəhər və  kəndlərində 350 mindən çox şagird yeri olan 849 

ümumtəhsil məktəbi tikilib istifadəyə verilmişdi.

1

 

Bu illərdə texniki-peşə  təhsili məktəblərinin sayı 76-dan 184-ə, ali 



məktəblərin sayı isə 12-dən 17-yə çatdırılmışdı. Respublikadan kənarda 

Azərbaycan üçün təhsil almağa göndərilənlərin sayı 1969-cu ildəki 47 

nəfərdən, 1975-ci ildə 14 dəfədən çox artaraq 700 nəfərə yaxın, sonrakı 

illərdə  hər il 1000-1400 nəfərə yüksəlmiş, nəticədə  о illərdə Azərbaycan 

üçün ən zəruri ixtisaslar üzrə 15 mindən artıq mütəxəssis hazırlanmışdı.

2

 Bu 



illərdə Azərbaycanda Elmlər Akademiyası böyük inkişaf yolu keçmiş, 

fundamental elmi araşdırmalar sahəsində 2280 elmi, elmi-texniki və xalq 

təsərrüfatı  əhəmiyyətli nəticələr alınmış, xeyli yeni tədqiqat institutları 

yaranmış, Azərbaycan elmi keçmiş SSRİ-də öncül yerlərdən birinə 

yüksəlmişdi.

3

 



Təhsil sahəsində  о illərdə qazanılmış bütün bu böyük tarixi nailiyyətlər 

Heydər Əliyevin adı, ideyaları və titanik fəaliyyəti ilə bağlıdır. 

Bu mənada tam əsasla və böyük iftixar hissilə deyə bilərik ki, bu gün 

müstəqil Azərbaycanda təhsilin, elmin, bütövlükdə  mədəniyyətin  əsasları 

məhz  о illərdə yaradılmış  təməl üzərində yüksəlmişdir. Lakin təəssüflə 

bildiririk ki, Heydər  Əliyevin müvəqqəti olaraq siyasi hakimiyyətdən 

uzaqlaşdırıldığı illərdə onun başladığı  və uzun illər böyük uğurla həyata 

keçirdiyi mədəni quruculuq işlərində,  о cümlədən, Azərbaycan təhsilində, 

Azərbaycan elmində sözün həqiqi mənasında tənəzzül, geriləmə prosesləri 

başlandı. Azərbaycan elmi və  təhsili sahəsində formalaşmış mütərəqqi 

ənənələr unuduldu, Azərbaycandan kənarda Vətən üçün kadr hazır- 

 

                                                 



1

 

Əsrlərə bərabər 30 il. Bakı, 1999, səh. 17



 

2

 



Heydər Əliyev. Təhsil millətin gələcəyidir. Bakı, 2002, səh. 33-37,43

 

3



 

F.Maqsudov. Heydər Əliyev və Azərbaycan elmi. Bakı, 1998, səh.128 

  

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

375 

 

lığı kimi ümummilli işlərə son qoyuldu, elmə, maarifə, təhsilə dövlət qayğısı 



heçə endirildi, elmi müəssisələrin, təhsil ocaqlarının binaları  hərraca 

qoyuldu. Elm, təhsil, mədəniyyət sahəsində uzun illər  ərzində böyük 

zəhmətlər bahasına yaradılmış milli-mənəvi dəyərləri düzgün 

qiymətləndirməyən  о zamankı respublika rəhbərlərinin səriştəsizliyi 

üzündən elm, təhsil, mədəniyyət kimi milli dəyərlərə böyük zərbə vuraldu, 

təhsilə, elmə maraq azaldı, ölkədən xaricə beyin axını gücləndi. Müstəqil 

dövlət quruculuğunun mühüm atributlarından və təsisatlarından olan təhsil, 

elm, mədəniyyət sahəsində Azərbaycan gənclərini milli vətənpərvərlik 

ruhunda tərbiyə etmək kimi tarixi missiyanı reallaşdırmaq üçün düşünülmüş 

tədbirlər təmin edilə bilmədi, aparılan «inqilabi» yeniləşmələr nəticəsində 

elmin, təhsilin inkişafına böyük zərbələr vuruldu. 

Ölkədə müstəqilliyin  əldə olunması sayəsində geniş xalq kütlələrini 

bürümüş böyük rah yüksəkliyi milli hərəkatın hərəkətverici qüvvəsinə 

çevrilmədi. Respublikada hələ  təhsil konsepsiyası hazırlanmadan 1992-ci 

ildə 2-3 ay ərzində yaranıb qəbul edilən və tələsik icrasına başlanan «Təhsil 

Qanunu» təhsil sahəsində əsaslı islahatlar aparmaq üçün stimuldan daha çox 

əngələ çevrildi, bir sıra həlli müşkül olan yeni problemlər yaratdı. Belə ki, 

həmin qanunda normativ xarakterli müddəaların olmaması, bir çox 

maddələrin bir-birinə zidd olması, real inkişaf prosesinin nəzərə alınmaması 

nəticəsində müəllimlərin sosial vəziyyətini daha da ağırlaşdırdı, eyni 

zamanda sosial bəlaya çevrilmiş çoxsaylı qeyri-qanuni özəl təhsil 

müəssisələri açıldı. Həyat tezliklə bu Qanunun dəyişdirilməsi zərurətini 

ortaya qoydu. Müstəqilliyin ilk illərində elm və  təhsil sahəsini bürümüş 

böhran təhlükəli həddə - tənəzzül, dağılma, depressiya səviyyəsinə çatdı. 

Hələ 1970-80-ci illərdə  həyata keçirilən və özünü doğruldan ümumi orta 

icbari təhsilin ölkənin iqtisadi durumunu nəzərə almadan «Təhsil 

Qanunu»nda 8 illik icbari təhsillə  əvəz edilməsi orta təhsilə  zərbə kimi və 

geriyə doğru addım kimi qiymətləndirilməlidir. Çünki ümumtəhsilin 

strukturunun dəyişdirilməsi və  təhsilin məcmusunun zorla həmin struktura 

uyğunlaşdırılması heç bir qanunauyğunluğa  əsaslanmırdı. Ona görə  də bu 

struktur, hər  şeydən  əvvəl, təhsil islahatlarının aparılmasını  ləngidirdi. 

Nəticədə ümumi təhsil depressiyaya, geriləməyə başlamışdı. 

  

  

 




M İ L L İ  K İ T A B X A N A

____________________________________

376 

 

Azərbaycanda təhsilin düşdüyü böhran vəziyyəti və 1992-ci ildə  qəbul 



olunmuş «Təhsil Qanunu» haqqında Prezident Heydər Əliyev deyirdi: «Heç 

vaxt yol vermək olmaz ki, on illərlə yaranmış  şeyi bir gündə vurub 

dağıdasan, ondan sonra heç bilmədiyin yeni bir şey yaradasan. 1992-ci ildə 

qəbul olunmuş «Təhsil Qanunu» belə bir xarakter daşıyır. Ona görə  mən 

deyiram ki, bu «Təhsil Qanunu» Azərbaycan təhsilinə böyük bir zərbə 

vurabdur».

1

 

Heydər  Əliyev hələ keçmiş SSRİ-də Nazirlər Soveti sədrinin birinci 



müavini işlədiyi vaxtda təhsil işinə  rəhbərlik edən görkəmli, səriştəli bir 

şəxsiyyət kimi tanınırdı. 1983-cü ildən 1988-ci ilədək SSRİ-də  təhsil 

sisteminə  rəhbərlik etmişdir.  О vaxt Sovetlər  İttifaqında təhsil sistemi üç 

nazirlikdən -Maarif Nazirliyi, АН  və Orta İxtisas Təhsili Nazirliyi, Dövlət 

Texniki-Peşə  Təhsili Komitəsindən ibarət idi. Keçmiş SSRİ-də 

«Yenidənqurma» adlanan bir proses gedirdi. Özünəməxsus islahatlar 

aparılırdı. Məktəb islahatı da hazırlanırdı. Məktəb islahatı hazırlayan 

komissiyanın sədri Heydər  Əliyev idi. Onun rəhbərliyi ilə komissiya il 

yarım iş apardı. Layihə hazırlanandan sonra SSRİ Ali Sovetinin 

müzakirəsinə verilməzdən iki ay əvvəl ümumxalq müzakirəsi keçirildi. 

Rəylər öyrənildikdən sonra ümumiləşdirilir. Komissiyanın sədri Heydər 

Əliyev SSRİ Ali Sovetinin sessiyasında bu məsələ haqda məruzə ilə  çıxış 

etdi, geniş müzakirədən sonra təhsil islahatı üzrə müvafiq qərar verilmişdi... 

Buna görə  də  təhsil sahəsində böyük təcrübəyə malik olan Heydər  Əliyev 

təəccüblənirdi ki, necə ola bilər ki, iki-üç ay içərisində «Təhsil Qanunu» 

kimi məsuliyyətli və  dəqiqlik tələb edən bir qanun hazırlansın və  qəbul 

edilsin. «Ona görə də, - mən bunu bizim təhsil işçiləri və cəmiyyətimiz üçün 

deyirəm, -- 1992-ci ildə iki-üç ayın içərisində «Təhsil Qanunu» qəbul edib 

və onu icra edərək Azərbaycanın təhsilinə zərbələr vurmaq - bu Azərbaycan 

xalqına qarşı cinayət etmək deməkdir».

2

 

Azərbaycan Respublikası Prezidenti təhsil sahəsində islahatlar üzrə 



Dövlət Komissiyasının 19 aprel 1999-cu il tarixli iclasındakı nitqində 1992-

ci ildə təhsil sahəsində baş vermiş məsuliyyətsiz işlərə görə təəssüfləndiyini 

bildirirdi. Acı təcrübədən nəticə çıxarmağı məsləhət görür, təhsil sahəsində 

qəbul ediləcək qanunda və islahatlar proqramında da məsələyə çox dəqiq, 

həssas münasibət göstərilməsini tələb edirdi. 

 

 



                                                 

1

 



«Azərbaycan» qəzeti, 20 aprel 1999-cu il

 

2



 

Heydər Əliyev. Təhsil milletin gələcəyidir. Bakı, 2002, səh. 442

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə