M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə133/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   129   130   131   132   133   134   135   136   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

384 

 

 XIX-XX əsrlər tarixinin yazılması üçün mən xüsusi vəsait ayıracağam. 



Mən sizə söz verirəm ki, çox yüksək vəsait ayıracağam.

1

 



XX  əsrin sonunda Azərbaycanın XIX-XX əsrlər tarixinin yazılması 

zərurəti ondan irəli gəlirdi ki, Sovet hakimiyyəti dövründə istər yaşlı 

tarixçilər, istərsə də orta nəsil tarixçiləri təbii olaraq mövcud ideologiyanın 

və onun konsepsiyasının tələbinə görə yazdıqları tarixdə  təhriflərə yol 

vermişdilər. Heydər Əliyev bu işdə heç də onları günahlandırmırdı. О qeyd 

edirdi: «Siz də, (yəni 1997-ci il yanvarm 31-dəki görüşdə  iştirak edən 

tarixçiləri, alimləri nəzərdə tuturdu – İ.H.) bizim о yaşlı tarixçilərimiz də 

1970-ci illərdən fəallıq göstərən tarixçilərimiz də onlardan (yəni  о dövr 

ideologiyasının konsepsiyası nəzərdə tutulur-İ.H.) istifadə edirdilər».

2

 



1990-cı ildən yeni bir fikir irəli sürülmüşdü ki, 1990-cı ildən  əvvəl 

yazılan  əsərlər yaramır.  İndi başqa adamları yüksəldir və onları bir tarixi 

şəxsiyyət kimi şişirdirdilər. Beləliklə, kommunist ideologiyası vaxtında 

buraxılan səhvləri indi də başqa formada təkrar edirdilər. Tarixdə buraxılan 

səhvlər  əvvəllər bir istiqamətdə, 1990-cı ildən sonra başqa istiqamətdə 

buraxılmağa başlanmışdı. Heydər Əliyev göstərirdi ki, bəzi yeni siyasətçilər 

hesab edirlər ki, Nəriman Nərimanovdan başlanan və son dövrə, 1990-cı ilə 

qədər olan dövr tarix deyil. Bu uydurmalar, ədalətsizliklər elmin keşiyində 

duran, respublikamızın elmi nailiyyətləri ilə onu dünyada tanıtdırmağa 

böyük əhəmiyyət verən Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevi 

dəhşətə gətirmişdi.

3

 Azərbaycan Respublikası gənclərinin birinci forumunda 



(2 fevral 1996-cı il) etdiyi nitqində demişdi: «... XX əsrin  əvvəllərində

1918-ci ildə ilk Azərbaycan Demokratik Respublikası yaranmışdır. Ondan 

sonrakı dövrdə 1920-ci ildən 1991-ci ilə  qədər olan dövr Azərbaycanın 

həyatında xüsusi bir dövr olmuşdur. 

Azərbaycan müstəqil dövlət olmamışdır, ancaq Azərbaycan xalqı böyük 

bir inkişaf dövrü keçmişdir».

4

 

 



 

                                                 

1

 

Heydər  Əliyev. Azərbaycan Elmlər Akademiyasının rəhbərliyi, həqiqi və müxbir üzvləri, institut 



direktorları və aparıcı alimləri ilə görüşdə nitq. 31 yanvar 1997-ci il. - Müstəqilliyimiz əbədidir. VIII kitab. Bakı, 

1998, səh. 369

 

2

 



Yenə orada

 

3



 

Heydər Əliyev və Bakı Dövlət Universiteti. Bakı, 1997, səh.57

 

4

 



Müstəqil Azərbaycanın gələcəyi gənclərdir. Bakı, 1996, səh.20 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

385 

 

Azərbaycan Respublikası Prezidenti tərəfindən vaxtilə xalq düşməni adı 



ilə unutdurulmuş  şəxslərin adlarının tarixə qaytarılması, bərpa edilməsi 

elmdə böyük tarixi xidmətdir. Azərbaycan Xalq Cümhuriyyəti uzun illər 

tarixin unudulmuş  səhifəsi idi. Azərbaycan müstəqilliyinin bərpa 

edilməsindən sonra Xalq Cümhuriyyəti tarixinin həqiqətlərinin üzə 

çıxarılmasında, onun Azərbaycan tarixində yerinin və  əhəmiyyətinin 

göstərilməsində Heydər  Əliyevin nəinki siyasi xadim kimi, eyni zamanda 

böyük tarixçi kimi yüksək xidməti vardır. Azərbaycan Xalq 

Cümhuriyyətinin 80 illik yubileyi haqqında  prezidentin 1998-ci il 30 

yanvar tarixli sərəncamı böyük tarixi hadisə oldu. Prezident sərəncamının 

yerinə yetirilməsinin nəticəsi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin 

tarixinə dair sənədlər və materiallar külliyatı VII cilddə hazırlanıb 1998-ci 

ildə  nəşr edildi. Cümhuriyyət tarixinə dair elmi-tədqiqat işləri aparılmağa 

başlandı. Prezident Heydər  Əliyevin 1 fevral 2003-cü il tarixli fərmanı ilə 

Bakı  şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin xatirəsinə abidə 

ucaldılması qərara alındı. 

Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin göstərişi ilə MEA-

nm Tarix İnstitutu tərəfindən 7 cildlik «Azərbaycan tarixi»nin akademik 

nəşri buraxılmışdır. Ümumiyyətlə, Heydər  Əliyevin tarix elminin inkişaf 

etdirilməsində xidmətləri böyükdür. O, tarix elminin mühüm problemlərinin 

obyektiv tədqiq edilməsi sahəsində özünün konsepsiyasını irəli sürmüşdü ki, 

bu da tariximizin işlənməsində mühüm elmi-metodoloji əhəmiyyət kəsb 

edir. Son dövrə  qədər Azərbaycan tarix elmində unudulmuş  səhifələrin 

açılmasında, bir çox problemlərin təhrif edilmiş  şəkildə yazılmasının 

açıqlanmasında, tarix elmində yeni tədqiqat istiqamətlərinin meydana 

çıxarılmasında, bir çox məsələlərin yeni konsepsiyada işlənilməsinin 

metodikasının müəyyən edilməsində xidmətləri böyük elmi-nəzəri 

əhəmiyyət daşıyır. Onun azərbaycanlıların soyqırım məsələlərinin, Qərbi 

Azərbaycan tarixinin öyrənilməsinin zəruriliyini tarix elminin mühüm bir 

problemi kimi rəsmi  şəkildə  əsaslandırması tariximizə, millətimizə böyük 

elmi xidmət nümunəsidir. Heydər  Əliyev elmdə nihilızmə, diletantlığa, 

subyektivliyə, populizmə qarşı qəti mübarizə aparmağı tələb edirdi.

1

 



  

 

  



                                                 

1

Q.M.Bayramov. Heydər  Əliyev və Azərbaycan tarix elmi. - Bakı Universitetinin xəbərləri. Humanitar elmlər 



seriyası. № 1, 1998-ci il, səh. 25-48 

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə