M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə135/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   131   132   133   134   135   136   137   138   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

389 

 

Üçüncüsü, milli təhsil quruculuğunda dünya təcrübəsinin öyrənilməsini



Azərbaycanın milli xüsusiyyətlərinə uyğun gələn prinsiplərin tətbiqini vacib 

sayan Heydər Əliyev xüsusi olaraq tövsiyə edirdi ki, «Dünya təcrübəsindən 

Azərbaycanın milli xüsusiyyətinə uyğun olan prinsiplər, qaydalar təhsil 

sistemimizə tətbiq edilməlidir. Biz dünyanm bütün ölkələrində - Qərbdə də, 

Şərqdə  də  əldə olunmuş nailiyyətləri dərindən öyrənməli və onlardan 

Azərbaycan üçün müsbət xarakter daşıyan cəhətləri ölkəmizin təhsil 

sistemində tətbiq etməliyik».

1

 



Son dövrlərdə təhsil sahəsində beynəlxalq əlaqələr genişlənmişdir. 

Azərbaycan Respublikası  Təhsil Nazirliyinin beynəlxalq  əlaqələrinin 

əsas istiqamətləri tələbə, şagird və magistr hazırlığı mübadiləsi, birgə elmi 

tədqiqatlar, beynəlxalq forumlarda aktiv iştirak, beynəlxalq və regionlararası 

təhsil proqramlanna qoşulma və onların işində yaxından iştirak etməkdir. 

Azərbaycan Respublikası Avropa (1979-cu il Paris Konvensiyası) və 

Cənub-Şərqi Asiya (1983-cü HBanqkokKonvensiyası) regionlan, о 

cümlədən YUNESKO-nun Avropa Şurası ilə birlikdə hazırladığı (1997-ci il 

Lissabon Konvensiyası) təhsil sənədləri, diplomlar və elmi dərəcələrin 

qarşılıqlı tanınması haqqında  konvensiyalara qoşulmuşdur. 

Artıq Azərbaycan təhsil sisteminin nümayəndələri YUNESKO, 

YUNİSEF, YUNEVOK, İSESKO, Avropa Təhsil Fondu, Avropa Şurası və 

Avropa  İttifaqı kimi nüfuzlu beynəlxalq təşkilatların təhsil problemləri ilə 

məşğul olan qurumlarının işində  fəal iştirak edir, onların təcrübə  və 

köməyindən maksimum istifadə edirlər. 

Beynəlxalq təşkilatlarla aparılan 

əməkdaşlığın nəzərəçarpan 

nəticələrindən biri də Avropa İttifaqı  tərəfindən maliyyələşdirilən 

TEMPUS/TASİS proqramına Azərbaycan ali məktəblərinin inkişafının cəlb 

olunmasıdır. 

Bu proqramın maliyyə-texniki yardımı ilə Bakı Dövlət Universiteti, 

Azərbaycan Dövlət  İqtisad Universiteti, Dövlət  İdarəçilik Akademiyası, 

Neft Akademiyası, Dövlət Dillər Universiteti, Memarlıq və  İnşaat 

Universieti,  о cümlədən, Qərb, Xəzər və  Təfəkkür özəl ali məktəbləri iş 

aparırlar.

2

 



 

 

 



 

                                                 

1

 

Heydər Əliyev. Təhsil millətin gələcəyidir. Bakı, 2002, səh. 442



 

 

2



 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin cari arxivi. Fond 2672, siyahı 13, iş 235, 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

390 

 

Dördüncüsü, milli təhsil sahəsində islahatlar prosesi milli-mənəvi 



xüsusiyyətlərindən, milli mentalitetindən, XX əsrdə formalaşmış mütərəqqi 

milli  ənənələrindən imtin vurğulayan Heydər  Əliyev bu qənaətdə idi: 

«Azərbaycanın xüsusiyyətinə uyğun olan hər bir müsbət təklifdən istifadə 

təhsil sistemimizə tətbiq etməliyik. Ancaq indiyə qədər mövcud olan təhsil 

sistemində əldə edilmiş müsbət nəticələri və bu günün, gəle nə uyğun gələn 

hər şeyi saxlamalı və inkişaf etdirməliyik..”

1

 

Beşincisi, təhsil sahəsində islahatların  əsas məqsədi sisteminə 



inteqrasiyada, milli təhsilimizin beynəlxalq standartlara 

uyğunlaşdırılmasında görən və bunu təhsil quruculuğunun perspektiv 

istiqaməti sayan Heydər  Əliyev xüsusi olaraq vurğulayırdı: «Mən belə 

anlayıram ki, indi bizdə  təhsil sistemində islahatların  əsas məqsədi ondan 

ibarətdir ki, Azərbaycanın təhsil sistemi dünya təhsil sisteminin 

standartlarına uyğunlaşsın. Yenə  də deyirəm, Azərbaycanın təhsil sistemi 

son bət nəticələr veribdir. Ancaq Azərbaycanın təhsil sistemində təhsil alan   

insanların və xüsusən də ali məktəbləri bitirənlərin bilik səviyyəsi və onların 

biliklərini təsdiq edən sənədlər gərək dünyanm inkişaf etmiş ölkələrinin ali 

məktəblərinin bilik səviyyəsinə uyğunlaşsın. Onlarınprinsiplərinə 

uyğunlaşdırılsın ki, Azərbaycanda təhsil almış və mühəndis diplomu almış 

bir insan başqa ölkələrdə də həmin diplomla qəbul edilə və fəaliyyət göstərə 

bilsin.. .».

2

 



Altıncısı, təhsil sahəsində islahatın qısa müddətdə aparılmasının 

yolverilməzliyini diqqətə çatdıran və bunu də  zəruri amil sayan Heydər 

Əliyev deyirdi: «Yenə  də deyirəm,  əgər iqtisadiyyat sahəsində islahatları 

keçirmək üçün bir il, iki il yc ondan da çox vaxt tələb edilirsə, təhsil 

sahəsində islahat çox vaxt tələb edir. Bunu anlamaq, bilmək lazımdır. Ona 

görə də deyirəm ki, burada inqilabi dəyişikliklər ola bilməz».

3

 

Burada sadalanan və Heydər  Əliyevə  məxsus konseptual ideyaların 



hamısı müstəqil Azərbaycan dövlətinin təhsil sahəsində siyasətinin əsas- 

                                                 

1

 

Heydər Əliyev. Təhsil millətin gələcəyidir. Bakı, 2002, səh. 442



 

2

 



Yenə orada, səh. 444

 

3



 

Yenə orada, səh. 445 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

391 

 

larını, təhsil quruculuğu yolunda aparılan islahatların təməl prinsiplərini, 



həyata keçirilən yeniləşmələrin prioritet istiqamətlərini, strateji aspektlərini 

və milli məqsədlərini təşkil edir. Yeri gəlmişkən deməliyik ki, bu prinsiplər 

hazırda Milli Məclisdə müzakirələrdə olan «Təhsil Qanunu»nun yeni 

layihəsində də ciddi şəkildə nəzərə alınmışdır. 

Azərbaycanın təhsil siyasətində mühüm istiqamətlərdən birini təhsilin 

məzmunu sahəsində aparılan islahatlar, xüsusən də, ümumtəhsil pilləsi üçün 

proqram və  dərsliklərin məzmunca müstəqillik prinsipləri  əsasında tərtib 

olunması, nəşri və  təhsil müəssisələrinin onlarla ahəngdar təminatı  təşkil 

edir. 

Heydər Əliyevin «İnsan təhsilinin əsasını orta məktəbdə alır. Ona görə də 



bütün təhsil sistemində orta məktəb... xüsusi yer tutmalıdır» və «... indi dərs 

alan uşaqlar, gənclər gərək mütləq və mütləq bizim yeni dərsliklər əsasında 

oxusunlar» kimi konseptual göstərişləri təhsil sisteminin ümumtəhsil 

pilləsində  təhsil alan şagirdlər üçün dərslik, dərs vəsaiti və digər tədris-

metodik  ədəbiyyatların hazırlanması  işində  əsas prinsip, strateji xətt kimi 

götürülmüşdür.  Əlbəttə, bu dərsliklər içərisində Azərbaycan dili və 

ədəbiyyatı, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası  və s. bu qəbildən 

olan humanitar profilli milli dərsliklərin hazırlanması sahəsində Heydər 

Əliyevin xüsusi tələb və tapşırıqları, hər  şeydən öncə, həmin dərsliklərdə 

milli dövlətçilik ideologiyasının - azərbaycançılıq, milli və ümumbəşəri 

dəyərlər, dövlətçilik və s. komponentlərinin onlarda ciddi şəkildə  əks 

olunmasına,  şagirdlər tərəfindən onlann daha yaxşı  mənimsənilməsinə, 

nəticə etibarı ilə məktəbli gənclərdə milli vətənpərvərlik hisslərinin tərbiyə 

olunmasına birbaşa kömək edir. 

Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının alimləri ilə 1997-

ci il yanvarın 31-də keçirilən görüş zamanı Heydər  Əliyev akademiyanı 

milli sərvətimiz adlandıraraq onun elmi potensialını qorumağın, bu 

potensialdan müstəqil Azərbaycanın gələcək inkişafı üçün səmərəli istifadə 

etməyin vacibliyindən danışarkən, yeni tarix dərsliklərinin, xüsusən də, 

XIX-XX  əsrlər üzrə  dərsliklərin hazırlanması  zərurətini vurğulayaraq 

demişdi: «Məktəbə gedən gənc gərək Azərbaycanın tarixini bilsin, oxusun, 

öyrənsin. Amma o, köhnə dərsliklərdən bunu öyrənə bilməz. Dərs- 

  

  



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə