M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə137/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   133   134   135   136   137   138   139   140   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

395 

 

Təhsil Nazirliyinin ciddi axtarışları, araşdırmaları, təhlilləri nəticəsində 



qısa müddətdə  həmin Proqram hazırlanıb dövlət başçısına təsdiqə  təqdim 

olundu. 


Azərbaycan Respublikası Prezidenti Heydər  Əliyevin məqsədyönlü və 

ardıcıl siyasəti nəticəsində Respublika ümumtəhsil məktəbləri  şəbəkəsində 

1998-2002-ci illərdə ciddi dəyişikliklər baş vermişdi. Bu da aşağıdakı 

cədvəldən aydın olur. 



(milyon manat) 

  

 



Prezident Heydər  Əliyevin 17 fevral 2003-cü il tarixli sərəncamı ilə 

«Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi

mövcud məktəblərin  əsaslı  təmiri və müasir tədris avadanlıqları ilə  təmin 

olunmasına dair (2003-2007-ci illər) Proqram» təsdiq olundu. Bu tarixi 

  



M İ L L İ  K İ T A B X A N A

____________________________________

396 

 

Sərəncam ölkə başçısının təhsilin özəyi, təməli hesab edilən, ölkə əhalisinin 



təxminən 20%-nin təhsil aldığı ümumtəhsil məktəblərinin maddi-texniki 

bazasının möhkəmləndirilməsinə, ölkə  əhalisinin  əsas təhsil göstəricisi 

sayılan ümumi təhsilin keyfiyyətinin yüksəldilməsinə olan qayğı  və 

köməyinin daha bir parlaq örnəyi, Azərbaycan təhsilinin gələcəyinə dövlət 

təminatının daha bir ifadəsi idi. 

Ölkənin maddi və maliyyə durumundakı  çətinliklərə baxmayaraq, 

Prezidentin qayğısı sayəsində 1993-2002-ci illər  ərzində 137 yeni ümum-

təhsil məktəb binası tikilsə də, bu mövcud tələbatı ödəmirdi. Müqayisə üçün 

deyək ki, son on ildə ölkə üzrə  şagird kontingentinin sayı 333516 nəfər 

artmış, sinif komplektləri üzrə artım isə 20010 sinif təşkil etmiş, təkcə Bakı 

şəhərində bu illər  ərzində  şagird kontingenti 115 min (ümumi ölkə üzrə 

artımın təxminən üçdə biri həcmində) artdığı halda, Bakı  şəhərində  cəmi 

1740 yerlik 3 yeni məktəb binası inşa edilmişdir ki, bütün bunlar mövcud 

tələbatın yalnız 10%-i təşkil edir. 

Bu mənada Prezidentin yeni sərəncamı ilə  təsdiqlənmiş  məktəb 

tikintisinə dair dövlət Proqramı müstəqil Azərbaycanda hələ keçən əsrin 70-

80-ci illərində əsası Heydər Əliyev tərəfindən qoyulmuş təhsil müəssisələri 

üçün müasir tipli tədris korpuslarının tikintisi sahəsində qazanılmış  və 

maarif tarixinə  şanlı  səhifələr yazmış mütərəqqi  ənənələrin yeni dövrdə

XXI  əsrin  əvvəllərində daha yüksək səviyyədə, beynəlxalq standartlara 

uyğun yenidən bərpası  və inkişaf etdirilməsinə  təminat verir, təhsil 

müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi yolunda yeni 

üfüqlər açır. Proqrama görə, 2003-2007-ci illərdə ölkə üzrə 149 yeni məktəb 

binasının, 175 məktəbdə əlavə sinif otaqlarının tikintisi, 408 məktəbdə əsaslı 

təmir işlərinin aparılması nəzərdə tutulmuşdur. İnanırıq ki, bu işlərin həyata 

keçirilməsi ümumi təhsildə keyfiyyətin yüksəldilməsi haqqında  Prezident 

Heydər  Əliyevin konseptual göstərişlərinin layiqincə yerinə yetirilməsinə 

imkan verəcəkdir. 

Azərbaycan təhsilinin, elminin, bütövlükdə  mədəni irsimizin, milli 

mənəviyyatımızın inkişaf etdirilməsində, təhsil sisteminin, elmin üfüqlərinin 

genişləndirilməsində, milli kadr potensialının yetişdirilməsində, onun dünya 

miqyasında tanıdılmasında, təhsil, elm şəbəkəsinin ilbəil genişlən- 

  

  

 



 

 

 




M İ L L İ  K İ T A B X A N A

____________________________________

397 

 

dirilməsində Azərbaycan Respublikasının Prezidenti, milli təhsil 



quruculuğunun  əvəzsiz himayəçisi və ideoloqu, görkəmli maarifçi, böyük 

ziyalı Heydər  Əliyevin müstəsna xidməti vardır və o, elmimizin, 

təhsilimizin, mədəniyyətimizin son bir qərinəlik inkişaf mərhələsinə öz 

əbədi imzasını qoymuş tarixi şəxsiyyətdir. 

Azərbaycan xalqının xoşbəxtliyi, tarixi ədalətin təntənəsi bundadır ki, 

son 34 ildə Azərbaycanda aparılan bütün təhsil islahatlarına, keçən əsrin 70-

80-ci illərində keçmiş SSRİ-də aparılmış ümumtəhsil və peşə islahatlarına 

da, müstəqil Azərbaycanda bu gün uğurla davam edən və artıq dönməz 

xarakter alan milli təhsil quruculuğuna da böyük maarifçi, Azərbaycanın ilk 

«Xalq müəllimi» Heydər  Əliyev başçılıq etmişdir.  Əslində müstəqil 

Azərbaycanda aparılan bütün islahatların ideya rəhbəri, memarı və qurucusu 

olmuş Heydər Əliyev Azərbaycan xalqınm milli sərvətidir, dünya miqyaslı 

tarixi  şəxsiyyətdir. Bu dahi şəxsiyyətin  ən böyük amalı xalqımızın 

intellektual potensialını yüksəltmək, təhsilimizi, elmimizi, mədəniyyətimizi 

beynəlxalq standartlara uyğunlaşdırmaq, təhsil quruculuğu sahəsində 

başlanan islahatları  uğurla başa çatdırmaq olub. Azərbaycanın təhsil 

işçilərinin, alimlərinin, ziyalılarının müqəddəs vəzifəsi isə Prezident Heydər 

Əliyevin ideyaları işığında mədəni yüksəliş sahəsində strateji xəttimiz olan 

elm və tehsil islahatlarının ləyaqətlə reallaşmasına kömək etməkdən 

ibarətdir. 

Zəngin mədəniyyətə,  ədəbiyyat və incəsənətə malik olan Azərbaycan 

müstəqillik dövründə dünya meridianlarına çıxmaqda geniş imkanlara malik 

olmuşdur. Azərbaycan Respublikası Prezidenti Heydər  Əliyev 2000-ci il 

dekabrın 30-da «Azərbaycan XXI əsrin və III minilliyin ayrıcında: yeni 

2001-ci il, yeni əsr və III minillik münasibətilə Azərbaycan xalqına 

müraciət»ində demişdi: «İkinci minilliyin tarixi əyani surətdə göstərir ki, 

Azərbaycan xalqı dünya mədəniyyətində öz dəsti-xətti ilə seçilən 

xalqlardandır. Keçən iki min il ərzində  bəşər sivilizasiyasının ayrılmaz 

hissəsi kimi azərbaycanlılar dünya mədəniyyəti xəzinəsinə sanballı töhfələr 

vermişlər».

1

 

 



 

 

                                                 



1

 

«Azərbaycan» qəzeti, 30 dekabr 2000-ci il 



 


Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə