M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə140/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   136   137   138   139   140   141   142   143   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

405 

 

niyyət üzrə bütün müəssisə  və  təşkilatlarına rəhbərlik etdiyi vaxtda da 



Azərbaycanın ümumittifaq və ümumdünya mədəni məkanına cəlb 

edilməsinə xüsusi diqqət verir, dünya ictimaiyyətinin diqqətini xalqımızın 

incəsənətinə,  ədəbiyyatına və elminə  cəlb edirdi. Məhz buna görə  də 

Azərbaycan dünyada tanındı, sayıldı.

1

 

Heydər  Əliyevin nümunə kimi göstərdiyi digər  şəxsiyyətlərdən biri də 



Cəfər Cabbarlı idi. Onu böyük dramaturq, yazıçı kimi, Azərbaycan 

mədəniyyətinə böyük töhfə vermiş bir şəxsiyyət kimi qiymətləndirirdi. «O 

da Müsavat partiyasının üzvü olmuşdur. Sovet dövründə yazdığı böyük 

əsərləri ilə böyük bir nəsli tərbiyə etmişdir. Sonralar deyirdilər ki, yaxşı ki, 

C.Cabbarlı 1934-cü ildə  vəfat edib, yoxsa həbs olunacaq idi.» Heydər 

Əliyev bu cür düşüncələri də ziyalıya yaraşmayan hal kimi göstərirdi, böyük 

şəxslərə bu baxımdan yanaşmağı qətiyyətlə rədd edirdi. 

Dövlət başçısmm keçmiş irsə belə münasibəti müstəqillik dövründə bir 

örnək olmalıdır.  О  məsləhət görür və  tələb edirdi ki, «Keçmişdə yaşayıb-

yaratmış alimlərimiz, yazıçılarımız,  şairlərimiz, bəstəkarlarımız böyük irs 

qoyub getmişdir.  İndiki nəslin borcudur ki, bunların  əsasında elmimizi, 

mədəniyyətimizi inkişaf etdirsin».

2

 

Müstəqil Azərbaycan Respublikası  zəngin mədəni irsini, ənənələrini 



davam etdirərək dünyanın mədəni cəhətdən inkişaf etmiş qabaqcıl 

ölkələrindən birinə çevrilmişdir.  İftixarla demək lazımdır ki, bütün bu 

müvəffəqiyyətlər məhz Heydər Əliyevin daxili və xarici siyasətinin uğurla 

həyata keçirilməsinin, xalqın mədəni irsinin, intellektual potensialının, 

bütövlükdə mədəni quruculuq sahəsindəki fədakar əməyinin və təşkilatçılıq 

bacarığının nəticəsidir. 

  

  

  



 

 

  



 

 

 



 

                                                 

1

 

D.B.Seyidzadə.  Əliyev Heydər  Əlirza oğlu - görkəmli ictimai və dövlət xadimi, maarifçi. Üzeyir Hacıbəyov 



ensiklopediyası. Bakı, 1996, səh.77

 

2



 

Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. I kitab. Bakı, 1997, səh.156 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

406 

 

NƏTİCƏ 



 

1991-ci il oktyabrın 18-də öz müstəqilliyini elan etmiş Azərbaycan 

Respublikası 2003-cü ilə kimi böyük tarixi inkişaf yolu keçmişdir. 

Azərbaycan Respublikasında hüquqi, demokratik, dünyəvi dövlət 

qurulmuşdur. Müstəqillik dövründə sovet hakimiyyəti  şəraitində mövcud 

olan mülkiyyət formalarından imtina edilmiş, yeni mülkiyyət münasibətləri 

yaranmışdır. Özəlləşdirmə siyasəti ardıcıl olaraq həyata keçirilmiş, bazar 

iqtisadiyyatı  tələblərinə uyğun sosial-iqtisadi islahatların strategiyası  və 

dövlət proqramı hazırlanmış, onların icrasına başlanmışdır. Hazırda uğurla 

yerinə yetirilir. Sahibkarlıq  əsas təsərrüfatçılığa çevrilmişdir. Azərbaycan 

iqtisadiyyatının əsasını təşkil edən neft sənayesinə investisiyalar qoyulması 

sayəsində xarici dövlətlərlə neftin birgə istehsalına və ixracatma 

başlanmışdır. Azərbaycan Respublikası Prezidenti Heydər  Əliyevin 

rəhbərliyi və bilavasitə  iştirakı ilə ölkəmizin neft strategiyası proqramı 

hazırlanmış və uğurla həyata keçirilməsinə başlanmışdır. Bunun nəticəsində 

Azərbaycan xalqı özünün tarixi neft təsərrüfatının həqiqi sahibi olmuşdur. 

Neftdən və qazdan gələn gəlir xalqın, respublikanın sərvətinə çevrilmişdir. 

İqtisadiyyatın inkişaf etdirilməsi və xalqın maddi rifah halının 

yaxşılaşdırılmasına sərf edilir. 

Azərbaycanın iqtisadiyyatının böyük bir sahəsini təşkil edən kənd 

təsərrüfatında özəlləşdirmə, əsasən, başa çatmış, torpaqlar öz istehsalçısına -

kəndlilərə paylanmışdır. Kənddə yeni təsərrüfat forması bərqərar olmuşdur. 

Bütün başqa sahələrdə də sosial-iqtisadi quruculuq həyata keçirilmişdir. 

Azərbaycanın dünya birliyinə iqtisadi-mədəni inteqrasiyası prosesi 

sürətlənmiş, bu proses dinamik səciyyə kəsb etmişdir. 

Azərbaycan Respublikasının demokratik inkişafı yolunda böyük tarixi 

nailiyyətlər qazanılmışdır. Respublikamızda həyata keçirilən quruculuq 

işləri dünyada demokratiya şəraitində yaşayan və irəliləyən dövlətlərin 

keçdiyi yolun, proseslərin bir hissəsidir. Eyni zamanda özünün coğrafi 

mövqeyi, geopolitik şəraiti, milli-mənəvi xüsusiyyətləri ilə özünəməxsus 

keyfiyyətlərə də malikdir. İftixarla qeyd etmək lazımdır ki, respublikamızda 

əldə edilən nailiyyətlər, uğurlar yalnız onun nəticəsində mümkün olmuşdur 

ki, ona Heydər Əliyev kimi dünya şöhrətli siyasi və dövlət xadimi rəhbərlik 

etmişdir. 

  

 

 




M İ L L İ  K İ T A B X A N A

____________________________________

407 

 

XX  əsrin 70-ci illərindən başlayaraq Heydər  Əliyev iki siyasi-ictimai 



quruluşda, iki sistemdə Azərbaycana uğurla rəhbərlik etmişdir. Hər iki 

dövrdə onun rəhbərliyinin əsas qayəsi ondan ibarət olmuşdur ki, xalqımızın 

sosial, iqtisadi və  mədəni inkişafı, ölkəmizin müstəqil bir dövlət kimi 

yaşaması  və möhkəmləmnəsi təmin edilsin. Heydər  Əliyevin bir rəhbər 

kimi, dövlət başçısı kimi, siyasi xadim kimi həyatı və fəaliyyəti böyük bir 

təcrübə məktəbidir. 

Heydər  Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanda dövlət 

quruculuğu, sosial-iqtisadi, mədəni quruculuq sahəsində proqramın həyata 

keçirilməsi təcrübəsi respublikamızın beynəlxalq aləmdə mövqeyinin 

müəyyən edilməsi və möhkəmləndirilməsi sahəsində  uğurlar müstəqillik 

qazanmış ölkələr, dövlətlər üçün də bir təcrübə  məktəbidir. Prezidentliyə 

qədər və bir dövlət başçısı kimi onun özünün həyat və fəaliyyəti böyük bir 

siyasi, dövlətçilik və iradəçilik məktəbidir. 

1980-ci illərin sonu və 90-cı illərdə Azərbaycanda cərəyan edən siyasi 

proseslərlə  əlaqədar olaraq müstəqillik uğrunda mübarizə  də genişlənirdi. 

Dünyadakı siyasi proseslər, Avropada, xüsusilə  Şərqi Avropada, SSRİ-nin 

daxilində baş verən proseslər Sovetlər  İttifaqının laxladığını göstərirdi. 

Dünya miqyasında SSRİ-nin mövqeyi zəifləyirdi. Şərqi Avropa ölkələrinin 

daxil olduğu Varşava müqaviləsi dağıldı. Müqaviləyə daxil olan ölkələr 

müstəqillik yoluna qədəm qoydular. SSRİ-nin rəhbərliyinin yuxarı 

eşelonunda artıq müxtəlif fikirlilik, daxili çəkişmə yaranmışdı. Hakimiyyətə 

yiyələnmək uğrunda yaranan qruplaşmalar nəticəsində ölkədə parçalanma 

prosesi dərinləşirdi. SSRİ  tərkibində olan respublikalarda müstəqillik 

hərəkatı genişlənirdi. Bütün bunlar Azərbaycanın müstəqillik qazanmasının 

ictimai-iqtisadi və siyasi zəmini haqqında  Heydər  Əliyevin fikirlərinin 

ümumiləşdirilməsi və elmi təhlilindən çıxan nəticələr, ictimai-siyasi 

proseslərin düzgün anlaşılması və dərk edilməsində mühüm əhəmiyyət kəsb 

edir və ictiamai-siyasi qüvvələrin azadlıq mübarizəsi prosesində  iştirakı 

haqqında  obyektiv fikir yaradır. Eyni zamanda Azərbaycan müstəqilliynin 

əldə edilməsinin ayrı-ayrı syiasi partiyaların, ictimai-siyasi qüvvələrin, 

təşkilatların və şəxslərin öz xidmətləri kimi qələmə verməyə çalışmalarının 

əsassız olduğu göstərilir. Azərbaycanın dövlət müstəqilliyini 

  



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə