M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə139/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   135   136   137   138   139   140   141   142   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

402 

 

Füzulinin 500 illiyi Heydər  Əliyevin bilavasitə  rəhbərliyi nəticəsində 



dünya miqyasında böyük filosof kimi, dünyaya, dünya mədəniyyətinə, 

elminə böyük töhfələr vermiş mütəfəkkir kimi qeyd edilməsi vəzifəsi 

qarşıya qoyuldu və keçirildi. О qeyd edirdi ki, biz Füzulini təkcə «Leyli və 

Məcnun» poemasının müəllifi kimi yox, dünya miqyaslı filosof kimi, böyük 

alim kimi dünyaya tanıtmalıyıq. 

Nəsiminin 600 illik yubileyi qeyd ediləndə dünyada böyük əks-səda 

doğurmuşdu. Azərbaycanı yüksək səviyyədə dünyada tanıtmışdı. Bu fakt da 

maraqlıdır ki, yalnız 600 ildən sonra Nəsiminin Hələb  şəhərində  məzarı 

tapıldı. 

Azərbaycanın böyük filosofu, şairi, dramaturqu Hüseyn Cavidin cənazəsi 

Heydər  Əliyevin rəhbərliyi və  təşkilatçılığı ilə Sibirdən öz vətəninə 

Naxçıvana gətirildi. Hələ 1981-ci ildə Azərbaycan Kommunist Partiyası 

MK-sı Hüseyn Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında  qərar 

qəbul etmişdi. Qərarın həyata keçirilməsi 10 il gecikdirildisə də, yenə məhz 

Heydər  Əliyevin təşəbbüsü ilə Hüseyn Cavid yubileyi geniş qeyd edildi. 

Naxçıvanda qəbirüstü memorial kompleks tikildi, Bakıda böyük abidəsi 

qoyuldu və ev muzeyi açıldı. Azərbaycan Respublikası Prezidenti dünya 

şöhrətli adamların tanıtdırılmasına olduqca böyük əhəmiyyət verirdi. О 

hesab edirdi ki, Azərbaycan xalqına mənsub olan şəxsiyyətləri dünya 

ictimaiyyətinə, elminə, dünya mədəniyyətinə tanıtmaq,  şübhəsiz ki, 

xalqımızın hörmətini qaldırmaq deməkdir.

1

 



Heydər Əliyev Cavidin Şərqin Şekspiri adlandırılmasına yüksək qiymət 

verirdi. Eyni zamanda qeyd edirdi ki, onu, bəlkə  də, Höte ilə müqayisə 

etmək düzgün olardı. Əsərlərindəki fəlsəfı fikirlərinə görə, ola bilsin, Cavid 

Şekspirdən də yüksək səviyyəyə qalxmış  sənətkardır. Hüseyn Cavidin 

«İblis»  əsəri heç də Hötenin «Faust»undan geri qalmır. Ancaq biz belə 

inciləri lazımi qədər qiymətləndirə bilmirik».

2

 

Heydər  Əliyev milli mentalitetimizə, həm elmi, həm də  mədəni inkişaf 



potensialımıza əsaslanaraq elm, mədəniyyət, incəsənət işçiləri qarşı- 

  

  



                                                 

1

Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. I kitab. Bakı, 1997, səh.157 



  

2

 



Yenə orada, səh. 160

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

403 

 

sında qədim irsi inkişaf etdirmək vəzifələri qoyurdu. Bunu 



müstəqilliyimizin mühüm nailiyyəti hesab edirdi. 

Heydər  Əliyev zəngin tarixə malik olan və böyük estetik, mənəvi təsiri 

olan Azərbaycan musiqisinin inkişaf etdirilməsinə və yayılmasına ciddi fikir 

verirdi. О qeyd edirdi ki, «Musiqi xalq arasında  ən geniş yayılan incəsənət 

növlərindən biridir. Buna görə  də musiqinin insanların  şüurunun 

yüksəlməsinə  təsirini artırmaq, mənəvi, estetik tərbiyə problemlərinin 

həllinə onun təsirini gücləndirmək, musiqinin geniş kütlələrə emosional 

təsirini qüvvətləndirmək sizin borcımuzdur».

1

 O, Azərbaycan incəsənət 



xaimlərinin, ümumiyyətlə,  əhalinin  ən geniş kütlələrinin dünya 

mədəniyyətinin, musiqi sənətinin ən yaxşı nümunələri ilə tanış olması üçün 

şərait yaradılmasına böyük diqqət yetirirdi. Heydər  Əliyevin təşəbbüsü ilə 

respublikamızda dünya standartlarına cavab verən bir sıra yeni mədəniyyət 

obyektləri yaradılmışdır. Respublika sarayı,  İdman sarayı, «Gülüstan» 

sarayı, Opera studiyası, Xoreoqrafiya məktəbinin binası və s. rekonstruksiya 

edilən Opera və Balet Teatrmm və R.Behbudov adına Mahnı Teatrının 

binaları  və i.a. Azərbaycan xalqının zəngin mədəni sahələrinin, musiqi 

irsinin geniş təbliğ edilməsində böyük rol oynayır.

2

 



Azərbaycan müstəqillik qazanandan sonra xalqımızın görkəmli 

şəxsiyyətlərini dünyada tanıtmaq, onlan ölkəmizdə  təbliğ etmək sahəsində 

onun xidmətləri böyük vətənpərvərlik hisslərinin, milli dəyərləri 

yaşatmağının parlaq təzahürü idi. Müstəqil respublikanı inkişaf etdirməkdə 

çətinliklərlə qarşılaşsa da, dövlətimizin başçısı ölkəmizdə 

mədəniyyətimizin,  ədəbiyyatımızın, incəsənətimizin görkəmli xadimlərinin 

yubileylərinin keçirilməsinə böyük qayğı göstərirdi. Son dövrdə  Cəlil 

Məmmədquluzadənin, Üzeyir Hacıbəyovun, Müslüm Maqomayevin, Səməd 

Vurğunun yubileylərinin, tarzən Qurban Pirimovun 120 illiyi, xalq artistləri 

Mövsüm Sənani və Məmmədəli Vəlixanlının 100 illiyi, Leyla Bədirbəylinin 

80 illiyi, görkəmli rejissor və pedaqoq Tofiq Kazımovun 75 illiyi, pianoçu 

Vaqif Mustafazadəni 60 illiyi və bir çoxlarının yubileylərinin yüksək 

səviyyədə keçirilməsi Azərbaycanın milli sərvətinin zənginliyini bir daha 

nümayiş etdirir. 

 

 

                                                 



1

 

Üzeyir Hacıbəyov ensiklopediyası. Bakı, 1996, səh. 76



 

2

 



.B.Seyidzadə.  Əliyev Heydər  Əlirza oğlu - görkəmli ictimai və dövlət xadimi maarifçi. - Uzeyir Hacıbəyov 

ensiklopediyası, Bakı, 1996, səh. 76 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

404 

 

Azərbaycanda müstəqilliyin bərpa edilməsindən sonra, müstəqillikdən 



əvvəlki sovet dövründə olduğu kimi şəxsiyyətlərin fəaliyyətinə qiymət 

verilməsində birtərəfliliyə yol verilirdi. Heydər  Əliyev belə baxışları 

tamamilə  rədd etdi. Şəxsiyyətlərə qiymət verərkən onları zamandan, 

dövrdən, mühitdən ayırmamağı tövsiyə etdi. Hər bir şəxsiyyət, hər  şeydən 

öncə, zamanın, mühitin yetirməsidir. 

Azərbaycan Respublikası Prezidenti göstərirdi ki, tariximizdə olan 

şəxsiyyətlərin hamısı bizim üçün qiymətlidir. Onlara toxunmaq olmaz. 

Bununla da, Azərbaycanın üç nəfər görkəmli,  şöhrətli  şəxsiyyətinin 

timsalında özünün şəxsiyyət və zaman konsepsiyasını aydınlaşdırır, 

göstərirdi ki, Üzeyir Hacıbəyov Azərbaycanda klassik musiqinin yaradıcısı, 

opera sənətinin banisidir. Müsavat partiyasının üzvü olmuşdur. Azərbaycan 

Xalq Cümhuriyyətinin himninin müəllifi olmuşdur. Ona qiymət verərkən 

heç də nəzərə almaq lazım deyil ki, iki quruluşda fəaliyyət göstərib. Yaxud 

dar düşüncəli, siyasətdən başı  çıxmayan indiki demokratlar onu 

günahlandırsın ki, 1938-ci ildə Moskvada böyük iftixar hissi ilə Stalinlə 

görüşmüş, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri ona Lenin ordeni 

təqdim etmişdir. Üzeyir Hacıbəyov Azərbaycanın fəxridir və bu mövqedə 

də həmişə qalacaqdır. 

Üzeyir Hacıbəyovun, Azərbaycanın ictimai fikir tarixində, elmin, 

mədəniyyətin və musiqinin inkişafında xidmətləri olan, dahi bəstəkarın 

anadan olmasının 110 illiyinə  həsr olunmuş yubiley gecəsindəki nitqində 

Heydər  Əliyev yığcam, tutarlı  şəkildə demişdi: «Əgər tarixə  nəzər salsaq, 

Üzeyir Hacıbəyov üç hakimiyyət dövründə yaşamışdır... Üzeyir Hacıbəyov 

bütün bu üç mərhələdə hakimiyyətin xarakterindən, formasından asılı 

olmayaraq, xalqına xidmət etmişdir. Bu gün bunu deməyə əsas var ki, о belə 

düşünmüşdür: hansı hakimiyyət olursa-olsun, xalqa sədaqətlə xidmət edən, 

xalqın irəli getməsinə çalışan adam heç bir şeylə hesablaşmamalıdır. Üzeyir 

Hacıbəyov belə olmuşdur».

1

 

Heydər  Əliyev bütün fəaliyyəti dövründə, xüsusilə  də, SSRİ Nazirlər 



Soveti sədrinin birinci müavini vəzifəsində işləyərkən, SSRI-nin mədə- 

  

                                                 



1

Üzeyir Hacıbəyov ensiklopediyası. Bakı, 1996, səh.77 

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə