M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə136/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   132   133   134   135   136   137   138   139   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

392 

 

liyi də  hərə öz istədiyi kimi yazmamalıdır. Gərək bizim xalqımızın tarixi 



yazılsın ki, onun əsasında da gənclər üçün, orta və ali təhsil məktəbləri üçün 

tarix dərslikləri yazılsın».

1

 

Heydər  Əliyevin 1997-ci il yanvarın 31-də Azərbaycan MEA-da 



keçirdiyi həmin görüşdə elm sahəsində  də islahatların aparılmasının 

zəruriliyi xüsusi qeyd olunmuş, bu sahədə apanlacaq islahatların  əsas 

istiqamətləri müzakirə olunmuş, müvafiq normativ sənədlərin hazırlanması 

qərara alınmışdı. Az sonra Azərbaycan MEA rəhbərliyi Prezidentin 

göstərişlərini  əsas tutaraq «Elmin strateji inkişafı  və Azərbaycan MEA-da 

islahatların konsepsiyası»nı hazırlayıb təsdiq etmiş  və «Elm siyasəti 

haqqında» Qanun layihələrini hazırlayıb Milli Məclisə təqdim etmişdir. Onu 

da qeyd etmək lazımdır ki, prezident Heydər Əliyevin həmin göstərişindən, 

eləcə  də 2000-ci il sentyabrın 1-də Bakıdakı 82 saylı  məktəbdə görüşdə 

söylədiyi «... İndi müstəqil Azərbaycanın hər bir gənci məktəbdə  təhsil 

alaraq, öz xalqının, millətinin qədim zamanlardan indiyə qədər olan tarixini 

gərək yaxşı bilsin. Əgər bunu bilməsə, o, vətənpərvər ola bilməz. Əgər bunu 

bilməsə, o, millətini qiymətləndirə bilməz. Əgər bunu bilməsə, öz millətinə 

olan mənsubiyyəti ilə istənilən səviyyədə  fəxr edə bilməz...»

2

 konseptual 



xarakterli tapşırığından sonra Təhsil Nazirliyində dərslik islahatı sahəsində 

böyük irəliləyişə nail olunmuşdur. Belə ki, ötən qısa müddətdə ümumtəhsil 

məktəbləri üçün 7 kitabdan ibarət yeni «Azərbaycan tarixi», 6 kitabdan 

ibarət yeni «Ümumi tarix» dərslikləri hazırlanmış, yüksək poliqrafık 

səviyyədə nəşr edilmiş, həmin dərsliklərin rus dilinə tərcümə olunaraq təlim 

rus dilində olan məktəblərimizdə də istifadəsi təmin edilmişdir. 

Yeri gəlmişkən deyək ki, ölkədə  təhsilin məzmunu sahəsində aparılan 

uğurlu təhsil siyasəti nəticəsində təkcə 1993-2002-ci illərdə 200 addan çox 

yeni ümumtəhsil məktəb dərsliyi hazırlanaraq nəşr edilmişdir. Heydər 

Əliyevin təşəbbüsü və qayğısı sayəsində 1995-ci ildən başlayaraq 

ümumtəhsil məktəblərinin ibtidai sinif şagirdləri dərsliklərlə dövlət vəsaiti 

hesabına pulsuz təmin edilirlər.

3

 

 



 

                                                 

1

 

Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. VIII cild, Bakı, 1998, səh. 368



 

2

 



«Azərbaycan» qəzeti, 2 sentyabr 2000-ci il

 

3



 

Azərbaycan Respublikası: 1991-2001. Bakı, 2001, səh. 281 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

393 

 

«Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı»na uyğun 



olaraq Prezident Heydər  Əliyev tərəfindən imzalanmış 13 iyun 2000-ci il 

tarixli «Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi 

haqqında» sərəncamla ali təhsil müəssisələrinin dördünə maliyyə 

müstəqilliyi verilmiş, bir neçə yeni ali məktəb yaradılmış, bir çox ali 

məktəblərə «universitet» statusu verilmiş, milli təhsil tariximizdə kadr 

hazırlığında xüsusi əhəmiyyət daşıyan Azərbaycan Müəllimlər  İnstitutu və 

onun müxtəlif bölgələrdə 12 filialı yaradılmışdır.

1

 



2001-ci il mayın 15-də Azərbaycan Respublikası Prezidenti Heydər 

Əliyevin xüsusi Fərmanı ilə Elmlər Akademiyasına «Azərbaycan Milli 

Elmlər Akademiyası» adı verilmiş, onun ölkəmizdə elmin inkişafında 

müstəsna rolu olduğu bir daha təsdiqlənmişdir.

2

 Bunun ardınca 2003-cü il 



yanvarın 4-də möhtərəm Prezidentimiz Heydər  Əliyev «Azərbaycan Milli 

Elmlər Akademiyasının statusu haqqında» və «Azərbaycan Milli Elmlər 

Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi haqqında» tarixi 

fərmanlar imzalamışdır.

3

 

Bu fərmanlar bir daha Heydər  Əliyevin Azərbaycan elminin nüfüzunun 



artırılmasına, Azərbaycan aliminin əməyinə böyük diqqət və qayğısının 

bariz nümunəsi, müqəddəs elm ocağına hörmət və ehtirammın parlaq 

ifadəsidir. Ölkə başçısının «Azərbaycan MEA bizim milli sərvətimizdir və 

onu qoruyub saxlamalıyıq» tarixi kəlamının konkret əməli işlərlə bir daha 

təsdiqidir. 

Azərbaycan təhsilinin, elminin böyük və  bənzərsiz təəssübkeşi Heydər 

Əliyev təhsil işçiləri ilə keçirdiyi müntəzəm görüşlərdə  dəfələrlə  təhsil 

müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi zərurətindən 

söz açmış, ölkənin maliyyə durumu imkan verən kimi bu sahənin də 

hərtərəfli inkişafına yardım göstərəcəyini vəd etmişdi. Azərbaycan 

müəllimlərinin XI qurultayında (25 sentyabr 1998-ci il) Heydər  Əliyev bu 

məsələdən danışarkən deyirdi: «Açıq demək lazımdır ki, əgər mən bu 

respublikaya rəhbərlik etdiyim zaman ildə 50-60 məktəb tikmək mümkün 

idisə, bu gün yenə də respublikaya rəhbərlik edirəm, niyə bu gün tikə 

 

                                                 



1

 

«Azərbaycan» qəzeti, 14 iyun 2000-ci il



 

2

 



Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları (aprel-iyun 2001-ci ıl), Bakı, 2001, səh.18; 

«Azərbaycan» qəzeti, 16 may 2001-ci il

 

3

 



«Azərbaycan» qəzeti, 5 yanvar 2003-cü il 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

394 

 

bilmirik? Ona görə yox ki, biz bunu bacarmırıq, istəmirik. Ona görə ki, 



bunun üçün bizim maddi və maliyyə imkanlarımız çatmır. Ancaq bildirirəm 

ki, maddi və maliyyə imkanlarımız ilbəil artacaq və bunun nəticəsində  də 

biz Azərbaycanda yenidən təhsil ocaqlarının tikilməsi, istifadəyə verilməsi 

prosesini aparacağıq».

1

 

Heydər  Əliyev 2002-ci il sentyabrın 1-də  dərs ilinin ilk günündə Bakı 



şəhərinin Suraxanı rayonundakı 275 nömrəli məktəbdə görüşündə 

bildirmişdi: «Mən bu gün bəyan edirəm ki, yaxın zamanlarda Azərbaycanda 

məktəb tikintisi, məktəblərin müasir avadanlıqlarla təmin olunması, təmir 

edilməsi ilə  əlaqədar ciddi tədbirlər haqqında öz təkliflərimi irəli 

sürəcəyəm». 

Azərbaycan Respublikası Prezidenti Heydər  Əliyev qarşıya qoyduğu 

vəzifələri həyata keçirmək məqsədi ilə 2002-ci il oktyabrın 4-də 

«Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin maddi-texniki 

bazasının möhkəmləndirilməsi haqqında» sərəncam imzaladı  və hökumətə 

Təhsil Nazirliyi ilə birlikdə yeni ümümtəhsil məktəblərinin tikintisi, mövcud 

məktəblərin  əsaslı  təmiri və müasir avadanhqlarla təchizatına dair dövlət 

Proqramının hazırlanması tapşırıldı. Sərəncamda qeyd edilirdi ki, 

Azərbaycan Respublikasında son illər  ərzində təhsilin dünya standartlarına 

uyğunlaşdırılması, onun maddi-texniki bazasının möhkəmləndirilməsi və 

kadr potensialının gücləndirilməsi və ümumiyyətlə, təhsil sisteminin 

təkmilləşdirilməsi sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir. 

Respublikanın dövlət büdcəsi, eyni zamanda beynəlxalq təşkilatların 

vəsaitləri hesabına xeyli işlər görülmüşdür. Lakin respublikada ümumtəhsil 

məktəbləri  şəbəkəsinin genişlənməsi və müasir tələblərə cavab verməsi 

üçün hələ bir sıra əlavə tədbirlərin həyata keçirilməsinə ehtiyac vardır. Bu 

tələbatı ödəmək üçün respublikanın  şəhər və rayonlarında yeni məktəb 

tikintisi, mövcud məktəblərin  əsaslı  təmiri, onların müasir tədris - texniki 

avadanlıqlarla təchiz olunmasına dair xüsusi proqramın hazırlanması  və 

onun Azərbaycan Respublikası Prezidentinə  təqdim edilməsi Təhsil 

Nazirliyinə tapşırıldı. 

                                                 

1

 

Azərbaycan müəllimlərinin XI qurultayının stenoqrafik hesabatı. Bakı, 1999, səh.160-161



 


Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə