M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə134/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   130   131   132   133   134   135   136   137   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

386 

 

 «Naxçıvan Muxtar Respublikasının 15 illik yubileyi üzrə Dövlət 



Komissiyasının tədbirlər planı haqqında » Azərbaycan Respublikası 

Prezidentinin 12 fevral 1999-cu il tarixli sərəncamına müvafiq olaraq 

AMEA-nın Rəyasət Heyətinin 4 mart və 8 sentyabr 1999-cu il tarixli 

qərarları ilə  Rəyasət Heyəti nəzdində «Naxçıvan Ensiklopediyası»nın 7 

nəfərdən ibarət redaksiya heyəti və Tarix İnstitutu nəzdində 5 nəfərdən 

ibarət Naxçıvan tarixini və  mədəniyyətini tədqiq edən elmi qurum 

yaradılmışdır. 

«Naxçıvan Ensiklopediyası» AMEA tərəfindən 2002-ci ildə yüksək 

səviyyədə  nəşr edildi. 2003-cü il fevralm 21-də AMEA-nın Rəyasət 

Heyətində geniş  təqdimat mərasimi keçirildi. Onun elmimizə, tariximizə, 

mədəniyyətimizə böyük hədiyyə olduğu göstərildi. 

Respublika MEA Naxçıvan bölməsinin yaradılması da elmin inkişafında 

mühüm addımdır. 

Azərbaycanda elmin, təhsilin və  mədəniyyətin gələcək inkişaf yollarına 

dair Prezidentimizin bu tarixi nitqindən sonra bu istiqamətdə dövlət 

siyasətinin  əsasları  işlənilməyə, bu sahədə inkişaf strategiyasını müəyyən 

edən islahatlar proqramının hazırlanmasına başlanıldı. Lakin bu tarixi 

həqiqəti etiraf etməliyik ki, tezliklə elm, təhsil sahəsində böhranm, 

tənəzzülün qarşısı alındı, təhsil müəssisələrinin ahəngdar işi bərpa olundu, 

elmin, təhsilin inkişafının  əsas mənbəyi olan ölkə iqtisadiyyatı böhran 

vəziyyətindən çıxarıldı, milli təhsil sistemimizin dövlət müstəqilliyi 

prinsipləri  əsasında yenidən quralması  zərurəti yarandı, bu sahədə  əsaslı, 

kardinal islahatların başlanılmasına start verildi, islahat prosesinin hüquqi-

normativ bazasının yaradılmasına başlandı. 

Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 30 mart 1998-ci il 

tarixli «Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət 

Komissiyası haqqında» sərəncamı ilə müstəqil Azərbaycanın təhsil 

sistemində beynəlxalq standartlara uyğun islahatların aparılması, təhsilin 

inkişafı  və onun maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 

Ümumdünya Bankının vəsait qoyuluşunu təmin etmək, təhsil sahəsində 

islahat Proqramını hazırlamaq məqsədilə Dövlət Komissiyası 

  



M İ L L İ  K İ T A B X A N A

____________________________________

387 

 

yaradıldı.



1

 Bununla da təhsil sahəsində islahatların yeni tarixi mərhələsinin 

əsası qoyuldu. Dövlət Komissiyası  tərəfmdən qısa müddətdə hazırlanmış 

«Azərbaycan Respublikasının təhsil sahəsində  İslahat Proqramı» geniş 

müzakirələrdən sonra Prezident Heydər Əliyev tərəfindən 1999-cu il iyunun 

15-də


2

 tarixi bir gündə - Milli Qurtuluş günündə xüsusi Sərəncamla 

təsdiqləndi. Beləliklə, çağdaş təhsil tariximizə şanlı bir səhifə yazılmış oldu. 

Azərbaycan Respublikasının təhsil sahəsində dövlət siyasətinin 

əsaslarınıı  və XXI əsr milli təhsil quruculuğunun aydın strategiyasını, 

prioritet istiqamətlərini verən həmin Proqramda milli təhsil sahəsində 

islahatların üç mərhələdə reallaşdırılması nəzərdə tutulur: 

Birinci mərhələ - hazırlıq mərhələsi adlanırdı və bir il müddətində -1999-

cu ildə aparılacaq islahatın hüquqi-normativ bazasının  yaradılmasını təmin 

etməli idi. Bu mərhələ üzrə  nəzərdə tutulan bütün tədbirlərin yerinə 

yetirilməsi ilə islahatm hüquqi-normativ bazası yaradılmalı idi. 

İkinci mərhələ - (2000-2003), qısamüddətli perspektivi əhatə edirdi və 

təhsil sahəsinin sosial-iqtisadi sabitliyini təmin edən təxirəsalınmaz 

məsələlərin həll olunması  və geniş miqyaslı islahatın aparılması üçün 

təşkilatı-hüquqi, kadr, maliyyə, maddi-texniki təminatın və yeni idarəetmə 

modelinin yaradılmasını nəzərdə tuturdu. 

Nəhayət, üçüncü mərhələ - 2004-cü ildən sonrakı  mərhələ olub, 

proqramda nəzərdə tutulan bütün tədbirlərin həyata keçirilməsini təmin 

etməlidir. 

Azərbaycan Respublikası Prezidenti Heydər  Əliyev təhsil sistemində 

islahatların üç mərhələdə aparılması haqqında  komissiyanın təklifini 

bəyəndiyini bildirmişdi. Təhsil sahəsində islahatlar üzrə Dövlət 

Komissiyasının iclasındakı nitqində (19 aprel 1999-cu il) demişdi: «Mən 

sizin təkliflərinizi - təhsil islahatlarının üç mərhələdə aparılmasını - müsbət 

qiymətləndirirəm. Sizin bu təklifləriniz mənim dediklərim sözləri təsdiq 

edir. Yəni biz eyni fikirdəyik».

3

 

Təhsil sahəsində Azərbaycan Respublikası Prezidenti Heydər  Əliyevin 



müəyyən etdiyi islahat Proqramının əsas məqsədi - məktəbəqədər, 

 

 



                                                 

1

 



Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları (yanvar-mart 1998-ci ıl).  

Bata.1998, səh.80-81

 

2

 



Yenə orada, (aprel-iyun 1999-cu il), Bakı, 1999, səh. 170-179 

 

3



 

Heydər Əliyev. Təhsil millətin gələcəyidir. Bakı, 2002, səh.444

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

388 

 

orta, ali təhsil və ali təhsildən sonrakı peşə  və ona uyğun  əlavə  təhsil 



pillələrində toplanmış potensialı saxlamaq və inkişaf etdirmək, təhsil 

sistemini tənzimləyən müvafiq hüquqi-normativ bazanı yaratmaq, 

Azərbaycan Respublikasının Konstitusiyasında, Təhsil Qanununda təsbit 

olunmuş, cəmiyyətin tələblərinə, onun siyasi, iqtisadi və sosial həyatının 

demokratikləşməsinə  əsaslanan dövlət siyasətini həyata keçirməkdən 

ibarətdir.

1

 

«Azərbaycan Respublikasının təhsil sahəsində  İslahat Proqramı»nın 



başlıca məqsədini və təməl prinsiplərini Azərbaycan Respublikası Prezidenti 

Heydər  Əliyevin irəli sürüb əsaslandırdığı  aşağıdakı konseptual ideyalar 

təşkil edir: 

Birincisi, təhsil sistemində hər bir islahatın, hər bir yeniləşmənin yalnız 

təkamül yolu ilə aparılmasını, bu prosesdə bütün cəmiyyətin iştirakının 

təmin edilməsini Heydər Əliyev təhsil islahatı üçün çox zəruri hesab edirdi: 

«Təhsil sistemi elə bir sistemdir ki, burada heç bir inqilabi dəyişiklik ola 

bilməz. Ümumiyyətlə, bizim həyatımızın bütün sahələrində  dəyişikliklər 

təkamül xarakteri, tədrici dəyişikliklər xarakteri daşıyır... Təhsil Qanunu elə 

bir qanundur, təhsil islahatları elə islahatlardır ki, iqtisadiyyatdan, 

maliyyədən, başqa sahələrdən fərqli olaraq, bunda bütün cəmiyyətin iştirakı 

lazımdır.. .»

2

 

İkincisi, təhsil sahəsində aparılan islahatlarda ilk növbədə tarixən 



formalaşmış mütərəqqi  ənənələrin, qazanılmış  və zamanın sınağından 

çıxmış qabaqcıl təcrübənin yeni şəraitdə, yeni məzmunda nəzərə 

alınmasının zəruriliyini önə çəkən Heydər Əliyev vaxtilə keçmiş SSRİ kimi 

super dövlətin 1984-cü ildə keçirdiyi məktəb islahatına rəhbərlik etmiş bir 

maarifçi kimi, bu sahədə  zəngin təcrübəsi olan bir dövlət xadimi olaraq 

deyirdi: «Təhsil sahəsində  qəbul edəcəyimiz qanunda və islahatlar 

proqramında da məsələyə çox dəqiq, həssas münasibət göstərməliyik. 

Mənim fikrimcə, bu ondan ibarət olmalıdır ki, Azərbaycanda təhsil 

sistemində indiyə qədər əldə olunmuş müsbət təcrübə və özünü doğraltmuş, 

müsbət nəticələr vermiş sistem saxlanmalı, inkişaf etdirilməli və 

müasirləşdirilməlidir».

3

 



 

 

                                                 



1

 

Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları (aprel-iyun 1999-cu il). Bakı, 1999, səh. 172-



173; Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı.Bakı, 1999, səh. 3-5

 

2



 

Heydər Əliyev. Təhsil millətin gələcəyidir. Bakı, 2002, səh. 441

 

3

 



Yenə orada, səh. 442 

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə