M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə131/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   127   128   129   130   131   132   133   134   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

377 

 

Respublikamızda aparılan təhsil islahatları  nəticəsində hazırda iki 



sektorda (dövlət və qeyri-dövlət) təhsil müəssisələri fəaliyyət göstərir. 

Aşağıdakı  cədvəllər dövlət və qeyri-dövlət sektorlarında fəaliyyət göstərən 

ali və orta ixtisas təhsili məktəblərinin sayı  və onlarda təhsil alanların 

kəmiyyəti haqqında  tam təsəvvür yaradır. Bu cədvəllərdən aydın olur ki, 

respublikamızda özəl məktəblərin artımına xüsusi yer verilsə  də, yenə  də 

dövlət sektoru aparıcı rol oynayır. 

 

Dövlət ali və orta ixtisas təfısili müəssisələri və onlarda təhsil alan 

tələbələrin savı

1

 

  



                                                 

1

 



Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. 2002-ci ildə Təhsilin əsas göstəriciləri. Bakı, 2003, səh. 13 


M İ L L İ  K İ T A B X A N A

____________________________________

378 

 

Qeyri-dövlət ali və orta ixtisas təhsili müəssisələri 



və onlarda təhsil alan tələbələrin sayı

1

 

 

Azərbaycanın ali təhsil sistemində dünya standartlarına uyğun islahatlar 



həyata keçirilir. Ali təhsil sistemində  təhsilin iki mərhələdə - bakalavr və 

magistr mərhələlərində aparılması mühüm yeniliklərdən biridir. 

1994-cü ildən dövlət ali məktəblərində ödənişli  əsaslarla tələbə  qəbul 

edilir. Hazırda Azərbaycan Respublikasında 31 dövlət və 15 qeyri-dövlət ali 

təhsil müəssisələrinin bakalavr pilləsində 92 istiqamətdə 320 ixtisas, 

magistratura pilləsində isə 80-ə yaxın istiqamətdə 400-dən çox ixtisaslaşma 

üzrə mütəxəssis hazırlanır.

2

 Təhsil Nazirliynin dövlət ali mək- 



                                                 

1

 



Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. 2002-ci ildə Təhsilin əsas göstəriciləri. Bakı, 2003, səh. 16

 

2



 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin cari arxivi. Fond 2672, siyahı 11, iş 304-320, vərəq 310 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

379 

 

təblərində 1998-2002-ci illərdə dövlət hesabına 42628 tələbə, ödənişli 



əsaslarla 41600 tələbə qəbul edilmişdir.

1

 



2001/2002-ci və 2002/2003-cü tədris illərində Azərbaycanda dövlət 

gündüz ümumtəhsil məktəblərinin strukturu və  şagirdlərin sayında xeyli 

dəyişikliklər nəzərə çarpır. Lisey, gimnaziya, əqli və fiziki inkişafında 

qüsurlu olan uşaqlar üçün məktəblər şəhər və rayon mərkəzlərində fəaliyyət 

göstərir. Deyilənlər aşağıdakı cədvəldən aydın olur.

2

 



 

 

                                                 



1

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin cari arxivi. Fond 2672, siyahı 11, iş 304-320, vərəq 311.



 

2

 



Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi 2002-ci ildə təhsilin əsas gostəriciləri, Bakı, 2003, səh.8 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

380 

 

Azərbaycan elminin, təhsilinin  о illərdəki (1988-1992-ci illər) ağır, 



dözülməz vəziyyətini görmüş  və yaşamış elm adamları, təhsil işçiləri, 

ziyalılar, müəllimlər taleyin hökmünə minnətdardırlar ki, elmin, təhsilin, 

mədəniyyətin böyük himayəçisi,  əvəzsiz maarifpərvər Heydər  Əliyevin 

1993-cü ilin iyununda yenidən Azərbaycanda siyasi hakimiyyətə xilaskar 

missiyalı qayıdışı ilə bütün sahələrdə olduğu kimi, elm, təhsil və 

mədəniyyət sahəsində də tənəzzülün, böhranın, dağılmanın qarşısı alındı. 

Heydər  Əliyev tərəfindən belə bir konsepsiya, strateji xətt hazırlanıb 

həyata keçirilməyə başlandı ki, dövlətin, dövlətçiliyin təməl prinsipləri 

içərisində milli təhsil, bəşəri elm və milli mədəniyyət müstəsna yer tutur. 

Prezident Heydər  Əliyevin milli müstəqillik, milli dövlət quraculuğu 

strategiyasında belə bir ideya əsaslandırıldı ki, dövlət müstəqilliyinin 

əbədiliyinin, vətəndaş  cəmiyyətinin demokratik inkişafının magistral yolu 

mütləq və mütləq milli təhsildən keçir, təhsil dövlətin təməl ünsürü, millətin 

gələcəyidir. Buna görə də o, prioritet sahə olan təhsilə, elmə, mədəniyyətə 

qayğını dövlətin əsas strateji xətti kimi ön plana çəkdi. 

Qeyd etmək lazımdır ki, təhsilə, elmə, mədəniyyətə böyük qayğı Heydər 

Əliyev  şəxsiyyətinin aparıcı  əlaməti, onun daxili ziyalılığının, 

maarifpərvərliyinin mühüm təzahürü olub, xalqını, millətini sivil dünyanın 

inkişaf etmiş xalqlarından biri kimi görmək istəyinin parlaq ifadəsi idi. 

Azərbaycan təhsilinə, elminə, mədəniyyətinə böyük hörmətlə yanaşan 

Heydər  Əliyev bu sahədəki böhrandan çıxmaq yollarını  ətraflı araşdırmaq, 

ziyalılarla bu milli problemləri müzakirə etmək məqsədilə ilk olaraq 1993-

cü il sentyabrın 21-də Azərbaycan MEA-da akademiyanın rəhbərləri

alimlərlə, ziyalılarla görüş keçirdi. 

Görüşdə qeyd edirdi ki, uzun müddət ziyalılarla görüşmək imkanından 

məhrum olduğu vaxtlarda da «Yalnız qəlbim, ürəyim həmişə  Vətənlə, 

xalqımla və xalqımızın qabaqcıl dəstəsi olan ziyalılarla, onların yaradıcılıq 

işləri ilə bağlı olmuşdur».

1

 «Ziyalılarla görüşmək həmişə böyük bir bayram 



təsəvvürü yaradır. Mən həyatım boyu belə düşünmüşəm, belə 

fikirləşmişəm»

2

 - deyirdi. 



 

 

 



 

                                                 

1

Heydər  Əliyev. Azərbaycan Respublikası Elmlər Akademiyasında ziyalılarla görüşdə  çıxış. - Müstəqilliyimiz 



əbədidir. I kitab. Bakı, 1997, səh.148

 

2



 

Yenə orada, səh.148 

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə