M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə129/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   125   126   127   128   129   130   131   132   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

371 

 

Siyasət sahəsində böyük məharətlə, iri addımlarla irəliləyən İlham Əliyev 



AŞ PA-da Ermənistanın Azərbaycana qarşı  həyata keçirdiyi terrorçuluq 

hərəkətlərini inandırıcı  dəlillərlə sübut etdi. Ermənistanm təcavüzkar 

olduğunu AŞ PA tribunasından bütün dünyaya bəyan etdi və bütün 

sənədlərdə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti yeritdiyinin 

əks olunmasını  tələb etdi. Azərbaycan nümayəndə heyətinin başçısı  İlham 

Əliyev haqlı olaraq Ermənistanın Azərbaycana qarşı  təcavüzü başlanan 

vaxtdan qarşı  tərəfin apardığı siyasətin erməni terrorçuluğu ilə müşayiət 

edildiyini kəskin tənqid etdi. О göstərdi ki, Azərbaycan terrorizmdən çox 

əziyyətlər çəkmişdir. Ermənistanm təcavüzü başlandığı andan erməni 

terrorçu qrupları  tərəfindən Azərbaycana qarşı 32 terror aktı törədilmişdir. 

Bu terror aktları  nəticəsində Azərbaycanda 2 min adam öldürülmüş, on 

minlərlə adam yaralanmışdır. Azərbaycan xalqına qarşı terror aktları 

qatarlarda, avtobuslarda, gəmilərdə, metro qatarlarmda törədilmişdir. 

Erməni terrorçularının Azərbaycan xalqına qarşı törətdiyi terror aktları 

Ermənistan silahlı qüvvələrinin Azərbaycana genişmiqyaslı  təcavüzünün 

əsas elementlərindən, tərkib hissələrindən biridir.

1

 

  



  

  

 



 

 

                                                 



1

İlham Əliyev. Avropa Şurasının Parlament Assambleyasında çıxışı. -«Azərbaycan» qəzeti, 26 sentyabr 2001-ci il 

  

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

372 

 

IX FƏSİL 



 

HEYDƏR ƏLİYEV MİLLİ-MƏNƏVİ 

DƏYƏRLƏRİN KEŞİYİNDƏ. AZƏRBAYCANDA MƏDƏNİ 

QURUCULUQ 

 

Azərbaycan Respublikası müstəqilliyə  qədəm qoyduğu vaxtlarda təhsil 



sahəsində böhranlı  vəziyyətlə qarşılaşmışdı. Elm sahəsində çalışan 

ziyalılara, alimlərə qarşı, bütövlükdə elmə qarşı başlanmış  təzyiqlər, elmi 

müəssisələrə ögey münasibət  о  vəziyyətə  gətirib çıxarmışdı ki, 

Azərbaycanın elm məbədgahı olan Milli Elmlər Akademiyası, onun 

institutlan bağlanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. 

Təhsil sistemində  də  mənfi, dağıdıcı, depressiv, böhranlı tendensiyalar 

meydana çıxmışdı. Təhsilə dövlət qayğısı tamamilə unudulmuşdu. 

1988-ci ildən Ermənistanın Azərbaycana qarşı torpaq iddiası ilə əlaqədar 

olaraq başlanan elan olunmamış müharibə nəticəsində torpaqlarımızın işğalı 

təhsil sisteminə  də  ağır zərbələr vurmuşdu. Dağlıq Qarabağ  və onun 

ətrafındakı rayonların işğal olunması 220 körpələr evinin, 616 ümumtəhsil 

məktəbinin, 35 məktəbdənkənar tərbiyə müəssisəsinin, 11 peşə məktəbinin

4 orta ixtisas məktəbinin, 1 ali məktəb filialının dağıdılması ilə 

nəticələnmişdi. Bununla yanaşı, 1988-ci ildən Azərbaycanda siyasi 

vəziyyətin gərginləşməsi, hakimiyyət uğrunda mübarizənin kəskinləşməsi 

təhsil sisteminə həm mənəvi, həm də fıziki zərbə vurmuşdu. 

1993-cü ilin 15 iyunundan Azərbaycanda başlanan qurtuluş  hərəkatı 

Azərbaycan təhsilini də böhrandan, uçurumdan, fəlakətdən qurtardı. Heydər 

Əliyevin hakimiyyətə xilaskar missiyalı qayıdışı ilə  təhsildə  tənəzzül, 

dağılma prosesi dayandırıldı. Təhsilin öz məcrasına düşməsi, onun inkişafı 

üçün  əlverişli iqtisadi şərait, hüquqi, mənəvi-əxlaqi mühit yarandı. 

Azərbaycan Respublikası Prezidenti Heydər  Əliyevin rəhbərliyi ilə 

respublikamızda həyata keçirilən sosial-iqtisadi, ictimai-siyasi, mədəni və 

dövlət quruculuğunda baş vermiş dəyişikliklər təhsil sistemində beynəlxalq 

standartlara uyğun əsaslı islahatlar həyata keçirilməsini zəruri edirdi. 

Məhz Heydər Əliyevin 1993-cü ilin oktyabrında prezident seçilməsindən 

sonra təhsilin inkişafı onun ən çox diqqət mərkəzində olan məsə- 

  



M İ L L İ  K İ T A B X A N A

____________________________________

373 

 

lələrdən oldu. Bu diqqət və qayğı Prezidentin rəhbərliyi ilə  işlənmiş 



Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmışdır. 

Azərbaycan Respublikasının Konstitusiyası ilə onbirillik icbari təhsilə 

keçirildi. Azərbaycan vətəndaşlarının pulsuz ümumi orta təhsilinə dövlət 

təminatı verildi. 

Qeyd etmək lazımdır ki, müstəqillik dövründə  təhsil islahatını  həyata 

keçirmək üçün hələ  əvvəlki dövrdə, xüsusən, ötən  əsrin 70-80-ci illərində 

möhkəm təməl qoyulmuşdu. 

Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin bir qərinədən artıq 

davam edən ölkəyə  rəhbərlik, millətə liderlik fəaliyyətində  təhsilə, elmə, 

mədəniyyətə, bütövlükdə xalqın intellektual səviyyəsinin yüksəldilməsinə 

qayğısı hər zaman üstün yer tutmuş, prioritet istiqamətlərdən biri olmuşdur. 

Əslində tariximizin son 33 illik milli intibahı mahiyyət etibarı ilə xalqın 

təhsillənmə  səviyyəsinin yüksəlişi, fündamental elmin yaranması, milli 

mədəniyyətin tərəqqisi ilə  sıx bağlı olmuşdur ki, bunların hamısı  təhsil 

sisteminin və ondan səmərəli istifadə edilməsinin nəticəsində mümkün 

olmuşdur. Bu mənada təhsilin milli tərəqqidəki böyük rolundan danışarkən 

Heydər  Əliyev deyirdi: «....təhsil sisteminin nə  qədər dəyərli olduğunu 

ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək 

elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkıl edir. Əgər 

bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə güclü ıkışaf edə bilməzdi. 

Bunlar olmasaydı, Azərbaycanın elmi inkişaf edə bilməzdi. Bunlar 

olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi ıdarə edə bilməzdik. 

Onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdıyimiz nailiyyəti heç 

vaxt unutmamalıyıq...».

1

 

Heydər  Əliyevin keçən  əsrin 70-80-ci illərində böyük uzaqgörənliklə 



həyata keçirdiyi təhsil, elm və  mədəniyyət sahəsindəki uğurlu siyasəti, 

həqıqətən, bu gün müstəqil Azərbaycanın milli sərvəti olan zəngin aktual 

potensialının yüksəkliyində özünü göstərir və öz bəhrələrini verir. Əgər  о 

illərdə Heydər  Əliyevin təşəbbüsü və  rəhbərliyi ilə  təhsıl muəssisələrinin 

zəngin şəbəkəsi yaranmasaydı, onların möhkəm maddi- 

 

 



                                                 

1

 



«Azərbaycan» qəzeti, 20 aprel 1999-cu il 

  

 




Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə