M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə125/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   121   122   123   124   125   126   127   128   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

359 

 

100 min nəfərin yaralanması və şikəst olmasını, 6 min nəfərin əsir düşməsi 



faktını qeyd edirdi. İşğal nəticəsində Azərbaycan ərazilərində 700 şəhər və 

kənd dağıdılmış, yandırılmış, bütün evlər, məktəblər, xəstəxanalar talan 

olunmuş, mədəniyyət abidələri məhv edilmişdi. Budapeşt zirvə görüşündə 

Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin diplomatik fəaliyyəti, 

inandırıcı nitqində irəli sürülən müddəalarm təsiri, apardığı ikitərəfli və 

çoxtərəfli danışıqları  nəticəsində Ermənistan-Azərbaycan münaqişəsi, 

Dağlıq Qarabağ probleminə dair qərar qəbul edilmişdi. 

Müstəqil Azərbaycan Respublikasının ATƏT-in (ATƏM sonralar belə 

adlandırılırdı. -İ.H.) Lissabon zirvə görüşündə 1996-ci il dekabr fəaliyyəti 

onun beynəlxalq aləmdə mövqeyinin və nüfüzunun artdığını  və 

möhkəmləndiyini bir daha göstərdi. 

Böyük siyasi xadim və dövlət başçısı Heydər Əliyevin yeritdiyi siyasətin, 

həyata keçirdiyi diplomatiyanın gücünü və  təsirini nümayiş etdirdi. İkinci 

dəfə idi ki, Heydər  Əliyevin başçılığı ilə Azərbaycan nümayəndə heyəti 

ATƏT-in sammitində iştirak edirdi. Mübaliğəsiz demək olar ki, Azərbaycan 

Respublikası Prezidentinin Lissabon görüşündəki fəaliyyəti, ümumiyyətlə, 

sammitin işinin müvəffəqiyyətlə başa çatmasında mühüm rol oynadı,  о 

cümlədən, Azərbaycan diplomatiyasının gücünü və  uğurlarını nümayiş 

etdirdi. Hər  şeydən  əvvəl, Azərbaycan Respublikası Prezidenti Lissabon 

görüşünə geniş hazırlıq işləri aparmışdı. Sammit ərəfəsində ATƏT-in üzvü 

olan dövlətlərin rəhbərləri və hökumət başçıları ilə görüşlər keçirmiş

ikitərəfli və çoxtərəfli danışıqlar aparmış, ATƏT-in üzvü olmayan dövlət və 

hökumət başçılarına məktublar, müraciətlər göndərmişdi.

1

 



Ermənistan-Azərbaycan münaqişəsinin, Dağlıq Qarabağ  məsələsinin 

mahiyyətini onlara izah etmiş  və öz prinsiplərini onlara bildirmişdi. Bu 

prinsiplər üç formuldan ibarət idi. 

1. Azərbaycanın  ərazi bütövlüyünün tanınması. Bu prinsipin zəruriliyi 

ondan irəli gəlirdi ki, 1989-cu ildə Ermənistan Parlamenti Dağlıq Qarabağın 

özünün tərkibinə daxil edilməsi haqqında  qərar qəbul etmişdi. 

Azərbaycanın təkid və tələbinə baxmayaraq, о qərarını ləğv etməmişdi. Eyni 

zamanda Ermənistan Azərbaycanın  ərazi bütövlüyünü tanımaqdan imtina 

edirdi. Bu çox prinsipial məsələ idi. 

  

 



 

                                                 

1

Lissabon sammiti. Bakı, 1996, səh.9-46; «Azərbaycan» qəzeti, 7 dekabr 1996-cı il 



 


M İ L L İ  K İ T A B X A N A

____________________________________

360 

 

2. Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək idarəetmə 



statusunun verilməsi məsələsi idi. 

3.Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təmin olunmasına 

zəmanət verilməsi idi. 

Bu üç formulu Azərbaycan Respublikası Prezidenti dəfələrlə Minsk 

qrupuna da təklif etmişdi, dünya ölkələrinin dövlət və hökumət başçılarına 

göndərdiyi müraciətlərdə  də, Lissabon zirvə görüşü  ərəfəsində keçirdiyi 

bütün görüşlərdə  də irəli sürmüşdü. Bımlar böyük dövlət xadiminin 

uzaqgörən siyasətinin məntiqi ifadəsi idi: «Bizim məqsədimiz də ondan 

ibarət idi ki, əgər Lissabon zirvə görüşü Ermənistan-Azərbaycan 

münaqişəsinin sülh yolu ilə  həll olunması üçün bu prinsipləri qəbul etsə, 

demək, bundan sonra gedəcək danışıqlar, Minsk qrupunun fəaliyyəti bu 

prinsiplər üzərində qurulmalıdır».

1

 

ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının bir çoxu 



Heydər  Əliyevin məktub və müraciətlərinə yazılı  və  şifahi cavablar 

vermişdilər. ABŞ prezidenti Bill Klinton noyabrın 8-də cavab məktubu 

göndərmişdi, bu məktub mətbuatda dərc edilmişdi. Rusiya, Böyük 

Britaniya, Fransa, Türkiyə  və digər ölkələrdən də cavab məktubları 

göndərilmişdi. 

Üç prinsip Minsk qrupu tərəfindən də  qəbul edilirdi. Lakin Ermənistan 

bu prinsiplərə etiraz etdiyinə görə, o, bu prinsipləri müzakirəyə qoya 

bilməmişdi. Ona görə də Azərbaycan bu prinsiplərin zirvə görüşünde qəbul 

edilməsinə çalışırdı ki, Minsk qrupunun fəaliyyəti üçün əsas yaradılsın. 

Demək olar ki, Heydər Əliyev hələ Lissabon görüşü qabağı irəli sürdüyü üç 

prinsipin hamı tərəfindən qəbul edilməsinə və başqa mühüm sənədlərdə öz 

əksini tapmasını addımbaaddım izləyirdi. «Bunun üçün də biz zirvə görüşü 

ərəfəsində Helsinkidə-Minsk qrupunun son toplantısında bu məsələni çox 

kəskin qoymuşduq, Lissabon görüşünü hazırlayan qrupun Vyanadakı işində 

də biz bu prinsipləri irəli sürmüşdük və nəhayət, Lissabonun özündə, zirvə 

görüşü başlanmazdan  əvvəl bu prinsiplərin sammitin sənədinə daxil 

olunmasını təkid edirdik və buna cəhd edirdik, çalışırdıq».

2

 



 

 

  



                                                 

1

 



Heydər Əliyev. Azərbaycanın ərazi bütövlüyünün, haqq işinin dünya miqyasında dəstəklənməsi yolunda uğurlu 

addım, diplomatiyamızın mühüm nailiyyəti. ATƏT-in Lissabon zirvə toplantısının yekunları ilə əlaqədar 1996-cı il 

dekabrın 6-da respublika ictimaiyyətinin nümayəndələri ilə görüşündə nitqi. - «Azərbaycan» qəzeti, 7 dekabr 

1996-cı il

 

2

 



Yenə orada

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

361 

 

Lakin nə Vyanada, nə də Lissabonda hazırlanmış bəyannamə layihəsində 



bu prinsiplər heç ümumi sənədin layihəsinə  də daxil edilməmişdi. Bu da 

Azərbaycanın mənafeyinə tamamilə zidd idi. Azərbaycan Respublikası 

Prezidenti bunu heç vaxt qəbul edə bilməzdi və etmədi də. Onun gərgin 

əməyi, təkidi və inandırıcı  dəlilləri nəticəsində ermənilərin mənafeyinə 

uyğun olan 18-ci paraqraf altında verilən yazı Lissabonda layihədən 

çıxarıldı. Lissabon sənədinə 20-ci paraqraf salındı ki, həmin prinsiplər orada 

əks olunmuşdu. Heydər Əliyev Lissabon sammitindən sonra dekabrın 6-da 

respublika ictimaiyyətinin nümayəndələri qarşısındakı nitqində qeyd edirdi 

ki, о paraqrafın (20-ci paraqraf-İ.H.) salınması hesab edirəm, bizim ilk, çox 

uğurlu addımımız oldu ki, əvvəlki, bizim üçün qeyri-məğbul məzmun 

daşıyan paraqraf əvəzinə, bu paraqraf layihəyə salındı. Lakin ATƏT 

konsensus əsasında işlədiyinə görə Ermənistan bu maddəyə veto qoydu və 

bu paraqrafın qəbul olunmasına qəti etiraz etdi. 

Ermənistanın mövqeyinə  gəldikdə  о belə hesab edirdi ki, Azərbaycanın 

ərazi bütövlüyü onun üçün hələ ki, danışıq mövzusu ola bilməz. Dağlıq 

Qarabağın muxtariyyatı Azərbaycandan asılı olmamalıdır, təhlükəsizlik 

məsələsi isə yalnız bir icmaya-ermənilərə aid olmalıdır.

1

 



Qeyd etmək lazımdır ki, əslinə qalsa, Azərbaycan nümayəndə heyətinin 

başçısını heç bu paraqraf da tam təmin etmirdi. Çünki orada üç elementdən 

olan formul yazılmışdı, eyni zamanda qeyd edilirdi ki, sammit təəssüf edir 

ki, konsensus olmadığına görə bu qəbul olunmur və tövsiyə edilir ki

danışıqlar davam etdirilsin. Lakin ATƏT-in sənədlərində Lissabon 

sammitinə qədər irəli sürülən üç formul öz əksini tapmamışdı, ona görə də 

Azərbaycan tərəfindən təkid edilirdi ki, ATƏT-in sənədində heç olmasa ilk 

dəfə olaraq prinsiplər əks edilsin. Ermənistanın Azərbaycamn irəli sürdüyü 

üç prinsipə veto qoymasına cavab olaraq Heydər  Əliyev daha qəti hərəkət 

etdi, özünün dediyi kimi «riskli» qərar qəbul etməyə vadar oldu. О  hələ 

Lissabon sammitinin iclasından qabaq, dekabrın 1-də axşam Lissabon zirvə 

toplantısının son sənədinə veto qoydu. Bu çox gözlənilməz oldu. Böyük 

narahatlıq, təşviş doğurdu. Bununla möhkəm iradəli dövlət xadiminin 

sammitdə  fəaliyyətinin yeni mərhələsi başlandı. Həqiqətən, o, «risk» 

etməklə böyük çətinlik yaratmışdı. Buna baxmayaraq, öz müdrikliyinə, 

siyasi və həyat təcrübə- 

  

 

                                                 



1

 

Lissabon sammiti, 1996, səh. 142 



 


Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə