M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə127/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   123   124   125   126   127   128   129   130   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

365 

 

keçirilən etnik təmizləmələr nəticəsində bir milyon azərbaycanlı öz doğma 



yurd-yuvalarından qovulmuşdur. Təəssüf etdiyini bildirdi ki, belə  vəziyyət 

beynəlxalq təşkilatlara da məlumdur, lakin bunun həlli üçün əməli addımlar 

atılmır. Sonuncu Lissabon zirvə görüşündə Ermənistan-Azərbaycan 

münaqişəsinin sülh yolu ilə  həll edilməsi və bu yolda ciddi tədbirlər 

görülməsi zərurəti qeyd edilməsinə'baxmayaraq, sülh prosesi arzu etdiyimiz 

nəticəni verməmişdir.

1

 Bunun səbəblərindən birini çox cəsarətlə 



vurğulayırdı: «Minsk qrupunun həmsədrləri Lissabon zirvə görüşündə qəbul 

edilmiş prinsiplərin həyata keçirilməsi üçün lazımi fəallıq və ardıcıllıq 

göstərməmişlər. Minsk qrupu passivləşmişdir». 

Azərbaycan və Ermənistan prezidentləri arasında  birbaşa görüşlər, 

danışıqlar keçirilmişdi. Azərbaycan Respublikası Prezidenti bildirirdi ki, bu 

görüşlər münaqişənin sülh yolu ilə  həll edilməsinə ümid versə  də, bunlar 

Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması üçün heç də bu 

işdə  məsuliyyət daşıyan ATƏT-in Minsk qrupunun fəaliyyətini  əvəz edə 

bilməz. Ona görə də Minsk konfransının həmsədri olan ölkələrin dövlət və 

hökumət başçılarına müraciət edərək Minsk qrupu çərçivəsində danışıqların 

tezliklə  bərpa edilməsinə  səy göstərməyə çağırır. ATƏT-in rolunun 

artırılmasını, onun öz prinsiplərini müdafiə    etmək məqsədi ilə  qətiyyətlə 

fəaliyyət göstərməsini və özünün əməliyyat imkanlarını xeyli 

gücləndirməsini arzulayır. 

Heydər  Əliyev nitqində Ermənistan prezidenti ilə görüşlərində onun 

həddən artıq qeyri-konstraktiv mövqe tutduğunu açıqlayırdı. Bildirirdi ki, 

razılığa gəlmək üçün mühüm amillərdən biri də tərəflərin güzəştə getməyə 

hazır olmasıdır. Bu güzəştlər beynəlxalq hüquq prinsipləri və normalarına 

uyğun aparılmalıdır. Çünki beynəlxalq qaydalara əsasən güzəştlərin 

müəyyən edilmiş  həddi vardır. Ermənistan buna əməl etmir. Azərbaycan 

mövqeyini bildirərkən bəyan edir ki, Azərbaycan Respublikasının Dağlıq 

Qarabağ regionunda ermənilər və azərbaycanlılar sülh və  təhlükəsizlik 

şəraitində yaşaya bilər və yaşamalıdırlar. Bunun üçün Azərbaycanın işğal 

edilmiş 


  

  

  



 

                                                 

1

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının İstanbul zirvə görüşündə Azərbaycan Respublikası Prezidenti 



Heydər Əliyevin nitqi. - «Azərbaycan» qəzeti, 19 noyabr 1999-cu il 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

366 

 

  



əraziləri azad edilməli və Azərbaycan Respublikasının tərkibində Dağlıq 

Qarabağın müvafiq statusu müəyyən edilməlidir. Azərbaycan Respublikası 

Prezidentinin nitqi gələcək fəaliyyət üçün mühüm bir proqram sənədidir. 

Azərbaycan Respublikası Prezidenti Ermənistan-Azərbaycan, Dağlıq 

Qarabağ münaqişəsini həll etməkdə dünyanın böyük dövlət və hökumət 

başçıları ilə daim görüşlər keçirmiş, bu imkanlardan da istifadə etməyə 

üstünlük vermişdir. Bu faktı qeyd etmək kifayətdir ki, 1999-cu ilin fevralına 

qədər Heydər Əliyev 68 ölkənin prezidentləri, dövlət başçıları ilə 485 görüş 

keçirmişdir. Amerika Birləşmiş Ştatlarının prezidenti, xarici işlər naziri ilə 

18 dəfə, Fransanın prezidenti və xarici işlər naziri ilə 16 dəfə, Rusiyanınkı 

ilə 28 dəfə, Türkiyənin rəhbərlərinin hamısı ilə  dəfələrlə, 78 dəfə görüş 

keçirmişdir.

1

 Bu görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ 



münaqişəsi məsələsini ortaya atmış, bu barədə geniş  məlumat vermiş  və 

eyni zamanda Azərbaycana kömək etmələrini, Azərbaycana tərəfdar 

olmalarını xahiş etmişdi. 

Birləşmiş Millətlər Təşkilatınm rəhbərliyi ilə - keçmiş sədr Butros Butros 

Qali ilə, ondan sonra sədrlik edən Koffi Annan ilə 10 dəfə görüş keçirmiş, 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi barədə söhbət aparmışdı. 

Heydər Əliyev Birləşmiş Millətlər Təşkilatının üç zirvə görüşündə çıxış 

etmiş, bu çıxışlarda Azərbaycanın vəziyyətini ətraflı təhlil edib, onun işğal 

edilmiş torpaqlarının azad edilməsi, qaçqın və köçkünlərin öz torpaqlarına 

qaytarılması üçün köməklik edilməsini xahiş etmişdi. Eyni zamanda BMT-

nin qəbul etdiyi qətnamələri, xüsusilə, Azərbaycan haqqında  qəbul edilən 

dörd qətnaməni yerinə yetirmədiyinə görə onu tənqid etmişdi. 

NATO-da üç zirvə görüşündə  iştirak etmiş, buradakı  çıxışlarında da 

Azərbaycanda qaçqınların vəziyyəti, respublikamızın  ərazilərinin işğal 

edilməsi, Dağlıq Qarabağın işğalı və oradakı beynəlxalq hüquq normalarına, 

qanunlara zidd hərəkətlər haqqında  məlumatlar vermiş  və Azərbaycana 

kömək göstərilməsini xahiş etmişdi. 

İslam Konfransı  Təşkilatının iki zirvə görüşündə  iştirak etmiş  və  ətraflı 

çıxış etmişdi. İqtisadi Əməkdaşlıq Təşkilatının-EKO-nun dörd zirvə 

   


                                                 

1

 



«Azərbaycan» qəzeti, 24 fevral 2001-ci il; «Бакинский рабочий» qəzeti, 24 fevral 2001-ci il 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

367 

 

görüşündə, türkdilli ölkələrin dövlət başçılarının beş zirvə görüşündə  çıxış 



etmişdi. 

Müstəqil Dövlətlər Birliyinin üzvü kimi dövlət başçılarının bütün 

iclaslarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsini 

qaldırmış, ona münasibət bildirməyi xahiş etmişdi. Amma qəribədir ki, bu 

birliyin üzvlərinin heç biri Ermənistanın təcavüzkar olmasını etiraf 

etməmişdir. 

Lissabon sammitindən sonra Minsk qrupunun həmsədrləri, - bu vaxta 

qədər iki həmsədr - Rusiya və Finlandiya axırıncı həmsədrlikdən çıxdığına 

görə, üç həmsədr - Rusiya, ABŞ  və Fransa nümayəndələrindən ibarət idi. 

Bundan sonra məsələnin həlli üçün Minsk qrupunun təklifi gözlənilirdi. 

1997-ci ilin iyun ayında birinci təklif - «Paket həll» təklifı verildi. 

Azərbaycan Respublikası Prezidenti bu təklifı qəbul etdi. Lakin Ermənistan 

qəbul etmədi. 

Bundan sonra ikinci təklif, «mərhələli həll» təklifi irəli sürüldü. Heydər 

Əliyev onu da qəbul etdi. Ermənistan bunu da qəbul etmədi. Bu iki təklifin 

qəbul edilməsi heç də о demək deyildi ki, o, Azərbaycan üçün əlverişli idi. 

О yalnız taktiki mülahizələrlə, danışıqlar prosesinə başlamaq və 

Ermənistanın mövqeyini ümumi şəkildə  də olsa müəyyənləşdirmək 

məqsədilə əsas olaraq qəbul edilmişdi. Bu Heydər Əliyevin diplomatik gücü 

idi.  О göstərirdi ki, biz bu təklifləri qəbul etməkdə istəyirdik ki, «görək 

irəliyə gedə bilərik, yoxsa yox». 

1998-ci ilin sonunda üçüncü təklif, «ümumi dövlət» təklifı verilmişdi. 

Azərbaycan Respublikası Prezidenti bu təklifı  eşidən kimi açıq  şəkildə 

bildirmişdi ki, biz heç bunu müzakirə də etmək istəmirik. Çünki bu təklifi 

qəbul etmək  о deməkdir ki, Azərbaycan  ərazisində iki dövlət olur - 

Azərbaycan, bir də Dağlıq Qarabağ. «Azərbaycan təcrid edilirdi. Dedim, siz 

nə düşünürsünüz, biz о  qədər dəli olmuşuq ki, bunun nə demək olduğunu 

anlamırıq? Biz bundan imtina etdik. Ancaq Ermənistan qəbul etdi».

1

 

Heydər  Əliyev Milli Məclisin 23 fevral 2001-ci il tarixli iclasındakı 



nitqində demişdi: 

 

  



  

  

                                                 



1

Heydər Əliyev. Milli Məclisin 23 fevral 2001-ci il tarixli iclasında nitqi. - «Azərbaycan» qəzeti, 24 fevral 2001-ci 

il, səh. 2 

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə