M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə132/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   128   129   130   131   132   133   134   135   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

381 

 

Heydər Əliyev bu çıxışında respublikada yaranmış vəziyyəti geniş təhlil 



edərək qarşıda duran vəzifələrdən  ətraflı danışdı. Son illər Azərbaycanda 

gedən proseslərin respublikanın iqtisadiyyatına, sosial həyatına, elminə, 

mədəniyyətinə böyük zərbə vurduğunu açıqladı. 

Azərbaycan müstəqillik qazandıqdan sonra Heydər  Əliyevi  ən çox 

narahat edən məsələlərdən biri də Milli Elmlər Akademiyasının, onun 

institutlarının və elmi işçilərin vəziyyəti idi. Çünki о dövrdə hakimiyyəti ələ 

keçirmiş  rəhbərlər respublikanın elm məbədinə, onun Milli Elmlər 

Akademiyasına, institutlarına biganə münasibət bəsləyirdilər, hətta onları 

bağlamaq fikrinə belə düşmüşdülər. Heydər  Əliyev həmin görüşdə Elmlər 

Akademiyasının yarandığı gündən Azərbaycan elminin inkişaf 

etdirilməsində böyük xidmətlərini qeyd etdi və onu Azərbaycan xalqının 

tarixi nailiyyəti kimi qiymətləndirdi. «Elmin keçdiyi inkişaf yoluna yüksək 

qiymət verməli, onu əldə saxlamalı, itirməməliyik» - sözləri hamının 

ürəyindən oldu. 

O zaman 

Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyev 

ziyalılarla görüşündəki çıxışında böyük narahatlıqla deyirdi: «Mənə sədalar 

gəlir ki, Elmlər Akademiyasmı, institutları dağıtmaq istəyirlər, elm 

ocaqlarına biganə münasibət var. Biz bunlarm hamısma son qoyacağıq. 

Elmlər Akademiyası Azərbaycan xalqının tarixi nailiyyətidir».

1

 

Heydər Əliyev Elmlər Akademiyasının yarandığı ilk gündən Azərbaycan 



elminin inkişaf etdirilməsində böyük xidmətlərini iftixarla qeyd edirdi. 

Bundan sonra da Elmlər Akademiyasına böyük diqqət verəcəyini bildirdi. 

Bu elm mərkəzini yaradanlar, inkişaf etdirənlər dünyada tanmmış  və 

Azərbaycanı tanıtmış böyük xadimlər, Azərbaycanın qızıl fondu olmuşlar. 

Onların adları xalqımızın  şərəfi və  şöhrətidir. Bu şərəf-şöhrəti qoruyub 

saxlamaq hamının borcudur. Məhz bu münasibət xalqın böyük oğlu Heydər 

Əliyevin alimlərə, ziyalılara hörmət və ehtiramının ifadəsi, Azərbaycan 

elminin aydın sabahına dövlətin qayğısı  və  təminatı kimi dəyərləndirilə 

bilər. Bu görüş Azərbaycan elminin baş  qərargahı olan Mılli Elmlər 

Akademiyasının taleyi haqda gəzən söz-söhbətlərə, onun 

 

                                                 



1

Heydər  Əliyev. Azərbaycan Respublikası Elmlər Akademiyasında ziyalılarla görüşdə Çixış. - Müstəqilliyimiz 

əbədidir. I kitab. Bakı, 1997, seh.161 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

382 

 

gələcəyinə olan şübhələrə son qoydu. Prezident həmin görüşdə demişdir: 



«Elmlər Akademiyası Azərbaycan xalqının tarixi nailiyyətidir. 1945-ci ildə 

bu akademiyanı yaradan alimlər çox böyük şücaət göstərmişlər. Ötən 

dövrdə bu akademiyanın çərçivəsində Azərbaycan elmi çox inkişaf 

etmişdir...  Əmin ola bilərsiniz ki, Elmlər Akademiyası da, institutlar da 

fəaliyyət göstərəcəklər və biz buna imkan yaradacağıq. Azərbaycanın elmi 

inkişaf etməlidir. Universitetlər, ali məktəblər də inkişaf etməlidir... Biz isə 

bu sahəyə hər cür kömək edəcəyik və mədəniyyətimiz, elmimiz, о cümlədən 

təhsilimiz, sosial sahənin bütün başqa istiqamətləri inkişaf edəcəkdir». 

1

 

Prezident Heydər  Əliyev 1997-ci il yanvarın 31-də Azərbaycan Elmlər 



Akademiyasının rəhbərliyi, həqiqi və müxbir üzvləri, institut direktorları və 

aparıcı alimlər ilə görüşdü. Bu görüşü Prezident xeyli əvvəl keçirməyi 

planlaşdırmışdı. Lakin özünün qeyd etdiyi kimi bir çox başqa məsələlər 

onun vaxtını aldığından bir qədər gecikmişdi. 

Akademiyada yaranan vəziyyət onu ciddi narahat edirdi. Prezidentin 

görüşünün əsas məqsədi mövcud nöqsanları, qüsurları aşkar etməklə elmə, 

təhsilə qayğını artırmaq, «elmin inkişafı üçün mövcud imkanlardan daha 

çox istifadə» etmək idi. Prezidentə Akademiyanın vəziyyəti, işçilərinin 

əmək haqqının azlığı  məlum idi. Düzdür, bu respublikanın ümumi 

vəziyyətindən irəli gəlirdi. Lakin yenə də öz qayğısını göstərdi. 1997-ci ildə 

Akademiyaya ayrılan vəsaiti artırdı.  Əgər 1996-cı ildə Elmlər 

Akademiyasına büdcədən 17 milyard manat ayrılmışdısa, 1997-ci ildə bu 

rəqəm 26 milyard manata qaldırıldı. 

Prezident 1997-ci il yanvarm 31-də «Azərbaycan Respublikasının Elmlər 

Akademiyası  işçilərinin aylıq  əmək haqqının artırılması haqqında»

2

 



sərəncam imzaladı. Bu sərəncama görə Akademiyada çalışan bütün işçilərin 

əmək haqqı 50 faiz artırıldı. Eyni zamanda Prezident Elmlər 

Akademiyasının həqiqi və müxbir üzvlərinin rütbə  məvacibinin on dəfə 

artırılması haqqında  qərar qəbul etmişdi. 

 

 

                                                 



1

 

Heydər Əliyev. Azərbaycan Respublikası Elmlər Akademiyasında ziyalılarla görüşdə çıxış. 21 sentyabr 1993-cü 



il. - Müstəqilliyimiz əbədidir. I kitab. Bakı, 1997, səh. 161-162

 

2



 

Azərbaycan Respublikası prezidentinin fərmanları və sərencamları (yanvar-mart 1997-ci il). Bakı, 1997, səh. 97-

98

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

383 

 

İftixarla demək lazımdır ki, Heydər  Əliyevin müstəqil Azərbaycan 



Respublikasında hakimiyyətə qayıdışı Elmlər Akademiyasının həyatında 

yeni səhifə açdı. 

Prezident Heydər  Əliyevin 15 may 2001-ci il tarixli fərmanı ilə 

respublika Elmlər Akademiyasına Azərbaycan Milli Elmlər Akademiyası 

(AMEA) adı verildi. Dövlətimizin başçısının 4 yanvar 2003-cü il tarixli 

fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının statusu, nizamnaməsi, 

prezidentinin vəzifəsi, səlahiyyətləri müəyyən edilir ki, bu da onun elmin 

inkişafı sahəsində müdrik siyasətinin təzahürüdür. 

Azərbaycan dilinin inkişafı, onun təmizliyinin qorunması, dövlət dili 

statusunun tətbiqi milli-mənəvi sərvətlərimizin inkişafında qlobal 

əhəmiyyətli hadisədir. Prezidentin «Dövlət dilinin tətbiqinin 

təkmilləşdirilməsi haqqında » 2001-ci il 18 iyun tarixli fərmanı, Prezident 

yanında Dövlət Dil Komissiyasmın yaradılması, «Azərbaycan 

Respublikasında dövlət dili haqqında » 2002-ci il 30 sentyabr tarixli 

qanunun qəbul edilməsi, 2001-ci il avqust ayının 1-dən ölkədə bütün 

yazışma və  nəşrlərin latın qrafikasına keçilməsi dövlət başçısının ana 

dilimizə diqqət və qayğısının parlaq ifadəsidir. Hətta Prezident Fərmanı ilə 

avqustun 1-i hər il «Azərbaycan  əlifbası  və Azərbaycan dili günü» kimi 

qeyd edilir. 

Heydər  Əliyevin Elmlər Akademiyasına hər cür qayğı göstərməklə 

yanaşı, onun inkişafının strateji proqrammm müəyyən edilməsi və  həyata 

keçirilməsi vəzifələrini qarşıya qoyurdu. Heydər  Əliyevi  ən çox 

maraqlandıran məsələlərdən biri Azərbaycan tarixinin yazılması idi. О 

göstərirdi ki, vaxtilə yazılan tarix kommunist ideologiyasının təsiri və tələbi 

ilə yazılmışdır. Əlbəttə, bu, alimlərimizin, tarixçilərimizin günahından yox, 

ümumi ideologiyanın tələblərindən yazıldığına görə indi bizi qane edə 

bilməz. 

Buna görə  də Akademiyanın strateji planında Azərbaycan tarixini 

yazmaq mühüm bir vəzifə kimi qarşıya qoyulurdu. Azərbaycan tarixinin 

qədim dövrlərdən indiki dövrə kimi yazılması zəruridir. Lakin bu dövrlərin, 

tariximizin hamısının yazılmasının çətin olduğunu nəzərə alaraq, - Çünkı 

bunun üçün bir neçə il vaxt tələb olunur, - ilk növbədə XIX-XX əsrlərin 

tarixinin yazılması vəzifəsi qarşıya qoyuldu. Eyrii zamanda bu məqsəd üçün 

qayğı göstəriləcəyini vəd edirdi. Prezident bildirirdi ki, 

  

  

 



  


Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə