Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 10
Tikinti, quraşdırma və NİS işlərinin ətraf
mühitə təsirinin qiymətləndirilməsi,
azaldılması və monitorinqi
Noyabr 2013-cü il
10/9
Yekun variant
S/S
Fəaliyyət / Tədbir
Fəsil 5
Layihənin
Təsvirinə
İstinad
"Əhatə dairəsinə daxil edilməmə” qərarının əsaslandırılması
yetiriləcək.
Nəticə: İşlər məhdud həcmli və qısa müddətli olacaq və əməliyyatlar
meydançasının operatoru tərəfindən müvafiq SƏTƏM tələblərinə və
Azərbaycan dövlət orqanları ilə razılaşmalara əsasən aparılaraq yerli
reseptorlara, həmçinin quruda və dənizdə ətraf mühitə cüzi təsir
göstərəcək.
CYar-R3
Tikinti-quraşdırma sahəsində
texnoloji təchizatlar
(drenaj/çirkab suları)
5.6.9.2
Tikinti-quraşdırma sahəsində (meydançalarında) əmələ gələn
fekal və məişət çirkab suları sahədəki kanalizasiya xətləri və
çuxurları vasitəsilə toplanılacaq, sonra isə təmizlənmək və
kənarlaşdırmaq üçün ya avtosisternlər vasitəsilə, ya da
kanalizasiya xətləri ilə şəhər çirkab suları təmizləmə qurğusuna
göndəriləcək. Əgər tikinti-quraşdırma sahəsində fəaliyyət göstərən
çirkab suyu təmizləmə qurğusu olarsa, sahənin operatoru atqı
standartını ETSN ilə razılaşdırmağa və ETSN tərəfindən qoyulmuş
atqıya dair icazə şərtlərini təmin etməyə cavabdeh olacaq
Təhlükəli materialların saxlandığı və müntəzəm olaraq istifadə
edildiyi tikinti-quraşdırma sahəsindən (meydançalarından) drenaj
suyu saxlanacaq, avtosisternə doldurulacaq və maye tullantı kimi
qəbul edilərək sahədən çıxarılacaq. Əgər sahə operatoru təhlükəli
materialların saxlandığı və ya istifadə edildiyi sahələrdən drenaj
axıntılarının atqısını ETSN ilə razılaşdırmışdırsa, onlar ETSN
tərəfindən qoyulmuş atqıya dair icazə şərtlərini təmin etməyə
cavabdeh olacaq.
Nəticə: Təhlükəli materialların saxlandığı və istifadə edildiyi tikinti
meydançalarından təmizlənmiş çirkab sularının axıdılması və drenaj
axıntısı ETSN tələblərinə uyğun olacaq.
CTer-R4
Dayaq bloku elementlərinin,
payaların və boru kəmərlərinin
çınqılla şırnaqlı
təmizlənməsi/qaynaq edilməsi
5.6.3
Dayaq bloku elementlərinin, payaların və boru kəmərlərinin çınqıl
şırnağı ilə təmizlənməsi, qaynaq edilməsi tələb olunur.
Dayaq
bloku
və paya komponentlərinin əksər çınqıl şırnağı ilə
təmizləmə işləri və korroziya əleyhinə boyama işləri buxar/qaz
sorucu havalandırma sistemi və işlənmiş çınqılın bərpası sistemi
ilə təchiz edilmiş boya sexində həyata keçiriləcək. Boya sexinə
yerləşməyəcək dərəcədə çox böyük olan hissələrin çınqıl şırnağı
ilə təmizləmə işləri və korroziya əleyhinə boyama işləri müvəqqəti
hazırlanmış sahədə aparılacaq.
Çınqıl şırnağı ilə təmizləmə işlərində təsirsiz, təhlükəsiz və AB
qanunvericiliyinə əsasən təhlükəsiz zibillikdə atılmağa məqbul
sayılan qranatdan istifadəyə üstünlük verilir.
Nəticə: Ekoloji/bioloji reseptorlar üçün nəzərəçarpacaq təsirin olması
gözlənilmir.
Platformanın quraşdırılması, nizamlanması və istismara verilməsi (NİS)
CPlat-R1
ŞDB Platformasının su çiləmə
sisteminin dənizdə istismar
sınağı
5.6.4
Dəniz suyunun ŞDB-HR açıq drenaj sistemi kessonu vasitəsilə
dəniz səviyyəsindən 52m aşağıda dənizə axıdılması.
Nəticə: Dəniz suyunda kimyəvi/temperatur baxımından dəyişiklik
olmayacaq və buna görə də atqının təsirə malik olması gözlənilmir.
CPlat-R2
ŞDB Platformasının kompleks
köpük sisteminin dənizdə
istismar sınağı
5.6.4
140m
3
dəniz suyu ilə təxminən 20 litr AFFF açıq drenaj sistemi
kessonu vasitəsilə dəniz səviyyəsindən 52m aşağıda dənizə
axıdılması.
Hal-hazırda AÇG Bölgəsində istifadə olunan köpük çox az toksikliyə
malikdir (balıqlar üçün ÖK
50
2.8 q/l, su birələri üçün 34.8 q/l).
Asanlıqla parçalana bilir (28-gündə 92% parçalanma) və
bioakkumulyasiya potensialı yoxdur.
Kiçik
həcm bir neçə dəqiqə ərzində dispersiya olunacaq və bu yolla
da təsirə məruz qala bilən orqanizmlərdə kəskin toksiklik üçün kiçik
potensial mövcuddur .
20 litr AFFF-ni 96h təsirsiz səviyyəyə həll etmək üçün ancaq
təxminən 1,500m
3
dəniz suyu tələb ediləcək (təxminən 7m radiuslu
həcm).
Çox
güman
ki,
ŞD Müqavilə Sahəsində və ŞDB platformasının
yerində uzun müddət mövcud olan balıqlar kilkə və kefaldır və bu
balıqlar bütöv il ərzində mövcud ola bilər. Bununla belə, ASD
Müqavilə Sahəsi bu növlər tərəfindən müstəsna şəkildə istifadə
edilmir və bu növlər üçün başlıca əhəmiyyətə malik yer hesab
olunmur.
Nəticə: Dəniz mühitinə nəzərəçarpan potensial təsir məhduddur.
SubOff-R3
Dayaq blokunun üzmə
çəninin suyunun boşaldılması
5.6.4
5.7.2
Təmizlənmiş dəniz suyunun boşaldılması (o cümlədən kimyəvi
maddələrin konservasiyası) dayaq blokunun dörd üzmə çəninin
boşaldılması zamanı baş verəcək.